Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə72/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   68   69   70   71   72   73   74   75   ...   314

 

146 


Müa

viyə  gələcək  dövr  üçün  plan  hazırlaya  bilməz.  Yəni,  Müaviyə  başqasını 

özü

nə canişin seçə bilməz. 



3) 

Müaviyə o vaxta qədər Şamda Hz.Əliyə lənət deyib, təhqiramiz sözlər 

söy

ləməyi qanuni etmişdi. Müqavilədə qeyd olundu ki, “Bu pis əməl tərk edil-



məlidir.  Müaviyə  namazlarda  Hz.Əliyə  lənət  deməyi  və  o  Həzrətin  haqqında 

na

layiq sözlər söyləməyi tərk etməli və onu hörmətlə xatırlamalıdır.” 



4) 

Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökuməti-

nə verilməkdən istisna olunur və həmin pulu İmam Həsənin (ə) özü lazımı yer-

lərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi 

Bəni Ümeyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xə-

racının bir milyon dirhəmini Hz.Əlinin (ə) rəhbərliyi altında Cəməl və Siffeyn 

yüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.



199

 

5) 



Müaviyə ibn Əbu Süfyan bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hi-

caz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-

əziyyət  verməməsi  barədə  zəmanət  verməlidir.  Onları  Müaviyənin  hökumətinə 

qar


şı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı, xüsusilə keçmiş 

kin-


küdurətə görə İraq əhalisinə əzab-əziyyət verməməlidir. Bundan əlavə, Müa-

viyə ibn Əbu Süfyan Hz.Əlinin (ə) tərəfdarlarını harada olmaqlarından asılı olm-

ayaraq amanda sax

lamalı və onların heç birinə əziyyət verməməlidir. Hz.Əlinin (ə) 

tərəfdarlarının  canı,  malı  və  pulunun  hörməti  qorunmalıdır.  Onlar  əsla  axtarışa 

məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin 

haqqı  özünə  çatmalıdır.  Hz.Əlinin  (ə)  şiələrindəki  beytül-mal  onların  özündə 

qalmalıdır. Həmçinin, Həsən ibn Əli (ə) və qardaşı Hüseyn ibn Əli (ə) və eləcə də, 

Hz.Pey

ğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən 



heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır. 

Müqavilənin  sonunda  Müaviyə  maddələrin  hamısına  əməl  edəcəyinə  söz 

verərək Allahı bu işdə şahid tutdu, bütün Şam əyan-əşrafı buna şəhadət verdilər. 

Bu müqaviləni bağlamaqla Hz.Həsən (ə) qabaqcadan Hz.Peyğəmbərin (s) onun 

haq

qında verdiyi xəbəri həyata keçirdi. Hz.Peyğəmbər (s) İmam Həsəni (ə) min-



bərin başına çıxmış görüb buyurdu: “Mənim bu övladım müsəlmanların ağasıdır. 

Allah onun vasitəsilə müsəlman dəstə arasında sülh yaradacaq.”

200

  

Sülh bağlandıqdan sonra Kufəyə gələn Müaviyə minbərə çıxaraq belə dedi: 



“Mən sizinlə namaz qılıb həcci yerinə yetirmək, zəkatı vaxtlı-vaxtında ödəmək 

üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən 

si

zinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirim.” 



199

Biharul-


ənvar, 44-cü cild, səh-10. 

200


Təzkirətul-xəvas,  səh-194; Usdul-ğabə,  II  cild,  səh-12; Nurul-əbsar,  səh-121; Təbəqati  ibn 

Səd, I cild, səh-26, Ənsabul-əşraf, III cild, səh-42. 

                                                           



  

147 


Daha sonra dedi: “Bunu bilin ki, Həsən ibn Əliylə (ə) bağladığım sülh mü-

qa

viləsinin bütün maddələrini ayaqlarım altına qoyub tapdalayıram və heç bi-



rinin dəyəri yoxdur.”

201


 

Bu hadisədən sonra İmam Həsən (ə) Kufədə qala bilməyib, Əhli-beytlə bir-

lik

də öz doğma vətəni olan Mədinəyə köçdü. 



Lakin  İmamdan  əl  çəkməyən  Müaviyə  onu  burada  da  rahat  buraxmadı. 

İmam Həsənin (ə) xanımlarından biri də Əsma (Codə) binti Əşəs idi. Əsmanı 

min cür hiylələrlə ələ alan Müaviyə onu başa saldı ki, əgər İmam Həsəni (ə) öl-

dür


sən, səni öz cavan oğlum Yezid üçün nigahlayıb sarayıma gətirərəm. Bu cür 

vədlərlə bərabər Müaviyə ona çoxlu qızıl və zəhər də göndərdi. Nəhayət, Əsma 

hic

rətin əllinci ili səfər ayının 28-də (miladi 670 və ya 672) İmam Həsəni (ə) 



zəhərləyərək şəhid etdi. İmam Hüseyn (ə) o Həzrəti qüsl və kəfən edib, babası 

Hz.Pey


ğəmbərin yanında dəfn etmək üçün oraya apardılar. Bundan xəbər tutan 

Mərvan ibn Həkəm və Osman ibn Əfvanın digər qohumları silahlanıb bu işə 

mane  oldular.  Hətta  o  Həzrətin  tabutuna  ox  atdılar.  İmam  Həsənin  (ə) 

cənazəsinin Peyğəmbərin (s) yanında dəfn edilməsi istənilsə də buna maneçilik 

törədilmiş  və  fitnə  çıxmasın  deyə  cənazə  Bəqiyə  aparılaraq  orada  dəfn 

edilmişdir. 

 

Künyəsi Əbu Muhəmməd olan İmam Həsənin (ə) ləqəbləri bunlardır: 

1) 


Zəki – yəni eyblərdən pak-pakizə 

2) Turi-siyniyn – 

yəni haqq nurunun doğan yeri 

 

3) 



Əvvəlüs-sibteyn – yəni əkizlərin birincisi 

4) 


Əvvəli-Ali-Əba – yəni kisa örtüyünün birincisi 

5) 


Müctəba – yəni seçilmiş 

 

İmam Həsənin (ə) zövcələri bunlardır: 

1) Ümmü-

Bəşir. İmam Həsənin (ə) bu xanımla izdivacından Zeyd adlı oğ-

lu, Ümmül-

Həsən və Ümmül Hüseyn adlı qızları dünyaya gəlmişdir. 

2) 

Xulə binti Mənzuri. Həsən ibn Həsənin anasıdır. 



3) 

Ümmü İshaq. Hüseyn və Fatimənin anasıdır. 

4) 

Əsma binti Əşəs. 



5) 

Əsma binti Əbdürrəhman ibn Əbu Bəkr. 

Tarixi məlumatlara görə İmam Həsənin (ə) on beş oğlu və yeddi qızı olmuş-

dur. Oğlanları bunlardır: 1) Zeyd, 2) Həsən ibn Həsən. Ona Həsəni-Müsənna da 

de

yirlər.  İmam  Hüseynin  (ə)  Fatimə  adlı  qızı  ilə  evlənən  Həsəni-Müsənna 



Kərbəla faciəsində çoxlu yaralar alsa da, sonradan sağalmışdır. 3) Ömər, 4) Qa-

sim, 5) 


Abdullah.  Bunların  üçüdə  Kərbəla  faciəsində  əmiləri  Hz.Hüseynin  (ə) 

qabağında şəhid olmuşlar. 6) Əbdürrəhman.  O da  İmam Hüseynlə  (ə) birlikdə 

Mədinədən Məkkəyə getsə də, orada həcc ehramında vəfat etmişdir. 7) Hüseyn, 

201


İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, XVI cild, səh-15. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə