Şahlar şahbaz oğlu şƏRİfov


ni zi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə83/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   79   80   81   82   83   84   85   86   ...   314

  

169 


ni

zi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

244

 

ayələrinə əməl edərək 



Mədinədən Məkkəyə doğru hərəkət etdi. 

 

İmam Hüseynin (ə) Məkkəyə daxil olması və Kufə əhlindən gələn mək-



tublar 

Şəban ayının üçündə Məkkəyə daxil olan İmam Hüseyn (ə) bu ayəni tilavət 

etdi: “O, (Həzrəti Musa (ə) Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin 

ki,  Rəbbim  mənə  (Mədyənə  aparıb  çıxaran)  doğru  yolu  göstərsin!”

245

 

İmam Hüseyndən (ə) sonra Abdullah ibn Ömər də Vəlidin istəyinə əhəmiyyət 



ver

məyərək Mədinədən Məkkəyə getdi. Məkkə əhlindən və ətrafdan gələn mö-

min

lər də umrə həccini yerinə yetirmək üçün Məkkəyə yığışmışdılar. 



İmam Hüseynin (ə) Məkkədə olduğundan xəbər tutan möminlər o həzrətin 

zuruna gəldilər. Bu vaxt Məkkədə olan Abdullah ibn Zübeyrdə Kəbə ətrafın-



da qalırdı. Camaatı öz ətrafında toplamaq istəyən Abdullah ibn Zübeyr Kəbə-

nin yanında namaz qılır və iki gündən bir İmam Hüseynin (ə) hüzuruna gəlirdi. 

İmam  Hüseynin  (ə)  Məkkədə  olmasından  narahat  olan  Abdullah  ibn  Zübeyr 

yax


şı bilirdi ki, İmam Hüseyn (ə) nə qədər Məkkədədir, Hicaz əhlindən kimsə 

ona beyət etməyəcək. 

Bu arada Müaviyə ibn Süfyanın ölümünü və Yezidin xəlifə seçildiyini öy-

rənən Kufə şiələri Süleyman ibn Suradın evində toplandılar. Süleyman ibn Su-

rad onlara dedi: “Ey şiələr, bilin və agah olun ki, zülmkar Müaviyə vəfat etdi 

və şərab içən oğlu Yezid onun yerinə xəlifə təyin edildi. İmam Hüseyn (ə) da 

Ye

zidə  beyət  etməyərək  Mədinədən  Məkkəyə  gedib.  Əgər  ona  kömək  edib 



onun düşmənləri ilə cihad edəcəyinizə əminsinizsə, məktub yazıb onu bura də-

vət edin. Amma əgər qorxu və zəiflik sizə qələbə çalıb ona kömək etməkdən 

çəkindirəcəksə  və  ona  qarşı  xeyirxah  olmayıb  əmrinə  tabe  olmayacaqsınızsa, 

onu  aldadıb  həlakətə  vadar  etməyin.”  Süleyman  ibn  Suradın  bu  sözlərindən 

son

ra Kufə şiələri dedilər: “Əgər imam bizə tərəf gəlsə, onda biz hamımız əli-



mi

zi beyət üçün ona uzadacağıq.” Sonra İmam Hüseynə (ə) Süleyman ibn Su-

rad, Museyyib ibn Nəcəbə, Rəfaət ibn Şəddad Bəcəli, Həbib ibn Məzahir və s. 

şiələrin adından məktub yazdılar. Məktubda deyilirdi: “Ey Peyğəmbər (s) övla-

dı, indi bizim rəhbərimiz və imamımız yoxdur. Bizə tərəf gəl ki, bəlkə bununla 

Allah Öz bərəkətini bizə zahir edər. Kufə valisi Nöman ibn Bəşir zillət içində 

otu

rub özünü camaata əmir bilir. Amma biz onu əmir kimi tanımırıq. Onun qıl-



dığı cümə namazlarına getmirik. Əgər Mövlamızın bizə tərəf gəlmək xəbəri bi-

zə yetişsə, onda biz onu Kufədən çıxardacağıq. Vəssalam.” Sonra məktubu Ab-

dul

lah Məsmə Həmdani və Abdullah ibn Val ilə Məkkəyə İmam Hüseynə (ə) 



gön

dərdilər.  Bundan  iki  gün  sonra  Kufə  əhli  Qeys  ibn  Müsəhhər  Seydavini, 

Abdullah 

ibn Şəddad və Əmarət ibn Abdullah Səlulini yüzdən yuxarı məktubla 

244

“Ali-


imran” surəsi, ayə-154. 

245


“əl-Qəsəs” surəsi, ayə-22. 

  

                                                           




 

170 


İmamın  (ə)  hüzuruna  göndərdilər.

246


 

Növbəti  göndərişdə  Kufənin  böyükləri 

Ha

ni ibn Hani Səbiini və Səid ibn Abdullah Hənəfini o Həzrətin hüzuruna gön-



dərdilər.  Onların  apardıqları  məktubun  məzmunu  belə  idi:  “Bismillahir-rəh-

manir-


rəhim. Bu, Hüseyn ibn Əliyə onun şiələri və fədailəri tərəfindən yazılmış 

bir  məktubdur.  Ağa,  özünü  tez  öz  dostlarına  və  tərəfdarlarına  yetir.  Bu  vila-

yətin bütün insanları sizin qədəmlərinizin intizarındadır. Sizdən başqa heç kimə 

göz dikməyiblər. Tələs, sürətlə özünü sənin yolunu gözləyənlərə yetir.” Sonra 

Şibs ibn Rəbi, Nəccar ibn Əbsər, Yezid ibn Haris ibn Rüveym, Urvə ibn Qeys, 

Əmr ibn Həccac Zübeydi və Məhəmməd ibn Əmr Teymi İmama (ə) bu məz-

mun

da məktub yazdılar: “Səhralar göyərib və meyvələr yetişib. Əgər bizə tərəf 



gəlmək istəsən gəl, çoxlu qüvvələr sənə kömək etməyə hazırdırlar.” 

Kufə əhlindən İmam Hüseynə (ə) on iki min məktubun gəlməsinə baxma-

ya

raq İmam (ə) hələ də səbr edir və onların cavablarını yazmırdı.



247

 

 



İmam Hüseynin (ə) Müslim ibn Əqili Kufəyə göndərməsi 

Kufədən  gələn  məktublarının  sayının  gündən-günə  artdığını  görən  Hz.Hü-

seyn 

(ə) məcbur olub Kufə şiələrinə belə bir məktub yazdı: “Bu, Hüseyn ibn Əli 

tərəfindən  Kufə  müsəlmanlarından  və  ya  möminlərindən  bir  dəstəsinə  olan 

məktubdur. Həqiqətən Hani və Səid sizin göndərdiyiniz qasidlərin sonuncusu idi 

ki,  yazdıqlarınız  məktubları  mənə  çatdırdılar.  Sizdən  mənə  çatan  məktublara 

baxdım. Onların hamısının hasili bu idi ki: “Bizim imamımız yoxdur, tez bizim 

yanımıza gəl. Ümidvarıq ki, Allah sizin bərəkətinizlə bizi haqq və hidayət yo-

luna cəm edə.” İndi mən əmim oğlu və Əhli-beytimin etibarlı adamı olan Müs-

lim ibn Əqili sizin yanınıza göndərirəm. Əgər Müslim mənə yazsa ki, sizin rə-

yin

iz yazdığınız məktublardakı mətləblərlə birdir, onda mən inşallah tezliklə sizə 



tərəf gələcəyəm. And olsun Allaha, İmam yalnız camaat arasında Allahın kita-

bına əsasən hökm edib ədalətlə iş görən və ayağını müqəddəs şəriətin yolun-dan 

kənara qoymayan,  camaatı  haqq  dində  sabit  saxlayan  şəxs  ola  bilər.”  Sonra 

İmam Hüseyn (ə) Müslim ibn Əqili yanına çağırıb Kufə əhlindən beyət almaq 

üçün Qeys ibn Müsəhhər Seydavi, Əmarət ibn Abdullah Səluli və Əbdürrəhman 

ibn  Abdullah  Ərhəbi  ilə  Kufəyə  göndərdi.  İmam  (ə)  Müslimə  təqvalı  olmağı, 

xaliflərdən sirrini gizlətməyi, tədbirli və mehriban olmağı tövsiyə edərək bu-



yurdu: “Əgər Kufə əhalisi mənə beyət etsələr, həqiqəti mənə yaz.” 

Seyyid ibn Tavus, Şeyx ibn Nüma və digər alimlər yazıblar ki, İmam Hü-

seyn (

ə) Kufə və Bəsrə böyüklərinə, o cümlədən Əhnəf ibn Qeysə, Münzir ibn 

Ca

ruda, Yezid ibn Məsud Nəhşəliyə və Qeys ibn Heysəmə məktub yazdı. Mək-



tu

bun məzmunu belə idi: “Bu, Hüseyn ibn Əli tərəfindən yazılan məktubdur. 

Həqiqətən  Allah  Muhəmmədi  (s)  haqq olaraq  peyğəmbər  seçdi.  O  Həzrət 

camaata nəsihət edib Rəbbinin risalətini təbliğ etdi. Sonra Allah onu öz dərga-

246

Şeyx Müfid, əl-İrşad, səh-203. 



247

əl-Luhuf, səh-15. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə