Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə81/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   77   78   79   80   81   82   83   84   ...   314

  

165 


doğulmasına  görə  Cəhənnəmin  odunu  orada  olanlara  qarşı  yüngülləşdir.  Sonra 

Cənnətin  gözətçisi  Rizvana  vəhy  etdi  ki,  Muhəmmədin  (s)  oğlunun  doğulması 

hörmətinə  cənnətlər  bəzədilsin.  Sonra  Hurilərə  vəhy  etdi  ki,  Muhəmmədin  (s) 

oğlunun doğulması hörmətinə bəzənsinlər və bir-birlərini ziyarət etsinlər. Sonra 

mələklərə vəhy etdi ki, Muhəmmədin (s) oğlunun doğulması hörmətinə səf-səf 

durub Allaha təsbih və təkbir desinlər. Sonra Cəbrailə (ə) vəhy etdi ki, hər dəs-

tədə  Ruhanilər  adlanan  və  nur  saçan  min  mələk  olmaqla  min  dəstə  ilə  Pey-

ğəmbərə (s) müxtəlif rəngli zinət əşyaları və yaqutla ensin və onu təbrik edib göz 

aydınlığı  versinlər.  Sonra  ona  xəbər  ver  ki,  uşağın  adını  Hüseyn  (ə)  qoydum. 

Onu  ümmətinin  ən  pis  adamları  öldürəcəklər.  Vay  olsun  onun  qatilinə,  bu  işə 

sövq edənə və bu işə rəhbərlik edənə! Mən ondan o da məndən uzaqdır. Qiyamət 

günü Hüseynin 



(ə)  qatilindən  daha  ağır  günahlı  bir  şəxs  məhşərə  gəlməyəcək. 

Hüseynin 



(ə) qatili Allahdan başqa Allah olduğunu iddia edənlərlə birlikdə Qi-

yamət günü Cəhənnəmə daxil olacaqdır. Cənnət Allaha itaət edənlərin həsrətində 

olduğu kimi Cəhənnəm də Hüseynin (ə) qatilinin həsrətindədir.”

234


 

Digər bir hədisdə isə deyilir: “Cəbrail (ə) Peyğəmbərə (s) nazil olub dedi: sə-

nin nəvən Hüseyn (ə) bir qrup insanlar tərəfindən zürriyyətin və əhli-beytindən 

olan şəxslərlə birlikdə Fəratın sahilində Kərbəla adlı  yerdə qətlə  yetiriləcəkdir. 

Allah onların ruhlarını öz əli ilə alacaqdır. Göyün yeddinci təbəqəsindən əllərin-

də həyat suyu ilə dolu olan yaqut və zümrüd qablarda mələklər enəcəklər. Cən-

nət suyu və Cənnət ətiri ilə qarışdırılmış bu sularla onların cəsədlərini yuyacaq, 

onlara Cənnətdən gətirilmiş parça geydirəcək və o ətirlə onlara hənut sürtəcəklər. 

Sonra mələklər səf-səf dayanıb onlara namaz qılacaqlar.”

235


 

Məşhur əhli-sünnət alimi Əhməd ibn Hənbəl rəvayət edir: “Əli (ə) Siffeyn 

yüşünə gedərkən Kərbəla ərazisində dayandı. O, buranın hara olduğunu soruş-



duqda dedilər: bura Neynəvadır. Əli (ə) dedi: səbr et ey Əba Əbdillah! Səbr et ey 

Əba  Əbdillah!  Ona  dedilər:  nə  baş  verir?  O,  dedi:  bir  gün  Peyğəmbərin  (s) 

yanına daxil oldum və onu gözü yaşlı gördüm. Dedim səni kim qəzəbləndirib ki, 

gözlərindən belə yaş gəlir ya Rəsulallah? Dedi: Cəbrail (ə) mənim yanımda idi. 

O, mənə dedi ki, Hüseyni (ə) Fəratın sahilində öldürəcəklər. Onun türbəsindən 

iyləmək  istəyirsənmi?  Dedim:  bəli.  O,  əlini  uzadıb  o  torpaqdan  götürdü  mənə 

verdi. Buna görə gözlərim yaşarıb.”

236


 

Bu və ya buna bənzər bir çox hədisi-şəriflərdən bəlli olur ki, Kərbəla hadisə-

sinin baş verməsi qabaqcadan Allah tərəfindən peyğəmbərə (s) xəbər verilmişdir. 

Deməli  bu  hadisənin  törədilməsi  əzəldən  ilahi  elmdə  təsbit  olunmuş  və  Allah 

əhatəli elmi ilə bunu əvvəlcədən bilmişdir. Necə ki, Quran buyurur: “O, bütün 

yaradılmışların keçmişini və gələcəyini bilir. Onun elmi göyləri və yeri əhatə 

234


Şeyx Səduq, Kəmaluddin və Təmamun-Nimət, səh-165. 

235


əl-Qumi, Nəfsul-Məhmum, səh-206. 

236


Müsnədi-Əhməd, I cild, səh-86, hədis-648. 

  

                                                           




 

166 


etmişdir.”

237

 

Amma bu hədislərin mənası o demək deyildir ki, Kərbəla hadisəsi 



Allah tərəfindən yazılmış və ondan qaçmaq heç cürə mümkün deyildir. Təəssüf-

lər olsun ki, bu növdən olan hədislər bəzi insanların təfəkküründə çaşqınlıq ya-

rat

mış və nəticədə onlar əzəli ilahi elmlə cəbəriyyə əqidəsini bir-birinə qarışdır-



mışlar. Çünki cəbəriyyə əqidəsinə görə insan ixtiyar sahibi deyil, o nə edirsə, ila-

hi  yazı  əsasında  edir.  Hətta  insanın  günah  etməsini  Allah  tərəfindən  olduğunu 

iddia edən cəbərilər Kərbəla hadisəsində Yezidin bu işi özbaşına deyil, ilahi təq-

dir əsasında etdiyini deyirlər. Bu əqidə isə əlbəttə ki, həqiqi islam əqidəsi deyil 

və  ola  da  bilməz.  Çünki  hər  şey  bu  əqidə  sahiblərinin  dedikləri  kimi  olsaydı, 

onda Allahın bu qədər peyğəmbərlər və kitablar göndərib insanları pis yoldan çə-

kindirib doğru yola çağırmasının nə mənası olardı?! Əgər onların əqidəsi doğru 

olsaydı,  onda  bütün  günahların  hamısı  qanuniləşmiş  olardı  və  bununla  da  gü-

nahkarlar üçün nəzərdə tutulmuş ilahi əzab öz əhəmiyyətini itirərdi. Necə ki, Ye-

zid və onun tərəfdarları bu əqidəni dəstəkləməklə özlərini “təmizə” çıxardırdılar. 

Halbuki Qurani-

Kərim buyurur: 



“Kim zərrə qədər yaxşı iş görsə, onun xeyrini 

görəcəkdir.  Kim  zərrə  qədər  pis  iş  görsə,  onun  zərərini  görəcəkdir.”

238

 

Deməli  Yezid  ibn  Müaviyə  İmam  Hüseyni  (ə)  öldürməklə  özünü  əbədi  ilahi 



əzaba düçar etmişdir. Peyğəmbər (s) buyurur: “Cənnət mənim əhli-beytimə zülm 

edənə və ailəmə əziyyət edənə haram olmuşdur. Hər kəs Əbdülmüttəlib övlad-

larından  birinə  yaxşılıq  etsə,  amma  mükafatlanmasa,  Qiyamət  günü  mən  Rəb-

bimlə görüşəndə onu mükafatlandıracağam.”

239

  

 



İmam Hüseynin (ə) Mədinədən Məkkəyə gəlməsi. 

Şiə və sünni alimlərinin kitablarında bu dəhşətli hadisə müxtəlif şəkillərdə 

qeyd olunmuşdur. İmam Həsənin (ə) şəhadətindən sonra hərəkətə gələn İraqda-

kı şiələr İmam Hüseynə (ə) məktub yazaraq ona bildirdilər ki, biz Müaviyə ibn 

Əbu Süfyanı xilafətdən kənar edib sənə beyət edirik. Lakin İmam Hüseyn (ə) 

bu

nun  məsləhətə  uyğun  olmadığını  görüb  onları  Müaviyənin  xilafətinin  başa 



çat

masına qədər səbr etməyə dəvət etdi. 

Nəhayət  hicrətin  60-cı  ili  rəcəb  ayının  15-də  (miladi  680)  Müaviyə  ibn 

Əbu Süfyan vəfat etdi və onun vəsiyyətinə əsasən oğlu məlun Yezid xilafət iş-

lərini idarə etməyə başladı. Tarixi məlumatlara görə Müaviyə ölümündən qa-

baq  oğlu  Yezidə  belə  vəsiyyət  etmişdi:  “Oğlum  sənin  hakimiyyətə  gəlməyin 

üçün bütün hazırlıqları görmüşəm. Yalnız Mədinədə üç nəfər var ki, onlardan 

be

yət almayınca sənin xilafətin heç vaxt möhkəm olmayacaq. Onların birincisi 



Hüseyn ibn Əlidir. Onunla mübarizə apar, məğlub elə, amma əzab vermə. Çün-

ki xalq onun nəslini tanıyır. Əgər əzab versən camaat səndən üz döndərəcək. 

İkincisi,  Abdullah  ibn  Zübeyrdir.  Əlinə  imkan  düşən  kimi  onu  aradan  götür, 

237


 Bəqərə-255. 

238


 əl-Zilzal-7-8. 

239


Cərullah Zəməxşəri, əl-Kəşşaf, IV cild, səh-213. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə