Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə69/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   65   66   67   68   69   70   71   72   ...   314

 

140 


4. 

Zəhəbi, Təzkirətul-huffaz, səh-965-966 

5. Məkarim Şirazi, İmamət haqqın dili ilə 

7. Əllamə Məclisi, Biharul-ənvar 



11. 

“Şəkva”  hədisi:  Yəməndən  qayıdan  Bureydə  Hz.Əlidən  (ə)  Hz.Pey-

ğəmbərə (s) şikayət etdikdə Allah Rəsulu buyurdu: “Əlidə eyb axtarma, çünki, 

o məndəndir, məndə ondan. O məndən sonra sizin vəlinizdir ” 

1. 


Ənməd ibn Hənbəl, Əl-Müsnəd, V cild, səh-356 

2. 


Xəsaisun-Nəsai, səh-24 

3. 


Hakim Nişapuri, Əl-MüstədrəkIII cild, səh-110 

4. 


Heysəmi, Məcməüz-Zəvaid, IX cild, səh-127 

5. 


Müttəqi Hindi, Kənzul-ummal, XII cild, səh-207 

12. 

“Rayət”  hədisi:  Xeybər  döyüşündə  məşhur  səhabələr  Əbu  Bəkr  və 

Ömərin məğlub şəkildə geri qayıtmasından sonra Hz.Peyğəmbər (s) buyurdu: 

“Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, o dəfələrlə hücum edər, amma geri 

qa

yıtmaz. O Allah və Onun Rəsulunu sevir, eyni zamanda Allah və Rəsuluda 



onu  sevir.”  Səhər  olduqda  Hz.Peyğəmbər  (s)  bayrağı  Hz.Əliyə  (ə)  verdi  və 

Hz.


Əli (ə) alınmaz Qamus qalasını fəth etdi.

181


 

Başqa bir hədisdə Hz.Peyğəmbər (s) buyurdu: “Ey Əbəl Həsən! Əgər dər-

yalar mürəkkəb, ağaclar qələn, insanlar yazar, cinlər hesablayıcı olsa, yenə də 

sənin fəzilətlərini sayıb qurtara bilməzlər!” 



13. 

“Xəndək” hədisi: Xəndək döyüşündə Hz.Əli (ə) Əmr ibn Əbdəvidi öl-

dür


dükdən sonra Hz.Peyğəmbər (s) belə buyurdu: “Əlinin Xəndəkdə vurduğu bir 

qılınc zərbəsi qiyamətədək insanların və cinlərin etdiyi ibadətdən üstündür.”

182

 

14. Hz.



Peyğəmbər (s) buyurdu: “Mənim Əhli-beytimi incidib zülm edən-

lərə  cənnət  haramdır.”

183

 

Fəxrəddin  Razi  öz  təfsirində  belə  deyir:  “Əhli-beyt 



beş şeydə Hz.Peyğəmbərlə (s) bir cərgədədir: 1) salamda, 2) namazın təşəhhü-

dündə (salavatda), 3) paklıqda, 4) məhəbbətdə, 5) onlara sədəqə verilməyin ha-

ram

lığında.” 



15. Hz.

Peyğəmbər (s) buyurdu: “Mən gələcəkdə görürəm ki, qardaşım və 

əmim oğlu Əli (ə) mənim məscidimdə bir neçə nəfər əshabı ilə oturarkən bir 

dəstə cəhənnəm əhli oraya gəlib onu və tərəfdarlarını qətlə yetirmək istəyəcək-

lər.”


184

 

İslam və İman: İmam Sadiq (ə) buyurur: “İslamiyyət Allahın vahidliyini 

və Hz.Məhəmmədin (s) peyğəmbərliyini iqrar və etiraf etmək, namaz qılmaq, 

oruc tutmaq, zəkat vermək və həccə getməkdir ki, xalqın əksəriyyəti bunu yeri-

181

Sireyi-


Hələbi, II cild, səh-37; Sireyi-Hişam, III cild, səh-354. 

182


Hakim Nişapuri, Əl-Müstədrək, XXX cild, səh-32. 

183


Fəxrəddin Razi, Məfatihul-ğeyb; Zəməxşəri, Təfsiri-Kəşşaf. 

184


 Ehticaci-Təbərsi. 

                                                           




  

141 


nə yetirir. Lakin imana gəlincə bunlara əlavə olaraq həm də Əlinin (ə) vilayəti-

ni və Əhli-beyti tanımaq, sevmək və Onlara inanmaqdır.”

185

 

İbn Məğazali “Mənaqib” kitabında rəvayət edir: Osman Hz.Peyğəmbərin (s) 



belə buyurduğunu deyir: “Mən və Əli Adəm yaradılmamışdan on dörd min il əv-

vəl bir nur idik. Allah Adəmi yaratdıqda bu nuru onun sülbündə qərar verdi. Əb-

dül

müttəlibə qədər bir nur idik. Əbdülmüttəlibin sülbünə çatdıqda məndə nübuv-



vəti, Əlidə isə xilafəti qərar verdi.” 

Corc Cordaq deyir: 

“Dünyada  olan  dəniz  və  okeanların  suları  təlatümə 

gələ bilər, amma dünyada heç nəyin və heç kimin vasitəsilə təlatümə gəlməyən 

yeganə dərya Hz.Əlinin (ə) vücududur.” 

Abdullah ibn Məsud deyir: “Allah Quranda xilafət məsələsini üç nəfərə aid 

et

mişdir: 1) Adəm peyğəmbərə: “Yada sal ki, o 



zaman Rəbbin mələklərə de-

di:  “Mən  yer  üzündə  xəlifə  qərar  verəcəyəm.”

186

  2) 


Davud  peyğəmbərə: 

“Biz səni yer üzündə xəlifə qərar verdik.”

187

 3) Hz.


Əliyə (ə)

“Ondan əvvəl 

(Adəm və Davudu) xəlifə etdiyim kimi, yenə də yer üzündə xəlifə qərar ve-

rəcəyəm.”

188

 

Hz.



Peyğəmbər  (s)  ölümündən  qabaq  Hz.Əliyə  dedi:  “Ey  Əli!  Mənim  bu 

qöv


mün sənə qarşı bəslədiyi kindən xəbərim var. Məndən sonra kinlərini sənə 

aşkar bildirəcəklər. Əgər onlar sənə beyət etsələr qəbul et, əks təqdirdə məzlum 

olaraq mənimlə görüşəcəyin günə qədər səbr et!”

189


  

16.  Hz.

Peyğəmbər (s) belə buyurdu: “Ya Əli, sən Kəbə kimisən, xalqın 

sənə doğru gəlməsi lazımdır, sənin xalqa doğru getməyin yox!”

190

 

Təbəri  Ömər  ibn  Xəttabdan  belə  nəql  edir:  “Peyğəmbər  buyurdu:  “Əgər 



yed

di  göyü  tərəzinin  bir  gözünə,  Əlinin  imanını  isə  digər  gözünə  qoysalar, 

Onun imanı ağır gələr.”

191


 

Cabir ibn Abdullah belə deyir: Hz.Peyğəmbər (s) bir 

gün xütbə oxudu: Ey insanlar! Hər kim biz Əhli-beyti düşmən sayarsa Allah 

onu Qiyamətdə yəhudilərlə birlikdə məhşur edəcəkdir.” Cabir dedi: Ya Rəsul-

allah! Namaz qılıb, oruc tutsa da belə olacaq?” Həzrət buyurdu: “Bəli, namaz 

qılıb, oruc tutsa da, özünü müsəlman sayıb, canını, malını qorusada.”

192

 

 



Ərşi-Əlada Allah və Peyğəmbərin (s) adından sonra Əlinin (ə) adının 

yazılması: 

Siyuti “Xəsaisul-kübra”nın I cildinin 10-cu səhifəsində və “Əddurrul-mən-

sur

”da  “İsra”  surəsinin  əvvəlində  İbn  Ədiyy  və  İbn  Əsakirdən  nəql  edərək 



185

Üsuli-


Kafi, II cild, səh-24. 

186


Bəqərə surəsi, 30-cu ayə. 

187


Sad surəsi, 26-cı ayə. 

188


Nur surəsi, 55-ci ayə. 

189


Tarixi-

Təbəri, babi-fəzaili Əli ibn Əbu Talib. 

190

 İbn Əsir, Usdul-ğabə. 



191

Tarixi-


Təbəri, II cild, səh-226. 

192


Heysəmi, Məcməüz-Zəvaid, IX cild, səh-172. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə