Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə9/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   5   6   7   8   9   10   11   12   ...   314

  

19 


Pey

ğəmbərə (s) risalət verildikdən sonra Əbu Ləhəb Hz.Peyğəmbərə (s) əzab 

ver

mək  üçün  onun  qızlarını  boşatdırmışdır.  Bununla  da  sakitləşməyən  Əbu 



Ləhəb  daim  Allah  Rəsulunu  izləyir,  ona  insanlar  arasında  Allahın  əmrlərini 

açıqlamağa imkan vermirdi. Əbu Ləhəbin arvadı Ümmü Cəmil də Hz.Peyğəm-

bərin (s) getdiyi yollara tikan düzməklə bərabər Allah Rəsulunun başına zibil 

kərdi. Əl-Hicr surəsinin 94-95-ci ayələrinin nazil olmasından sonra Allahın 



Rəsulu  Səfa  təpəsinə  çıxaraq  insanları  Allahın  dininə  dəvət  etmək  istədikdə 

Əbu Ləhəb Hz.Peyğəmbərə (s) qarşı çıxaraq ona daş atmışdır. Bu zaman Allah 

q

atından Qurani-Kərimin Məsəd (Təbbət) surəsi nazil olmuş və Əbu Ləhəb ilə 



arvadının cəhənnəm əhli olduğu bildirilmişdir. 

 

Hz.Peyğəmbərin (s) həyatı 

Hz.

Peyğəmbər (s) Amul-fil ilindən iki ay sonra, miladi tarixi ilə 570-ci il 



əhli-sünnəyə görə rəbiül-əvvəl ayının 12-si, əhli-şiəyə görə isə rəbiül-əvvəl ayı-

nın 17-də Məkkədə dünyaya gəlmişdir. Atası Abdullah ibn Əbdülmüttəlib, ana-

sı  isə  Aminə  binti  Vəhbdir. Hz.Muhəmmədin  (s)  atası  Abdullah  Aminə  ilə 

evləndikdən bir neçə ay sonra ticarət üçün Suriyaya getmiş və geri dönərkən 

yolda xəstələnib vəfat etmişdir.

10

 



Atası Abdullahın vəfatından üç ay sonra dünyaya gələn Hz.Peyğəmbər (s) 

doğma  anası  Aminədən  cəmi  üç  gün  süd  əmdi.  Bundan  sonra  isə  islami 

mənbələrə  görə iki xanım Subiyə və Həlimə adlı şəxslər Hz.Məhəmmədə (s) 

süd vermişlər. 

Hz. Peyğəmbərin (s) əmisi Əbu Ləhəbin kənizi olan Subiyə həzrətə dörd 

ay süd vermişdir. İslami mənbələrə görə Subiyə həmçinin Hz. Peyğəmbərin (s) 

əmisi  Hz.  Həmzəyə  də  süd  vermişdir.

11

 



Subiyənin  bu  yaxşılığını  unutmayan 

Hz.  Peyğəmbər  (s)  onu  alıb  azad  etmək  istəsə  də  əmisi  Əbu  Ləhəb  razı 

olmamışdır. 

Bəni-Əsəd  qəbilənsindən  olan  Həlimə  binti  Əbu  Züeyb  Hz.  Peyğəmbərə 

(s)  süd  verən  ikinci  xanımdır.  Tarixi  mənbələrə  görə  Hz.  Peyğəmbər  (s) 

təxminən  beş  il  Bəni  Səd  qəbiləsində  qalır.  Bu  müddət  ərzində  Həlimə  Hz. 

Peyğəmbəri  (s) iki, ya da üç  dəfə  anası  Aminəni  ziyarətə  gətirir.  İlk  dəfə 

südəmərlik dövrü başa çatdıqdan sonra onu Məkkəyə gətirən Həlimə, bir neçə 

gündən sonra  yenidən özü ilə Bəni Səd qəbiləsinə qaytarır. Hz. Peyğəmbərin 

(s) ikinci dəfə Məkkəyə gətirilməsinə səbəb Həbəşistan ruhanilərinin Bəni-Səd 

qəbiləsinə  gəlmələri  olmuşdur.  Onlar  Hz.  İsadan  (ə)  sonra  gələcək  sonuncu 

peyğəmbərin  nişanələrini  Hz.  Peyğəmbərdə  (s)  gördükdə  onu  özləri  ilə 

Həbəşistana  aparmaq  istəmişlər.

12

 



Beş  ildən  sonra  Həlimə  xanım  Hz. 

10

 Möhsin əl-Əmin, Əyanuş-şiə, I cild, səh-218; İbn Səd, Təbəqat, I cild, səh-99-100 



11

 Cəfər Sübhani, Həzrət Muhəmməd, səh-97 

12

 Həmin mənbə, səh-102 



  

                                                           




 

20 


Peyğəmbəri  (s)  Məkkəyə  gətirərək  anası  Aminəyə  qaytarır.  Anasına  qovuşan 

Hz.  Peyğəmbər  (s)  anası  ilə  birlikdə  babası  Əbdülmüttəlibin  himayəsinsində 

yaşamağa başlayır.

13

 



Bir müddət sonra vəfat etmiş əri Abdullahın qəbrini və qohumlarını ziyarət 

etmək  məqsədilə  Əbdülmüttəlibdən  icazə  alan  Aminə  Hz.  Peyğəmbəri  (s)  və 

köməkçisi Ümmü Əyməni də götürərək Yəsribə (Mədinəyə) səfər edir. Lakin 

bu səfər Hz. Peyğəmbərin (s) yaddaşında acı xatirələrlə qalır. Çünki bu səfərdə 

Hz. 

Peyğəmbər  (s)  atası  Abdullahın  qəbrini  və  dayılarını  ziyarət  edib  geri 



qayıdarkən  Əbva  adlı  məntəqədə  anası  Aminəni  də  itirir.  Beləliklə,  Hz. 

Peyğəmbər  (s)  altı  yaşında  olarkən  hər  iki  valideynini  itirmiş  olur.  Ümmü 

Əymənin köməkliyi ilə Məkkəyə gəlib çatan Hz. Peyğəmbər (s) altı yaşından 

səkkiz yaşınadək babası Əbdülmüttəlibin himayəsində yaşamağa başlayır. 

Miladi tarixi ilə 578-ci ildə babası Əbdülmüttəlibi də itirən Hz. Peyğəmbər 

(s) səkkiz yaşından əlli yaşınadək əmisi Əbu Talibin himayəsində yaşamışdır. 

Bu illər Hz. Peyğəmbərin (s) həyatında əlamətdar hadisələrlə doludur. 

Tarixi  mənbələrə  görə  Hz.  Peyğəmbər  (s)  on  beş  və  ya  iyirmi  yaşında 

olarkən  Qureyş  və  Həvazin  qəbilələri  arasında  baş  verən  Ficar  döyüşündə 

iştirak  etmişdir.  Lakin  bu  döyüşdə  Hz.  Peyğəmbər  (s)  tərəfindən  kimsə 

öldürülməmişdir.  Ümumiyyətlə  islamiyyətdən  əvvəl  ərəblərin  tarixində  dörd 

Ficar  döyüşü  baş  vermişdir  və  bu  döyüşlərin  yalnız  sonuncusunda  Hz. 

Peyğəmbər  (s)  iştirak  etmişdir.  Bu  döyüşlər  haram  aylarda  baş  verdiyindən 

belə adlanmışdır.

14

 

Gənclik  yaşlarında  olarkən  Hz.  Peyğəmbərin  (s)  həyatında  baş  verən 



önəmli  hadisələrdən  biri  də  “Hilful-Füzul”  adlı  ittifaqın  bağlanmasıdır.  İbn 

Əsirə  görə  ittifaqı  bağlayanların  hər  üçünün  adı  Fəzl  olduğu  üçün  bu  ittifaq 

belə adlanmışdır. 

Qureyşlilərin də bir-biri ilə bağladığı ittifaqın məzmunu eyni olduğundan, 

o da Hilful-

Fizul  adlandırılmışdır.  Məzlumların  hüquqlarının  qorunmasına 

xidmət  edən  bu  mərasimdə  Hz.  Peyğəmbər  (s)  da  iştirak  etmişdir.  Sonralar 

Həzrət  (s)  bu  ittifaq  barəsində  belə  buyurmuşdur:  “Abdullah  ibn  Cədanın 

evində bağlanmış ittifaqa məni indi də dəvət etsələr, yenə qəbul edərəm.” 

Əmisi  Əbu  Talibin  himayəsi  altında  boya-başa  çatan  Hz.  Peyğəmbər  (s) 

uşaqlıq illərində çobanlıq etmiş, yeniyetmə  yaşlarına dolduqda isə əmisi Əbu 

Taliblə  birlikdə  ticarətlə  məşğul  olmuşdur.  Yalanla  arası  olmayan,  əmanətə 

xəyanət  etməyən  Hz.  Peyğəmbər  (s)  hələ  iyirmi  yaşına  yetməmiş  Məkkədə 

“Əmin” ləqəbi ilə məşhurlaşmışdı.  İyirmi beş  yaşına çatan zaman əmisi Əbu 

Talibin məsləhətilə Əsəd qəbiləsindən olan Xədicə bint Xuveylid adlı zəngin 

bir qadının ticarət karvanına qoşulan Hz. Peyğəmbər (s) Şama yola düşdü. Bu 

13

 Sireyi ibn Hişam, I cild, səh-167 



14

 Cəfər Sübhani, Həzrət Məhəmməd, səh-112-113; Tarixi ibn Əsir, I cild, səh-358-359; Sireyi 

ibn Hişam, I cild, səh-184-187. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə