Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə68/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   64   65   66   67   68   69   70   71   ...   314

 

138 


Bəzi  rəvayətlərdə  də  göstərilmişdir  ki,  Hz.Əli  (ə)  Hz.Peyğəmbərdən  (s) 

“Ni


cat  əhli  olan  firqə  hansıdır?”  –  deyə  soruşduqda,  buyurmuşdur:  “Sənin, 

tərəfdarlarının və səhabələrinin yolundan yapışanlar!”

177

 

6. 



“Nücum”  hədisi:  İbn  Abbasın  Hz.Peyğəmbərdən  (s)  belə  buyurduğu 

nəql olunur: “Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada qərq olmaqdan 

qur

tuluşa səbəb olduğu kimi, mənim əhli-beytim də ümmətim üçün ixtilaflarda 



əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, 

üm

mətin arasında ixtilaf yaranar. Bilin ki, müxalifətçilik edənlər Şeytanın qo-



şunundandır!” Bu hədis aşağıdakı mənbələrdə qeyd olunmuşdur: 

1. 


Müstədrəki-Hakim, III cild, səh-141, Heydərabad çapı 

2. Ehqaqul-

həqq, IX cild, səh-294-296 

3. Siyuti, Camius-

səğir, səh-587, Misir çapı 

4. 


Əhməd  ibn  Abdullah  Təbəri  Şafei,  Zəxairul-uqbə,  səh-7,  Muəssisətul-

qudsi, Qahirə. 

5. 

Şərəfuddin Amuli, əl-Müraciət 



6. 

Məkarim Şirazi, İmamət haqqın dili ilə 

7. 

Əllamə Əmini, əl-Qədir 



Əhli-Beyt (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zül-

mətindən qoruyub, ali məqsədə yönəldir və Allah yolunun yolçularını azğınlıq 

dal

ğalarında  boğulmaqdan  xilas  edirsə,  digər  tərəfdən  də  insan  və  cinlərdən 



olan  şeytanların  İslam  hüdudlarına  nüfuzunun,  Quranın  hökmləri  və  sünnəni 

təhrif etməsinin qarşısını alır. Səma ulduzlarından birinin batıb, digərinin çıx-

ma

sı, bir qisminin üfüqdə itib, digər bir qisminin yenidən parlaması xüsusiyyəti 



Pey

ğəmbər (s) Əhli-beytində (ə) də var. Hz.Əli (ə) bu məsələni “Nəhcül-bəla-

ğədə”də aydın bəyan edərək buyurmuşdur: “Agah olun! Məhəmməd (ə) Əhli-

bey


ti səma ulduzlarına bənzəyir, onların biri batdıqda, digəri çıxır!”

178


 

7. 

“Mədinə” hədisi: Hz.Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəri-

yəm, Əli də onun qapısı. Elm öyrənmək istəyən qapıdan girməlidir.” Bu hədis 

aşağıdakı mənbələrdə öz təsdiqini tapmışdır: 

1. 


Hakim Nişapuri, Əl-Müstədrək, III cild, səh-126-128 

2. 


İbn Əsir, Usdul-ğabə, IV cild, səh-22 

3. Tarixi-

Təbəri, I cild, səh-129 

4. 


Muhibbətdin Təbəri, Zəxairul-uqbə, səh-77 

5. 


Zəhəbi, Təzkirətul-huffaz, IV cild, səh-28 

6. 


İbn Hacər Əsqəlani, Təhzibut-təhzib, VII, səh-337 

7. 


Müttəqi Hindi, Kənzul-ummal, VI cild, səh-156 

8. Tarixi-

Bağdadi, II cild, səh-377 

9. 


Məkarim Şirazi, İmamət haqqın dili ilə 

10. Şərəfuddin Amuli, əl-Müraciət 

177

Ehqaqul-


həqq, VII cild, səh-185. 

178


Nəhcül-bəlağə, xütbə: 100. 

                                                           




  

139 


8. Hz.

Peyğəmbər (s) buyurdu: “Adəmin elmini, Nuhun təqvasını, İbrahimin 

helmini, Musanın heybətini, İsanın ibadətini görmək istəyən Əliyə (ə) baxsın.”

179

  

9. 

İbn Abbas Hz.Peyğəmbərdən (s) belə nəql edir: “Hər kim mənim ki-

mi yaşayıb, mənim kimi ölmək və Rəbbinin saldığı “Ədn” bağında məskunlaş-

maq istəyirsə, məndən sonra Əlini (ə), onun vəlisini sevsin və məndən sonra 

gələn imamlara tabe olsun. Çünki onlar mənim Əhli-beytimdirlər.”

180

  

10. 

“Teyr” (qızardılmış quş əti) hədisi: Hz.Peyğəmbərin (s) uzun həyat 

rən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə 



nəfərlə onun görüşünə getmişdi. Söhbət Hz.Əlidən (ə) düşdükdə, Həccacın oğ-

lu o Həzrət barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: 

“Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu qaldırıb oturtduqdan sonra Ənəs 

de

di: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbu Talib (ə) haqqında pis fikirdə-



sən? Hz.Məhəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəm-

bərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri kimi o Həz-

rətin  qulluğunda  dururdum.  Növbə  mənə  çatan  gün  Ümmü-Əymən  Hz.Pey-

ğəmbər (s) üçün qızardılmış quş gətirib, o Həzrətin qarşısına qoydu. Həzrət bu-

yurdu: “Ey Ümmü-

Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü-Əymən dedi: 

“Onu özüm ov

lamış və sizin üçün bişirmişəm!” Bu zaman Hz.Peyğəmbər (s) bu-

yur

du: “İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi 



ye

tir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!” 

Bu  vaxt  evin  qapısı  döyüldü.  Hz.Peyğəmbər  (s)  buyurdu:  “Ey  Ənəs,  gör 

qa

pının  arxasındakı  kimdir?”  Mən  öz-özümə  dedim:  “Kaş,  qapının  arxasında 



ənsardan  biri  olaydı.  Lakin  qapını  açdıqda  Əlini  (ə)  gördüm  və  ona  dedim: 

“Pey


ğəmbərin (s) işi var və səninlə görüşməyə vaxtı yoxdur. Bunu deyib, qa-

yıtdım və öz yerimdə oturdum. Yenidən qapı döyüldü. Hz.Peyğəmbər (s) bu-

yur

du: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə 



sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Hz.Əli (ə) içəri daxil 

oldu.  Hz.

Peyğəmbər  (s)  buyurdu:  “Ey  Ənəs!  Quş  ətini  ona  yaxın  qoy.”  Mən 

quş ətini Hz.Peyğəmbərlə (s) Hz.Əlinin (ə) qarşısına qoydum və hər ikisi on-

dan yeməyə başladılar. 

Məhəmməd  ibn  Həccac  dedi:  “Ey  Ənəs!  Sən  bu  hadisəni  öz  gözünləmi 

gör

dün?” Ənəs dedi: “Bəli!” Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-



pey

man bağlayıram ki, bundan sonra heç vaxt Hz.Əlinin (ə) haqqında pis fikir-

də olmayım və ona irad tutanı alçaldım!” “Teyr” adı ilə məşhur olan bu hədis 

bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur: 

1. 

Hakim Nişapuri, Əl-Müstədrək, III cild, səh-131, Darul-mərifət, Beyrut. 



2. 

Əhməd ibn Müvəffəq, Mənaqib, səh-67 

3. 

Sünəni-Tirmizi, XIII cild, səh-170, Əs-savi, Misir. 



179

İbn Əbil Hədid, Nəhcül-bəlağənin  şərhi, II cild, səh-449; Fəxrəddin Razi, Məfatihul-ğeyb, 

VIII cild, səh-81. 

180


Əbu Nəim İsfəhani, Hilyətul-övliya, səh-86. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə