Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə44/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   40   41   42   43   44   45   46   47   ...   314

 

90 


nəsib  olasıdır.  Hz.Əlinin  Kəbədə  dünyaya  gəlməsi  əhli-sünnənin  də  qəbul 

et

diyi  bir  həqiqətdir.  Məşhur  əhli-sünnə  alimi  İbn  Səbbağ  Maliki “Fisulul-



muhimmə” kitabında yazır: “Hz.Əlidən qabaq kimsə Kəbə evində dünyaya göz 

açmamışdı. Bu fəziləti Allah yalnız Əliyə aid etmiş və bununla da xalqa onun 

uca məqamını göstərmişdir.”

120


  

Abbas ibn Əbdülmüttəlibdən belə nəql olunur: “Fatimə binti Əsəd körpəni 

dünyaya  gətirdikdən  sonra  ona  atası  Əsədin  adını  qoyur.  Lakin  Əbu  Talib 

onunla  razılaşmayaraq  deyir  ki,  axşam  Əbu  Qubeys  dağına  qalxıb  Allahdan 

istəyək ki, ona ad seçməkdə bizə  yardımçı olsun. Əbu Qubeys dağına qalxıb 

Allaha dua etdikdən sonra Əbu Talib bu beyti oxudu: “Ey zülmət gecənin və 

parlaq ayın Rəbbi! Öz qəti hökmünlə bizə bu körpənin adını bəyan et!” Bu vaxt 

“Si


zə gözəl, pak, seçilmiş bir uşaq verilib. Onun adı Əlidir və bu ad Əliyyul-

Əlanın  (Allahın)  adından  götürülmüşdür”  sözləri  yazılmış  bir  lövhə  peyda 

oldu.”

121


 

Fatimə binti Əsədlə Əbu Talibin allahpərəstliyi və müsəlman olması 

aşağıdakı məşhur islami mənbələrdə də öz təsdiqini tapmışdır: 

1) 


“Təbəqati ibn Səd”, I cild, səh-202-203 

2) 


İbn Əbil Hədid, “Nəhcül-bəlağənin şərhi”, XIV cild, səh-84 

3) “


Sireyi ibn Hişam”, I cild, səh-373 

4) “


Tarixi ibn Kəsir”, II cild, səh-42 

5) “Sireyi-

Hələbi”, I cild. səh-351-352 

Fatimə binti Əsəd Hz.Peyğəmbər (s) üçün ana kimi olmuşdur. O, ilk iman 

gətirənlərdən  və  Mədinəyə  hicrət  edənlərdəndir.  O,  dünyasını  dəyişdiyi  vaxt 

Hz.


Peyğəmbər (s) öz köynəyini onun üçün kəfən etmiş, cənazəsinə namaz qıl-

mış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmış, ona təlqin buyurmuş və 

dua etmişdir.

122


 

Əbu Talibdə tək Allaha sitayiş etmiş, Hz.Peyğəmbərin (s) besətindən sonra 

ona iman gətirmişdir. Qureyşin şeyxi və rəisi olduğu üçün öz imanını gizli sax-

la

mışdır.  Şeyx  Səduq  nəql  edir  ki,  bir  nəfər  Abdullah  ibn  Abbasa  dedi:  “Ey 



Pey

ğəmbərin əmisi oğlu, mənə de görüm, Əbu Talib müsəlman oldumu?” İbn 

Ab

bas  belə  cavab  verdi:  “Müsəlman  olmayan  şəxs  belə  deyərdimi:  “Məkkə 



müşrikləri  bilirdilər  ki,  biz  öz  övladımız  Muhəmmədi  qəbul  edirik  və  o,  boş 

söz


lərə etina etmir.” Əbu Talib Kəhf səhabələri kimidir. O öz imanını gizli sax-

ladı  və  zahirən  müşrik  kimi  göründü.  Buna  görə  Allan  ona  iki  savab  verdi. 

İmam Sadiq (ə) buyurmuşdur: “Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində 

iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Biri imanı-

na, o birini isə təqiyyəsinə görə.”

123


 

İbn Səbbağ “Fisulul-muhimmə”, mərhum 

Məclisi “Biharul-ənvar”  kitablarında  yazırlar: “Bir vaxt Məkkədə qıtlıq oldu. 

Hz.Pey


ğəmbər (s) var-dövlət sahibi olan əmisi Abbas ibn Əbdülmüttəlibə təklif 

120


Fisulul-

muhimmə, səh-14. 

121

Əllamə Qunduzi, Yənabiul-məvəddət, səh-260. 



122

 (Üsuli-


Kafi, II cild, tarix babı). 

123


Şeyx Səduq, Əmali, 89-cu məclis, 12-13-cü hədis.  

                                                           




  

91 


etdi ki, Əbu Talibi maddi sıxıntıdan çıxarmaq üçün hərəsi onun oğlanlarından 

birini  himayəyə  götürsünlər.  Onlar  Əbu  Taliblə  görüşdülər  və  öz  təkliflərini 

ona bildirdilər. Əbu Talib dedi: “Əqil mənimlə qalsın, başqa nə bilirsinizsə onu 

da edin.” Abbas Cəfəri, Həmzə Talibi, Hz.Peyğəmbər  (s) isə Hz.Əlini öz hi-

mayəsinə götürdü.

124


 

Hz.


Əli  Hz.Peyğəmbəri (s) addım-addım izləmiş, birbaşa onun tərbiyəsi al-

tında ərsəyə çatmışdır. O Peyğəmbərin əqidə və adətlərinin ardınca getmişdir. 

Hz.

Əli  səkkiz  yaşınadək  Peyğəmbərin  himayəsində  olmuşdur.  Sonra  atasının 



yanına qayıtsa da, bu qayıdış onun Peyğəmbərlə ünsiyyətinə mane olmamışdır. 

Beləcə, Hz.Əlinin həyatının ilk on ili Peyğəmbərin himayəsində keçmişdir.  

Hz.

Muhəmməd (s) peyğəmbərliyə çatdığı ilk andan on yaşlı Hz.Əli islamı 



qəbul etmiş, Hz.Peyğəmbərə (s) muti olmuşdur. Hz.Əli Peyğəmbərin dəvətini 

ilk  qəbul  edən  şəxsdir.  Bütün  islam  tarixçiləri  və  mühəddisləri  bu  həqiqəti 

təsdiq  edirlər.  Muhibbəddin  Təbəri  “Zəxairul-uqbə”  əsərində  Ömər  ibn  Xət-

tabın dilindən belə nəql edir: “Əbu Ubeydə ibn əl-Cərrah, Əbu Bəkr və başqa-

ları ilə birlikdə oluğum vaxt Hz.Peyğəmbər (s) əlini Hz.Əlinin çiyninə qoyub 

buyurdu:  “Ya  Əli!  Möminlər  arasından  iman  gətirmiş  ilk  şəxs  sənsən.  Mü-

səlmanlardan birincisisən ki, İslamı seçdin. Harun Musa üçün hansı məqamda 

idisə,  sən  də  mənim  üçün  o  məqamdasan.”

125

 

Təbəri  “Tarix”  kitabında  belə 



qeyd edir: “Hz.

Peyğəmbər (s) bazar ertəsi günü peyğəmbərliyə məbus oldu və 

Əli bir gün sonra İslamı qəbul etdi.” 

Süleyman Bəlxi “Yənabiul-məvəddət” əsərinin on səkkizinci fəslində Ənəs 

ibn Malikdən nəql edir ki, Hz.Peyğəmbər (s) belə buyurdu: “Mələklər yeddi il 

mənə  və  Əliyə  salam  göndərdilər.  Çünki  həmin  yeddi  ildə  yalnız  mənim  və 

Əlinin dilindən Allahın birliyinə şəhadət kəlmələri səmaya ucalırdı.” 

“Və ən yaxın qohumlarını qorxut” (əş-Şüəra surəsi, ayə 214) ayəsi nazil 

olduğu üçün Hz.Peyğəmbər (s) Əbdülmüttəlib övladlarını Əbu Talibin evində 

bir yerə topladı. Hz.Püyğəmbər (s) sözə başlayıb buyurdu: “Ey Əbdüllmüttəlib 

öv

ladları! Allah məni bütün xalqlar üçün, xüsusilə sizin üçün Peyğəmbər gön-



dərmişdir. Mən sizi iki sözə dəvət edirəm. Bu sözləri demək asan, əməl etmək 

isə çətindir. Bu sözləri deməklə ərəb və əcəmə hakim olarsınız və bütün millət-

lər sizə tabe olar. Bu söz vasitəsilə behiştə daxil olur, cəhənnəm odundan qur-

t

ularsınız.  Bu  iki  söz  Allahın  birliyinə  və  mənin  Onun  Rəsulu  olmağıma  şə-



hadət  vermənizdir.  Mənim  bu  dəvətimi  qəbul  edib  peyğəmbərliyimə  yardım 

gös


tərən və ayağa qalxan hər bir kəs mənim qardaşım, canişinim, vəzirim və 

va

risimdir.” Kimsə cavab vermədi. Yalnız Hz.Əli (ə) ayağa qalxıb şəhadət kəl-



mələrini izhar edərək dedi: “Dəvətini qəbul edirəm və çağırışına qəlbən cavab 

verirəm.”  Hz.Peyğəmbər  (s)  buyurdu:  “Ya  Əli  əyləş!”  Hz.Peyğəmbər  (s)  öz 

sözlərini üç dəfə təkrarladı. Amma Əlidən (s) başqa kimsə onun dəvətinə cavab 

124


Fisulul-

muhimmə, səh-15. 

125

Zəxairul-uqbə, səh-68. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə