Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə61/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   57   58   59   60   61   62   63   64   ...   314

 

124 


18. 

“Taha”  surəsi,  29-32-ci  ayələr  və  ya  “Vəzirlik”  ayəsi: 



“Və  mənə  öz 

ailəmdən  bir  vəzir  (köməkçi)  ver.  Qardaşım  Harunu!  Onunla  arxamı 

möh

kəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver)!” Əsma binti 

Umeysdən belə nəql olunur: “Hz.Peyğəmbər (s) belə buyurdu: “İlahi! Mən sən-

dən qardaşım Musanın  (ə) istədiyini istəyirəm:  İlahi! Mənim Əhli-beytimdən 

bir nəfəri, qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, 

onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna edim, Səni çoxlu yad edim. Hə-

qiqətən, Sən bizi görürsən və bizim vəziyyətimizdən xəbərdarsan!” Məlum ol-

duğu kimi, Hz.Peyğəmbərin  (s) işlərinə şərik olmaq nübuvvət və  risalət  yox, 

xal


qa rəhbərlik vəzifəsidir. Bu və buna oxşar hədislər aşağıdakı mənbələrdə də 

öz təsdiqini tapmışdır: 

1. 

Hakim  Həsqani,  Şəvahidut-tənzil,  I  cild,  səh-77,  hədis:  115;  səh-368, 



hədis: 510; səh-370, hədis: 511; səh-374, hədis: 516 

2. 


Əbu Nəim, Mulhəqati Ehqaqul-həqq, XX cild, səh-128 

3. Təbərsi, Məcməul-bəyan 

4. Əllamə Məclisi, Biharul-ənvar 

19. 


“Əhzab” surəsi, 23-25-ci ayələr: 

“Möminlər içərisində elələri vardır 

ki, Allaha etdikləri əhdə sadiq qalarlar. Onlardan kimisi (bu yolda) şəhid 

ol

muş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla də-

yişməzlər ki, Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlan-

dırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul 

bu

yursun.  Həqiqətən,  Allah  (bəndələrini)  bağışlayandır,  rəhm  edəndir! 

Allah kafirləri öz qeyzləri ilə (qəzəbləri içində boğula-boğula) dəf etdi. On-

lar  heç  bir  xeyir  (qənimət)  əldə  edə  bilmədilər.  Döyüşdə  (zəfər  çalmağa) 

Allah  möminlərə  kifayət  etdi.  Allah  yenilməz  qüvvət  sahibi,  qüdrət  sa-

hibidir!” 

Abdullah  ibn  Abbasdan  belə  nəql  olunur:  “Möminlərdən  bəziləri 

Allahla əhdlərinə sadiqdirlər.” – ayəsi Hz.Əli, Hz.Həmzə və Hz.Cəfər haqqında 

nazil olmu

şdur.  Ayədə  qeyd  olunan  “Bəzisi  də  intizardadır.”  cümləsi  Allah 

yolunda şəhadət intizarı çəkən Əliyə işarədir. Allaha and olsun ki, şəhadət ona 

nəsib  oldu!”  Qeyd  etdiyimiz  bu  hədisi  və  bu  ayələrin  Hz.Əlinin  şəninə  nazil 

olmasını aşağıdakı mənbələr təsdiqləmişdir: 

1. 

Hakim Həsqani, Şəvahidut-tənzil, II cild, 1-2, hədis: 627-628 



2. 

Siyuti, Əddurrul-mənsir, V cild, səh-192 

3. 

Süleyman Qunduzi Hənəfi, Yənabiul-məvəddət, səh-94 



4. 

Təbərsi, Məcməul-bəyan 

5. 

Məkarim Şirazi, İmamət haqqın dili ilə 



6. 

Nişapuri, Əl-Kəşfu vəl-bəyan 

7. 

Əliyyun fil-kitabi vəs-sünnə, səh-218 



20. 

“Hədid” surəsi, 19-cu ayə və  ya “Siddiqun” ayəsi: 



“Allaha və pey-

ğəmbərlərinə  iman  gətirənlər  –  məhz  onlar  öz  Rəbbi  dərgahında  olan 

sid

diqlər  (özündə-sözündə doğru olanlar)  və şəhidlərdir. Onların  (qiya-

mət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) 


  

125 


öz nur

ları  vardır.  Kafir  olub  ayələrimizi  yalan  sayanlara  gəldikdə  isə, 

on

lar  cəhənnəmlikdirlər.”  İbn  Əbi  Leylinin  belə  dediyi  nəql  olunur: 

“Hz.Pey


ğəmbər (s) belə buyurub: “Sadiqlər (düzdanışanlar) üç nəfərdir: Ali-

Yasin mömi

ni  Həbib  Nəccar, Ali-Firon  mömini  Hizqil  və  onların  fəzilətlisi 

olan Əli ibn Əbu Talib.” Bu və digər hədislər İslam ümməti arasında “siddiq” 

məqamını İmam Əliyə aid edir. Bu, bir fəzilətdir və başqaları ilə müqayisədə 

o  Həzrətin üstünlüyünü göstərir.  Bu  haqda  olan  hədislər  aşağıdakı  mənbə-

lərdə də öz təsdiqini tapmışdır: 

1. 


Hakim Həsqani, Şəvahidut-tənzil, II cild, səh-223, hədis: 937, 939, 942 

2. 


Süleyman Qunduzi Hənəfi, Yənabiul-məvəddət 

3. 


Müttəqi Hindi, Kənzul-ummal, XI cild, səh-601, hədis: 32897 

4. Ehqaqul-

həqq, III cild, səh-243 

5. Əllamə Əmini, əl-Qədir 

21. 

“Hud” surəsi, 17-ci ayə və ya “Şahid” ayəsi: 



“Məgər Rəbbindən açıq-

ay

dın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəb-

rail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mər-

həmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edən-

lər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən 

müsəlmanlar) Qurana inanırlar. (Ya Rəsulum!) Quranı inkar edən züm-

rənin  (bütün  müşriklərin  və  kafirlərin)  vəd  olunduğu  yer  Cəhənnəmdir. 

Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) 

haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!” Bir 

nəfər  “Ya  Əmirəl-möminin!  Quranda  sənin  haqqında  bir  ayə  nazil  olubmu?” 

soruşduqda, o Həzrət buyurdu: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad 

edən,  ardınca  Allah  tərəfindən  bir  şahid  gələn  kimsə  (başqaları  kimi  ola  bi-

lərmi?!) ayəsində “Allah tərəfindən açıq-qydın dəlilə istinad edən Muhəmməd-

dir (s)

, ona şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!” Bu və buna 

bənzər hədislər aşağıdakı mənbələrdə öz təsdiqini tapmışdır: 

1. 

Hakim Həsqani, Şəvahidut-tənzil, I cild, səh-380, hədis: 383-384; səh-



282, hədis: 387 

2. 


Siyuti, Əddurrul-mənsur, III cild, səh-324 

3. Alusi, Ruhul-

məani, XII cild, səh-28 

4. Məkarim Şirazi, İmamət haqqın dili ilə 

5. Təfsiri-Təbərsi 

22. 


“Hədid” surəsi, 28-ci ayə və ya “Nur” ayəsi: “Ey ima

n gətirənlər! Al-

lah

dan  qorxun  və  Onun  Peyğəmbərinə  iman  gətirin  ki,  (Allah)  sizə  Öz 

mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün 

nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” İbn 

Abbas  Hz.

Peyğəmbərdən (s) belə nəql edir: “Ayədə qeyd olunan “Allah sizə 

Öz mərhəmətindən iki pay versin” cümləsindən məqsəd, Allahın Əliyə mərhə-

mət  etdiyi  Həsən  və  Hüseyn  (ə),  “Sizə  yol  getməyiniz  üçün  nur  bəxş  etsin” 

cüm


ləsindən məqsəd,  İslam ümmətinin nuru və hidayət nişanəsi Əli ibn Əbu 

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə