Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə50/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   46   47   48   49   50   51   52   53   ...   314

 

102 


minə  yaxın  döyüşçü  qətlə  yetirildi.  Bu  döyüş  Təlhə  və  Zübeyr  tərəfindən 

törədilmiş  böyük  bir  fitnə  idi.  Bəsrədə  asayişi  bərpa  edən  Hz.Əli  oraya 

Abdullah ibn Abbası hakim təyin edərək Kufəyə qayıtdı. Malik Əştər isə Na-

sibinə vali göndərildi.  

Cəməl döyüşü nəticəsində İslamın mənəvi əsaslarına zərbə vuruldu, ərəblər 

arasında kin-küdurət artdı, ixtilaf və ədavətin əsasları möhkəmləndi. Əlli min 

nəfərin iştirak etdiyi bu döyüşdə on beş minə yaxın adam tələf oldu. 

 

Siffeyn döyüşü (və ya Qasitin döyüşü) miladi 657 

Kufəni fəaliyyət mərkəzi qərar verən Hz.Əli Şama hücum üçün qoşunu ha-

zırlamağa başladı. Nasibinə vali təyin olunmuş Malik Əştər yolda Müaviyə tə-

rəfindən Hərrana vali təyin olunan Zəhhaq ibn Qeysələ qarşılaşaraq onu məğ-

lub  etdi.  Zəhhaqın  məğlubiyyətindən  sonra  Müaviyə  Əbdürrəhman  ibn  Xalid 

ibn Vəlidi Malikin üzərinə göndərsə də, o da məğlub edildi. 

Baş verən bu hadisələr Müaviyənin ürəyincə olmadığı üçün o, bir müddət 

dərin düşüncələrə qərq oldu. O öz məqsədlərinə çatmaq üçün münasib yol ax-

tarırdı. Müaviyənin dərin düşüncələrdə qərq olduğunu görən qardaşı Utbə ibn 

Əbu Süfyan dedi: “Bu məsələnin yeganə həll yolu Əmr ibn Ası bu işə qatmaq-

dır. Çünki o siyasət və hiylə baxımından ərəblər arasında məşhurdur.” Müaviyə 

dedi: “Əmr ibn As mənim dəvətimi qəbul etməz.” Utbə cavab verdi: “Sən Əm-

ri pul və vəd ilə aldat, o da xalqı aldatsın!” 

Q

ardaşının  fikrini  bəyənən  Müaviyə  dərhal  Fələstində  vali  olan  Əmr  ibn 



Asa məktub yazdı. Məktubun məzmunu belə idi: “Mən Osman tərəfindən Şam-

da hakiməm. Osman da Peyğəmbərin xəlifəsi idi. O evində susuz və məzlum 

hal

da öldürüldü. Müsəlmanlar onun qətlinə görə qəmlidirlər. Mən səni Osma-



nın qanını almağa dəvət edirəm. Bu işdə böyük mükafat və savabın olacaq!”  

Müaviyə ibn Əbu Süfyanın məktubu Əmr ibn Asa çatdıqdan sonra o oğlan-

ları Abdullah və Məhəmmədlə məsləhətləşdi. Abdullah bu işə qarşı çıxsa da, 

Məhəmməd Müaviyəni dəstəklədi. Bu zaman Əmr ibn As dedi: “Abdullah mə-

nim  axirətimi  fikirləşdiyi  halda,  Məhəmməd  dünyamı  fikirləşdi.”  Hz.Əlinin 

haqlı olduğunu hamıdan yaxşı anlayan Əmr ibn As buna baxmayaraq axirətini 

unu

daraq Müaviyəyə qoşuldu. Halbuku onun ömründən altı il qalmışdı. Əmr 



ibn As hicri 42-

ci ildə (miladi 663) Misir valisi olarkən dünyasını dəyişmişdi. 

Əmr ibn Asın Şama gəldiyini öyrənən Müaviyə onu yanına çağırıb öz çə-

tin


likləri  haqqında  ona  məlumat  verdi.  Müaviyənin  əsas  müşküllərindən  biri, 

onun qatı düşmənlərindən biri olan Məhəmməd ibn Əbu Hüzeyfənin zindandan 

qaç

ması idi. Ona görə də Əmr ibn Asa dedi: “Əgər mən Əli ilə döyüşə getsəm, 



Məhəmməd arxadan hücum edib Şamı ələ keçirəcək. Bundan da çətini Əli ilə 

yüşdür. Çünki o, mənim yanıma adam göndərib beyət istəmişdir. Rum döv-



ləti də bu ixtilaflardan istifadə edib Şama hücum etmək istəyir.” Müaviyəni so-

na qədər dinləyən Əmr ibn As dedi: “Ən əsası Əli ilə döyüşdür. Məhəmməd 

ibn Əbu Hüzeyfə qorxulu deyil. Rum dövlətinə gəldikdə isə onu qiymətli hə-



  

103 


diy

yələrlə  müvəqqəti  də  olsa  sakitləşdirmək  mümkündür.  Sən  bütün  gücünü 

Əli ilə döyüşə sərf etməlisən.” Müaviyə onunla razılaşdıqdan sonra Əmr ibn As 

bir dəstə göndərərək Məhəmməd ibn Əbu Hüzeyfəni qətl etdirdi. Sonra Rum 

im

peratoruna qiymətli hədiyyələr  göndərib onun başını qatdı. Nəhayət bu iki 



şəxs  bütün  güclərini  Hz.Əli  ilə  döyüşə  sərf  etdilər.  Tarixi  mənbələrə  əsasən 

onlar Hz.

Əliyə qarşı üç yüz min nəfərlik ordu topladılar. 

 

Müaviyə ibn Əbu Süfyan 

Müaviyə İslamın qatı düşmənlərindən olan Əbu Süfyan ibn Hərb və Hin-

də binti Utbənin övladıdır. Atası Əbu Süfyan haqqında Qurani-Kərimin “Töv-

bə” surəsinin 12-ci ayəsində belə buyurulur: 



“Əgər əhd bağladıqdan sonra 

andla

rını  pozsalar  və  dininizi  yamanlayıb  təhqir  etsələr,  (sözlərinin  üs-



ndə  durmayan)  küfr  başçıları  ilə  vuruşun.  Onların həqiqətdə  andları 

yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Ola bilsin 

ki, (bu yara

maz işlərdən) əl çəkələr!” O, Məkkənin fəthindən sonra qorxu-

dan zahirən İslamı qəbul etsə də, daxilən ömrünün sonuna qədər kafir və büt-

pərəstliyində qaldı. Anası Hində Uhud döyüşündə Hz.Həmzənin ciyərini ye-

miş və bu əməlinə görə İslam tarixində ona “ciyəryeyən qadın” deyilmişdir. 

Hində cahiliyyət dövründə öz əxlaqsızlığı ilə məhşur idi. Oğlu Müaviyədə hə-

min vaxtlarda dünya

ya  gəlmişdi.  Məşhur  əhli-sünnə  alimi  Zəməxşəri  “Rə-

biül-


əbrar” adlı əsərində nəql edir ki, həmin vaxtlar dörd kişi Müaviyənin ata-

sı sayılırdı: Əbu Əmr ibn Müsafir, Abbas ibn Əbdülmüttəlib, Əmarə ibn Və-

lid və Səbbah adlı qara bir şəxs.”

143


 

Öz atası Əbu Süfyanla birlikdə Müaviyə 

beş kişinin oğlu sayılır. 

Tarixi mənbələrə əsasən Hz.Peyğəmbər (s) belə buyurmuşdur: “Əgər Müa-

vi

yəni mənim minbərimdə görsəniz onu öldürün.”



144

 

Təbərinin yazdığına görə, 



Əbu Süfyan ulağın belində, Müaviyə onun  cilovundan tutmuş, qardaşı Yezid 

isə  arxalarınca  gələn  halda  Peyğəmbər  (s)  onların  haqqında  buyurdu:  “Allah 

hər üçünə lənət etsin.” Aşağıdakı islami mənbələrdə Müaviyənin şərab içdiyi 

qeyd olunur: 

1. 

Əl-İsabə, V cild, səh-424-425 



2. 

Əl-İstiyab, III cild, səh-247-250 

3. 

Sünəni-Beyhəqi, IX cild, səh-241-243 



4. 

Əl-Mühəlla, XI cild, səh-369 

5. Tarixi-

Bağdadi, V cild. səh-455 

6. 

Təhzibut-təhzib, XI cild, səh-126 



7. 

Müsnədi-Əhməd, V cild, səh-347 

8. Tarixi-

Dəməşqi, XXVII cild, səh-127. 



 

143


Rəbiül-əbrar, I cild, səh-111; İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, I cild, səh-111-112. 

144


Tarixi-

Təbəri; Tarixi-Dəməşqi, 59-cu cild, səh-155, 156, 157. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə