Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə34/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   30   31   32   33   34   35   36   37   ...   314

 

70 


dən götürməyə hazıram. Mən müsəlmanların işinin idarə olunmasında Allah ki-

ta

bına və Peyğəmbər sünnəsinə əməl edəcəyəm.” 



 

Əbu Bəkrin xilafəti dövründə baş verən hadisələr 

Riddə hadisələri: Məlum olduğu kimi, öz qəbilələrinin müqəddaratını həll 

edən bir dəstə şeyxlər qorxudan və tamahdan İslamı qəbul etmişdilər. Onlardan 

bəziləri Peyğəmbərlə  görüşmüş, bəziləri isə Peyğəmbəri  görməməklə bərabər 

onun dediklərindən də xəbərsiz idilər. Beləliklə, onlar İslam şəriətinin əsasları 

ilə tanış deyildilər. Bir sıra qəbilələr İslamın vacib qanunlarından sayılan zəkatı 

ödəməkdə çətinlik çəkirdilər. Onlar Peyğəmbərin vəfat xəbərini eşitdikdən son-

ra baş qaldırıb əmrdən çıxmağa başladılar. Bir neçə  yalançı peyğəmbərlər də 

xal

qı aldadaraq öz ətraflarına toplamışdılar. 



Məkkədə yaşayan Qureyş, Taifdə yaşayan Səqif qəbiləsi İslam dinində qal-

dılar. Peyğəmbərin vəfatı xəbəri Məkkəyə çatdıqda Məkkənin hakimi İtab ibn 

Useyd qorxusund

an qaçıb gizləndi. Məkkə əhlinin də dindən dönəcəyindən ha-

mı qorxurdu. Elə bu an Süheyl ibn Əmr Kəbənin qarşısında dayanıb dedi: “Ey 

Məkkə əhalisi! Məbada siz sonuncu müsəlman və ilk olaraq dindən üz döndə-

rənlərdən  olasınız!  And  olsun  Allaha  ki,  İslam  dininin  işləri  düzələcək.  Pey-

ğəmbərin vədəsi yerinə yetəcəkdir.” Süheylin bu çıxışı Məkkənin İslam dinin-

dən çıxmasının qarşısını aldı. Bu həmin Süheyl idi ki, Hüdeybiyyə sülhü im-

zalandıqda “Rəhman” kəlməsini müqavilədən çıxartdırmışdır. Lakin qısa müd-

dət ərzində dərk etmişdi ki, yeni dinin müqabilində müqavimət göstərmək fay-

dasız və imkansızdır. Qureyşdən olan bəziləri imanlı müsəlman olmuş, qəbilə 

başçılarının bir çoxu isə öz xeyrlərini müsəlmançılıqda görüb xəlifə ilə həm-

karlıq  edirdilər.  Nəcd,  Yəmamə  və  Bəni-Tağlib  qəbilələri  yalançı  peyğəm-

bərlərin ətrafına toplaşdıqdan sonra bu peyğəmbərlərin fəaliyyəti daha da ge-

nişlənmişdi.  

Əbu Bəkrin xilafəti dövründə hər an dindən çıxanların Mədinəyə hücumu 

göz


lənilirdi.  Bütün  bunları  nəzərə  alan  xəlifə,  Usamənin  qoşununu  Mutəyə 

göndərmək istəmədi. Lakin Usamə və bəzi böyük səhabələr xəlifəyə bildirdilər 

ki, nəyin bahasına olursa-olsun, gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər 

(s)  ömrünün son anla

rında  bu  qoşunu  yola  salmaq  istəyirdi.  Sonda  xəlifənin 

göstərişinə  əsasən  Usamənin  qoşunu  hərəkət  etdi.  Sonrakı  hadisələrdə 

üsyançıların məğlub edilməsində bu işin nə qədər təsirli olduğunu göstərdi. 

Usamənin  qoşununu  yola  saldıqdan  sonra  xəlifə  və  onun  müşavirləri 

iğtişaşları  bir-birinin  ardınca  yatırmağa  başladılar.  Ərəbistanda  sakitlik 

yaratmaq üçün Xa

lid ibn Vəlidin rolu böyük olmuşdur. Nəhayət peyğəmbərlik 

iddiası  edənlər,  o  cümlədən  Tuleyha  ibn  Xuveylid,  Səccah,  Müseylimətul-

Kəzzab və Əsvədül-Ans bir-birinin ardınca  ya tutuldular,  ya da qaçıb  aradan 

çıxdılar. Cənub və şərqdə yerləşən şəhər və qəbilələr  yenidən Mədinəyə tabe 

oldular.  Həzrə-Maut  sakitləşdi,  Yəmən  də  kiçik  müqavimətdən  sonra  təslim 

oldu. 



  

71 


Bu qalmaqallar yatırıldıqdan sonra baş vermiş ən mühüm hadisə bu oldu 

ki, artıq bədəvilər və qəbilə başçıları başa düşdülər ki, müqavimət göstətməyin 

və daxili münaqişələrin sonu gəlib çatmışdır. İslam hökumətinə tabe olub Əbu 

Bəkrə itaət etmələrinin onların xeyrinə olduğunu hiss etmişdilər. Böyük çətin-

lik

lə də olsa Riddə hadisələri xəlifə Əbu Bəkrin qələbəsilə sona çatdı. 



  

Əbu Bəkrin xilafəti dövründə Sasanilərə qarşı edilən döyüşlər 

Xəlifə Əbu Bəkr Sasani imperiyasının əlində olan İraq bölgəsini fəth etmək 

üçün  Bəhreyndə  mürtədlərlə  vuruşan  Əla  ibn  Hədraminin  yanında  vuruşan 

Bəni Şeyban ibn Sələbə qəbiləsinə mənsub Müsənna ibn Harisi kiçik bir dəstə 

ilə şimala göndərdi. Şimala doğru hərəkət edən Müsənna yürüşə davam edərək 

Şəttul-Ərəbə qədər irəliləyib bu bölgədə olan İran orduları ilə bir neçə döyüş 

apar

dı. Bundan xəbər tutan xəlifə Əbu Bəkr Xalid ibn Vəlidi İraq tərəfə Sasani 



sərkərdəsi Hörmüzə qarşı göndərdi. Bəsrədə Suveyd ibn Qutbə ilə birləşən Xa-

lid ibn Vəlid iranlılara qarşı döyüşməyə başladı. Daha sonra Hirəyə gələn Xa-

lid, Hirə xalqı ilə hər il 90 min dirhəm cizyə ödəmək, İranlılara qarşı müsəl-

manların tərəfini tutmaq şərti ilə sülh bağladı.

86

 

Hirənin fəthindən sonra Əbu Bəkr Xalid ibn Vəlidi İraqdan çağırıb Şama 



gön

dərdi. Bu ərəfədə Xalid icazəsiz olaraq həccə getmiş, bu işə görə Əbu Bəkr 

onu danlamış və cəza olaraq İraq ordusuna rəhbərlik vəzifəsindən azad etmiş-

dir. Lakin bu heçdə məntiqi səbəb ola bilməz. Çünki Əbu Bəkr və onun tərəf-

darları çox uzaqgörən olmuşlar və bilirdilər ki, belə çətin anda layiqli sərkər-

dəni işindən uzaqlaşdırmaq olmaz. Həqiqət bundan ibarətdir ki, Hirədə bağla-

nan sülh Ənbar və Aynut-təmir şəhərləri tutulduqdan sonra müsəlmanların şərq 

böl


gəsindəki mövqeləri möhkəmləndi. Digər tərəfdən də göndərilmiş qoşunun 

Rum  imperiyası  tərəfindən  məğlub  edilməsi  təhlükəsi  olduğundan  Əbu  Bəkr 

Xalidi Şama göndərir. Şamda baş verən hadisələrdən də məlum olur ki, Xalidin 

vəzifəsinin dəyişilməsi müsəlmanlar üçün faydalı olmuşdur. 

Xəlifə Əbu Bəkr yardım olaraq İraq bölgəsinə İyaz ibn Qanəmi ilə Kaka 

ibn Əmri göndərdi. Ubullaya yaxınlaşan Xalid ordusunu üç yerə ayırıb bir his-

səsini Müsənna ibn Harisin başçılığı ilə irəliyə göndərdi. Müsənnanın ardınca 

Ədiyy ibn Hatəmi, onun ardınca da özü hərəkət etdi. İslam ordusu Xəfir adlı 

məntəqədə Hörmüzün başçılığı altında olan İran ordusu ilə qarşılaşdı. Baş ve-

rən döyüşdə sərkərdə Hörmüzün ölümü ilə əlaqədar olaraq İran ordusu məğlub 

edildi.

87

 



 

Vələcə və Ulleysdə baş verən döyüşlər 

İran ordusunun bu məğlubiyyətindən sonra müsəlmanlar Qubaz və Ənuşə-

ca

nın başçılığı altında olan iran ordularını da məğlub etdilər. İslam ordusundan 



86

Tarixi-


Təbəri, II cild, səh-307. 

87

Tarixi-



Təbəri, II cild, səh-309-310. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə