Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə49/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   45   46   47   48   49   50   51   52   ...   314

 

100 


bu işdə Osmanın qətlini bəhanə gətirmək qərarına gəldilər. Onlar Mədinədən 

çıxıb Məkkəyə getdilər və orada Hz.Əlinin düşmənləri, o cümlədən Mərvan ibn 

Həkəm,  Abdullah  ibn  Həzrəmi,  Yəli  ibn  Umeyyə,  Abdullah  ibn  Amir  və  di-

gərləri ilə bir araya gələrək Cəməl döyüşünün planını hazırladılar. 



 

Naqisin (və ya Cəməl) döyüşü miladi 656-cı il 

Hz.


Əlinin hakimiyyətə gəlməsindən sonra Zübeyr ibn Əvvam və Təlhə ibn 

Ubeydullah Həzrətə qarşı mübarizəyə başladılar. Cəməl döyüşünün səbəbi bu idi 

ki,  Təlhə  və  Zübeyr  Hz.Əliyə  beyət  etdikdən  sonra  ondan  Bəsrə  və  Kufə 

valiliyini  istədik  də,  Hz.Əli  onların  bu  istəyini  rədd  etdi.  Bu  zaman  onlar 

Məkkədə  umrə  əməllərini  yerinə  yetirmək  bəhanəsilə  Hz.Əlidən  Mədinədən 

çıxmaq  üçün  icazə  istədilər.  Hz.Əli  buyurdu:  “İstədiyiniz  yerə  gedə  bilərsiniz. 

Amma  sizin  bu  səfərinizdə  bir  hiylə  var.  Siz  öz  planlarınızı  Mədinədə  həyata 

keçirə bilmədiyiniz üçün Məkkəyə gedirsiniz.”

140

 

Təlhə və Zübeyr Məkkəyə gələndə Peyğəmbər xanımı Aişə binti Əbu Bəkr 



artıq orada idi.  Osmanın  evi  mühasirəyə  alındıqdan  sonra  və  onun 

öldürüləcəyinə heç bir şübhə qalmadığı vaxt Aişə Məkkəyə üz tutdu. Məkkədə 

həcc mərasimi başa çatdıqdan sonra Mədinəyə qayıdan Aişə  yolda Hz.Əlinin 

xilafətə  çatdığını  eşidib  yenidən  Məkkəyə  qayıtdi.  Həmin  vaxt  Məkkədə 

Osmanın tərəfdarı, Hz.Əlinin qatı düşmənlərindən olan Abdullah ibn Həzrəmi 

hakim  idi.  Aişədən  əlavə,  Məkkə  hakimi,  Təlhə  və  Zübeyr,  Mərvan  və 

başqaları  bir  araya  gəldilər.  Yəməndən  gəlmiş  Yəli  ibn  Umeyyə,  Bəsrədən 

gəlmiş Abdullah ibn Amir də onlara qoşuldu. Sonda böyük bir ordu toplayan 

Zübeyr  və  Təlhə  xanım  Aişəni  bu  orduya  başçı  təyin  etdilər.  Şama  gedib 

Müaviyəni də Hz.Əliyə qarşı qaldırmaq istəyən Zübeyr və Təlhə, Müaviyəyə o 

qədər də inanmadıqları üçün belə qərara gəldilər ki, Bəsrəyə getsinlər. Çünki 

Bəsrə və Kufədə Təlhə ilə Zübeyrin tərəfdarı çox idi. 

Bəsrə yaxınlığına çatdıqda Zübeyr ibn Əvvam Bəsrə böyüklərinə məktub 

yazıb onları Osmanın qanını almaq məqsədilə Hz.Əliyə qarşı döyüşməyə ça-

ğırdı. Bəsrə böyükləri belə cavab verdilər ki, Osmanın qatilləri Mədinədədir və 

sizin  buraya  gəlməniz  məntiqsizdir.  Amma  müxalif  dəstə  şəhərə  hücum  edib 

xeyli adam qətlə yetirdikdən sonra Hz.Əli tərəfindən Bəsrə hakimi təyin edil-

miş Osman ibn Hüneyfi təslim olmağa məcbur etdilər. 

Bunu öyrənən Hz.Əli Səhl ibn Hüneyfi Mədinədə öz yerində qoyub ordusu 

ilə birlikdə Bəsrəyə doğru hərəkət etdi. İmam Həsən, Malik Əştər və Məhəm-

məd ibn Əbu Bəkr Kufəyə qoşun toplamaq üçün göndərildi. Həmin vaxt Kufə 

valisi Əbu Musa Əşəri idi. O bu vəzifəyə Osman tərəfindən təyin olunmuşdu. 

O,  Hz.

Əlinin  yazdığı  məktub  əsasında  Kufə  əhlindən  Həzrətin  adına  beyət 



almalı idi. Amma o bunun əksinə olaraq Kufə xalqını Təlhə və Zübeyri  mü-

dafiə etməyə çağırdı.  Lakin bütün bu çətinliklərə baxmayaraq  İmam Həsənin 

140

Məsudi, İsbatul-vəsiyyə. 



                                                           


  

101 


(ə) bəlağətli xütbələri əsasında Kufədə toplanan on iki min nəfərlik ordu Zi-qar 

adlı  məntəqədə  Hz.Əlinin  ordusuna  qoşuldu.  İki  ordu  Bəsrənin  şimalında 

yerləşən Zaviyə adlı məntəqədə qarşılaşdı. 

Hz.


Əli qoşundan ayrılıb silahsız Bəsrə qoşununa doğru hərəkət etdi. Cəməl 

ordusunun  qarşısında  dayanıb  Zübeyri  səslədi.  Zübeyr  Hz.Əli  ilə  üzbəüz 

dayanıb  onun  nə  deyəcəyini  gözləyirdi.  Hz.Əli  buyurdu: “Etdiyiniz bu az-

ğınlığın səbəbi nədir?” Zübeyr cavab verdi: “Xəlifə Osmanın qanını almaq istə-

yirik”.  Hz.

Əli  buyurdu:  “Əgər  düz  deyirsinizsə,  onda  qollarınızı  bağlayıb 

özünüzü Osmanın valisinə təslim edin. Məgər onu qətlə yetirən siz deyildiniz?” 

Zübeyrin  susduğunu  görən  Hz.Əli  buyurdu:  “Mən  gəlmişəm  ki,  səni  yarı 

yoldan qaytarım. Peyğəmbərin (s) sənə dediyi sözləri unutmusan. Ey Zübeyr, 

yadındadır ki, bir gün Peyğəmbərin sorağı ilə Əmr ibn Ovfun evinə gəldiyim 

vaxt Həzrət (s) qabağa düşüb mənə salam verdi. Sən dedin ki, ey Əli, nə üçün 

təkəbbür edirsən və Peyğəmbərə (s) birinci salam vermirsən? Həmin vaxt Hə-

zrət buyurdu: “Ey Zübeyr, Əli təkəbbürlü deyil. Sən gələcəkdə onunla vuruşa-

caqsan və sənin savaşın zalimanə olacaq.” Ey Zübeyr, xatırlayırsanmı, bir gün 

Peyğəmbər  sənə  belə  buyurdu:  “Əlini  sevirsənmi?”  Dedin  ki,  bəli,  o  mənim 

dayım  oğlu  və  qardaşımdır.  Həzrət  (s)  buyurdu: “Lakin buna baxmayaraq 

onunla vuruşacaqsan”.

141


 

Bu sözlərdən xəcalət çəkən Zübeyr Hz.Əlidən üzr is-

təyərək dedi: “Söz verirəm ki, indicə Bəsrə qoşunundan ayrılacaq və zərrəcə bu 

işə qarışmayacağam”. Zübeyr ibn Əvvam Cəməl qoşunundan ayrılaraq Vadius-

səba deyilən yerə getdi və orada Əmr ibn Cumruz tərəfindən öldürüldü. 

Hz.


Əli növbəti dəfə müxalifləri hidayət etmək məqsədilə Müslim adlı bir 

gənci Quranla onların yanına göndərdi. Amma bu gənc Cəməl ordusuna yaxın-

laşdığı vaxt onların qılınc zərbələri altında qollarını itirdi və şəhadət dərəcəsinə 

çatdı. 


Bu səhnəni müşahidə  edən Hz.Əli döyüş əmri verdi və oğlu Məhəmməd 

Hənəfiyyəni  düşmən  üzərinə  göndərdi.  Hz.Əlinin  Malik  Əştər,  Əmmar  ibn 

Yasir  kimi  sərkərdələri  hər  biri  öz  növbəsində  rəşadət  göstərib  düşmən  or-

dusunu məhv edirdilər. Təlhə də öz növbəsində pərakəndə olmuş Cəməl ordu-

sunu müqavimətə çağırırdı. Bu məqamda Təlhədən heç də xoşlanmayan Mər-

van ibn Həkəm zəhərli bir oxla Təlhəni vuraraq öldürdü. Təlhənin ölümündən 

sonra məğlub olan Cəməl qoşunu qaçmağa başladı. 

Hz.


Əli Aişəyə yaxınlaşıb belə dedi: “Ey Aişə, Allahın Rəsulu sənə beləmi 

hərəkət etməyi tapşırmışdı?” Aişə dedi: “Ey Əli, qazanmısan, yaxşılıq et, malik 

olmusan, bağışla.”

142


 Bundan sonra Hz.

Əli Aişəni qardaşı Məhəmməd ibn Əbu 

Bəkrlə Mədinəyə yola saldı. 

Üç gün davam edən Cəməl döyüşündə Hz.Əlinin iyirmi minlik qoşunun-

dan min yeddi yüzü şəhadətə çatdı. Otuz minlik Cəməl qoşunundan isə on üç 

141


Tarixi-

Təbəri; Tarixi-Məsudi. 

142

Muntəxəbut-təvarix, səh-179. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə