Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə36/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   32   33   34   35   36   37   38   39   ...   314

 

74 


2) 

Amirin qızı Ümmü Rüman ilə evlənmiş və bu evlilikdən Əbdürrəhman 

adlı oğlu Aişə adlı qızı dünyaya gəlmişdir. 

3) 


Cəfər ibn Əbu Talibdən dul qalan Əsma ilə evlənmiş və Məhəmməd adlı 

oğlu dünyaya gəlmişdir. 

4) 

Xaricə ibn Zeydin qızı Həbibə ilə evlənmiş və Əbu Bəkrin vəfatından 



sonr

a Ümmü Gülsüm adlı qızı dünyaya gəlmişdir. 



  

Ömər ibn Xəttab 634-644 (h. 13-23) 

Ömər ibn Xəttab fil ilindən on üç il sonra 583-cü ildə Məkkədə anadan ol-

muşdur. Atası Xəttab, anası isə Haşim ibn Muğeyrənin qızı Hənitməədir. Besətin 

altıncı  ilində  (miladi  616)  İslamı  qəbul  etmişdir.  Onun  iman  gətirmə  hadisəsi 

müxtəlif cür qeyd olunmuşdur. İbn Əsir yazır: “Ömər müsəlmanlara qarşı kəskin 

mübari


zə apardığı üçün heç kəs onun İslamı qəbul edəcəyinə inanmırdı. Ümmü 

Ab

dullah binti Əbi Hintəmə deyir: Mən və ərim Amir ibn Rəbnə İslamı qəbul et-



dik

dən sonra özümüzü qorumaq məqsədilə Həbəşistana getmək qərarına gəldik. 

Yolda Ömərlə rastlaşdıq. O ərimə dedi: Abdullah getmək istəyirsən? Dedim ki, 

bəli, biz Allahın geniş ölkəsinə üz tutmuşuq ki, bəlkə Allah bizə sizin əziyyət və 

işgəncələrinizdən nicat verə. Ömər dedi: Allah amanında. Ərim Amirlə qayıtdıq-

dan sonra bu hadisə barəsində onunla danışdıqda, ərim dedi: Sən elə düşünürsən 

ki, Ömər müsəlman olar? Dedim, bəli, mən ümidvaram. Bu deyilənlərin əksinə 

olaraq 


Ömər iman gətirdi, onun müsəlman olmasına səbəb bacısı Fatimənin və 

əri  Səid  ibn  Zeydin  müsəlman  olması  idi.  Lakin  onlar  müsəlman  olmalarını 

Ömərdən gizlədirdilər. Müsəlmanlardan olan Xəbbab ibn Ərət onlara Quranı öy-

rədirdi. 

Bir  gün  Ömər  ibn  Xəttab  qılıncını  götürüb  Hz.Peyğəmbəri  (s)  öldürmək 

üçün evdən çıxdı. Həmin günlərdə Hz.Peyğəmbər (s) və müsəlmanlar Səfa ya-

xınlığında Beytul-Ərqəmdə  yaşayırdılar.  Yolda  müsəlmanlardan  olan  Nuaym 

ibn Abdullah onunla rastlaşdı və ondan məqsədini soruşdu. Ömər dedi: Gedi-

rəm Qureyşi bir-birinə vurub onların dinini təhqir edən Muhəmmədi öldürməyə 

və onu öldürməyincə bu işdən əl çəkməyəcəyəm.  

Nuaym dedi: Ömər, nəfsi istəklərin səni aldatmışdır, sənə elə gəlir ki, sən 

Mu

həmmədi  öldürsən,  Əbdülmüttəlibin  övladları  səndən  əl  çəkəcəklər?  Sən 



əvvəl öz ailənin qarşısını al! Çünki sənin bacın Fatimə və onun həyat yoldaşı 

Səid ibn Zeyd Muhəmmədin dinini qəbul edərək müsəlman olmuşlar. 

Bu sözlərdən narahat olan Ömər bacısıgilə getdi. Həmin vaxt Xəbbab ibn 

Ərət onların evində Ouran təlimi ilə məşğul idi. Ömərin yaxınlaşdığını görən 

Fa

timə Xəbbabı gizlətməklə bərabər Quran səhifələrini gizlətdi. Evə daxil olan 



Ömər dedi: eşitmişəm Muhəmmədin ardıcılı olmusunuz. Bu sözü deyərək Səid 

ibn Zeydi döyməyə başladı. Ömərin bacısı ərinə kömək etmək məqsədilə onla-

ra yaxınlaşdıqda Ömər onu da vuraraq başını yardı. Bu zaman Fatimə həqiqəti 

de

yərək  buyurdu:  Bəli,  müsəlman  olmuşuq  və  Muhəmmədə  (s)  iman  gətir-



mişik, nə istəyirsən elə! Ömərin gözü bacısının qana bulaşmış başına sataşdıq-


  

75 


da etdiyi işdən peşman olaraq dedi: O vərəqləri mənə ver görüm Muhəmməd 

nə deyir. Fatimə dedi: Sən murdar və napaksan, Qurana yalnız pak şəxslər to-

xun

malıdır. Ömər yuyunduqdan sonra Quranı götürüb Taha surəsini oxumağa 



başladı.  Onları  oxuduqda  dedi:  Bunlar  necə  də  gözəldir!  Bu  hadisədən  sonra 

Pey


ğəmbərin (s) yanına gedən Ömər İslamı qəbul etdi.”  

İslamı qəbul etdikdən sonra Mədinəyə hicrət edən Ömər islami döyüşlərdə 

iştirak etmışdir. 

Xəlifə Əbu  Bəkrin  yazılı vəsiyyətinə əsasən 634-cü ildə onun vəfatından 

sonra Ömər ibn Xəttab islam ümmətinin ikinci xəlifəsi təyin edilmişdir. 

 

Ömərin dövründə Sasanilərə qarşı baş verən döyüşlər 



1) 

Körpü (Cisr) döyüşü – 634-cü il 

Bu  dövrdə  İranın  kəsrası  III  Yəzdəgird  idi.  Hakimiyyəti  ələ  keçirən  III 

Yəzdəgird  qısa  müddət  ərzində  dağınıq  Sasani  sarayına  əl  gəzdirdi.  Bu  vaxt 

Hirə  ətrafında  baş  verən  döyüşdə  Müsənnaya  məğlub  olan  İran  sərkərdəsi 

Calinus Mədainə qayıdıb vəziyyəti III Yəzdəgirdə danışdı. Vəziyyətdən xəbər-

dar olan III Yəzdəgird özünə məxsus Drəfşi-Qaviyan adlı bayrağı Bəhmən Ca-

za

veyhə verərək onu böyük bir ordu ilə Müsənna ibn Harisin üzərinə göndərdi. 



İran ordusunda bir neçə fil də var idi. İki ordu Fərat çayı sahilində qarşılaşdı. 

Bu iri cüssəli filləri görən ərəb atları irəli getmək əvəzinə geri qaçırdı. Bunu 

rən İslam sərkərdəsi Əbu Ubeydə əs-Səqəfi qılınc çəkib fillərə hücum etsə 



də,  fillərin  ayaqları  altında  qalaraq  öldü.  Başçılarının  öldüyünü  görən 

müsəlmanlar  qaçmağa  başladılar.  Müsəlmanlardan  biri  qoşunun  düşmən 

müqabilində  qaçdığını  görüb  körpünü  sındırıb  onları  hücum  etməyə  çağırdı. 

Lakin bunun da bir nəticəsi olmadı. Qaçanlardan bir hissəsi özlərini çaya atdı, 

az  qalmışdı  ki,  qoşun  bütövlikdə  tələf  olsun.  Lakin  bacarıqlı  sərkərdə  olan 

Müsənna ibn Haris qoşunu tam surətdə həlak olmaqdan qoruyaraq sağ qalanları 

Fərat çayının o biri sahilinə keçirtdi. Bu döyüşdə qalib gələn İran ordusu İslam 

ordusunu  təqib  etmədən  Tisfunda  baş  verən  qalmaqalla  əlaqədar  olaraq  geri 

qayıtdı.

94

 



 

2) 

Büveyb döyüşü – 635-ci il 

Körpü müharibəsindən sonra bir il müddətincə müsəlmanlar İraqda heç bir 

hərbi əməliyyat aparmadılar. 635-ci ildə Cərir ibn Abdullah əl-Bəcəlinin baş-

çılığı altında olan İslam ordusu Mədinədən İraqa hərəkət etdi. İraqda Müsənna 

İbn Harisin qüvvələri də bu orduya qoşuldu. Bu ordu hicri 14/ miladi 635-ci 

ilin yayında Fərat çayı hövzəsində yerləşən Büveyb adlı bir məntəqədə İran or-

du

sunu darmadağın etdi. Bu dəfə ən qabaq sıraya düzülmüş fillər də Sasani or-



du

sunun köməyinə çatmadı. Döyüş meydanında çoxlu sayda iranlı əsgərin cə-

94

Bəlazuri, Futuhul-buldan; Tarixi-Təbəri,II cild, səh-366-369; Tarixi ibn Əsir, II cild, səh-438-



440.

 

  



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə