Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə79/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   75   76   77   78   79   80   81   82   ...   314

  

161 


Mədinədə baş verənlərdən xəbər tutan xəlifə Yezid Müslim ibn Əqəbəni on 

iki min nəfərlik dəstə ilə Mədinəyə göndərərək belə bir tapşırıq verdi: “Mədinə 

əhlini üç gün beyətə çağır, qəbul etməsələr axıra qədər döyüş və şəhəri üç gün 

talan etdir, ələ keçənlər sənin və əsgərlərinin olsun.” Müslim ibn Əqəbə Mədi-

nəyə  “Hərrə”  qapısından  daxil  olduğu  üçün  bu  hadisə  İslam  tarixində  Hərrə 

faciəsi adlanır. 



 

Məkkənin mühasirəsi hicri 64 (miladi 683) 

Mədinədə baş verən faciə Məkkəyə çatınca əhali xəlifə Yezidə öz etirazını 

bil

dirib üsyan etdi. Məkkədə baş verən üsyanı yatırmaq istəyən Yezid göstəriş 



verd

i ki, Müslim ibn Əqəbə Mədinədən çıxaraq Məkkəyə doğru hərəkət etsin. 

Mədinə  faciəsi  sona  çatdıqdan  sonra  Müslim  dedi:  “İlahi,  Sənin  təkliyinə  və 

Mu

həmmədin (s) peyğəmbərliyinə verdiyim şəhadətdən sonra Mədinə əhalisi-



nin qırğınına səbəb olan işdən başqa heç bir işi sevmirəm və qiyamətdə bu işin 

qabilində veriləcək əvəzdən başqa heç bir işin savabına göz dikməmişəm.” 



Müs

lim, Yezidə göstərdiyi xidmətə görə tarixdə “müsrif” (qantökən) ləqəbini 

al

mışdır.


225

 

Yezidin əmri ilə Mədinədən Məkkəyə yola düşən Müslim ibn Əqə-



bə yarıyolda cəhənnəmə vasil oldu və onu digər sərkərdə Husayn ibn Numeyr 

əvəz etdi.

226

 

O həmçinin Kərbəla faciəsində İmam Hüseynin (ə) şəhid edilmə-



sində yaxından iştirak etmişdir.  

683-


cü ildə Məkkəyə daxil olan Husayn ibn Numeyr güclü müqavimətə rast 

gəldi. Məkkə hakimi olan Abdullah ibn Zübeyr şəhəri yaxşı müdafiə etdiyi üçün 

Məkkənin  mühasirəsi  bir  aya  yaxın  davam  etmişdir.  Bu  mühasirə  nəticəsində 

Kəbədə  daxil  olmaqla  Məkkənin  yarısı  yandırıldı.  Mühasirənin  sonuna  yaxın 

xəlifə Yezidin ölümü ilə əlaqədar olaraq Husayın döyüşü dayandırıb Abdullah 

ibn Zübeyrə xəbər göndərdi ki, onun beyətini qəbul etməyə razıdır. Ancaq Ab-

dullah onunla birlikdə Məkkədən çıxıb Şama getməlidir. Əgər hakimiyyəti möh-

kəmlənsə onunla işim  yoxdur,  yox əgər belə olmazsa elə oradaca Şam əhlinin 

məyi ilə onun işini bitirəcək. Abdullah ibn Zübeyr bu şərtləri qəbul etmədiyi 



üçün Husaynın qoşunu Mədinədə yaşayan Əməvilərlə birlikdə Şama qayıtdı.

227


  

Yezidin  xilafəti  dövründə  Türkistan  valisi  Salim  ibn  Ziyad  fəthlərini  da-

vam etdirərək Buxara ilə Xarəzmi Əməvi torpaqlarına qatmışdır.  

Yezid ibn Müaviyə üç il altı ay xəlifə olduqdan sonra hicrətin 63-cü ili (və 

ya 64) rəbiül-əvvəl ayının 14-də, miladi tarixilə 683-cü ildə Şamda cəhənnəmə 

va

sil olmuşdur.



228

 

 

225

Bəlazuri, Ənsabul-əşraf, səh-30-46. 



226

Tarixi Təbəri, III cild, səh-360-361. 

227

Tarixi  Təbəri,  III  cild,  səh-361-362;  Tarixi  Məsudi,  III  cild,  səh-78-81;  Tarixi  Yəqubi,  II 



cild, səh-250-253. 

228


Tarixi Təbəri, III cild, səh-362. 

  

                                                           




 

162 


İmam Hüseyn (ə) 

İmam Hüseyn (ə) hicrətin dördüncü ili şəban ayının 3-də cümə axşamı Mə-

di

nədə  anadan  olmuşdur.  Məşhur  islam  alimi  Şeyx  Tusi  belə  rəvayət  edir: 



“İmam  Həsən  Əskəridən  (ə)  onun  vəkili  Qasim  ibn  Əla  Həmdaniyə  məktub 

yetişdi. Orada yazılmışdı: “İmam Hüseyn (ə) cümə axşamı şəban ayının üçündə 

anadan olub. Sən həmin gün oruc tutub bu duanı oxu: “Əllahumə inni əs-əlukə 

bihəqqil məvludi fi hazəl yəvm” (İlahi səni bu gündə doğulmuş körpəyə and ve-

ri

rəm). 


Şeyx Tusi və digər alimlər mötəbər sənədlərlə İmam Rzadan (ə) nəql edib-

lər ki, İmam Hüseyn (ə) dünyaya gələndən sonra Hz.Peyğəmbər (s) Əsma bin-

ti Umey

sə  buyurdu:  “Ey  Əsma,  oğlumu  mənim  yanıma  gətir.”  Əsma  deyir: 



Mən o Həzrəti ağ parçaya büküb Hz.Peyğəmbərin yanına apardım. Həzrət onu 

quca


ğına  alıb  sağ  qulağına  “azan”,  sol  qulağına  isə  “iqamə”  oxudu.  Elə  bu 

vaxt Allah qatından nazil olan Hz.Cəbrail (ə) belə buyurdu: “Ya Peyğəmbər, 

Allah sənə salam göndərib və buyurur ki, Əlinin (ə) nisbəti sənə Harunun Mu-

saya olan nisbəti kimidir. Buna görə də sən bu körpəni Harunun kiçik oğlunun 

adı ilə adlandır. Onun adı Şübeyrdir, amma sənin dilin ərəb dili olduğu üçün 

sən onu Hüseyn adlandır.” Hz.Peyğəmbər (s) uşağı öpüb ağladı və dedi: “Hü-

seyn, səni qabaqda böyük müsibət gözləyir. İlahi, onu öldürənlərə lənət elə.” 

Sonra Həzrət mənə dedi: “Əsma, bunu qızım Fatiməyı demə”. Elə ki, yeddinci 

gün oldu, Hz.

Peyğəmbər (s) dedi: “Oğlumu mənim yanıma gətir.” Mən İmam 

Hüseyni 

(ə) qundaqda o Həzrətin yanına apardım. Hz.Peyğəmbər (s) İmamın 

qunda


ğını qucağına aldıqdan sonra buyurdu: “Ey Əbu Abdullah, sənin öldü-

rül


məyin mənə  nə  qədər ağırdır. Həzrət bu sözləri dedikdən  sonra  ağlamağa 

başladı.” Əsma dedi: “Ey Allahın rəsulu, bu nə xəbərdir? Birinci gündə bunu 

de

diniz, bu gün də deyir və ağlayırsınız? Hz.Peyğəmbər (s) buyurdu: “Bu əziz 



ba

lam  üçün  ağlayıram  ki,  Bəni  Ümeyyədən  olan  bir  dəstə  kafir  və  zülmkar 

onu öldü

rəcəklər. Allah etdiyi əməllərinə görə mənim şəfaətimi onlara nəsib 

et

məsin.  Onu  dini  məhv  etmək  istəyən  bir  adam  öldürəcək  və  kafir olacaq. 



İlahi, Hz.İbrahimin (ə) səndən öz uşaqları üçün istədiyi şeyi (imamlığı) mən 

də səndən bu iki oğlum (Həsən və Hüseyn) üçün istəyirəm.  İlahi, sən bu iki 

ba

lamı və onları sevənləri sev. İlahi, hər kəs onlara düşmən olsa, ona yer-göy 



dol

ana qədər lənət elə.” 

İbn Şəhr Aşub rəvayət edib: İmam Hüseyn (ə) dünyaya gələndə Hz.Fati-

mə (s.ə) xəstələndi və südü qurudu. Hz.Peyğəmbər (s) dayə axtardı tapılmadı. 

Həzrət özü Fatimənin otağına gəlib baş barmağını İmamın ağzına qoydu. İmam 

seyndə (ə) o Həzrətin barmağını sovuraraq qidalandı. 



Müəzzinin “Ərbəin”, Xətib Bağdadinin “Tarixi-Bağdadi” kitabında və di-

gər kitablarda Cabir ibn Abdullahdan nəql olunub ki, Hz.Peyğəmbər (s) buyu-

rub:  “Allah  hər  bir  peyğəmbərin  övladını  onun  öz  belindən  dünyaya  gətirib, 

am

ma mənim övladlarımı Əlinin (ə) belindən dünyaya gətirib. Hər bir ananın 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə