Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə37/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   33   34   35   36   37   38   39   40   ...   314

 

76 


sədi qalmışdı. Öldürülənlər arasında iranlı sərkərdə Mehran Mehrbəndzadə də 

var idi. Büveyb zəfərindən sonra ərəb süvariləri Fərat çayı sahili boyunca Hirə-

dən tutmuş Kəsgər və Aynut-Təmrə qədər olan ərazilərdə reydlər keçirdilər.

95

  



 

3) 

Qadisiyyə döyüşü – 636-cı il 

III Yəzdəgirdin hakimiyyətə gəlişindən sonra daxili iğtişaşlara son qoyan 

Sasanilər Fərat çayı hövzəsində hərbi əməliyyatlar apararaq itirilmiş bəzi şəhər 

və qalaları müsəlmanlardan geri ala bilmişdilər. Bu xəbərlər Mədinəyə çatanda 

xəlifə Ömər ibn Xəttab çox narahat olmuşdu. 

Bu  hadisədən  sonra  xəlifə  Ömər  ibn  Xəttabın göstərişi  ilə  müxtəlif  ərəb 

qəbilələrindən toplanan ordunun başçısı məşhur sərkərdə Səd ibn Əbu Vəqqas 

təyin olunaraq Mədinədən İraqa göndərildi. Təmim, Bəni Əsəd, Quzaə, Bəcilə, 

Bəni Bəkr, Teyy və s. ərəb qəbilələrindən toplanan 25 min nəfərlik ordu İraqın 

Qadisiy


yə  adlı  məntəqəsində  Rüstəm  və  Firuzanın  başçılığı  altında  olan  İran 

ordusu


nu  məğlub  etmişdir.  Dörd  gün  çəkən  döyüşdə  İslam  ordusundan  6000 

müca


hid şəhid olmuşdu. Sasanilər isə bu döyüşdə 10 mindən çox canlı qüvvə 

itir


mişdilər.  İranlı  sərkərdə  Rüstəm  də  döyüşdə  öldürülmüşdü.

96

 



Döyüş  vaxtı 

Sasani


lərə  köməyə  gələn  ermənilər  gözlənilmədən  qaçmağa  başladılar. 

Qaçanları  təqib  edən  müsəlmanlar  onlardan  bir çoxunu  qılıncdan  keçirdi. 

Erməni  sərkərdələri  Muşeq  Mamikonyan  və  Qriqori  də  öldürüldülər.  Alban 

knyazı Varaz Qriqor da III Yəzdəgirdin tələbi ilə İran ordusunda müsəlmanlara 

qarşı  vuruşmaq  üçün  İraqa  kiçik  bir  dəstə  göndərmişdi.  Bu  dəstəyə  Cavanşir 

başçılıq edirdi. Döyüşdə üç dəfə yaralanan Cavanşir Fərat çayını keçib qurtula 

bilmişdi.

97

 



 

4) 

Mədainin fəthi – 637-ci il 

Qadisiyyədə qalib gələn İslam ordusu Səd ibn Əbu Vəqqasın başçılığı ilə 

Dəclə  çayını  keçib  Sasanilərin  paytaxtı  Mədaini  mühasirəyə  aldılar.  Şəhərdə 

ki

çik hərbi dəstədən başqa heç kim qalmamışdı. Müsəlmanlar Mədaini demək 



olar ki, heç bir müqavimətə rast gəlmədən ələ keçirdilər. Mədainin təslim ol-

duğunu  eşidən  III  Yəzdəgird  Hulvana  qaçdı.  İranlıların  Bəyaz  sarayı  məscid 

halına gətirildi və orada ilk cümə namazı qılındı. Bu İraqda qılınan ilk cümə 

na

mazı idi. Səd ibn Əbu Vəqqas saraya daxil olarkən Duxan surəsinin 25-28-ci 



ayələrini oxumuşdur: 

“Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər. Ne-

çə-neçə əkinlər, gözəl yerlər. Və zövq aldıqları neçə-neçə nemətləri tərk et-

dilər. Bu belədir və onlara başqa bir milləti varis etdik.” 

5) 

Cəlula döyüşü – 637-ci il 

95

Tarixi-



Təbəri, II cild, səh-369-370; İbn Kəsir, Əl-bidayətu vən-nihayə, VII cild, səh-56. 

96

İbn Kəsir, Əl-bidayətu vən-nihayə, VII cild, səh-54-55. 



97

Tarixi-


Təbəri, II cild, səh-382; Tarixi-Məsudi, II cild, səh-321-328; Tarixi ibn Əsir, II cild, 

səh-448. 

                                                           



  

77 


Döyüşdən sağ çıxan İran əsgərləri İslam ordusuna ağır zərbə vurmaq üçün 

Mehran ər-Razinin başçılığı altında yenidən Cəlulu adlı məntəqədə toplandılar. 

Bundan xəbər tutan xəlifə Ömər Haşim ibn Utbənin başçılığı ilə Səd ibn Əbu 

Vəqqasa  yardım  etmək  üçün  ordu  göndərdi.  On  iki  min  nəfərdən  ibarət  olan 

İslam ordusu çətinliklə də olsa bu döyüşdə qalib gəldi. Bunu eşidən III Yəzdə-

gird Hulvandan 

Reyə qaçdı. Hulvana qədər irəliləyən müsəlmanlar buranı da 

fəth etdilər.

98

 

 



6) 

Cəzirənin fəthi – 637-ci il 

Hicri 17/ miladi 637-

ci ildə Səd ibn Əbu Vəqqas, Əbu Musa Əşəri və İyaz 

ibn  Ğanəmin  başçılıq  etdikləri  hərbi  dəstələr  əl-Cəzirəni  fəth  etdilər.  Xəlifə 

Ömərin əmri ilə əl-Cəzirə qəsəbəsi əyalət mərkəzi və  İyaz ibn Ğanəm də bu 

əyalətə vali təyin edildi. Malatya şəhərindən Şimali Afrikaya qədər olan məm-

ləkətlər bu əyalətə daxil edildi. İyaz ibn Ğanəm Yərmuq döyüşünün qəhrəman-

larından idi. O, valiliyə başlayandan sonra müxtəlif istiqamətlərdə fəth hərəka-

tını  davam  etdirmiş,  Diyarbəkir,  Urfa,  Hərran  kimi  Şimali  Mesopatamiyanın 

bir sıra şəhərlərini fəth etmişdi. Bu şəhər əhaliləri ilə sülh bağlanmış və yerli 

əhali cizyə ödəmək şərtini qəbul etmişdi.

99

 



Daha sonra İyaz ibn Ğanəm Osman 

ibn Əbul Ası Ərməniyyənin fəthi üçün göndərdi. Qısa müddət ərzində təslim 

olan  ermənilər  hər  ev  başına  ildə  bir  dirhəm  cizyə  ödəmək  şərtini  qəbul 

etdilər.


100

 

Ardından  Ərzurum,  Əhlat  və  Bitlisi  fəth  edən  müsəlmanlar  Azər-



baycan torpaqlarına daxil oldular.

101


 

638-


ci ildə iqlim dəyişikliyini nəzərə alan xəlifə Ömər ibn Xəttab müsəl-

man əsgərlərinə uyğun yerlərin seçilib şəhərlər salınmasını Səd ibn Əbu Vəq-

qasa göstəriş verdi. Xəlifənin göstərişinə əsasən o da Salman Farisi və Hüzeyfə 

ibn  Yəmanın  məsləhətinə  əsasən  Fərat  və  Ənbar  arasında  Kufə  və  Bəsrə  şə-

hərlərini inşa etdirdi. 

 

7) 

Əhvazın fəthi – 638-ci il 

Əhvaz Bəsrəyə yaxın bir çox İran şəhərlərinin yerləşdiyi böyük bir məntəqə 

idi. Oranın hakimi iran liderlərindən olan Hörmüzan idi. III Yəzdəgird 638-ci 

ildə Əhvaz və Fars əyalətlərinin əhalisinə müraciət edərək, onları müsəlmanlarla 

müha

ribədə  lazımi  şəkildə  iştirak  etmədikləri  üçün  danladı.  Bundan  sonra 



həmin  əyalətlər  müharibə  üçün  ciddi  hazırlıqlar  görməyə  başladılar. Bundan 

xəbər tutan xəlifə Ömər ibn Xəttab dərhal Kufə valisi Səd ibn Asa belə bir mək-

tub yaz

dı: “Nöman ibn Müqərrinin əmrinə böyük bir ordu ver və Əhvaz əmiri 



Hörmüzan

la  döyüşmək  üçün  göndər.”  Bu  əmrə  əsasən  Səd  ibn  As  Nömanı 

böyük bir ordu il

ə Əhvaza yola saldı. Bundan əlavə Ömər ibn Xəttab Bəsrədə 

98

Bəlazuri, Futuhul-buldan, səh-377-379; Tarixi-Təbəri, II cild, sən-468-473. 



99

Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidi, Futuhuş-Şam, Beyrut, tarixsiz, səh-175-181. 

100

İbn Kəsir, Əl-bidayə vən-nihayə, VII cild, səh-126. 



101

Vaqidi, Futuhuş-Şam, səh-175-181. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə