Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə82/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   78   79   80   81   82   83   84   85   ...   314

  

167 


yox

sa o səni məhv edəcək. Üçüncüsü Abdullah ibn Ömərdir. Onunla işin ol-

masın, o sən deyəni edəcək.”

240


 

Ümumi beyətdən sonra rəsmi olaraq Əməvi xəlifəsi təyin edilən Yezid ibn 

Müa

viyə Mədinə valisi olan əmisi oğlu Vəlid ibn Utbə ibn Əbu Süfyana belə 



bir məktub yazdı: “Mənim üçün Hüseyn ibn Əlidən, Abdullah ibn Zübeyrdən, 

Əbdürrəhman ibn Əbu Bəkrdən və Abdullah ibn Ömərdən beyət almalısan. Hər 

kəs beyət etməkdən imtina etsə başını bədənindən ayırıb tezliklə mənim hüzu-

ru

ma  Şama  göndər.”  Bu  məktub  Mədinə  valisi  Vəlid  ibn  Utbəyə  çatan  kimi 



əhli-beytin qatı düşmənlərindən olan Mərvan ibn Həkəmi çağırıb onunla məs-

ləhətləşdi. Mərvan ibn Həkəm dedi: “Nə qədər ki, onlar Müaviyə ibn Əbu Süf-

ya

nın ölümündən xəbər tutmayıblar, onları tez yanına çağırıb Yezid üçün beyət 



al. Hər kəs beyət etməyi qəbul etməzsə, onu dərhal öldür.” 

Həmin axşam Vəlid ibn Utbə onları öz yanına çağırdı. Vəlidin dəvəti onlara 

ye

tişəndə İmam Hüseyn (ə) buyurdu: “Mən evə gedəndən sonra Vəlidə öz cava-



bımı bildirəcəyəm.” Vəlidin qasidi qayıdandan sonra Abdullah ibn Zübeyr dedi: 

“Ya Əbu Abdullah, Vəlidin gecənin bu vaxtında bizi öz yanına çağırması məni 

na

rahat edir.” İmam Hüseyn (ə) buyurdu: “Güman edirəm ki, Müaviyə ibn Əbu 



Süfyan  ölüb  və  Vəlid  bizi  Yezidə  beyət  etmək  üçün  yanına  çağırır.”  Vəlidin 

məqsədindən xəbərdar olan Abdullah ibn Zübeyr gecə ikən gizli yolla Mədinə-

dən Məkkəyə qaçdı. İmam Hüseyn (ə) isə Əhli-beytindən və dostlarından ibarət 

olan otuz nəfər silahlı ilə Vəlidin yanına getdi. Vəlid Yezidin beyət alma barə-

sində yazdığı məktubu İmam Hüseyn (ə) üçün oxudu. İmam Hüseyn (ə) buyur-

du: “Vəlid, mən güman etmirəm ki, sən mənim gizlində Yezidə beyət etməyimə 

razı olasan. Bəlkə sən mənim aşkar surətdə camaatın hüzurunda beyət etməyimi 

istəyəcəksən  ki,  bu  işdən  cammatda  xəbərdar  olsun.”  Vəlid  ibn  Utbə  həzrətin 

fikrini təsdiqlədikdə İmam Hüseyn (ə) əlavə etdi: “Elə isə bu işi sabaha qədər 

təxirə  sal.”  Bununla  razılaşmayan  Mərvan  ibn  Həkəm  etiraz  edərək  Vəlid  ibn 

Utbəyə dedi: “Ondan əl çəkmə. Əgər indi ondan beyət almasan, hər iki tərəfdən 

çoxlu  qanlar  tökülməyincə  bir  daha  onu  ələ  keçirə  bilməyəcəksən.  Əgər  o, 

Yezidə beyət etmədən buranı tərk etmək istəsə, onun boynunu vur.” Mərvan ibn 

Həkəmin sözlərindən qəzəblənən İmam Hüseyn (ə) buyurdu: “And olsun Allaha 

ki, nə sən, nə də o, məni öldürməyə qadir deyilsiniz.” Sonra üzünü Mədinə valisi 

Vəlid ibn Utbəyə tutan İmam Hüseyn (ə) belə davam etdi: “Ey əmir, Peyğəmbər 

Əhli-beyti və risalət mədəni bizik. Mələklər bizim evimizə gəlib gedirlər. Allah 

xəlq edəndə bizi hamıdan əvvəl xəlq edib və bizimlə də xətm edəcəkdir. Sizin 

xəlifəliyə layiq gördüyünüz və məndən beyətini tələb etdiyiniz Yezid ibn Müavi-

yə şərab içən və haqsız adam öldürəndir. O açıq-aşkar cürbəcür fəsad və günah-

ları əncam verir. Mənim kimi bir adam heç vaxt ona beyət etməz.” 

240


İbn Kəsir, əl-Bidayətu vən-Nihayə, VIII cild, səh-115-118; Tarixi-Təbəri, III cild, səh-263-

269; Tarixi-

Yəqubi, II cild, səh-240. 

  

                                                           




 

168 


Bu  hadisə  təxminən  rəcəb  ayının  axırına  üç  gün  qalmış  çərşənbə  axşamı 

baş verdi. Səhəri  gün  İmam Hüseynlə  (ə)  rastlaşan Mərvan ibn Həkəm  dedi: 

“Ey Hü

seyn, mən sənə məsləhət görürəm ki, mənə qulaq asıb beyət edəsən.” 



İmam  (ə)  buyurdu  ki,  sənin  məsləhətin  nədir?  Mərvan  dedi:  “Mən  sənə  əmr 

edirəm ki, Yezidə beyət edəsən. Çünki ona beyət etməyin sənin dinin və dün-

yan üçün yax

şıdır.” İmam (ə) buyurdu: “İslama salam olsun o gündə ki, ümmət 

Yezid ki

mi xəlifəyə düçar olar. Mən cəddim Peyğəmbərdən (s) eşitdim deyirdi: 

“Xilafət Əbu Süfyanın övladlarına haramdır.” Həmin gün Vəlid ibn Utbə yenə 

də İmam Hüseynin (ə)  yanına adam göndərərək təkid etdi ki, Yezid ibn Əbu 

Süfyana be

yət etsin. Baş verən hadisələrdən sonra İmam Hüseyn (ə) Məkkəyə 

getmək qərarına gəldi. Bu məqsədlə babası Hz.Peyğəmbərin (s), anası Hz.Fati-

mənin (s.ə) və qardaşı Hz.Həsənin (ə) qəbirlərini ziyarət edib, onlarla vidalaş-

dıqdan sonra uşaqlarını, qardaşlarını, qardaşı uşaqlarını və Əhli-beytini götürüb 

Məkkəyə doğru hərəkət etdi.

241

 

Qütb Ravəndinin rəvayətinə əsasən, İmam Hüseynin (ə) Mədinədən gedə-



cəyindən xəbər tutan Hz.Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmə onun hüzu-

runa gələrək belə dedi: “Oğlum, İraqa getməklə məni qəmli etmə. Çünki mən 

cəddin Peyğəmbərdən (s) eşitdim ki, deyirdi: “Oğlum Hüseyni İraq torpağında 

Kərbəla adlı yerdə öldürəcəklər.” Bu hədisi eşidən İmam Hüseyn (ə) buyurdu: 

“And olsun Allaha, mən də bunu bilirəm, amma çarə yoxdur, gərək mən öldü-

rüləm və Allahın buyurduğuna əməl edəm. And olsun Allaha, hansı gündə öl-

rüləcəyimi bilirəm və öz qatilimi yaxşı tanıyıram. İstəyirsən sənə öldürülə-



cək və dəfn olunacaq yerimi göstərim?” 

Sonra Həzrət Kərbəlaya doğru işarə etdi və o həzrətin möcüzəsi sayəsində 

Kərbəla torpağı göründü. Ümmü Sələmə İmam Hüseynin (ə) şəhadət yerini, dəfn 

olunacaq yeri 

və  xeymələrin  yerini  görüb  ağladı.  İmam  Hüseyn  (ə)  buyurdu: 

“Əgər mən İraqa getməsəm də, məni öldürəcəklər.” Ümmü Sələmə dedi: “Mən-

də bir az torpaq var ki, onu mənə Hz.Peyğəmbər (s) verib və mən onu şüşəyə 

tök


müşəm. İmam Hüseyn (ə) bu sözlərdən sonra əlini uzadıb Kərbəla torpağın-

dan bir ovuc götürüb Ümmü Sələməyə verdi və buyurdu: “Bu torpağı da cəddi-

min sənə verdiyi torpaqla bir yerdə saxla. Hər vaxt gördün ki, bu torpaqlar qan 

olub


lar, onda bil ki, mən Kərbəlada düşmənlər tərəfindən şəhid edilmişəm.”

242


 

Sonda İmam Hüseyn (ə) Qurani-Kərimin 



“Harada olursunuz olun, hətta 

uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.”

243

 

və 



“(Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm 

yazılmış  kəslər  mütləq  çıxıb  əbədi  yatacaqları  (öləcəkləri)  yerlərə  gedər-

dilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüz-



lüyünüzü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətləri-

241


Tarixi ibn Əsir, IV cild. 

242


Şeyx Abbas Qummi, İmam Hüseynin (ə) həyatı, səh-53-54. 

243


 “Nisa” surəsi, ayə-78. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə