Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə75/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   71   72   73   74   75   76   77   78   ...   314

  

153 


ma

larını istədikdə Əbu Məryəm Səluli dedi: Mən Taifdə şərab satdığım zaman 

Əbu Süfyan səfərdən qayıdarkən mənim yanıma gəlib bir qadın istədi. Mən də 

meyyəni onun üçün gətirdim və onların yaxınlığından Ziyad dünyaya gəldi. 



Bu söhbətdən sonra Müaviyə Ziyadı özünə qardaş elan etdi.”

208


 

Hələ Hz.Pey-

ğəmbərin (s) vəfatından otuz il keçməmiş, yenicə şəhid edilmiş təqvalı, abid və 

məsum xəlifənin xatirəsi zehinlərdən silinməmiş peyğəmbər canişinliyi iddia-

sında olan bir şəxs onun sünnəsini necə də oyuncağa çevirir. 

O günün müsəlman icması da tamahkarlıqdan və ya qorxudan onun bu çir-

kin əməlinin doğruluğunu təsdiq edərək susurdular. Halbuki, həmin vaxt Şam-

da Hz.


Peyğəmbəri (s) görüb onun sözlərini eşidən əlli nəfər səhabə yaşayırdı. 

Əldə  etdiyi  qardaşlıq  peymanından  sonra  Ziyad  tam  surətdə  Müaviyəyə 

tabe oldu. İlk olaraq Bəsrənin, ardından da şərq əraziləri daxil olmaqla Kufənin 

də hakimi olan Ziyad buranın əhalisi ilə layiq olduqları tərzdə rəftar etdi. 

Hicrətin 45-ci ili (miladi 665) Bəsrəyə daxil olan Ziyad “Bətra” adlı məşhur 

xütbəsini oxuyaraq belə dedi: “And olsun Allaha, qul günah etmiş olsa əvəzinə 

ağasını, səfərdə olan adamın günahı olsa əvəzində qalanını, xəstənin yerinə sağ-

lamı tutacağam, hətta o dərəcəyə qədər qəddar olacağam ki, məni görəndə qor-

xudan nəfəs çəkə bilməyəsiniz. Axşam evindən bayıra çıxanların qanını tökəcə-

yəm. Əlimdən və dilimdən amanda qalmaq istəsəniz, əlinizi və dilinizi məndən 

qoruyun.”  Bu  xütbədən  sonra  hər  kəs  öz  canının  qorxusundan  başqaları  üçün 

qoruqçu olmuşdu. Camaatın təbiəti ilə uyğun olan bu acı siyasət Bəsrəyə, Ku-

fəyə hətta bu şəhərlərlə əlaqəsi olan yollara belə rahatlıq gətirirdi.  

Miladi 670 (və ya 672) Muğeyrə ibn Şöbənin ölümündən sonra Müaviyə 

Ku

fənin də hakimliyini Ziyad ibn Əbihiyə tapşırdı. O ilin yarısını Bəsrədə, ya-



rısını da Kufədə keçirirdi. Onun Kufədə törətdiyi cinayətlər heç də  Bəsrədən 

ge

ri  qalmamışdır.  Ziyadın  şərqdə  topladığı  qoşunun biri Xorasandan Lahura 



qədər irəliləmiş, o biri isə Amudəryanın o biri sahilinə qədər getmişdir. İlk dəfə 

türk


lərlə vuruşan da bu qoşun olmuşdur.

209


 

Müaviyə ibn Əbu Süfyanın oğlu Yezidi özündən sonra vəliəhd təyin etməsi 

islamdan kənar bir adət idi. 

 

Müaviyənin xalqla rəftarı 

Məlum olduğu kimi İslam dövləti Mədinədə təsis olunandan Hz.Əlinin (ə) 

xi

lafətinin sonuna qədər müsəlmanların hakimləri hər hansı məsələnin həlli za-



manı mühacir və ənsarın başçıları ilə məşvərət edər və onlar çəkinmədən öz nə-

zər  və  rəylərini  bəyan  edərdilər.  Hz.Peyğəmbərin  (s) qoyduğu  ənənəyə  sadiq 

qa

lan xəlifələr qarşıya çıxan problemin cavabını Quran və sünnədə tapmadıqda 



208

Tarixi-


Yəqubi, II cild, Tarixi ibn Əsir, III cild, səh-422-423. 

209


Tarixi-

Yəqubu, II cild, səh-218; Tarixi ibn Əsir, III cild, səh-422-451; İbn Kəsir, Əl-bidayə-

tu vən-nihayə, VIII cild, səh-29. 

  

                                                           




 

154 


Pey

ğəmbərin (s) səhabəsindən nə etmək lazım olduğunu soruşardılar. Xəlifənin 

də çıxardığı qərar da Quran və sünnəyə birbaşa zidd olmamalı idi. 

Müaviyə hakimiyyətə gəldikdən sonra isə xəlifə və onun məmurlarına irad 

tut

maq yığışıldı. Xəlifənin məmurlarına irad tutan şəxslər tənbih edilir və ya-



xud işgəncə və ölümə məruz qalırdılar. Əvvəldə qeyd etdiyimiz kimi Hücr ibn 

Ədiyy və dostları Hz.Əlini (ə) söymədikləri üçün ölümə məhkum olunmuşdu-

lar. Müaviyənin hakimiyyəti dövründə camaat Allahın bəyəndiyi sözləri yox, 

xəlifənin xoşuna gələn sözlər danışırdılar. Dinə azacıq hörməti olan şəxslər də 

ha

kimlərin  hərəkətləri  qarşısında  sakit  otururdular.  Rəvayətə  görə  Müaviyə 



camaatdan Yezidin vəliəhd olması haqda rəylərini öyrənmək istədikdə Əhnəf 

ibn  Qeys  sakit  oturmuşdu.  Bunu  görən  Müaviyə  dedi:  “Niyə  danışmırsan?” 

Əhnəf dedi: “Əgər düz danışsam sən inciyəcəksən, yox əgər yalan desəm Al-

lahı qəzəbləndirəcəyəm.”

210

  

Ənsar, mühacir və mömin müsəlmanların sayı azaldıqca, hökmlərin icra-



sına nəzarətin zəifləməsi daha çox gözə çarpırdı. Hicrətin qırxıncı ilindən sonra 

iş  başına  gəlmiş  cavanların  nə  Peyğəmbər  (s)  dövründəki  İslamdan  xəbərləri 

var idi, nə də ki, ondan sonrakı hakimlərin sərt rəftarlarını görmüşdülər. Bu nə-

sil iğtişaşlı dövrdə boya-başa çataraq, sərt zəmanədə  yaşadıqlarından, təbiidir 

ki, həqiqi İslamdan və bu dinin əsas dayağı olan ədalətdən xəbərləri  yox idi. 

An

caq bu dəyişikliklər İslamın sadə dövründə yaşamış insanlar üçün ağır gə-



lirdi, onlar təəssüf hissi keçirsələr də bir iş görə bilmirdilər.  

Müaviyənin dövründə birini məzəmmət, digərini isə tərif edən bir çox sax-

ta hədislər meydana gəldi. Hədis kitablarında “Fəzilətlər” adlı fəslə rast gəlirik 

ki, orada ancaq hansısa bir şəxsin və ya ailənin təriflənməsindən söhbət gedir. 

Be

lə rəvayətlərə şübhə ilə yanaşmalı, bəzən isə rədd etməliyik. 



 

Müaviyənin dövründə baş verən fəthlər 

Xilafəti ələ keçirən Müaviyə ibn Əbu Süfyan dərhal Kufəyə Muğeyrə ibn 

Şöbəni, Bəsrəyə isə Abdullah ibn Əmri vali təyin etdi. Ziyad ibn Əbihini özünə 

qardaş elan etdikdən sonra 665-ci ildə onu Bəsrəyə vali təyin etdi. Qısa müddət 

sonra bu vilayəti Kufə ilə birləşdirərək hər iki şəhərə Ziyad ibn Əbihini vali tə-

yin etdi. 662-

ci ildə Misir valisi Əmr ibn Asın ölümündən sonra oğlu Abdullah, 

sonra  isə  Müaviyə  ibn  Xudeyc  Misirə  vali  təyin  edilmişdir.  Şimali  Afrikaya 

Uq

bə ibn Nafe, Mədinəyə isə Mərvan ibn Həkəm vali təyin edildi. Hakimiy-



yətdə yerini möhkəmlədən Müaviyə üç istiqamətdə fəthlər həyata keçirdi. 

 

1. 

Türkistan fəthləri 

Əbdürrəhman ibn Səmurə Sicistan valisi olduğu müddətdə bir çox yerləri, 

o  cümlədən  Kabili  fəth  etmişdir.  Kabilin  fəthindən  sonra  hücumlarını  davam 

et

dirən Əbdürrəhman Bust və Zəranı da ələ keçirdikdən sonra Qəznəyə qədər 



210

Tarixi ibn Əsir, III cild. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə