Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə88/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   84   85   86   87   88   89   90   91   ...   314

  

179 


nəql etdiyinə görə məhərrəm ayının altısına qədər otuz min qoşun məlun Ömər 

ibn Sədin ətrafında cəm olmuşdu. 

Qoşunun gündən-günə artdığını görən İmam (ə) Ömər ibn Sədə xəbər gön-

dərərək  onunla  görüşmək  istədiyini  bildirdi.  Axşam  tərəfi  baş  tutan  görüşdə 

onlar xey

li söhbət etdilər. Görüşdən sonra öz ordusunun yanına qayıdan Ömər 

ibn Səd Ubeydullah ibn Ziyada belə bir məktub yazdı: “Əmir, Allah bizimlə 

Hüseynin 



(ə)  arasında  qalanmış  odu  söndürdü  və  ümmətin  işlərini  islah etdi. 

seyn mənə söz verdi ki, ya gəldiyi yerə qayıtsın, yaxud ölkənin sərhədləri-



nin birinə getsin. Xeyir və şər işlərdə onun hökmü sair müsəlmanların hökmü 

ki

mi olsun. Yaxud Yezidin yanına getsin və əlini onun əlinə qoysun. Onda Ye-



zid necə istəsə hökm edər. Əlbəttə bu işdə sizin razılığınız və ümmətin xeyri 

var.” 


Tarixi mənbələrdə Hz.Hüseynin (ə) zövcəsi Rübabın qulamı Uqbə ibn Sə-

man


dan belə nəql olunur: Mən İmamın (ə) Mədinədən Məkkəyə və Məkkədən 

İraqa qədər etdiyi bütün səfərlərdə onunla bir yerdə olmuşam. Həzrət şəhid ola-

na qədər ondan bir addım belə ayrılmamışam. İmam hər yerdə nə deyibdirsə, 

hətta bir kəlmə olsun belə, istər Mədinədə, istər Məkkə yolunda, istərsə də İraq 

yo

lunda, mən orada olmuşam və onu eşitmişəm. Amma bu ki, deyirlər, Həzrət 



bu

yurdu:  “Mən  əlimi  Yezid  ibn  Müaviyənin  əlinə  qoyacağam,  yalandır  və 

İmam belə bir söz deməyib.” Belə məlum olur ki, Ömər ibn Səd bu kəlməni 

məktubda özündən çıxarıb ki, bəlkə bu yolla sülh yaratsın və iş müharibə et-

məyə çatmasın. Çünki Ömər ibn Səd əvvəldən İmamla (ə) müharibə etmək is-

təmirdi.


252

 

Ömər  ibn  Sədin  məktubu  ibn  Ziyada  yetişəndə  dedi:  “Bu,  öz  tayfasına 



meh

riban olan və onlara nəsihət verən bir şəxsin məktubudur. Gərək bunu qə-

bul  edək.”  Bunu  eşidən  məlun  Şimr  ibn  Zilcövşən  ayağa  qalxaraq  dedi:  “Ey 

əmir, sən bunu Hüseyndən qəbul edirsən? And olsun Allaha, əgər o, özünü sə-

nə təslim etməyib öz işinin dalınca getsə, daha onu aradan götürə bilməyəcək-

sən. İndi isə sənin əlində giriftar olub. Onun haqqında istədiyin hər bir iş icra 

olu

nar. Əmr et ki, sənə itaət edib hökmünə tabe olsun. Sonra onu və onun əsha-



bını istəsən cəzalandırarsan, ya da ki, əfv edərsən.” 

Şimr  ibn  Zilcövşənin  sözlərini  bəyənən  İbn  Ziyad  dedi:  “Mən  bu  haqda 

Ömər ibn Sədə bir məktub yazıram və onu səninlə göndərirəm. Gərək o mək-

tubu Ömər ibn Səd Hüseynə və onun əshabına çatdırsın. Əgər itaət etməyi qə-

bul etsələr, onda onları salamat halda mənim yanıma göndərsin və əgər qəbul 

et

məsələr, onlarla müharibə etsin. Əgər İbn Səd Hüseynlə müharibə etməkdən 



im

tina etsə, onda sən qoşunun sərkərdəsi olarsan, onların və Ömər ibn Sədin 

ba

şını kəsib mənə göndərəsən.” 



Sonra İbn Ziyad bu məzmunda bir məktub yazdı: “Ey Ömər, əgər Hüseyn 

və əshabı mənə itaət edib mənim hökmümün müqabilində müti olsalar, onda 

252

Tarixi ibn Əsir, IV cild. 



  

                                                           




 

180 


on

ları salamat halda mənim yanıma göndər. Amma əgər imtina etsələr, onda öz 

qo

şununla onları mühasirə edib onları öldürənə qədər müharibə et. Sonra onları 



tikə-tikə et. Çünki onlar bu işə layiqdirlər. Əgər sənə əmr etdiyim bütün işləri 

əncam versən, onda sənə eşidənin və qəbul edənin mükafatını verəcəyəm, am-

ma əgər əmrimdən boyun qaçırsan, mükafatdan məhrum olacaqsan və qoşunun 

əmirliyini Şimr ibn Zilcövşənə verəcəksən.”

253

 

Sonra 



İbn Ziyad yazdığı məktubu Şimrə verərək onu Kərbəlaya göndərdi. 

 

Tasua gününün hadisələri və Şimr ibn Zilcövşənin Kərbəlaya daxil olması 

Məhərrəm ayının 9-da Kərbəlaya daxil olan Şimr ibn Zilcövşən İbn Ziya-

dın yazdığı məktubu Ömər ibn Sədə verdi. Məktubun məzmunu ilə tanış olan 

Ömər Şimrə dedi: “Vay olsun sənə! And olsun Allaha ki, İbn Ziyada yazdığım 

mətləbdən onu sən döndərmisən. Arzuladığım sülhü sən pozmusan. Hüseyn elə 

adam deyil ki, təslim olsun və Yezidə beyət etsin. Çünki atası Əlinin canı onun 

qa

bırğaları arasındadır.” Şimr dedi: “İndi ya əmirin əmrinə tabe olub Hüseynlə 



vu

ruşasan,  ya  da  qoşunu  mənə  təhvil  verəsən.”  Vəzifəsini  itirmək  istəməyən 

Ömər İmam Hüseynlə vuruşmağa razı olub, Şimri piyadaların sərkərdəsi təyin 

et

di. Sonra İmamla (ə) müharibə etmək üçün hazırlığa başladı. 



Hazırlıq başa çatdıqdan sonra Ömər ibn Səd öz qoşununa əmr edərək dedi: 

“Ey  Allahın  süvariləri,  atlara  minin  və  cənnətə  daxil  olmaq  müjdəsi  verin.” 

Axi

rətini  bu  dünyaya  satan  Ömərin  qoşunu  süvari  halında  İmamın  əshabına 



doğru hərəkət etdilər. Hz.Zeynəb qoşunun səsini eşidib İmama (ə) xəbər verdi. 

Hz.Hüseyn 



(ə) qardaşı Hz.Abbası yanına çağırıb buyurdu: “Qardaşım Abbas, 

ca

nım sənə fəda olsun ata minib o qoşunun qarşısına get. Onlardan soruş ki, nə 



baş verib ki, belə üstümüzə qoşun çəkiblər?” 

Hz.


Abbas İmamın (ə) göstərişinə əsasən iyirmi süvari ilə gedərək onların 

məqsədini  soruşdu.  Dedilər:  “Əmirdən  hökm  gəlib  ki,  sizə  ona  itaət  etməyə 

təklif edək. Qəbul etməsəniz sizinlə müharibə edəcəyik.” Hz.Abbas buyurdu: 

“Tələsməyin mən sizin sözünüzü qardaşıma çatdırım.” 

Qoşun dayandıqdan sonra Hz.Abbas İmamın (ə) yanına gələrək onların sö-

zünü Həzrətə çatdırdı. Bu zaman Hz.Hüseyn (ə) buyurdu: “Onların yanına qa-

yıt və sabaha qədər onlardan möhlət istə.” Hz.Abbas qoşunun yanına qayıdaraq 

on

lardan möhlət istədi. 



Ömər  ibn  Səd  imtina  etmək  istədikdə  Əmr  ibn  Həccac  Zübeydi  dedi: 

“Əgər onlar Deyləm əhli olsaydılar və bizdən bunu xahiş etsəydilər, biz onların 

xa

hişini  qəbul  edərdik,  qalmışdı  Hz.Peyğəmbərin  Əhli-beyti  belə  bir  xahiş 



etsin”. 

Bu sözlərdən sonra Ömər ibn Səd Hz.Abbasın yanına adam göndərərək 

dedi: Sizə yalnız bir axşam möhlət veririk. Əgər əmrimizə itaət etsəniz, sizi İbn 

Ziyadın  yanına  aparacağıq,  əgər  itaət  etməsəniz,  sizdən  əl  çəkməyəcəyik  və 

işin taleyini qılıncın öhdəsinə qoyacağıq.” 

253


Tarixi ibn Əsir, IV cild. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə