Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə51/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   47   48   49   50   51   52   53   54   ...   314

 

104 


Əmr ibn As 

Əmr ibn As da Müaviyə kimi əsil-nəsəb baxımından çirkin bir şəxsdur. Zə-

məxşərinin yazdığına görə anası Nabiğə əvvəlcə Abdullah ibn Cədanın kənizi 

ol

muş, sonra ağası tərəfindən azad edilmişdir. Belə bir vaxtda Əmrə hamilə ol-



muşdur. Tarixi mənbələrə görə Əmrin də beş atası olmuşdur: Əbu Ləhəb ibn 

Əbdülmüttəlib, Umeyyə ibn Xələf, Əbu Süfyan ibn Hərb, As ibn Vail və Hi-

şam ibn Muğeyrə. Uşağa ata seçimi anaya tapşırıldıqda o Ası daha sərvətli gö-

rüb uşağına ata seçmişdir. Amma Əmr daha çox Əbu Süfyan ibn Hərbə oxşa-

yırdı.

145


 

Əmr ibn As da Müaviyə kimi Peyğəmbər və Əhli-beyti ilə düşmən ol-

muşdur. 

Ərəblər arasında məşhur olan bu iki şəxs dünya malına sahib olmaq üçün 

Hz.

Əliyə  qarşı  bayraq  qaldırdılar.  Siffeyn  adlı  məntəqəyə  gələn  Müaviyə  və 



onun ordusu Fəratın sahilində düşərgə qurdu. Siffeynə Hz.Əlidən qabaq çatan 

Müaviyə  Fəratın  yolunu  bağlayıb  Hz.Əlini  və  onun  ordusunu  sudan  məhrum 

etmək istədi. Lakin Hz.Əlinin göstərişi ilə Malik Əştər şamlıları məğlub edərək 

Fəratın yolunu açdı. Amma Müaviyədən fərqli olaraq Fəratın yolunu şamlıların 

üzünə bağlamadı. 

Müaviyə şamlıların ruhiyyəsini qaldırmaq üçün tanınmış sərkərdə Səhmi-

ni  Malik  Əştərlə  döyüşə  göndərsədə  o  Malik  tərəfindən  öldürüldü.  Onun 

məğlubiyyətindən sonra Müaviyə Ubeydullah ibn Öməri bir dəstə döyüşçü ilə 

ku

fəlilərin üzərinə göndərdi. Hz.Əli də Ubeydullahla döyüşə Məhəmməd ibn 



Əbu Bəkri göndərdi. Bu iki dəstə arasındakı döyüş günün sonunadək davam 

etdi. 


Hz.

Əli bütün döyüşlərdə olduğu kimi, bu döyüşdə də çalışırdı ki, az qan 

axıdılsın. Nəhayət, hicrətin 37-ci ili məhərrəm ayı olduğu üçün hər iki tərəf dö-

şü saxlamaq qərarına gəldi. Bu ay ərzində Hz.Əli çox çalışdı ki, hansısa ra-



zılığa gəlinsin. Amma inadkar Müaviyə sülhlə razılaşmırdı. Məhərrəm ayından 

sonra səfər ayının ilk günündən döyüş başladı və səfər ayının on yeddisinə kimi 

davam etdi. 

On səkkiz ay davam edən Siffeyn döyüşü ərəblər arasında ən qanlı döyüş 

ol

muşdur.  Döyüşün  ilk  günlərində  Hz.Əli  təkbətək  döyüşə  üstünlük  verirdi. 



Am

ma Əmmar ibn Yasir və Uveys Qərəni kimi səhabələrin şəhadətindən sonra 

Hz.

Əli ümumi hücuma göstəriş verdi. Səfər ayının dördündə Əbu Əyyub Ən-



sari bir dəstə döyüşçü ilə Şam qoşununa doğru hərəkət etdi. Əbu Əyyubu ça-

dırının yaxınlığında görən Müaviyə qaçıb şamlılar arasında gizləndi. Onun hü-

cumun

dan qorxuya düşən Müaviyə öz ordusunu danladı. Öz ordusunu məkr və 



hiylə ilə həvəsləndirən Müaviyə, eyni zamanda çalışırdı ki, Hz.Əlinin ordusu 

arasında da ixtilaf yaratsın.  

Müaviyənin hiylələrinin ilk qurbanı Hz.Əlinin ordusunda döyüşən tanınmış 

sərkərdə  Xalid  ibn  Müəmmər  oldu.  Müaviyənin  göndərdiyi  adam  Xalidə 

145

İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, II cild, səh-100. 



                                                           


  

105 


yaxınlaşaraq belə dedi: “Bu döyüş nəyə lazımdır? Əgər sən Müaviyənin xila-

fətə gəlməyinə yardımçı olsan, o da sənə Xorasan hakimliyini verər?” Bu tək-

lifi eşidən Xalid İbn Müəmmər döyüşdən əl çəkərək, sakitcə öz düşərgəsinə qa-

yıtdı. Xalidin qəlbindəki hisslər Hz.Əlinin sərkərdələrinin arasında Müaviyənin 

səpdiyi ilk nifaq toxumu idi. Xalidin ardınca Əşəs ibn Qeysə də əmirlik vəd 

edildi. Məhz bu şəxslər Hz.Əlinin ardıcıllarını ona qarşı qaldırdılar. 

Tarixi mənbələrə görə, Kufə qoşunu iki ümumi həmləyə keçdi. Birinci hü-

cum  Hz.


Əlinin Əmmar ibn Yasir, Uveys  Qərani  kimi səhabə və  yaxınlarının 

şəhadətindən  sonra  baş  verdi.  Hz.Əlinin  başçılığı  ilə  edilən  bu  hücum  nəti-

cəsində bütün Şam döyüşçüləri, o cümlədən Müaviyə qaçdı.  

İkinci döyüş isə “Leylətul-hərir” də baş verdi. Soyuq qış gecələrində itlər, 

adətən, hürmək əvəzinə  ulaşırlar. Ərəb dilində bu sayaq ulaşma və zingiltiyə 

“hərir” deyilir. Leylətul-hərir döyüşündə o qədər yaralı var idi ki, gecənin qa-

ran

lığındakı zarıltılar qış gecələrindəki it ulaşmalarını xatırladırdı.  



Leylətul-hərir  gecəsindən  sonra  bütün  gücünü  itirən  Müaviyə  və  onun 

yaxın  dostu  Əmr  ibn  As  Hz.Əlinin  ordusuna  qalib  gəlmək  üçün  hiyləyə  əl 

atdılar.  Müaviyə  Əmrin  hiyləsilə  qoşuna  göstəriş  verdi  ki,  Quran  səhifələrini 

ni

zələrə keçirib ordunun qarşısında dayansınlar. Şamlılar İraq döyüşçüləri qar-



şısında  uca  səslə  fəryad  çəkib  dedilər:  “Ey  ərəb  qəbiləsi,  bu  qədər  ölüm  nə 

üçün


dür? Qoy aramızda Allah kitabı mühakimə yürütsün!” 

İraq əsgərləri arasında olan Əşəs ibn Qeys dedi: “Artıq qarşımızdakı qövm-

lə  döyüşmək  olmaz.  Çünki  onlar  bizi  Quranın  mühakiməsinə  dəvət  edirlər.” 

Əşəsin  ardınca  Xorasan  əmərliyi  vədini  almış  Xalid  ibn  Muəmmərdə  Əşəsin 

sözlərini  təsdiqlədi.  Sonda  iki  tərəf  arasında  “Həkəmiyyət”  (hakimlər)  sülhü 

bağlandı. Bu sülh “Dumətul-Cəndəl” qalasında bağlanmışdır. Hz.Əli tərəfindən 

Əbu Musa Əşəri, Müaviyə tərəfindən isə Əmr ibn As nümayəndə seçildi.  

Hicri 38-

ci il səfər ayının 17-də (miladi 658) Hz.Əlinin, Müaviyənin və hər 

iki tərəfdən olan şahidlərin imzası ilə belə bir sülh imzalandı: 

1. 

Hakimlər hirci 38-ci il ramazan ayınadək (altı ay ərzində) tərəflər arasın-



dakı  ixtilafları  Quran  əsasında  həll  edəcək  və  ilahi  göstərişlərin  pozulmasına 

yol verməyəcək. 

2. 

Bu iki şəxsin İraq və Şam dövlətləri tərəfindən siyasi toxunulmazlığı var. 



3. 

Müəyyən  edilmiş  vaxt  başa  çatdıqdan  sonra  hakimlərin  hökmü  Quran 

əsasında olsa, xalq onu dəlil kimi qəbul edəcək, Allahın hökmünün əksinə olsa 

xalq onu qəbul etməyəcək. 

4. 

Əgər təyin olunmuş vaxt çatmamış hakimlərdən biri ölsə, onu göndərmiş 



dövlət başqasını təyin edəcək və bu təyinatda əvvəlki şərtlər əsas götürüləcək. 

5. 


Əgər hakimlər razılaşa bilməsələr, İraq və Şam arasında yenidən döyüş 

başlayacaq. 

Həkəmiyyət nəticəsində Hz.Əlinin ordusunda parçalanma baş verdi və on 

iki  min  nəfərdən  ibarət  xəvaric  dəstəsi  meydana  çıxdı.  Hz.Əli  nəticədə 

Nəhrəvanda bu dəstə ilə döyüşməyə məcbur oldu. 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə