Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə59/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   55   56   57   58   59   60   61   62   ...   314

 

120 


2. 

Hakim Həsqani, Şəvahidut-tənzil, II cild, 357, 359-364 

3. 

İbn Hacər, Əs-səvaiqul-muhriqə, səh-96 



4. 

Şəblənci, Nurul-əbsar, səh-70, 101 

5. Əllamə Əmini, əl-Qədir 

6. Əllamə Məclisi, Biharul-ənvar 

7. Məkarim Şirazi, İmamət haqqın dili ilə 

8. Təfsiri-Təbərsi. 

14. “

Bəqərə” surəsi, 269-cu ayə və ya “Hikmət” ayəsi: 



“Allah istədiyi şəx-

sə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, 

ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıl sahibləri düşü-

nüb dərk edərlər!” Abdullah ibn Abbasdan belə nəql olunur: “Biz Peyğəm-

bərin  (s)  yanında  idik  və  Həzrətdən  Əlinin  haqqında  soruşulduqda,  buyurdu: 

“Elm və hikmət on qismdir, onun doqquzu Əliyə, biri isə camaata verilmişdir!” 

Başqa bir  yerdə isə Əbil-Həmradan belə nəql edir: “Biz Peyğəmbərin (s) ya-

nında idik və Əli bizə tərəf gəlirdi. Bu vaxt Peyğəmbər (s) buyurdu: “Hər kəs 

Adəmin elmini, Nuhun düşüncəsini və İbrahimin Allahla dostluğunu müşahidə 

edib sevinmək istəyirsə, Əli ibn Əbu Talibə baxsın!” 

Bu rəvayətlər açıq-aydın göstərir ki, Hz.Peyğəmbərdən (s) sonra İslam üm-

məti arasında elm, bilik və hikmətdə Hz.Əliyə çatan bir kəs yoxdur. İmamətin 

əsas  və  mühüm  şərti  elm  və  hikmət  olduğundan,  İslam  Peyğəmbərindən  (s) 

son

ra imamət və xilafət məqamına ən layiq şəxs, yalnız Əli ibn Əbu Talibdir. 



Bu həqiqət aşağıdakı mənbələrdə də öz təsdiqini tapmışdır: 

1. 


Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-79, hədis: 116; səh-105, hə-

dis: 146; səh-106, hədis: 147  

2. 

Sünəni-Tirmizi, V cild, səh-637 



3. 

Xarəzmi,  Mənaqib,  bölüm:  Əli  ibn  Əbu  Talibin  (ə)  fəzilətləri,  hədis: 

3723 

4. Təbərsi, Məcməul-bəyan 



5. Şeyx Müfid, əl-İrşad 

6. Təbatəbai, əl-Mizan 

7. Məkarim Şirazi, İmamət haqqın dili ilə. 

15. “


İnsan” surəsi, 5-22-ci ayələr: 

“Şübhəsiz ki, yaxşı əməl və itaət sahib-

ləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər. O (kafur) 

elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) 

asanlıqla axıdacaqlar. Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələr-

dirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşəti (aləmi) 

bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxar-

lar. Onlar öz iştahları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya Allah 

rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və 

sonra da o kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü 

yedirdirik.  Biz  sizdən  (bu  ehsan  müqabilində)  nə  bir  mükafat,  nə  də  bir 

təşəkkür  istəyirik.  Həqiqətən,  biz  çox  sərt,  çətin  bir  gündə  Rəbbimizdən 


  

121 


qorxuruq!” Allah da onları o günün şərrindən qoruyacaq, onlara gözəllik 

və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və 

ipəklə  mükafatlandıracaqdır.  Onlar  orada  taxtlara  söykənəcək,  orada  nə 



nəş, nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə 



şəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçi-

lər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gü-

müşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları sahiblərinə münasib 

öl

çüdə  etmişlər.  Orada  onlara  zəncəfil  qatılmış  badə  də  içirdiləcəkdir. 

(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keç-

di

yi üçün) Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğ-

lan

lar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını 

zənn  edərsən.  (Orada)  hara  baxsan,  nemət  və  böyük  bir  mülk  görərsən. 

(Cənnət əhlinin) əyinlərində tafdadan və atlazdan (nazik və qalın ipəkdən) 

ya

şıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onla-

ra  çox  pak  bir  şərab  içirdəcəkdir.  (Onlara  belə  deyiləcəkdir:)  “Bu  sizin 

(dün

yada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah 

ya

nında) məqbuldur (təqdirəlayiqdir)!” İbn Abbasdan belə nəql olunur: ”Bir 

gün Həsən və Hüseyn xəstə idilər. Hz.Peyğəmbər (s) və bəzi səhabələr onları zi-

ya

rətə gəlmişdilər. Onlar Hz.Əliyə belə dedilər: “Ey Əbul Həsən! Övladlarının 



sağalması  üçün  nəzir  etsəydin  yaxşı  olardı.  Bundan  sonra  da  Hz.Əli,  Fatimə, 

xid


mətçiləri Fizzə Həsən və Hüseynin sağalması üçün dua edib üç gün oruc tu-

ta

caqlarını nəzir etdilər. Nəzirlərini yerinə yetirmək üçün Hz.Əli məndən üç nə-



fərlik yemək üçün buğda aldı. Onlar üç gün ardıcıl oruc tutmağa qərar vermiş-

dilər. Hz.Fatimə  onun  üçdə  bir  hissəsini una  çevirib  çörək  bişirdi.  Onlar  iftar 

aça

caqları bir zamanda qapılarını bir  fəqir döyüb  dedi:  “Salam olsun sizə,  ey 



Mu

həmmədin Əhli-beyti! Müsəlmanların fəqirlərinin ən fəqiriyəm. Sizdən bir 

par

ça  yemək verməyinizi xahiş edirəm. Allah sizə mərhəmət edib, cənnət ne-



mətlərindən bəxş etsin!” 

Qapılarına gələn miskin şəxsin bu istəyini öz nəfslərinin istəklərindən üs-

tün tutduqları üçün hər kəs öz payına düşən hissəni fəqirə verdi və o axşam yal-

nız su ilə iftar etdilər. İkinci gün yenə nəzir oruclarını tutub, iftar yeməyinə ha-

zırlaşdıqları bir zamanda qapılarını bir yetim döydü. Yetim ona kömək edərək 

təam vermələrini istədi. Əhli-beyt yenə fədakarlıq göstərib həmin günün iftarı 

üçün hazırladıqları yeməyi yetimə verdilər. Üçüncü gün yenə iftar vaxtı öz ye-

məklərini  qapılarına  gələn  bir  əsirə  verdilər.  Özləri  əvvəlki  kimi  su  ilə  iftar 

etdilər.  

Səhər olduqda Hz.Əli Həsən və Hüseynin əlindən tutaraq Hz.Peyğəmbərin (s) 

yanına getdi. Hz.Peyğəmbər (s) onların acından titrədiklərini və rənglərinin saral-

dığını  gördü.  Hz.Peyğəmbər  (s) onlarla  birlikdə  Fatimənin  yanına  gəldikdə  onu 

meh

rabında ibadətlə məşğul olduğunu  gördü.  Qızının da  aclıqdan halının olma-



masını  görən  Hz.Peyğəmbərə  Cəbrayıl  nazil  olaraq  belə  buyurdu:  “Ey  Muhəm-

məd! Bu surəni al. Şübhəsiz ki, Allah sənin Əhli-beytinlə iftixar etməkdədir.” Da-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə