Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə38/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   34   35   36   37   38   39   40   41   ...   314

 

78 


olan  Əbu  Musa  Əşəriyə  də  məktub  yazaraq  yanındakı  mücahidlərlə  Əhvaza, 

Nöman ibn Mü

qərrinə köməyə getməsini əmr etdi. Hörmüzanin sərkərdəlik et-

diyi ordunu Nö

man ibn Müqərrin Əhvaz ətrafında məğlub etdi. Qaçaraq Tustər 

qalasına sığınan Hörmüzan qalanın müdafiəsini möhkəmlətdi. Qala müsəlman-

lar  tərəfindən  mühasirəyə  alındı  və  bir  müddət  sonra  qaladakılardan  biri  Əbu 

Musa ilə əlaqə quraraq şəhərin gizli girişini ona bildirdi. Gizli girişdən şəhərə 

daxil olan mü

səlmanlar Tustəri fəth etdilər. Çoxlu sayda iran əsgəri, o cümlədən 

sərkərdə  Hörmüzan  da  əsir  alındı.  Əsirlikdə  olarkən  İslamı  qəbul  edən 

Hörmüzanı  Ömər  ibn  Xəttab  azad  edərək  özünün  müşaviri  vəzifəsinə  təyin 

etmişdi.

102


 

 

8) 

Bəhreyndən İrana açılan cəbhə – 639-cu il 

Bəhreyn  valisi  olan  Əla  ibn  Hədrami  Səd  ibn  Əbu  Vəqqasın  qazandığı 

uğurları görüb onunla rəqabət aparmaq üçün xəlifə Ömər ibn Xəttabın xəbəri 

ol

madan Bəhreyn sahillərindən Sasanilarə qarşı bir cəbhə açdı. Gəmilərlə qarşı 



sa

hilə çıxan Əla ibn Hədrami İstərx sahillərinə qədər irəlilədi. Lakin çox keç-

mədən  o  iranlılar  tərəfindən  mühasirəyə  alındı.  Bundan  xəbər  tutan  xəlifə 

Ömər Utbə ibn Qəzvanı 12 min nəfərlik ordu ilə göndərərək onu azad etdi. 

 

9) 

Nəhavənd döyüşü – 642-ci il 

Cəlula  döyüşündən  sonra  Hulvandan  qaçan  III  Yəzdəgird  yenidən  əsgər 

top

lamağa  başladı.  Bu  məqsədlə  Rey,  Kuməs,  İsfəhan,  Həmədan  və  Mahan 



əhalisi ilə məktublaşan III Yəzdəgird böyük bir ordu topladı və bu orduya Firu-

zanı başçı təyin etdi.

103

 Bu 


əsnada Kufə valisi olan Əmmar ibn Yasir Mədinəyə 

məktub  yazaraq  III  Yəzdəgirdin  fəaliyyətlərindən  Ömər  ibn  Xəttabı  xəbərdar 

etdi. Bundan xəbər tutan xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün bö-

yük bir ordu toplanmasını və ordunun sərkərdəliyini Nöman ibn Müqərrinə tap-

şırdı.  Bununla  yanaşı xəlifə  Ömər  Bəsrə, Şam və  Ommandakı  ordu sərkərdə-

lərinə də göstəriş verdi ki, Cindi Şapura gedib Nöman ibn Müqərrinin ordusuna 

birləşsinlər. Beləcə bu müəzzəm ordunun baş komandanlığına Nöman ibn Mü-

qərrin,  avanqard  qüvvələrin  başına  onun  qardaşı  Nuaym  ibn  Müqərrin,  digər 

qar

daşı Suveyd ibn Müqərrin sağ cinah qüvvələrin başına, Hüzeyfə ibn Yəman 



sol cinah qüvvələrin başına, ordunu arxadan qoruyan dəstənin başına isə Mucaşi 

ibn Məsud təyin edildilər. Bu orduda Müğeyrə ibn Şubə, Cərir ibn Abdullah, 

xəlifə Ömərin oğlanları Abdullah ibn Ömər və Ubeydullah ibn Ömər, Əmr ibn 

Madikərb və digər bir çox səhabələr də qoşulmuşdu. Sasanilərin birləşmiş ordu-

su

na isə sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi.



104

 

102



İbn Kəsir, əl-Bidayətu vən-nihayə, VII cild, səh-140-143. 

103


Tarixi-

Təbəri, II cild, səh-518-519. 

104

İbn Kəsir, əl-Bidayətu vən-nihayə, VII cild, səh-180-187. 



                                                           


  

79 


Hicri 21, miladi 642-

ci  ilin  yayında  iki  ordu  Həmadanla  İsfəhan  arasında 

yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşılaşdı. Çərşənbə günü başlayan döyüş 

üç gün davam etmişdir. Cümə günü döyüş müsəlmanların parlaq qələbəsi ilə ba-

şa çatmışdır. Baş verən döyüşdə baş sərkərdə Nöman ibn Müqərrin öldürülmüş, 

onu Hüzeyfə ibn Yəman əvəz etmişdir.

105

 

Nəhavənddəki məğlubiyyətdən sonra 



Sasani ordusu bir daha özünə gələ bilmədi və imperiya sürətlə yıxılmağa başladı. 

Qalalara çəkilən iranlılar fərdi qaydada müqavimət göstərməyə başladılar. 

İslam  tarixində  Nəhavənddə  qazanılmış  zəfər  “Fəth-ul-futuh”  (fəthlər-fə-

thi)  adlandırılmışdır.  Belə  ki,  bu  zəfərdən  sonra  müsəlmanlar  İranı  başdan-

başa, demək olar ki, ciddi bir maneəyə rast gəlmədən fəth etmişdilər. Ömər ibn 

Xəttab III Yəzdəgirdin müqavimət göstərmək üçün yenidən əsgər toplamasının 

qar

şısını  almaq  üçün  müsəlman  hərbi  dəstələrinə  İranın  müxtəlif  əyalətlərinə 



rüşlər  təşkil  edərək  əhalini  itaət  altına  almaq  və  Yəzdəgirdə  kömək 

etrməkdən  çəkindirməyi  əmr  etmişdi.  Qaçan  İran  ordusu  Həmədana  getsə  də 

bura  Nuaym  ibn  Müqərrin  və  Kaka  ibn  Əmr  tərəfindən  mühasirəyə  alındı. 

Nəticədə illik vergi vermək şərtilə Həmədan müsəlmanlara təslim edildi. 

Bu qələbədən sonra Abdullah ibn Budeyl xəlifənin əmrinə əsasən İsfəhana 

doğru hərəkət etməyə başladı. İsfəhan hakimi Fədusfan qaladan çıxıb Abdul-

lahın düşərgəsinə gəldi və sülh bağlayaraq İsfəhanı müsəlmanlara təslim etdi. 

Sül

hə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə 



qala

caqdı. Qalanların canları və mallarının toxunulmazlığına, cizyə ödəmələri 

şərtilə, zəmanət verilmişdi. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlman-

la

ra veriləcəkdi.



106

 

Abdullah ibn Budeyl  İsfəhanı aldıqdan sonra  Yəzdəgirdi təqib etsədə  ələ 



ke

çirə  bilmədi.  İsfəhandan  Kirmana,  oradan  da  Xorasana  gələn  Yəzdəgird 

Mərvdə  öldürüldü.

107


 

Qısa  müddət  sonra  fəth  edilmiş  Həmədan  şəhərinin 

əhalisi Kaka ibn Əmr ilə bağladıqları əhdi pozaraq üsyan etdilər. Bunu öyrənən 

xəlifə  Ömər  Nuaym  ibn  Müqərrinə  Həmədana  getməyi  əmr  etdi.  Nuaym 

qardaşı  Suveyd  ibn  Müqərrinlə  birlikdə  12  min  nəfərlik  ordu  ilə  Həmədana 

yürüş  etdi.  Şəhər  əhalisi  yenidən  sülh  bağlamaq  istədiklərini  bildirdilər. 

Onların istəyini yerinə yetirən Nuaym sülhü təzələyərək şəhərə daxil oldu. Bu 

hadisələr  baş  verərkən  Deyləm,  Rey  və  Azərbaycan  əhalisi  müsəlmanlarla 

vuruşmaq  üçün  öz  qüvvələrini  birləşdirmiş  və  müharibəyə  hazırlaşmışdılar. 

Azərbaycanlı əsgərlərə Qadisiyyədə öldürülən Rüstəmin qardaşı İsfəndiyar ibn 

Fərruxzad komandanlıq edirdi. 643-cü ildə Vaci-Ruz adlı məntəqədə baş verən 

döyüşdə  İslam  ordusu  qalib  gəldi.  İsfəndiyardan  sonra  qardaşı  Bəhram 

mübarizəni davam etdirsə də o da məğlub olmuşdur. Sonda İsfəndiyar 644-cü 

ildə  müqavilə  bağlamağa  razı  olmuşdur.  Müqaviləyə  görə  azərbaycanlılar 

105

İbn Kəsir, əl-Bidayə vən-nihayə, VII cild, səh-196-199. 



106

Tarixi-


Təbəri, V cild, səh-1966. 

107


Tarixi-

Məsudi, II cild, səh-331-334; Tarixi ibn Əsir, III cild, səh-5-16; Tarixi-Təbəri, II cild, 

səh-531-539. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə