Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə73/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   69   70   71   72   73   74   75   76   ...   314

 

148 


8) Abdullah-

əsğər, 9) İsmail, 10) Məhəmməd, 11) Yəqub, 12) Cəfər, 13) Təlhə 

və ya Cavad, 14) Həmzə, 15) Əbu Bəkr. 

Qızları  isə  bunlardır:  1)  Ümmül-Həsən,  2)  Ümmül-Hüseyn, 3)  Fatimayi-

Kübra, 4) Fatimeyi-

Suğra, 5) Ümmü-Abdullah, 6) Ümmü-Səlmə, 7) Ruqiyyə. 



İmam Həsənin (ə) üzüyündə bu yazı yazılmışdır: “Əl-izzəti lillah” – İz-

zət və qüdrət yalnız Allaha məxsusdur. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  

149 


 

II

I FƏSİL 

 

ƏMƏVİLƏR XİLAFƏTİ  

hicri 41-132 (miladi 661-750) 

 

 

 

 

Bəni Ümeyyənin soyu 

Allah “İsra” surəsinin 60-cı ayəsində Bəni-Umeyyəni “Şəcərətul-məlunə” lə-

nətlənmiş  ağac  olaraq  tanıtdırır.  Bu  səbəbdən  Fəxrəddin  Razi,  Təbəri,  Qirtəbi, 

Ni

şapuri, Siyuti, Alusi, Xətib Bağdadi və Beyhəqi kimi məhşur əhli-sünnə alim-



lərindən bir çoxu zikr edilən bu ayənin təfsirində İbn Abbasdan belə nəql etmiş-

lər: “Quranda “lənətlənmiş ağac”dan məqsəd Bəni-Umeyyədir. Çünki Rəsulullah 

yu

xuda onları minbər və mehrabına daraşan meymunlar şəklində gördü. Həzrət 



yuxudan  oyandıqdan  sonra  Cəbrail  zikr  olunmuş  ayənin  nazil  olduğunu  xəbər 

verdi:  “Röyada  gördüyün  meymunlar  Bəni-Umeyyədir.  Onlar  səndən  sonra 

xilafəti qəsb edəcəklər və minbərin min ay onların idarəsi altında olacaqdır.”  

Əməvilər  Qureyş  qəbiləsinə  mənsubdur.  Əbdul-mənaf  oğullarından  Haşim 

ilə Əbduş-Şəms Qureyşin iki qolunu təşkil edir. Haşim Əbduş-Şəms ilə əkiz do-

ğulmuş və Haşim böyük olduğundan qəbilənin Haşimiyyə qolu daha etibarlı sa-

yılmışdır.  Daha  sonra  Hz.Peyğəmbərin  (s)  Haşimiyyə  qolundan  olması  Bəni 

Haşimə daha çox şərəf qazandırmışdır. Əbduş-Şəms isə Bəni Haşimin qardaşı 

uşaqları olduğu üçün Qureyş qəbiləsində ikinci dərəcəli olmuşlar. Qureyşin iki 

qo

lu olan Bəni Umeyyə ilə Bəni Haşim arasında cahiliyyə dövründən rəqabət var 



idi.  Əvvəlcə  bu  rəqabət  Umeyyə  ilə  Haşim  arasında  başlamış,  sonralar  bu  rə-

qabəti  Əbu  Süfyan  Hz.Peyğəmbərə  (s)  qarşı  davam  etdirmişdir.  III  xəlifə  Os-

manın dövründə bu rəqabət daha da artmışdır. Bundan istifadə edən Müaviyə ibn 

Əbu Süfyan Hz.Əlinin (ə) şəhadətindən sonra hicrətin 41-ci ili rəbiül-əvvəl ayı-

nın 25-də miladi tarixi ilə 661-ci ilin iyununda Əməvilər xilafətinin əsasını qoy-

muşdur.  Bu  xilafət  hicri  41-ci  ildən  132-ci  ilə  qədər  (miladi 661-750) davam 

etmişdir. Əməvilər xilafətini on dörd xəlifə idarə etmiş, bunlardan üçü Müaviyə 

ibn  Süfyan,  Yezid  ibn  Müaviyə  və  Müaviyə  ibn  Yezid  süfyaniyyə  qolundan, 

qalan on bir xəlifə isə Mərvaniyyə (Mərvan ibn Həkəmin nəslindən) olmuşdur.  

Əməvilər  dövründə  İslam  dövlətinin  sərhəddi  şərqdə  Hindistan  və  Türk 

dövlətlərinə, qərbdə Afrika və Əndəlüsə, şimalda isə Azərbaycan, Ermənistan 

və Bizans ölkələrinə qədər genişlənmişdir. 



 

I Müavıyə ibn Əbu Süfyan hicri 41-60 (miladi 661-680) 

Müaviyə ibn Əbu Süfyan ibn Hərb ibn Umeyyə hicrətdən 17 il əvvəl (mi-

ladi 605) Məkkədə anadan olmuşdur. Atası İslam peyğəmbəri Hz.Muhəmmə-

  



 

150 


din qatı düşmənlərindən olan Əbu Süfyan, anası isə Uhud döyüşündə Hz.Həm-

zənin ciyərini  yeyən  Hində  binti  Utbədir.  Bu  hərəkətinə  görə  Hindəyə  İslam 

tarixində  “ciyəryeyən”  ləqəbi  verilmişdir.  Atası  və  anasından  geri  qalmayan 

Müa


viyənin özü də Hz.Peyğəmbər (s) və onun Əhli-Beytinin qatı düşməni ol-

muşdur. Hicrətin ikinci ilində baş verən Bədr döyüşündə müsəlmanlara qarşı 

vur

uşmuşdur.  Hicrətin  səkkizinci  ilində  Məkkə  müsəlmanlar  tərəfindən  fəth 



edi

ləndən sonra mala-mülkə yiyələnmək məqsədilə 25 yaşında islamı qəbul et-

mişdir. Məlum olduğu kimi Məkkənin fəthindən sonra Hz.Peyğəmbər (s) bütün 

beytul-


malı səhabələr arasında bərabər bölüşdürdü. Onlardan bəzilərinə bir qə-

dər artıq pay ayırdı. Bunlardan Əbu Süfyan, oğlu Müaviyə, Hukeym ibn Hə-

zam, Haris ibn Haris, Ha

ris ibn Hişam, Süheyl ibn Əmr, Huveytib ibn Əbdül-

uz

za və Əla ibn Cariyənin hər birinə yüz baş, nisbətən zəif mövqeyi olanlara 



isə əlli baş dəvə verir. Onlar bu böyük bəxşişə görə İslama daha çox bağlanır-

lar.  İslam  fiqhində  belə  şəxslərə  “müəlləfətul-qulub”  (yəni,  İslama  daha  çox 

meyl

lənmələri üçün zəkat verilən şəxslər) deyilir. Müaviyə və atası bu qrupdan 



hesab olunarlar. 

Müaviyə  xəlifə  Əbu  Bəkrin  zamanında  qardaşı  Yezid  ilə  Suriyaya  gedib 

ora

da baş verən fəthlərdə iştirak etmişdir. Xəlifə Ömər ibn Xəttabın dövründə 



638-

ci ildə qardaşı Yezidin ölümündən sonra Suriya valisi təyin edilmişdir. Xə-

lifə Osmanın dövründə isə İordaniya, Xıms və ətraf məntəqələr də daxil olmaq-

la Suriyanın ixtiyarı tamamilə Müaviyəyə verilmişdir. Osmanın vəfatına qədər 

bu vəzifədə qalıb, gələcəkdə hakimiyyətə gəlmək üçün bütün hazırlıqlarını gör-

müşdür. Hz.Əlinin (ə) xəlifə seçilməsindən sonra xəlifə Osmanın intiqamını al-

maq bəhanəsilə Hz.Əliyə (ə) beyət etməyib ona qarşı müharibə elan etmişdir. 

Uzun müddət Suriya valisi olduğu üçün buranın əhalisini tez bir zamanda ətra-

fına toplayıb xəlifə Osmanın qanlı köynəyini və arvadı Nailənin kəsik barmaq-

la

rını Şam məscidində nümayiş etdirərək “Osmanın qanını tələb edin” şüarı ilə 



böyük 

bir ordu topladı. Yanına siyasət dahilərindən olan Muğeyrə ibn Şöbə və 

Əmr  ibn  Ası  alan  Müaviyə  Siffeyn  döyüşündə  tam  məğlub  olarkən  Əmr  ibn 

Asın hiyləsi ilə Quran səhifələrini nizələrə keçirərək qurtulmuş, Həkəmeyn ha-

disəsi və ardından Kufə əhalisinin zəifliyindən istifadə edib Əbdürrəhman ibn 

Mül


cəmin Hz.Əlini (ə) şəhid etməsindən sonra xəlifə olan Hz.İmam Həsəni (ə) 

xi

lafəti ona verməyə məcbur etmiş və bununlada hicrətin 41-ci ili rəbiül-əvvəl 



ayının 25-də Əməvilər xilafətinin əsasını qoymuşdur. 

 

Müaviyənin İslama zidd olan hərəkətləri 

1. 


İslamla  bərabər  Hz.Peyğəmbərin  (s)  adının  yaddaşlardan  silinməsini 

istəməsi: Muğeyrənin oğlu Mütərrifdən belə nəql olunur: “Bir gün Müaviyənin 

sara

yından qayıdan atam Muğeyrənin bərk narahat olduğunu gördüm. Narahat-



lığının  səbəbini  soruşduqda  belə  dedi:  “Oğlum,  indi  dünyanın  ən  çirkin  ada-

mının yanından gəlirəm. Müaviyə ilə tək oturmuşduq, ona dedim: “İndi ki, öz 

arzuna ça

tıb  hökuməti  ələ  keçirmisən,  heç  olmasa  ömrünün  axırlarında 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə