Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə7/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   10   ...   314

  

15 


Səba dövləti son qoymuşdur. Hər iki dövləti idarə edən şahların ləqəbi “mükər-

rəb” olmuşdur. 

Paytaxtı Məyəb şəhəri olan Səba dövləti yarımadanın cənub-qərbində qurul-

muşdur. Muinilərin zəifləməsindən istifadə edən Səba dövləti bu dövləti də ələ 

keçir

mişdir. Səbailərin hakimiyyəti eradan əvvəl 115-ci ilə qədər davam etmişdir. 



Qurani-

Kərimin “Nəml” və “Səba” surələrində Səba dövlətindən bəhs olunur. 

Səba  dövlətinin  süqutundan  sonra  onun  yerində  Həmirilər  dövləti  qurul-

muşdur. Həmirilərin hakimiyyəti iki dövrə bölünür: 

1. 

Səba dövlətinin süqutundan 300-cü ilə qədər olan dövr



2. 

Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr; 

Şahları “tübbə” adlanan Həmirilər dövlətinə 525-ci ildə Həbəşilər son qoy-

muşdur. 


Pay

taxtı  Petra  olan  Nibtilər  dövləti  yarımadanın  şimalında  qurulmuşdur. 

Bu  dövlətin  hakimiyyəti  miladi  ikinci  yüzilliyə  qədər  davam  etmişdir.106-cı 

ildə Rumlar bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Yarımadanın cə-

nu

bunda isə Qəssanilər və Ləxmilər dövləti mövcud olmuşdur. Qəssani dövləti 



İslamın  şimaldakı  ilk  qələbələrinə  və  Suriyanın  müsəlmanlar  tərəfindən  fəth 

olun


masına  qədər  mövcud  olmuşdur.  Ləxmilər  dövlətinin  sonuncu  başçısı 

Mün


zər ibni Nömanın hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vax-

tına təsadüf edir. Xəlifə Əbu Bəkrin dövründə Hirəyə doğru hərəkət edən Xalid 

ibn Vəlid 633-cü ildə Qəssanilər dövlətinə son qoymuşdur. 

İslamdan öncə Ərəbistanda səmavi din olan yəhudilik və xristianlıqla bəra-

bər bütpərəstlik də geniş şəkildə yayılmışdır. Tarixi mənbələrə əsasən Ərəbis-

tan


a ilk bütü  gətirən şəxs Əmr ibn Qusey (və  ya Əmr ibn  Luhey) olmuşdur. 

Mənbələrə görə Əmr ibn Qusey bütpərəstliyi Şam əhlindən öyrənmiş və oradan 

özü ilə bir büt gətirərək Kəbə  evinin  yaxınlığında yerləşdirmişdir. Cahiliyyət 

ərəblərinin ibadət etdikləri bütlər üç növdür: 

1) 

Sanəm – undan hazırlanmış insan şəkilli bütlər. 



2) 

Vəsən – taxtadan və daşdan hazırlanmış insan şəkilli bütlər. 

3) Nusup – 

heç bir surəti olmayan bütlər. 

Ərəblərin ibadət etdiyi ən məşhur bütlər bunlar idi: 

1) Lat – 

Taif məntəqəsində idi. 

2) Uzza – 

Məkkə əhlinin ibadət etdiyi büt. 

3) 


Mənat – Mədinə əhlinin ibadət etdiyi büt. 

4) Vedd – 

Kəlb qəbiləsinin ibadət etdiyi büt. 

5) Suvay – 

Hüzeyl qəbiləsinin ibadət etdiyi büt. 

6) 


Yəqus – Məzhic qəbiləsinin ibadət etdiyi büt. 

Qureyş qəbiləsinin də Kəbə daxilində və ətrafında bütləri var idi ki, onların 

ən böyüyü Hubəl bütü idi. 

Xristianlıq cənubdan Həbəşistan vasitəsilə oraya daxil olmuşdur. Rəvayət-

lərə görə, şimalda ilk dəfə Tağlib, Quzaə və Qəssan qəbilələri Rum imperiyası 

va

sitəsilə qüvvətlənərək bu dini qəbul etmişdilər. Hiyrə İrana yaxın olduğuna 



rə orada zərdüştlik yayılmışdır. 

  



 

16 


Zilqədə, zilhiccə, rəcəb və məhərrəm aylarını haram sayan ərəblər bu ay-

larda bir-

birləri ilə müharibə etməzdilər. 

İslamdan əvvəl Ərəbistanda bir qrup insanlar var idi ki, onlar hənif dininə 

eti

qad edirdilər. Hənif sözünün mənası batildən haqqa meyl etmək deməkdir. 



Həniflik Hz.İbrahimin dininə verilən addır. Bu ad Hz.İbrahimin (ə) dininin vəs-

fi olma


qla bərabər yalnız ona məxsus olmayıb, bütün peyğımbərlərin təbliğ et-

dik


ləri dinin adıdır. Qurani-Kərimdə İbrahim (ə) üçün hənif buyurulması onun 

haq


qa yönəlməsinə görədir. Qurani-Kərimin Ali-İmran surəsinin 67-ci ayəsin-

də İbrahim (ə) haqqında belə buyurulur: 



İbrahim nə yəhudi nə də xristian 

idi, o hənif bir müsəlman idi”. 

Bütpərəstliyə nifrət  edən bir neçə adamın həqiqi din axtarması, islamdan 

əvvəl tövhid əsasında olan dinin mövcud olması demək deyildir. Lakin Məkkə 

və  Mədinə  əhalisindən  bir  çox adam Hz.İbrahimin  (ə)  dinin  kamilləşdirib, 

cəhalət buludlarını dağıdacaq bir peyğəmbərin gəlişini gözləyirdilər. 

Məkkə şəhərinin qanunu qəbilələr arasında bağlanan əhd-peymandan iba-

rət idi. Bu qanun əsasında hər qəbilənin və ona qohum olanların hüququna ayrı 

qəbilələr tərəfindən hörmət edilirdi. Əgər bir nəfərin hər hansı bir qəbilə ilə qo-

humluğu olmasaydı, heç bir qanun onu zülmkar qarşısında müdafiə etməzdi. 

 

Əshabi-uxdud hadisəsi 

İslamdan əvvəl baş verən mühüm hadisələrdən biri də Əshabi-uxdud hadi-

səsidir. Bu hadisə 525-ci ildə Yəməndə baş vermişdir. Tarixi mənbələrə görə 

Zu

nuvasın  hökmranlığı  zamanında  yəhudilərlə  xristianlar arasında  ixtilaflar 



olduqca  şiddətləndi.  Roma  imperatoru  hər  yerdə  yəhudilərə  əzab  və  işgəncə 

verirdi. Bu vaxt Yəmənə gələn Zunuvas yəhudiliyi qəbul edib xristianları da öz 

dinindən döndərməyə çalışdı. Lakin onların öz dinlərindən dönmədiyini görən 

Zunuvas  xəndək  qazdıraraq  xristianları  faciəli  şəkildə  odda  yandırdı.Yalnız 

onlardan bir nəfər Roma sarayına gəlib baş verən faciəni imperatora danışaraq 

Zunuvasa qarşı ondan yardım istədi. İmperator belə cavab verdi: “Sizin ölkəniz 

mənim  ölkəmdən  uzaqdadır  və  mənim  ora  birbaşa  qarışmağım  mümkün 

deyildir. Lakin sizin qonşunuz olan Həbəşistan kralına məktub yazaram ki, bu 

işi icra etsin”. Sonra Roma imperatoru Həbəşistan kralı Nəcaşiyə məktub yazdı 

və həmin adamla göndərdi. İmperator məktub vasitəsilə Nəcaşidən xahiş etdi 

ki, xristianların intiqamını Zunuvasdan alsın. Buna əsasən Nəcaşi Əbrəhəni 70 

min 


nəfərlik ordu ilə Yəmənə göndərdi. 

Bu vaxt Yəmən əmirləri Zunuvasla düz gəlmirdilər. Çunki Zunuvas bir ne-

çə Roma taciri ilə o qədər qaba rəftar etmişdi ki, xristian tacirləri əlacsız qalıb 

Yəmənlə əlaqələrini kəsmişdilər. Buna görə də camaat İduc adlı bir bütpərəstin 

ətrafında toplanıb Zunuvasa qarşı qiyam qaldırdı. Aydındir ki, bu qiyam Yəmə-

nin daxili vəziyyətini pisləşdirdi, camaatda hökumətə qarşı bədbinlik yaratdı. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə