Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə70/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   66   67   68   69   70   71   72   73   ...   314

 

142 


Ənəs ibn Malikdən Hz.Peyğəmbərin  (s) belə buyurduğunu nəql edir: “Merac 

ge

cəsində ərşin sütununda belə yazıldığını gördüm: “Lə iləhə illallah, Muhəm-



mədun Rəsulullah, Əyyədtuhu bi-Əliyyin” (Allah birdir, Muhəmməd onun el-

çisi


dir və onu Əli ilə gücləndirdim). Əlavə məlumat üçün bu mənbələrə müra-

ciət edə bilərsiniz: 

1. 

Təfsiri-Təbəri 



2. 

Tarixi ibn Əsakir 

3. 

Əbu Nəim İsfəhani, Hilyətul-övliya 



4. 

Süleyman Bəlxi Hənəfi, Yənabiul-məvəddət 

5. 

Muhibbətdin Təbəri, Zəxairul-uqbə 



6. 

İbn Məğazəli, Mənaqib 

Mirseyid Əli Həmədani  Şafei “Məvəddətul-qurba” kitabının VIII məvəd-

dəsində Hz.Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu nəql edir: “Dörd yer-

də sənin adını öz adımın yanında gördüm: 1) Merac gecəsi Beytul-müqəddəsə 

çat


dıqda, orada daşa yazıldığını gördüm: Allahdan başqa tanrı yoxdur, Muhəm-

məd Allahın Rəsuludur və onu vəziri olan Əli ilə təyid etdim. 2) Sidrətul-mün-

təhaya  çatdıqda  orada  belə  qeyd  edildiyini  gördüm:  Mən  Allaham,  Məndən 

başqa tanrı  yoxdur. Muhəmməd mənim həbibimdir. Xalq  arasında ona vəziri 

olan Əli ilə yardım etdi. 3) Rəbbul-aləmin ərşinə çatdıqda, sütunlarına belə ya-

zıldığını gördüm: Mən Allaham, Məndən başqa tanrı yoxdur, Muhəmməd mə-

nim həbibimdir. Xalq arasında ona vəziri olan Əli ilə yardım etdim. 4) Cənnətə 

çatdıqda qapısında belə yazıldığını gördüm: Mən Allaham, Məndən başqa tanrı 

yoxdur, təkəm, Məhəmməd mənim həbibimdir. Xalq arasında ona vəziri olan 

Əli ilə yardım etdim.” 



 

Hz.

Cəbrayilin möhürlənmiş kitabı Hz.Peyğəmbərin (s) vəsisi Hz.Əli (ə) 

üçün gətirməsi 

Əbul  Həsən  Əli  ibn  Hüseyn  əl-Məsudi  “İsbatul-vəsiyyət”  kitabının  92-ci 

səhifəsində belə rəvayət edir: “Allah göydən yazılı bir kitab endirdi. Cəbrail bu 

ki

tabı əmin mələklərlə Hz.Peyğəmbərə (s) endirdi. Cəbrail Hz.Peyğəmbərin (s) 



ya

nına gəlib dedi: “Vəsindən başqa məclisdə olan hər kəs vəsiyyət kitabını sizə 

təqdim etməyim üçün bayıra çıxsın.” Hz.Peyğəmbər Əli, Fatimə, Həsən və Hü-

seyn


dən başqa hər kəsə bayıra çıxmasın əmr etdi. Cəbrail dedi: “Ya Peyğəm-

bər, Allahın sənə salamı var; buyurur: “Bu səninlə anlaşdığım və mələklərin də 

şahidlik  etdiyi  bir  anlaşmadır.  Allah  da  şahid  olaraq  yetər.”  Bunu  eşidən 

Hz.Pey


ğəmbər (s) titrəyərək buyurdu: “O Salamdır, salam Ondandır və salam 

Ona  qayıdar.”  Sonra  kitabı  Cəbrayildən  alıb  Hz.Əliyə  (ə)  verdi. Oxuduqdan 

son

ra buyurdu: “Bu Rəbbimin mənə göndərdiyi bir qərar və Onun bir əmanəti-



dir. Mən də Onun bəyanının haqqını əda etdim.” Hz.Əli (ə) Peyğəmbərin (s) 

dedik


lərinə  şəhadət  verdi.  O  kitabda  Hz.Əli  (ə)  üçün  belə  şərt  qoyulmuşdu: 

Allahın  dostları  ilə  dost  olmaq,  zülmə,  qəzəbə,  haqqının  alınmasına,  xumsun 




  

143 


mənimsənilməsinə,  hörmətinin  tapdalanmasına  və  saqqalının  başının  qanına 

bo

yanmasına görə səbr etmək.” 



 

Əhli-beyt haqqında nazil olmuş aşağıdakı ayələrə baxmaq olar: “Bəqərə” 

surəsi, ayə: 124; “Əhzab” surəsi, ayə: 6, 33; “Tövbə” surəsi, ayə: 119; “Rəd” 

surəsi, ayə: 7; “Ənam” surəsi, ayə: 153; “Əraf ” surəsi, ayə: 181; “Ali-İmran” 

surəsi, ayə: 33, 34, 103; “Nəhl” surəsi, ayə: 43; “Fatir” surəsi, ayə: 32; “Nur” 

surəsi, ayə: 35,55; “Ənbiya” surəsi, ayə: 106; “Hud” surəsi, ayə: 86; “Qəsəs” 

surəsi, ayə: 6. 

 

On iki İmamın adı qeyd edilən məşhur islam mənbələri: 

1. 

Süleyman Qunduzi, Yənabiul-məvəddət, 76-cı bab 



2. 

Səhihi-Müslim, III cild, səh-1453 

3. 

Səhihi-Buxari, III cild, səh-101 



4. 

Sünəni-Tirmizi, IV cild, səh-501, bölüm: Ma caə fil – xuləfa, hədis: 22223 

5. 

Sünəni-Əbu Davud, IV cild, bölüm: Əl-Mehdi 



6. 

Muntəxəbul-əsər, səh-12. 



 

Hz.

Əlinin (ə) İslamı vəsf etməsi: İmam Əli (ə) həqiqi İslam barəsində bu-

yurmuşdur: “İslam Allah və Peyğəmbərin göstərişlərinə təslim olmaqdır. Təs-

lim olmaq onlara inanmaqdır. İnanmaq onları qəbul etməkdir. Qəbul etmək on-

ları etiraf və təsdiq etməkdir. Etiraf və təsdiq etmək onları yerinə yetirməyə ha-

zır olmaqdır. Yerinə yetirmək onlara əməl etməkdir.

193


 

 

Qəzavü-qədər:  Hz.Əlidən  (ə)  qəzavü-qədər  haqqında  sual  soruşdular.  O 

Həzrət  onun  barəsində  düşünməkdən  çəkindirərək  belə  buyurdu:  “O  qaranlıq 

bir yoldur, onunla getməyin ki, şübhələr nəticəsində onların həllində aciz qalar, 

yolunuzu  azarsınız.  Dərin  bir  dənizdir,  ona  daxil  olmayın  ki,  müxtəlif 

düşüncələrdə qərq olarsınız. Allahın sirridir, özünüzü onda onu aydınlaşdırmaq 

üçün əziyyətə salmayın ki, xeyir görməz və bir yerə çatmazsınız.”

194

 

Əhli-Beytin altı fəziləti: 1) Elm, 2) Helm, 3) Səxavət, 4) Fəsahət, 5) Şüca-



ət, 6) Qəlblərdə məhəbbət. 

Əhli-Beytin yeddi üstünlüyü: 1) Allahın seçilmiş peyğəmbəri onlardan-

dır, 2) Doğru danışan Hz.Əli (ə) onlardandır, 3) Cənnətdə mələklərlə uçan Cə-

f

əri-Təyyar onlardandır, 4) Allahın şiri Hz.Həmzə onlardandır, 5-6) Bu ümmə-



tin  iki  böyük  rəhbəri  Həsən  və  Hüseyn  onlardandır,  7)  Hz.Fatimə  və  ya 

Hz.Mehdi 



(ə) onlardandır. 

 

Hz.

İmam Həsən (ə) 

193


Nəhcül-bəlağə. 

194


Nəhcül-bəlağə. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə