Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə42/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   38   39   40   41   42   43   44   45   ...   314

 

86 


Ömərin xilafəti dövründə müsəlmanların xəzinəsinə külli miqdarda gəlirin 

gəlməsinə, əhaliyə müəyyən miqdarda məvacib təyin edilməsinə baxmayaraq, 

bir tərəfdən xəlifənin sadə həyat tərzi, digər tərəfdən də onun Qureyşin böyük-

lərinə  və  dini  ilk  əvvəl  qəbul  edənlərə  nəzarət  etməsi  onların  külli  miqdarda 

sərvət toplamalarına imkan vermirdi. 

Ömər məvacib paylanması üçün idarə təşkil edən zaman, bir tərəfdən əs-

gərlərin hüququnu onların neçə müharibədə iştirak etdiklərinə əsasən müəyyən 

edər, digər tərəfdən isə ənsarla mühacirləri başqalarından üstün tutardı. Ömər 

vəfat  etdikdən  sonra  Qureyş  rahat  nəfəs  almağa  başlayıb  yenidən  sərvət 

toplamaqla  məşğul  oldu.  Bir  müddət  keçdikdən  sonra  əsgərlər  gördülər  ki, 

onlar daim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri halda, bir dəstə adam 

Mədinədə xoşgüzəran keçirərək beytul-maldan yüksək məbləğdə məvacib alır. 

Həmçinin  yeni  müsəlman  olmuşlar,  onlardan  bir  neçə  il  qabaq  müsəlman 

olduqlarına görə, ümumi büdcədən əlavə yardımlar da alırlar. 

Ötən  fəsillərdə  işarə  olunduğu  və  İslam  fiqhində  də  qeyd  olunduğu  kimi 

səlman olmayan ölkələr müsəlmanlarla sülh bağlamış olsalar onlardan cizyə 



alınaraq  xəzinəyə  təhvil  verilirdi.  Qoşunun  döyüşərək  əldə  etdiyi  ərazilər  isə 

fatehlər arasında bölünürdü. 

Hicazdan  kənarda  yerləşən  fəth  olunmuş  ərazilərin  məhsulunu  toplamaq 

səlmanlar üçün çətin idi. Onlar həmin ərazilərə şəxsən nəzarət etmək istə-



səydilər və ya məhsulu toplamaq üçün oraya səfər etməli olsaydılar, bu iş orada 

çox


lu sayda əhali toplanmasına səbəb olardı. 

Xəlifə Osman minbərə çıxaraq camaata belə dedi: “Mənim nəzərim budur 

ki, sizin payınızı özünüzə qaytarım; belə ki, hər kəs öz evində öz torpağına sa-

hib olsun.” Ondan bu işin necə mümkün olacağını soruşduqda belə dedi: Əs-

gərləri çıxmaq şərtilə bu torpaqların sahibləri öz ərazilərini Hicazda, Yəməndə 

və başqa yerlərdə əraziləri olanlarla dəyişdirə bilərlər.” Bu sözləri eşidən Mədi-

nə əhli sevindi. Çünki, belə olan halda hər kəs özünə yaxın olan ərazidə qala-

caq


dı. Beləliklə, ərazilərin dəyişdirilməsi prosesi başlandı. Təlhə ibn Ubeydul-

lah, Mərvan ibn Həkəm, Əşəs ibn Qeys və başqaları öz torpaqlarını kiçik ərazi 

sa

hibləri  ilə  dəyişdirdilər  və  çox  keçmədən  Hicazda  böyük  torpaq  sahibləri 



mey

dana gəldi. Onlar bir tərəfdən məhsuldar torpaqlardan kifayət qədər gəlir 

əldə edir, digər tərəfdən isə İslamı ilk qəbul etdiklərinə görə başqalarından artıq 

məvacib alırdılar. Bundan əlavə, onlar xəlifənin də verdiyi hədiyyələrə yiyələ-

nirdilər. 

Sonda  baş  verən  narazılıqlar  səbəbilə  Bəsrə,  Kufə  və  Misir  qiyamçıları 

xəlifənin sarayını mühasirəyə alaraq onu qətlə yetirdilər. Bu hadisə hicratin 35-

ci ilində (miladi 656) baş verdi. Xəlifə Osman Xəşşi-Kovkəb (indiki Bəqi) adlı 

yerdə dəfn edilmiş və cənazə namazını Cübeyr ibn Mutim qılmışdır.

114


 

 

114


Tarixi ibn Əsir, III cild, səh-180; Tarixi-Təbəri, II cild, səh-687-689. 

                                                           




  

87 


Osmanın dövründə baş verən fəthlər 

Xəlifə Əbu Bəkrin dövründə başlayan İraq, İran, Suriya və Misir fəthləri 

da

vam etmişdir. Kufə valiliyinə bağlı olan sərkərdələr Azərbaycanda baş qal-



dıran üsyanları yatırıb Dəmirqapıya qədər irəliləyib bu bölgədə sülhü yenidən 

bərpa etmişlər. Digər tərəfdən Təbəristan, Xorasan və Sind bölgələrində yeni 

tor

paqlar  İslam  məmləkətinə  qatılmışdır.  Şərqi  Anadoluda  Ərzurum,  Qars, 



Gür

cüstan və Azərbaycan bölgələrinə səfərlər edilmişdir. Şam valisi Müaviyə 

ibn  Əbu  Süfyan  Antakya  və  Tarsus  bölgələri  ilə  Kapadokya  və  Amuriyyəyə 

qədər irəliləyib Çukurovada əsgər yerləşdirmişdir.

115

 

 



Şimali Afrikanın fəthi 648 – 648-ci ildə Misir valiliyindən Əmr ibn Ası 

kənarlaşdıran xəlifə Osman onun yerinə süd qardaşı Abdullah ibn Səd ibn Sə-

rəhi  təyin  etdi.  Daha  öncə  646-cı  ildə  Şimali  Afrikaya  vali  təyin  edilən  Ab-

dullah bəzi yerləri alaraq illik vergi bağlamışdır. Misirə vali təyin olunduqdan 

sonra xəlifədən icazə alaraq Şimali Afrikaya keçmiş və köməkçi qoşun istəmiş-

dir.  Buna  əsasən  xəlifə  Osman  əshabın  seçilənlərindən  Abdullah ibn Abbas

Ab

dullah ibn Zübeyr, Abdullah ibn Ömər və Abdullah ibn Əmrin olduğu ordu-



nu Abdullah ibn Sədə köməyə göndərdi. Bərqaya gələn ordu burada Uqbə ibn 

Nafe  ilə  birləşdi.  Oradan  Trablusqərbə  (Tripoli)  gələn  İslam  ordusu  burada 

Bizans valisi Qreq

orsun  hazırladığı  ordu  ilə  Subeytilada  qarşılaşdı.  Abdullah 

ibn Səd əvvəlcə Qreqorsu İslama dəvət etmiş, qəbul etməsə cizyə verməyi, bu-

nu da qəbul etməsə müharibə edəcəyini bildirmişdir. Qreqors bu təklifləri rədd 

et

dikdə iki tərəf arasında müharibə başlamış və Bizanslı sərkərdənin ölümü ilə 



İslam ordusu qalib gəlmişdir. Bu qələbədən sonra Subeytila da müsəlmanlar tə-

rəfindən fəth edilmişdir.

116

 

 

Kiprin fəthi 653 – Suriya valisi Müaviyə ibn Əbu Süfyan xəlifə Ömərin 

döv


ründə dəniz donanması yaratmaq istəsə də Ömər buna razı olmamışdır. Xə-

lifə Osmanın dövründə isə onun  razılığı ilə Müaviyə ibn Əbu Süfyan Suriya 

sərhədlərində  dəniz  donanması  yaratdı.  648-ci  ildə  Osmanın  dövründə  Müa-

viyə  Kipri  fəth  etmək  üçün  icazə  istəmiş  və  Osman  buna  razılıq  vermişdir. 

Müa

viyə  ilə  Misir  valisi  Abdullah  ibn  Səd  gəmiləri  hazırlayıb  Kipr  üzərinə 



hərəkət etdilər. 649-cu ildə edilən bu səfərdə Kipr fəth edilməsə də illik vergi 

verməyə razı olmuşdur.

117

  653-


cü ildə  edilən səfərdə isə müsəlmanlar Kiprlə 

yanaşı Radosu da ələ keçirmişlər. 



 

115


Tarixi-

Təbəri, II cild, səh-591-593; Futuhul-buldan, səh-467-489; Əbdulvəhhab Nəccar, əl-

Xuləfau-Raşidin, səh-270-287. 

116


Tarixi ibn Əsir, III cild, səh-88-93. 

117


Futuhul-bulda

n, səh-218-226; Tarixi-Təbəri, II cild, səh-600-602; Tarixi ibn Əsir, III cild, 

səh-95-98. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə