Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə41/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   37   38   39   40   41   42   43   44   ...   314

 

84 


onlar da öz növbəsində xəlifə tərəfindən göndərilmiş hakimin nəzarəti altında 

bu vəzifəni yerinə yetirməli idilər. 

İrandan Mədinəyə yetişən qənimətlər o qədər çox idi ki, müsəlmanlar o gü-

nəcən bu qədər qənimət görməmişdilər. Xəlifə  Ömər qənimətlərin bölünməsi 

ilə bağlı səhabələr ilə məşvərət etdi. Bəziləri əldə olunmuş qənimətlərin xalq 

arasında  birdəfəlik  bölünməsini  dəstəklədi.  Sonda  qərara  gəldilər  ki,  idarə 

yaradılsın və buradan müsəlmanlara müəyyən miqdarda pay ayrılsın. 

İstişarə-məclisi: Nə zaman mühüm bir məsələ haqqında qərar vermək la-

zım  olurdusa,  İstişarə-məclisi  toplanır  və  sərbəst  müzakirə,  çoxluğun  razılığı 

olmadan h

eç bir məsələ haqqında qərar verilməzdi. Bu cəmiyyətə mühacir və 

ənsarların lideri başçılıq edirdi. 

Ömərin xilafəti dövründə dövlət Məkkə, Mədinə, Kufə, Bəsrə, Suriya, Fə-

ləstin, Cəzirə və Misir olmaqla səkkiz vilayətə ayrılmışdı. Hər vilayətdə vali, 

baş katib, sahibul-xərac, sahibul-əhdas (polis), sahibul-beytul-mal və qazi yəni, 

din məmurları fəaliyyət göstərirdi. Dövlət gəlirini xərac və üşürdən (əldə olu-

nan məhsulun onda biri) başqa zəkat, cizyə xumus təşkil edirdi. Eyni zamanda 

ilk pul və ilk həbsxana da Ömərin dövründə təşkil edilmişdir. 

Xəlifə Ömər ibn Xəttab fars əsilli Əbu Lölö ləqəbilə tanınmış Firuz tərəfin-

dən öldürülmüşdür. Qəbri Mədinədə Hz.Peyğəmbərin (s) qəbri yanındadır. Cə-

nazə namazını Süheyb Rumi qılmışdır.

113


  

 

Ömər ibn Xəttabın ailəsi 

1) 


Zeynəb binti Mənzun ilə evlənmiş, Abdullah, Əbdürrəhman adlı oğlan-

ları və Həfsə adlı qızı dünyaya gəlmişdir. 

2) 

Muləykə binti Cərvəl ilə evlənmiş və Ubeydullah adlı oğlu dünyaya gəl-



mişdir. 

3) 


Ümmü Həkim ilə evlənmiş və bu evlilikdən  Fatimə adlı qızı dünyaya 

gəlmişdir. 

4) 

Cəmilə binti Qeyslə evlənmiş və Asim dünyaya gəlmişdir. 



5)  Hz.

Əlinin qızı Ümmü Gülsüm ilə evlənmiş və bu evlilikdən Zeyd adlı 

oğlu,  Rüqəyya  adlı  qızı  dünyaya  gəlsə  də  yaşamamışlar.  Bu  evlilik  barədə 

tarixi mənbələrdə qeyd olunan fikirlər ixtilaflıdır. 

6.Yəməndən olan Lihyə ilə evləndi və Əbdürrəhman adlı oğlu dünyaya gəldi. 

 

Osman ibn Əfvanın xilafəti hicri 24-35, miladi 644-656 

Osman  ibn  Əfvan  ibn  Əbul  As  ibn  Umeyyə  ibn  Əbdu-Şəms  ibn  Əbdul 

Mənaf əl-Əməvi əl-Qureyşidir. Anası Ərva binti Qureyz ibn Rəbiə ibn Əbdu-

Şəms ibn Əbdul Mənafdır. Hz.Peyğəmbərin (s) doğumundan beş il sonra mi-

ladi  tarixi  ilə  575-ci  ildə  Məkkədə  dünyaya  gəlmişdir.  İslamı  qəbul  etdikdən 

son


ra əvvəlcə Hz.Peyğəmbərin (s) qızı Ruqiyyə ilə evlənmiş, 624-ci il (hicrətin 

113


Tarixi-

Təbəri, II cild, səh-559-561; Tarixi ibn Əsir, III cild, səh-52.  

                                                           



  

85 


ikin

ci ili) onun vəfatından sonra Hz.Peyğəmbərin (s) digər qızı Ümmü Gülsüm 

ilə  evlənmişdir.  İslami  mənbələrə  görə  bu  evlilikdən  sonra  ona  Zunnu-reyn 

yəni,  “İki  nur  sahibi”  ləqəbi  verilmişdir.  Həyat  yoldaşı  Ruqiyyənin  xəstələn-

məsi ilə əlaqədar olaraq hicrətin ikinci ilində baş verən Bədr döyüşündə iştirak 

etməsədə, digər döyüşlərdə iştirak etmişdir. 

Hicrətin 23-cü ili (miladi 644) II xəlifə Ömər ibn Xəttab vəfat etdi. Lakin 

vəfatından qabaq Hz.Peyğəmbərin (s) səhabələrindən olan altı nəfərə – Hz.Əli-

yə (ə), Osman ibn Əfvana, Zübeyr ibn Əvvama, Səd ibn Əbu Vəqqasa, Əbdür-

rəhman ibn Ovfa və Təlhə ibn Ubeydullaha tapşırıq verir ki, üç gün ərzində əy-

ləşib məşvərət edərək öz aralarından birini xəlifə seçsinlər. 

Əvvəldən məlum idi ki, xilafət ya Əliyə (ə), ya da Osmana çatacaq. Lakin 

Bəni-Umeyyə  tayfası  Hz.Əlinin  (ə)  xilafətinə  razı  deyildi.  Şura  üzvlərindən 

olan Əbdürrəhman ibn Ovf da, öz səsini Osmana verdi. 

Ötən bəhslərimizdə İraqın cənub və şimalında məskunlaşmış ərəblər haq-

qında məlumat verdik. Ərəbistanda müxtəlif ərəb tayfalarının və qəbilələrinin 

ya

şaması barədə də şərh verdik. Onlar Ədnanilər və Qəhtanilər olmaqla iki dəs-



təyə bölünürdü. Sonrakı dövrdə isə cənublular Yəmani, şimallılar isə Qeysi ad-

lan


dırılmışdır. Qəbilələr arasında düşmənçilik və ixtilaf təbii hal sayılmış, bu 

düşmənçilik hələ İslamın zühürundan bir neçə əsr qabaq da mövcud olmuşdur. 

Di

nin yayılması, Peyğəmbər təlimləri, xüsusilə o Həzrətin göstərişi ilə ənsar ilə 



hacir arasında qardaşlığın bərpa edilməsi, İslami bərabərlik, tayfa üstünlük-

lərinin ləğv edilməsi sayəsində özünüöymə və fəxr etmə halları müvəqqəti də 

olsa aradan getmişdi. Ancaq zaman keçdikcə, xüsusilə Qureyş qəbiləsinin mü-

səlmanlara hakim olacağı aydın olduqdan sonra bu öyünmə və fəxr etmək yeni-

dən dirçəldi. Osmanın xilafətinin ikinci yarısında hər şey yeni rəngə boyandı. 

Bir  tərəfdən  əhalinin  Peyğəmbər  zamanından  və  Əbu  Bəkr  dövrünün 

sadəliyindən uzaqlaşmalarından iyirmi il keçmişdi, digər tərəfdən isə Ömərin 

Qureyşə qarşı olan sərt rəftarı yox idi. Başlıca məsələ budur ki, belə dövrlərdə 

rəhbərlik  etmək  hər  əzab-əziyyətə  qatlaşmaq,  Allaha  xatir  məsuliyyət  hiss 

etmək  tələb  etdiyi  halda,  təmtəraqlı  və  cah-cəlallı  mənsəbə  malik  olmaq  adi 

hala  çevrilirdi  ki,  bunu  da  əldə  etmək  istəyənlər  çox  idi.  Bəni  Saidə  eyvanı 

altında  Yəmani  tayfasından  sayılan  ənsarın  xilafət  barəsindəki  öz  iddialarını 

mühacirlərin xeyrinə geri götürmələrinə baxmayaraq, onların övladları və yeni 

müsəlman olmuşlar Misir, Bəsrə, Kufə və Şamın da hakimiyyətindən əl çəkib 

bütün bu şəhərlərin gəlirlərini Qeysi tayfasına təslim etməyə razı olmazdılar. 

Ömər  xilafəti  dövründə  Yəmanilərlə  Qeysilər  arasında  ədalətə  riayət  et-

məyə çalışırdı. Əgər bir şəhərə Yəmanilərdən hakim təyin etsəydi, digər şəhərə 

də Qeysilərdən hakim təyin edərdi. Osman xəlifə olanda Ömər kimi davranaca-

ğına və onun təyin etdiyi hakimləri işdən çıxarmayacağına söz vermişdi. 

Osman ibn Əfvan Kufənin hakimi Səd ibn Əbu Vəqqası vəzifədən kənar 

edib yerinə Vəlid ibn Uqbəni vali təyin etmişdi. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə