Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə47/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   43   44   45   46   47   48   49   50   ...   314

 

96 


hın əmri ilə Hz.Əlinin vilayət və xilafətini xalqa çatdırmalı idi. Bununla bağlı 

olaraq Qurani-

Kərimin  “Maidə”  surəsinin  67-ci  ayəsi  nazil  olmuşdu.  Ayədə 

deyilir: 



“Ya  Peyğəmbər!  Rəbbin  tərəfindən  sənə  nazil  ediləni  (Quranı) 

təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, 

peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş olarsan. Allah səni insanların 

şərrindən qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” 

Bu ayə İslam tarixində və hədis elmində “Təbliğ” ayəsi də adlanır. Bu ayənin 

nazil  olmasından  sonra  Hz.Peyğəmbər  (s)  göstəriş  verdi  ki,  bütün  hacılar  bir 

yerə toplansın. Hamı bir-birindən nə baş vermişdir deyə soruşurdu. Hacılar bir 

yerə toplandıqdan sonra Hz.Peyğəmbər (s) göstəriş verdi ki, onun üçün minbər 

düzəldilsin.  Hz.Peyğəmbər  (s)  hamının  görə  biləcəyi  və  səsini  eşidə  biləcəyi 

minbərə  çıxdı.  Həzrət  uzun  bir  xütbə  söylədikdən  sonra  Quran  və  əhli-beyti 

haqqında  belə  buyurdu:  “Mən  Allah  tərəfindən  dəvət  olunmuş  və  bu  dəvəti 

qəbul  etmişəm.  Tezliklə  sizin  aranızdan  gedəcək  və  dünyamı  dəyişəcəyəm. 

Buna  görə  də,  sizin  aranızda  iki  qiymətli  əmanət  qoyuram.  Biri  digərindən 

daha böyük olan Allahın kitabı, o biri isə mənim itrətim, yəni Əhli-beytimdir. 

Bunlardan möhkəm yapışın ki, yolunuzu azmayasınız. Bunlar Qiyamətə qədər 

bir-

birindən  ayrılmaz.  Baxın,  görün  məndən  sonra  onlarla  necə  rəftar 



edəcəksiniz? Kövsər hovuzu kənarında mənə yetişəcək ilk varlıq da bunlardır.” 

Bu hədis İslam tarixində və hədis elmində “Səqəleyn” hədisi adlanır. Səqəleyn 

zünü iki cür oxumaq olar: 1. “Səqələyen”, onun tək forması “səqəldir”, qiy-



mətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mənasın verir. 2. “Siqleyn”, onun 

tək forması “siql”dir, bu da ağır şey mənasını verir. Səqəleyn hədisi aşağıdakı 

islami mənbələrdə öz təsdiqini tapmışdır. 

1. 


Sünəni-Tirmizi, XIII cild. səh-199 

 

2. 



Müttəqi Hindi, Kənzul-ummal, I cild, səh-48 

3. 


Səhihi-Müslim, fəzailu Əli ibn Əbu Talib babı 

4. Müs


nədi-Əhməd, IV cild, səh-336 

5. 


Sünəni-Darəmi, II cild, səh-431 

6. 


Sünəni-Beyhəqi, II cild, səh-148 

7. 


Təhavim, Müşkilül-asar, IV cild, səh-368 

8. Usdul-

ğabə, II cild, səh-12 

9. 


Əd-Durrul-mənsur, məvəddət ayəsinin təfsirində 

10. 


Müstədrəki-Hakim, III cild, səh-109 

11. 


Xəsaisu-Nəsai, səh-30 

12. 


Təbəqati ibn Səd, II cild, səh-2 

13. Tarixi-

Bağdadi, VIII cild, səh-442 

14. 


Məcməüz-zəvaid, IX cild, səh-163-164 

15. Sireyi-

Hələbi, III cild, səh-274 

16. 


Xarəzmi, Mənaqib, səh-93 

17. Əllamə Əlimini, Əl-Qədir 

18

. Əllamə Məclisi, Biharul-ənvar 




  

97 


19. Şeyx Təbərsi, Məcməul-bəyan 

20. Şeyx Küleyni, Üsuli-Kafi 

21. Şərəfuddin Amuli, əl-Müraciət. 

Səqəleyn  hədisindən  sonra  Hz.Peyğəmbər  (s)  səsini  ucaldaraq  buyurdu: 

“Ey  camaat!  Möminlərə  onların  özlərindən  daha  artıq  ixtiyar  sahibi  kimdir? 

Dedilər: “Allah və Rəsulu daha yaxşı bilir!” Hz.Peyğəmbər (s) buyurdu: “Allah 

mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar 

üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm!” Sonra buyurdu: “Mən kimin 

mövlası və rəhbəriyəmsə, Əli də onun mölası və rəhbəridir.” Hz.Peyğəmbər (s) 

bu sözü üç dəfə təkrar etdi. Sonra səmaya baxaraq belə buyurdu: “İlahi! Onun 

dos

tunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil. Onu sevəni Sən də 



sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub 

xar edənləri Sən də xar və zəlil et. Haqqı həmişə onunla qərar ver və onu haq-

dan ayırma!” Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çat-

dırsınlar!”  Hz.Peyğəmbərin  (s)  söylədiyi  bu  hədis  İslam  aləmində  “Qədiri-

xum” hədisi adlanır. Sonra Həzrət (s) göstəriş verdi ki, müsəlmanlar dəstə-dəs-

tə  Peyğəmbərin  xeyməsi  ilə  üzbəüz  xeyməyə  daxil  olub,  Hz.Əlini  canişinlik 

məqamına görə təbrik etsinlər. Hz.Əlini bu məqamına görə təbrik edənlərdən 

biri  də  Ömər  olmuşdur.  O  zaman  Ömər  ibn  Xəttab  belə  dedi:  “Afərin  sənə, 

afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların 

mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu 

əhd-peyman hamının boynunda qalacaqdır.”

136


 

Aşağıdakı islami mənbələr  də 

bu hədisin Hz.Əlinin xəlifəliyi haqqında olduğunu təsdiqləmişlər: 

1. 


Təfsiri-Razi, XI xild, səh-139 

2. 


Müsnədi-Əhməd, IV cild, səh-281 

3. Tarixi-

Bağdadi, VII cild, səh-290 

4. 


Şeyx Əbdur-Rauf Mənavi Misri, Feyzul-qədir, VI cild, səh-217 

5. 


İbn Hacər, əs-Səvaiq, səh-107 

6. 


Təfsiri-Sələbi, IX cild, səh-6757 

7. 


Xarəzmi, Mənaqib, səh-217 

8. Şeyx Təbərsi, Məcməul-bəyan 

9. Əllamə Əmini, Əl-Qədir 

10

. Şərəfuddin Amuli, Əl-Müraciət 



11. 

Mərhum Müzəffər, Dəlailus-sidq, II cild. 

12. Şeyx Müfid, əl-İrşad. 

Əhli-Sünnə  tarix  və  təfsirçiləri  də  bu  barədə  azacıq  fərqlə  məlumat 

vermişlər. Onlar da təbliğ ayəsinin zilhiccə ayının 18-də Qədir-xumda Hz.Əli 

haq


qında nazil olmasını təsdiqləyirlər. Əbu Səid Xudri deyir: “Peyğəmbər (s) 

camaatı Əliyə itaət etməyə səslədi. Onun qolundan tutub yuxarı qaldırdı. Onlar 

hələ bir-birlərindən ayrılmamışdılar ki, “əl-yovm” (Maidə surəsi, ayə 3) ayəsi 

136


İrşad, I cild, II bab, 50-ci fəsil. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə