Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə78/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   74   75   76   77   78   79   80   81   ...   314

  

159 


vərət edərək Nöman ibn Bişrin yerinə Ubeydullah ibn Ziyadı Kufə valisi təyin 

etdi. 


 

Hz.Hüseynin 

(ə) 

İraqa yola düşməsi 

Müslim ibn Əqilin məktubu İmama (ə) çatdıqdan sonra öz ailəsi və yaxın 

adamları ilə birlikdə İraqa tərəf yollandı. Digər tərəfdən də Yezidin göstərişinə 

əsasən Kufəyə gələn Ubeydullah ibn Ziyad qorxu və rüşvət gücünə əhalini, ba-

ca

rıqlı şəxsləri ələ aldı və onların vasitəsilə başqalarını susdurdu. Qısa müddət 



ərzində casuslar vasitəsilə Müslimin yerini öyrənən Ubeydullah onu və ona sı-

ğınacaq verən Hani ibn Urvəni edam etdirdi.

221

  

İmam Hüseyn (ə) yolda olarkən Müslimin ölüm xəbərini və Kufə xalqının 



vəfasızlığını eşitdikdə bu xəbəri yanındakılara da çatdırdı. Onları özü ilə gedib 

getməməkdə sərbəst buraxdı. Bəzilərinin onu tərk etməsinə baxmayaraq, yaxın 

qohum-

əqrəbası ilə bir neçə imanlı şəxslər onunla qaldılar.



222

 

İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın keşikçi dəstəsi ilə rastlaşdı. 



Bu  dəstəyə  Hürr  ibn  Yezid  Riyahi  başçılıq  edirdi.  İmam  Hüseyn  (ə)  məcbur 

ola


raq Kərbəla düzündə xeymələr quraraq əhli-əyalını burada yerləşdirdi. Bun-

dan xəbər tutan Ubeydullah Ömər ibn Sədin başçılığı altında olan böyük bir or-

du

nu Kərbəlaya göndərdi. Ubeydullahın Yezidə beyət təklifini qəbul etməyən 



Hz.Hüseyn 

(ə) döyüşə hazırlaşdı. 

Hicrətin 61-ci ili məhərrəm ayının 10-da (miladi 661) baş verən döyüşdə 

İmam Hüseyn (ə) və onunla birlikdə olanlar susuz halda şəhid edildilər. Başda 

Hz.Zeynul-Abidin 



(ə)  olmaqla  Əhli-Beyt  əsirləri  əvvəlcə  Kufəyə  Ubeydullah 

ibn Ziyadın hüzuruna, oradan da Şama məlun Yezid ibn Müaviyənin hüzuruna 

apa

rıldılar. 



Həmin gün Əhli-Beytdən ilk şəhid olan, Hz.Hüseynin (ə) böyük oğlu Əli 

Əkbər  olmuşdur.  O,  qəhrəmanlıqla  vuruşaraq  şəhid  olmuşdur.  Sonra  Hz.Hü-

seynin 

(ə) digər oğlu Abdullah, Hz.Həsənin (ə) Əbu Bəkr və Qasim adlı oğlan-

la

rı, Hz.Əlinin (ə) Ümmül-Bənin adlı xanımdan doğulmuş Abbas, Cəfər, Ab-



dul

lah, Osmanla yanaşı digər xanımlardan doğulmuş Məhəmməd və Əbu Bəkr 

ad

lı oğlanları, Abdulah ibn Cəfər ibn Əbu Talibin iki oğlu Ovn və Məhəmməd, 



Əqil ibn Əbu Talibin Cəfər, Əbdürrəhman, Abddullah, Abdullah ibn Müslim 

və digərləri qəhrəmanlıqla vuruşaraq şəhid oldular.

223

 

 



 

221


Tarixi-

Məsudi, III cild, səh-66-69; Tarixi-Təbəri, III cild, səh-274-275. 

222

Tarixi ibn Əsir, IV cild, səh-14-42; Xudari Dövləti-Əməviyyə, II cild, səh-124-127. 



223

Ətraflı  məlumat  üçün  bax:  İbn  Tavus,  Kitabul-məlfuh  ala  qatlət-tufuf;  Əbu  Mihnəf, 

Məqtəlul-Huseyn  və Masrau  əhli-beytihi  və  Ashabihi  fi  Kərbəla, səh-20-21,74-80, 84-88-89; 

Şeyx Müfid, əl-İrşad fi Mərifəti Hucəcillahi aləl-İbad, (Muəssəsətu Əhli-Beyt), II cild, səh-67-

68, 96-

101, Beyrut 1993; İbn Şəhr Aşub, Mənaqibu Ali Əbu Talib, IV cild, səh-97-110, Beyrut 



1985.

 

  



                                                           


 

160 


Məkkə və Mədinədə üsyanlar 

Bu acınacaqlı faciə İslam dünyasında narazılığa səbəb oldu. Bu vaxt Mək-

kədə yaşayan Abdullah ibn Zübeyr fürsətdən istifadə edib Kərbəla faciəsini əl-

də əsas tutub Yezidi və onun tərəfdarlarını lənətlədi. Kufə əhlini xəyanətkar, 

əhdi-peymanı  pozan  adlandırıb  camaatın  onunla  beyət  etməsini  istədi.  Ubey-

dullah ibn Ziyadın sərt rəftarına baxmayaraq Kufə əhli də öz narazılığını bildir-

di. Ubeydullah minbərdə Yezidi və onun nəslini tərif edib Hz.Hüseynə (ə) və 

ata


larına  nalayiq  sözlər  deyəndə  Əzd  qövmündən  təqvalı,  eyni  zamanda  kor 

olan Abdullah ibn Əfif ayağa qalxıb onun sözünü kəsib, Hz.Peyğəmbərin (s) 

ailəsinə verdiyi söyüşləri onun özünə qaytardı. 

Abdullah ibn Zübeyrin özünü Məkkədə xəlifə elan etməsindən cürətlənən 

Nəcdə ibn Amir ən-Nəhai də Yəmamədə Əməvilərə qarşı üsyan edərək idarəni 

ələ keçirdi. 

Hicazda  baş  verən  hadisələri  sakitləşdirmək  istəyən  Yezid  ibn  Müaviyə 

əmisi oğlanlarından olan Osman ibn Məhəmməd ibn Əbu Süfyanı bu məntəqə-

yə vali təyin etdi. Yeni vali Mədinədən bir qrupu Yezidi tanımaq üçün Şama 

gön


dərdi. Bu dəstəyə Uhud döyüşündə şəhid olmuş və “mələklər tərəfindən yu-

yul


muş Hənzələnin” (Qəsaisul-məlaikə) oğlu Abdullah başçılıq edirdi.  

Yezid Mədinədən gəlmiş nümayəndələrə hörmət göstərib onlara saysız-he-

sabsız hədiyyələr bağışladı. Hətta onlardan birinə Munzər ibn Zubeyrə yüz min 

dir


həm verdi. Lakin onun ləyaqətsizliyi və alçaq tərbiyəsi Mədinə əhlinə gizlin 

qal


madı.  Onlar  geri  qayıtdıqdan  sonra  Peyğəmbər  məscidində  fəryad  edərək 

Ye

zidin haqqında yaramaz sözlər danışmağa başladılar. Onlar “biz dini olma-



yan, şərab içən, it oynadan, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin 

ya

nından gəlirik” dedilər. Bu söhbətdən sonra şəhər əhli Abdullah ibn Hənzələ-



yə beyət edərək üsyan etdi. Bundan xəbər tutan Yezid Nöman ibn Bişri üsyanı 

ya

tırmaq üçün Mədinəyə göndərsə də bir nəticəsi olmadı. Beləliklə İslam dün-



ya

sının iki müqəddəs şəhəri Məkkə və Mədinə  Yezidə qarşı üsyan bayrağını 

qaldırdı.

224


 

 

Hərrə faciəsi 

Kərbəla faciəsinin ardınca xəlifə Yezidin əxlaqsızlığından xəbər tutan Mə-

di

nəlilər Abdullah ibn Hənzələyə beyət edərək Bəni Umeyyədən olan min nə-



fəri ilk olaraq Mərvan ibn Həkəmin evində mühasirəyə aldılar. Bu çətin günlər-

də Mərvan ibn Həkəm ailəsini Abdullah ibn Ömərin yanına qoymaq istəsə də 

Abdullah  bunu  qəbul  etmədi.  Abdullahın  himayəsindən  məyus  olan  Mərvan 

Hz.Zeynul-Abidinin 



(ə) yanına gedib dedi ki, mənim də ailəm sənin ailənlə bir-

lik


də olsun. Hz.Zeynul-Abidin (ə) onun xahişini özünəməxsus bir böyüklüklə 

qəbul edib Mərvanın yaxın adamlarını özünün xanımı və övladı ilə birgə Yən-

bu adlı bir yerə göndərdi. Mərvan daim bu yaxşılıqdan razılıq edirdi.  

224


Tarixi Təbəri, III cild, səh-349-351. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə