Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.

səhifə8/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   314

  

17 


Buna görə də Həbəşistan qoşununun hücumu zamanı camaat Zunuvasa kö-

mək etməkdən boyun qaçırdı. Zunuvas təkcə öz qoşunu ilə həbəşlərə müqavimət 

göstərə bilməyərək döyüş meydanını qoyub dənizə tərəf qaçdı və orada boğuldu. 

Qurani-


Kərimin “Buruc” surəsinin əvvəlinci ayələrində Uxdud səhabələri 

haq


qında məlumat verilir. 

 

Yalançı peyğəmbərlər hərəkatı 

Hz.


Peyğəmbərin (s) vəfatına yaxın Ərəbistanın bəzi yerlərində peyğəmbər-

lik iddiasinda olan yalançı peyğəmbərlər olmuş, bir çox cahili inandırıb öz fi-

kir

lərini yaymaq üçün çalışmış və islam dövlətinin başına bəla olmuşlar. Bun-



ların özlərini peyğəmbər elan etməkdə məqsədləri peyğəmbərlik adından istifa-

də edərək varlanmaq olmuşdur. Yalançı peyğəmbərlərin məhşurları bunlardır: 



 

Əsvədul-Ans: 

Yalançı peyğəmbərlərin ən təhlükəlisi olan Əsvəd Yəmən tərəflərində Ans 

qəbiləsinə mənsub olmuşdur. Əsl adı Əbhələ ibn Kəbdir. Əvvəllər kahinliklə 

məşğul olan Əsvəd çox gözəl danışıq nitqinə malik olduğu üçün cahil xalqı al-

da

dardı. Ans və Məzhic qəbilələrini ətrafına toplayaraq böyük bir ordu təşkil 



et

mişdir. Əvvəlcə Nəcranı ələ keçirən Əsvəd sonra Yəmənin paytaxtı Səna şə-

hərinə doğru hərəkət edərək şəhərin valisi Şehr ibn Bazanı öldürüb şəhəri ələ 

keçirdi.  Hz.

Peyğəmbərdən  (s)  sonra  xəlifə  olan  Əbu  Bəkr  Əsvədin  üzərinə 

Muaz ibn Cəbəli göndərdi.  Lakin baş verən döyüşdə məğlub olan Muaz geri 

çəkildi. Sonda Yəmən bölgəsinin sərkərdələri Kays, Firuz və Dazaveyh hiyləyə 

əl ataraq Əsvədi yeni arvadına boğduraraq öldürdülər.

7

 

 



Museylimətul-Kəzzab: 

Bəkr ibn Vail qəbiləsinin bir qolu olan Bəni Hənifə rəisliyinə mənsub Mu-

seylimə hicrətin VIII ilində Mədinəyə gəlib İslamiyyəti qəbul edərək Bəni Hə-

nifə rəisliyini əldə etmişdir.

8

 Hz.


Peyğəmbərin (s) xəstələndiyini eşitdikdə özü-

nü peyğəmbər elan etmişdir. Öz-özünə ayələr uydurardı. Hətta Hz.Peyğəmbərə 



(s) 

belə bir məktub göndərmişdir. “Allahın elçisi Museylimədən Allahın Rəsu-

lu  Muhəmmədə  salam.  Mən  sənin  ortağınam,  mülk  aramızda  bölünməlidir. 

Mülkün yarısı sənin, yarısı mənim olsun. Ancaq siz Qureyşilər ədalət nədir bil-

məzsiniz”. 

Hz.


Peyğəmbər (s) ona bu cavabı göndərdi: “Allahın Rəsulu Muhəmməd-

dən yalançı Museyliməyə. Doğru yolda olanlara salam. Mülk Allahındır. Onu 

is

tədiyi qullarına ehsan edər. Xeyirli aqibət müttəqilərindir”. 



Bəni Hənifə və Yəmaməliləri ətrafına toplayan Museylimə böyük bir ordu 

təşkil etmişdir. Hz.Peyğəmbərdən (s) sonra xəlifə olan Əbu Bəkr Museylimə-

7

 Nuri Ünlü, İslam tarixi, I cild 



8

 Nuri Ünli, İslam tarixi, I cild 

  

                                                           




 

18 


nin üzərinə əvvəlcə İkrimə ibn Əbu Cəhli göndərdi. Lakin baş verən döyüşdə 

İkrimə  məğlub  olaraq  geri  çəkildi.  Onun  məğlubiyyətindən  sonra  xəlifə  Əbu 

Bəkr Xalid ibn Vəlidi Museylimənin üzərinə göndərdi. 633-cü ildə baş verən 

Yəmamə döyüşündə Xalidin başçılığı altında olan islam ordusu Museylimənin 

or

dusunu məğlub etdi, Museylimənin özü isə Uhud döyüşündə Hz.Həmzəni şə-



hid edən Vəhşi tərəfindən öldürüldü. 

 

Tuleyha ibn Xuveylid: 

Nəcddə  yerləşən  Əsəd  qəbiləsinə  mənsub  olan  Tuleyha  hicrətin  V  ilində 

(mi


ladi 627) baş verən Xəndək döyüşündə müsəlmanlara qarşı vuruşmuş, hic-

rətin  IX  ilində  Mədinəyə  gəlib  islamiyyəti  qəbul  etmiş,  hicrətin  X  ilində  isə 

özü

nü peyğəmbər elan etmişdir. Zunnun adlı bir mələyin ona vəhy gətirdiyini 



iddia edirdi. Bəni Əsəd, Bəni Qətəvan və bir çox qəbilələri ətrafına yığaraq bö-

yük bir ordu təşkil etmişdir. Xəlifə Əbu Bəkr Xalid ibn Vəlidi göndərərək Tu-

leyhanı məğlub etmişdir. Tuleyha sonralar yenidən islamı qəbul edərək ikinci 

xəlifə Ömər ibn Xəttabın dövründə İraq fəthlərinə qoşulmuşdur. 



 

Səccah: 

Əslən Mesopatomiyalı olan Səccah ata tərəfdən Bəni Yərbu qəbiləsinə, ana 

tərəfdən isə Bəni Tağlib qəbiləsinə mənsubdur. Özünü peyğəmbər elan edərək 

ətrafına  xeyli  adam  toplamışdır.  Xalid  ibn  Vəlid  tərəfindən  məğlub  edilən 

Səccah digər yalançı peyğəmbər Museylimənin yanına gedərək onunla evlən-

mi

şdir.



9

 633-


cü ildə baş verən Yəmamə döyüşündə Museylimənin ölümündən 

sonra Səccah qəbiləsinə qayıdaraq yenidən islamı qəbul etmişdir. 



 

Həzrəti Peyğəmbərin əcdadı 

Hz.


Muhəmməd (s) ibn Abdullah ibn Əbdülmüttəlib (əsl adı Şeybədir) ibn 

Ha

şim  (Əmr)  ibn  Əbdul  Mənaf  ibn  Qeys  (Quseyy)  ibn  Kilab  ibn  Mürrə  ibn 



Kəb ibn Lüvey ibn Qalib ibn Fihr ibn Malik ibn Nəzr ibn Kənanə ibn Xəzimə 

ibn Müdrikə ibn İlyas ibn Muzər ibn Nəzar ibn Məd ibn Ədnan ibn Əddəd ibn 

Humeysə ibn Nəbt ibn Qeydar ibn İsmail ibn İbrahim. 

Hz.


Peyğəmbərin (s) babası Əbdülmüttəlibin on oğlu olmuşdur: 

Haris, Həmzə, Abdullah, Abbas, Əbu Talib, Zübeyr, Qiydaq, Məğum, Zi-

rar və Əbu Ləhəb. Abdullah və Əbu Talib eyni xanımdan dünyaya gəlmiş, qa-

lan


ları  isə  digər  xanımlardan  doğulmuşdur.  Hz.Peyğəmbərin  (s) doqquz  əmi-

sindən Əbu Ləhəbi çıxmaq şərtilə qalan səkkizi sonralar islamı qəbul etmişdir. 

Əbu Ləhəb Hz.Peyğəmbərin (s) əmisi olmasına baxmayaraq onun qatı düşmən-

lərindən olmuşdur. İslamiyyətdən əvvəl Əbu Ləhəbin oğlanları Utbə və Uteybə 

Hz.Pey

ğəmbərin (s) qızları Ümmü Gülsüm və Ruqiyyə ilə evlənmişdir. Lakin 



9

 Həmin mənbə 

                                                           





Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   314


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə