Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə86/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   82   83   84   85   86   87   88   89   ...   314

  

175 


buyurdu: “Bu haqda fikirləşəcəyəm.” Səhər olanda İmam (ə) Məkkədən getmək 

q

ərarını verdi. Bundan xəbər tutan Məhəmməd ibn Hənəfiyyə İmamın (ə) dəvəsi-



nin ci

lovundan tutaraq dedi: “Qardaş, axı sən dünən mənə söz verdin ki, bu haqda 

fi

kirləşəsən?” İmam Hüseyn (ə) buyurdu: “Dünən sən yanımdan gedəndən sonra 



Pey

ğəmbər (s) yuxuda mənim yanıma gəldi və buyurdu ki; “Hüseyn, Məkkədən 

çıx. Allah sənin onun yolunda öldürüldüyünü görmək istəyir.” Məhəmməd dedi: 

“Əgər  şəhid  olmaq  məqsədilə  gedirsənsə,  bəs  bu  qadınları  özünlə  niyə  aparır-

san?” Bu sözlərdən sonra Məhəmməd ibn Hənəfiyyə İmamla (ə) vidalaşıb geri 

qa

yıtdı.”



249

 

Məhəmməd ibn Yəqub Küleyni “Rəsail” kitabında Həmzə ibn Həmrandan 



be

lə nəql edir: “Biz İmam Hüseynin (ə) Məkkədən getməsi və Məhəmməd ibn 

Hənəfiyyənin o həzrətlə getməməyi haqqında söhbət edirdik. İmam Sadiq (ə) 

da o məclisdə idi və mənə buyurdu: “Ey Həmzə, sənin üçün bir hədis deyirəm, 

da

ha bu məclisdən sonra Məhəmməd ibn Hənəfiyyə haqqında bir də sual etmə: 



İmam Hüseyn (ə) Məkkədən gedən zaman kağız istədi və həmin kağızda yazdı: 

Bismillahir-

rəhmanir-rəhim.  Bu  məktub  Hüseyn  ibn  Əli  (ə)  tərəfindən  Bəni-

Ha

şim tayfasınadır. Hər kəs mənimlə gəlsə şəhid olacaq və hər kəs mənimlə 



gəlməsə nicat tapmayacaq. Vəssalam.”

250


 

İraqa doğru hərəkət edən İmam Hüseyn (ə) Zatul-irq adlı məntəqədə Bişr 

ibn Qaliblə qarşılaşdı. İmam (ə) İraq əhalisinin nə ilə məşğul olduğunu ondan 

so

ruşdu. Bişr dedi: Qəlblərində səni sevirlər, lakin qılıncları Bəni Ümeyyə ilə-



dir. İmam (ə) buyurdu: “Düzdür, Allah hər nə istəsə, həyata keçirir və hər nəyi 

ira


də etsə, hökm edir.” 

İmam Hüseynin (ə) İraqa tərəf hərəkət etdiyini öyrənən Ubeydullah ibn Zi-

yad Həsin ibn Nəmiri böyük bir ordu ilə o həzrətin yolunu kəsmək üçün Qadi-

siy


yə  adlı  məntəqəyə  göndərdi.  Hacirə  adlı  məntəqəyə  çatan  Hz.Hüseyn  (ə) 

Qeys ibn Müsəhhər Seydavini Kufəyə səfir göndərdi. Hələ bu vaxt Müslim ibn 

Əqilin şəhadət xəbəri  İmama  (ə) çatmamışdı.  İmam  (ə) Kufə əhlinə bu məz-

mun


da məktub yazdı: “Allahın adı ilə. Bu, Hüseyn ibn Əli tərəfindən mömin 

və  müsəlman  qardaşlarına  olan  məktubdur.  Əmim  oğlu  Müslim  ibn  Əqilin 

məktubu mənə yetişdi və məktubda yazılıb ki, siz mənə kömək etmək üçün itti-

faq etmisiniz. Allahdan istəyirəm ki, bizə verdiyi ehsanı tamamlasın, sizə yaxşı 

niy

yətlərinizin və əməllərinizin müqabilində ən yaxşı mükafatlarını versin. Bi-



lin və agah olun ki, mən zilhiccə ayının səkkizində Məkkədən çıxıb sizə tərəf 

gəlirəm. Mənim səfirim sizə yetişən kimi tabe olma kəmərini belinizə bağlayıb 

mənə kömək etməyə hazır olun.” 

Qeys ibn Müsəhhər Qadisiyyəyə yetişəndə Həsin ibn Nəmir onu ələ keçirə-

rək məktubla birlikdə İbn Ziyadın hüzuruna apardı. İbn Ziyad ondan soruşdu: 

Sən kimsən və nə üçün əlində olan məktubu cırdın?” Qeys cavab verdi: Əlinin 

249

Şeyx Səduq, Cəlalul-Uyun. 



250

“əl-Luhuf” səh-42. 

  

                                                           




 

176 


şiələrindən olan bir nəfərəm. Məktubu ona görə cırdım ki, sən onun məzmu-

nun


dan xəbərdar olmayasan.” İbn Ziyad dedi: Məktub kimin tərəfindən idi və 

ki

mə çatmalı idi?” Qeys cavab verdi: “İmam Hüseyn (ə) tərəfindən Kufə əhlin-



dən olan bir sıra adamlara yazılmışdı ki, mən onların adlarını bilmirəm.” İbn 

Zi

yad  qəzəblənərək  dedi:  Mən  səndən  əl  çəkməyəcəyəm,  ya  gərək  onların 



adlarını deyəsən, ya da minbərə çıxıb Hüseynə, onun atasına və qardaşına na-

layiq söz

lər deyəsən. Əgər bunu etməsən, səni parça-parça edəcəyəm. Qeys de-

di: “Adam

ların  adlarını  deməyəcəyəm,  amma  ikinci  mətləbi  yerinə  yetirəcə-

yəm.” 


İbn Ziyadın icazəsindən sonra minbərə çıxan Qeys ibn Müsəhhər, Allaha 

həmd-səna  etdikdən  sonra  Hz.Peyğəmbər  (s),  Hz.Əli  (ə),  Hz.Həsən  (ə)  və 

Hz.

Hüseynə (ə) çoxlu salavat göndərdi. İbn Ziyada, atasına və Bəni Ümüyyəyə 



lənət göndərdikdən sonra dedi: “Ey Kufə əhli, mən İmamın (ə) sizə göndərdiyi 

səfiriyəm. O Həzrəti Hacirə yerdə qoyub gəlmişəm. Hər kəs ona kömək etmək 

istəsə, ona tərəf getməyə tələssin”. Bundan xəbər tutan İbn Ziyad dərhal Qeysi 

sa

rayın damından atdıraraq şəhid etdirdi. Qeysin şəhadəti Hz.Hüseynə (ə) çat-



dıqda ixtiyarsız olaraq mübarək gözlərindən yaş axmağa başladı və Qurani-Kə-

ri

min bu ayəsini tilavət etdi: 



“Onlardan bəziləri əhdinə vəfa edib şəhid oldu 

və bəziləri isə şəhid olmasını gözləyir.”

251

 

Hacirdən İraqa doğru hərəkət edən Hz.Hüseyn (ə) yolda Abdullah ibn Muti 



ilə  qarşılaşdı  və  o  İmamdan  (ə)  bu  diyara  niyə  gəldiyinin  səbəbini  soruşdu. 

İmam (ə) buyurdu: “Müaviyə ibn Əbu Süfyan ölüb və bundan xəbər tutan İraq 

əhli  məktub  yazıb  məni  istəyirlər.”  Abdullah  dedi:  Səni  and  verirəm  Allaha, 

özü


nü həlakətə vermə, İslamın, Qureyşin və ərəbin hörmətini aradan aparma. 

Çünki bütün bun

ların hörməti sənin hörmətinə bağlıdır. And olsun Allaha, əgər 

Bəni Ümeyyənin səltənətini onlardan almaq istəsən səni öldürəcəklər və  səni 

öldü

rəndən sonra heç bir müsəlmanı öldürməkdən çəkinməyəcəklər. Qayıt bu 



yol

dan, Kufəyə getmə və Bəni Ümeyyəyə toxunma.” İmam (ə) onun sözlərinə 

əhəmiyyət verməyib bu ayəni oxudu: 

“Yalnız Allahın bizim üçün təyin etdiyi 

əcəl yetişər.” 

İmam Hüseynin (ə) Kufəyə doğru hərəkət etdiyindən xəbər tutan İbn Ziyad 

Vəqisədən  Şama  qədər  və  oradan  da  Bəsrəyə  qədər  olan  ərazini  mühasirəyə 

aldı ki, heç bir xəbər Kufədən kənara çıxmasın. Buna görə də baş verən hadisə-

lərdən xəbərsiz olan İmam Hüseyn (ə) Kufəyə doğru hərəkət edirdi. 

Fəzarə  və  Büceylə  qəbiləsindən  olan  bir  dəstə  belə  nəql  edirlər  ki,  biz 

Məkkədən Züheyr ibn Qeynlə qayıdırdıq. Nahar vaxtı İmam (ə) tərəfindən bir 

qa

sid gəlib salam verdi və Züheyrə dedi: “Əbu Abdullah səni istəyir.” Züheyrin 



zöv

cəsi Deyləm binti Ömər dedi: “Sübhanəllah! Peyğəmbərin övladı səni ya-

n

ına çağırır, amma sən onun yanına getməkdə tərəddüd edirsən?” İmamın (ə) 



ya

nına  gedən  Züheyr  az  sonra  şad  və  xürrəm  şəkildə  geri  qayıdaraq  fərman 

251

“Əhzab” surəsi, ayə-23. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə