Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə74/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   70   71   72   73   74   75   76   77   ...   314

  

151 


camaatla  ədalət  və  yaxşılıqla  davran,  Bəni-Haşimlə  bu  qədər  sərt  davranma. 

Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar, bundan da əlavə, onlar indi 

elə bir haldadırlar ki, daha onlardan sənə bir xətər yetişməz”. Müaviyə cavab 

verdi: “Xeyr! Əbu Bəkr xəlifə oldu, ədalətlə davrandı, ölümündən sonra təkcə 

adı qaldı. Ömər də on il xəlifə oldu, zəhmət çəkdi, ancaq ölümündən sonra tək-

cə qalan adı oldu. Sonra şərafətdə heç kəsin ona çata bilmədiyi qardaşımız Os-

man xəlifə oldu. O ölən kimi adı da özü ilə birlikdə dəfn olundu. Ancaq İslam 

aləmində hər gün bu Haşimi kişinin adını beş dəfə çəkərək “əşhədu ənnə Mu-

həmmədən  Rəsulullah”  deyirlər.  İndi  bu  vəziyyət  də  onun  adını  itirib  batır-

maqdan başqa hansı yol var?”

202

 

2. 



Əmmar ibn Yasirin şəhid edilməsi: Hicrətin birinci ilində Məscidun-Nə-

bi

nin  inşasında  bəzi  səhabələrin  təzyiqindən  şikayətlənən  Əmmar  ibn  Yasir 



Hz.Pe

yğəmbərə (s) belə dedi: “Ey Allahın Rəsulu! Səhabələriniz mənim qəsdi-

mə dayanıblar. Özləri daşları bir-bir apardıqları halda mənə üç-üç yükləyirlər. 

Onun toz-

torpağını  təmizləyən  Hz.Peyğəmbər  (s)  tarixi  bir  cümlə  buyurdu: 

“On


lar səni öldürməzlər. Sən öyüd-nəsihət edib haqqa çağırdığın halda səni az-

ğın (zalım) dəstə öldürəcək.”

203

 

Həqiqətən  də  Hz.Peyğəmbərin  (s) buyurduğu  kimi  Əmmar  Hz.Əlinin  (ə) 



xila

fəti dövründə baş verən Siffeyn döyüşündə Müaviyə və onun zalım dəstəsi 

tərəfindən şəhadətə yetişdi. Əmmar Siffeyn döyüşündə Hz.Əlinin (ə) ordusun-

da 


şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasın-

da xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (ə) 

gön

dərmişdir.



204

  Müa


viyənin  sözlərindən  belə  çıxır  ki,  onda  Hz.Həmzənində 

qa

tili elə Peyğəmbərin (s) özüdür. Çünki onu Bədr döyüşünə gətirən Hz.Pey-



ğəmbər (s) olmuşdur. 

3. 


Atası  bilinməyən  Ziyad  ibn  Əbihini  İslam  fiqhinin  ziddinə  olmasına 

baxma


yaraq özünə qardaş elan edir. 

4. 


Özündən sonra oğlu Yezidi xəlifə təyin edib, Məkkə və Mədinə əhalisini 

ölüm


lə hədələyərək sağlığında Yezid üçün beyət aldı.

205


  

5. 


Müaviyənin göstərişi ilə Busr ibn Ərtat Yəmənə gedərək otuz min Əli (ə) 

tərəfdarını qılıncdan keçirdi. 

6. 

Allahın layiqli bəndələri olan İmam Həsənin (ə), Hücr ibn Ədiyyin, Əmr 



ibn Həmaq Xuzainin Müaviyə tərəfindən öldürülməsi. Əmr ibn Həmaqın başı 

İslamda möminlər arasında kəsilən və başqasına göndərilən ilk başdır. 

7. 

Müaviyənin Hz.Peyğəmbərin (s) dünya və axirət qardaşı olan Hz.Əli (ə) 



ilə düşmənçiliyi. 

202


Tarixi-

Məsudi, III cild, səh-454. 

203

 Sireyi-Hələbi, II cild, səh-76-77. 



204

Bəlazuri, Ənsabul-əşraf, səh-317. 

205

Tarixi ibn Əsir, III cild, səh-503-511. 



  

                                                           




 

152 


8. 

Müaviyənin Hz.Əlinin (ə) əleyhinə saxta hədislər düzəltməsi. Müaviyə 

səhabə və tabeindən bir qrupunu vadar edirdi ki, Hz.Əlinin (ə) əleyhinə dəlalət 

edən hədislər düzəltsinlər. Bu iş üçün onlara müəyyən məbləğdə pul təyin et-

mişdir. 

 

Müaviyənin Hz.Əlinin (ə) tərəfdarları ilə sərt davranması 

Hakimiyyəti  ələ  keçirən  Müaviyə  bir  tərəfdən  öz  nümayəndələrinə  yazıb 

bil

dirdi  ki,  Əlinin  şiələrinə  işgəncə  verməkdən  çəkinməsinlər,  digər  tərəfdən 



isə xətiblərə minbərdə  Hz.Əlini təhqir etmələrini tapşırdı. Muğeyrəni  Kufəyə 

ha

kim təyin edən zaman ona dedi: “Sənə bir neçə tapşırıq vermək istəyirəm! 



Əlini söyməkdən və Osmana rəhmət oxumaqdan çəkinmə, həmçinin bacardıq-

ca Əlinin tərəfdarlarında eyib tut.”

206

 

Ondan sonra xətiblər hər namazdan sonra 



Hz.

Əlinin (ə) adını hörmətsizcəsinə yad edir, dinini dünyaya satmış hədis rəva-

yətçiləri  də  onu  razı  salmaq  üçün  Hz.Əlinin  (ə)  barəsində  məzəmmətedici, 

Əməvilərin isə fəziləti barədə hədis qoşmaqdan usanmadılar. 

Hz.

Əlinin  (ə)  şəhadətindən  sonra  İraqın  ağsaqqalları  Müaviyənin  yanına 



ge

dəndə  onları  təhqir  edər,  onların  aşağı  nəsildən  olduqlarını  və  ağır  yaşayış 

tərzlərini başlarına qaxınc edərdi. Müaviyənin Hz.Əli (ə) şiələrinə qarşı ən çir-

kin rəftarı Hücr ibn Ədiyyi öldürməsi olmuşdur. Çünki zahid və dindar olan bu 

şəxs bir məsciddə xətibin Əliyə (ə) söyüş söydüyünə etiraz etmişdir. Ziyad ibn 

Əbihi ondan Müaviyəyə şikayət etmiş və Müaviyə də onu Şama göndərməyi 

əmr etmişdi. Ziyad Hücr ilə bir neçə nəfəri qandallayıb Şama yollayarkən onla-

rın yolda boyunlarını vurmuşdular. 



 

Müaviyənin atası bəlli olmayan Ziyad ibn Əbihini özünə qardaş seçməsi 

Ziyadın anası Süməyyə Haris ibn Kəldənin kənizi idi. Cahiliyyət zamanın-

da digər ailələrdə olduğu kimi bu kəniz də öz sahibi üçün “gəlir mənbəyi” sa-

yılırdı. Sonralar Haris onu rumlu qul olan Ubeydə ərə vermiş və Ziyad dünyaya 

gəlmişdir. Camaat bəzən Ziyadı atası Ubeydin, bəzən isə anası Sümeyyənin adı 

ilə çağırırdılar. İslam fiqhinə görə də nigah olunmuş qadından dünyaya gəlmiş 

uşaq  ataya  məxsusdur.  Muğeyrənin  vasitəçiliyi  ilə  Ziyadı  öz  tərəfinə  çəkən 

Müa


viyə onun ürəyini ələ almaq üçün dedi: “Ziyad atam Əbu Süfyanın oğlu və 

mənim qardaşımdır!”  Ardından  bir  yığıncaq  təşkil  edərək  şahidləri  çağırıb 

onlara Zi

yadın Əbu Süfyanın oğlu olmasını demələrini tapşırdı. Məşhur tarixçi 

Təbəri bu hadisəni qısaca olaraq belə şərh edir: “Ziyad Kufə camaatından onun 

Müavi


yənin qardaşı olmasına şəhadət vermələrini istədikdə onlar boyun qaçır-

dılar,  lakin  Bəsrə  camaatından  bir  nəfər  şahidlik  etdi.”

207

 

Yəqubi,  ibni  Əb-



dirəbbih və Məsudi bu əhvalatı çox geniş şəkildə şərh etmişlər. Yəqubu yazır: 

Müa


viyə şahidlərdən onun Ziyadla qohumluq əlaqəsi olması haqda şahid dur-

206


Tarixi-

Təbəri, İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi. 

207

Tarixi-


Təbəri, III cild, səh-196-201. 

                                                           






Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə