Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə58/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   54   55   56   57   58   59   60   61   ...   314

 

118 


tə, Mikail isə ayaq tərəfində durdu. Cəbrail dedi: “Afərin, afərin! Ya Əli, kim 

sənin kimi ola bilər?! Allah mələklərin yanında səninlə fəxr edir!”  

Hz.

Peyğəmbər (s) Mədinəyə tərəf yola düşdüyü zaman bu ayə nazil oldu: 



“İnsanlardan  bəzisi  Allahın  razılığını  qazanmaq  yolunda  öz  canını  fəda 

edər.  Allah  öz  bəndələrinə  qarşı  çox  mehribandır!”  Bu  hədis  aşağıdakı  

mənbələrdə də öz təsdiqini tapmışdır: 

1. 

İmam Qəzzali, Ehyaul-ulum, III cild, səh-237 



2. 

Yusif Gənci Şafei, Kifayətut-Talib, səh-114 

3. 

İbn Səbbağ Maliki, Fisulul-muhimmə, səh-33 



4. 

Cövzi Hənəfi, Təzkirətul-xəvass, səh-21 

5. 

Şəblənci, Nurul-əbsar, səh-82 



6. 

Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-196 

7. 

Müstədrəki-Hakim, III cild, səh-4 



8. 

Müsnədi-Əhməd, I cild, səh-347 

9. 

Təfsiri-Burhan, I cild, səh-206-207 



10. Əllamə Məclisi, Biharul-ənvar 

11. Təbərsi, Məcməul-bəyan 

12. 

Şeyx Müfid, əl-İrşad 



13. Şeyx Məkarim Şirazi, İmamət haqqın dili ilə. 

11. “


Bəqərə” surəsi, 274-cü ayə və ya “İnfaq” ayəsi (sədəqə, xərc): “Mal-

la

rını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi ya-

nında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yox-

dur və onlar qəm-qüssə görməzlər.” İbn Abbas deyir: “Bu ayə Əli ibn Əbu 

Ta

lib haqqında nazil olmuşdur. Bir dəfə Hz.Əlinin cəmi dörd dirhəm pulu var 



idi. 

Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dir-

həmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) on-

dan “Ya Əli! Səni bu işə nə vadar etdi?” soruşduqda, Hz.Əli belə cavab verdi: 

“Allahın mənə vəd etdiklərini qazanmaq istəyim!” Hz.Peyğəmbər (s) buyurdu: 

“Agah ol ki, sən həmin vədlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil 

oldu.” 

Hədisin  mənası  budur  ki,  Hz.Əli  öz var-dövlətini  xərcləməkdə 



Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik 

ol

duğu  malı  Allah  yolunda  xərc  etmiş,  ikincisi,  bu  işi  həm  gecə,  həm 



gündüz,  həm  aşkar,  həm  də  gizli  yerinə  yetirmişdir.  Allahın  razılığını  qa-

zanmaq  üçün  sevinclə  yanaşı,  ixlas  və  fədakarlıq  Onun  dərgahında  qəbul 

edilmiş  və  bu  ayə  nazil  olmuşdur.  Bu  hədis  aşağıdakı  mənbələrdə  öz  təs-

diqini tapmışdır: 

1. 

Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-109-115 



2. 

Siyuti, Əddurrul-mənsur, I cild, səh-363 

3. 

Muhibbəddin Təbəri, Zəxairul-uqbə, səh-88 



4. 

İbn Cövzi, Təzkirətul-xəvass, səh-17 

5. 

Təfsiri-Qurtubi, II cild, səh-1115 



6. 

Şəblənci, Nurul-əbsar, səh-105 




  

119 


7. 

Süleyman Qunduzi, Yənabiul-məvəddət, səh-92 

8. 

İbn Əsir, Usdul-ğabə, I cild. səh-21 



9. 

Vahidi, Əshabun-nüzul, səh-64 

10. 

Fəzailul-xəmsə, I cild, səh-321-322 



11. Əllamə Əmini, əl-Qədir 

12. Əllamə Əsgəri, Məalimul mədrəsəteyn 

13. Şərafuddin Amuli, Əl-Müraciət 

14. Məkarim Şirazi, İmamət haqqın dili ilə 

12. 

“Tövbə” surəsi, 119-cu ayə və ya “Sadiqin” ayəsi: 



“Ey iman gətirən-

lər! Allahdan qorxun (imanında, sözündə, işində) doğru olanlarla olun!” 

tün sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda 



qeyd olunan ayə Əli ibn Əbu Talibə məxsusdur. İbn Abbasın belə dediyi nəql 

olunur: “Sadiqlərlə birgə olun” ifadəsindən məqsəd, Əli ibn Əbu Talib və onun 

səhabələri  ilə  birgə  olmaqdır!

152


  seyid 

Haşim  Bəhrani  “Təfsiri-Burhan”ında 

“Nəhcül-bəyan”  kitabından  belə  nəql  edir:  “Rəvayət  olunmuşdur  ki,  Hz.Pey-

ğəmbərdən  (s)  “sadiqlər”  barəsində  sual  olunduqda,  “Onlar  Qiyamətə  qədər 

Əli,  Fatimə,  Həsən,  Hüseyn  və  onların  məsum,  günahsız  övladlarıdır”,  deyə 

buyurmuşdur.

153

 

Siyutinin  “Əddurrul-mənsur”,  Xarəzminin  “Mənaqib”  səh-



189, Süleyman Qunduzinin “Yənabiul-məvəddət” səh-115-də əsərlərində də bu 

həqiqət təsdiqlənmişdir. 

13. “

Beyyinə” surəsi, 7-8-ci ayələr və ya “Xeyrul-Bəriyyə” ayəsi: 



“İman 

gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz 

Rəbbi  yanındakı  mükafatı  (ağacları)  altından  çaylar  axan  Ədn  cənnət-

ləridir.  Onlar  orada  əbədi  qalacaqlar.  Allah  onlardan  razıdır,  onlar  da 

Allah

dan.  Bu  nemətlər  Rəbbindən  qorxanlar  üçündür!”  Bu  ayələr  vasi-

təsilə ən pis və ən yaxşı məxluqların kim olduğu açıqlanır. Allah Haqq nurunu 

sön

dürmək istəyən, həm özlərini, həm də başqalarını azğınlığa sürükləyən ka-



fir

ləri və kitab əhlindən olan müşrikləri “şərrul-bəriyyə” (yaradılmışların ən pi-

si), bunun müqabilində isə iman nuru sayəsində haqq yol seçən, yaxşı əməllər 

edən, həm özlərini, həm də başqalarını doğru yola çağıranları “xeyrul-bəriyyə” 

(yaradılmışların ən yaxşısı) adlandırır.  

Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Biz Hz.Peyğəmbərlə (s) bir 

yerdə  idik.  Bu  vaxt  Əli  bizə  tərəf  gəlirdi.  Hz.Peyğəmbər  (s)  onu  görən  kimi 

buyurdu: “Canım əlində olan Allaha and olsun ki, bu kişi və onun tərəfdarları 

Qiya

mət  günü  nicat  tapanlardandır!”  Bundan  sonra  “İman  gətirib  saleh  iş  gö-



rənlər yaradılmışların ən yaxşılarıdır.” ayəsi nazil oldu. Bu ayənin nazil olmasın-

dan sonra Hz.

Əli gələrkən Peyğəmbərin (s) səhabələri ona “Yaradılmışların ən 

yaxşısı gəlir!” dedilər.” Bu hədis aşağıdakı mənbələrdə təsdiqlənmişdir: 

1. 

Siyuti, Əddurrul-mənsur, VI cild, səh-379 



152

Təfsiri-Sələbi, III cild, səh-297. 

153

Təfsiri-Burhan, II cild, səh-170. 



  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə