Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə91/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   87   88   89   90   91   92   93   94   ...   314

  

185 


üzü

nü ağ və iyini ətirli et. Onu saleh adamlarla məşhur et. Onunla Məhəmməd 

və Ali Məhəmməd arasında dostluq yarat.” 

Covnun şəhadətindən sonra döyüş meydanına gedən İmamın (ə) müəzzini 

Həccac ibn Məsruq da iyirmi beş nəfəri öldürəndən sonra şəhid oldu. 

Sonra Əmr ibn Qərəzə İmamdan (ə) icazə aldıqdan sonra döyüş meydanına 

ge

dib, İbn Ziyadın ordusundan bir neçə nəfəri öldürdü. Aldığı yaralardan və-



ziy

yəti ağırlaşanda İmam Hüseynə (ə) buyurdu: “Ey Peyğəmbər övladı, əhdimə 

vəfa etdimmi?” Hz.Hüseyn (ə) buyurdu: “Bəli, sən məndən qabaq cənnətə ge-

dəcəksən. Hz.Peyğəmbərə (s) məndən salam yetir və ona xəbər ver ki, mən də 

sənin dalınca gəlirəm.” Bu sözlərdən sonra Əmr şəhid oldu. 

Əmrin  atası  Qərəzə  Hz.Peyğəmbərin  (s)  səhabələrindən  və  Hz.Əlinin  (ə) 

əshabından idi. Hicrətin 24-cü ilində Əbu Musa ilə birlikdə Rey vilayətini fəth 

et

mişdi. Siffeyn döyüşündə Hz.Əli (ə) tərəfindən Ənsarın ələmdarı olan Qərəzə 



hic

rətin 51-ci ilində vəfat etmişdi. 

 

Aşura günü Haşimi övladlarının şəhadəti 

Cənab Əli ibn Hüseynin (Əli Əkbərin) şəhadəti: Anası Leyla binti Urvə ibn 

Məsud Səqəfidir. Urvə ibn Məsud məşhur səhabələrdən olub və onun İsa ibn 

Məryəmə oxşadığını nəql ediblər. Hz.Əli (ə) kimi şücaətli olan Əli Əkbər ca-

maat arasında Hz.Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi. 

Hz.


Əli Əkbər atasından icazə alıb döyüş meydanına getdikdən sonra Hz.Hü-

seyn 



(ə) üzünü səmaya tutub buyurdu: “İlahi, camaatın əməlinə Sən şahid oldun 

ki, onlarla mübarizəyə yer üzündə camaat arasında Sənin Peyğəmbərinə yaradılış 

və əxlaq baxımından ən çox oxşayan bir cavan gedir. Biz Sənin Peyğəmbərini 

görməyi arzulayanda o cavana baxırdıq. İlahi, torpağın bərəkətini onlardan saxla. 

İlahi, onların hökumətini onlardan razı etmə. Çünki onlar bizi çağırdılar və bizə 

kömək  edəcəklərini  vədə  verdilər.  Amma  biz  onların  dəvətini  qəbul  edəndən 

sonra bizimlə ədavətə başladılar.” Sonra Hz.Hüseyn (ə) uca bir səslə bu ayəni 

tilavət etdi: 



“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər 

(məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri 

digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!”

255

 

Digər tərəfdən meydana gedən Əli Əkbər, rəvayətə görə düşmən dəstəsin-



dən 120 nəfəri qətlə yetirdi. Bu vaxt susuzluğun şiddətindən əldən düşmüş Əli 

Əkbər atasına tərəf qayıdaraq ərz etdi: “Ata, susuzluq məni həlak etdi. Müm-

kün

dürmü ki, mənə bir içim su verəsiniz? Hz.Hüseynin (ə) gözlərindən yaş ax-



ma

ğa başladı və buyurdu: “Oğlum, bir az döyüş, tez bir zamanda cəddin Pey-

ğəmbərin (s) görüşünə gedəcəksən və səni elə bir şərbətlə sirab edəcək ki, heç 

v

axt  susuz  olmayacaqsan.”  Atasının  sözlərindən  sonra  meydana  qayıdan  Əli 



Əkbər Münqəz ibn Mərrət (və ya Mərrə ibn Münqiz) tərəfindən şəhid edildi. 

255


 “Ali-İmran” surəsi, ayə-33-34. 

  

                                                           




 

186 


O məzlum şəhidin yanına gələn Hz.Hüseyn (ə) üzünü onun üzünə qoyaraq 

bu

yurdu: “Allah səni öldürənləri öldürsün. Onları nə belə ürəkləndirib qorxmaz 



edib  ki,  onlar  Allahdan  və  Peyğəmbərdən  qorxmayıb  onun  hörmət  pərdəsini 

yırtdılar.”  Sonra  əlavə  edərək  buyurdu:  “Ey  oğul,  səndən  sonra  bu  dünyanın 

ba

şına kül olsun.” 



 

Abdullah ibn Müslim ibn Əqilin şəhadəti 

Məhəmməd ibn Əbu Talib buyurub: İmam Hüseynin (ə) əhli-beytindən bi-

rin

ci meydana gedən Abdullah ibn Müslim oldu. Bir neçə nəfəri qətlə yetirdik-



dən sonra onu Əmr ibn Səbih şəhid etdi. Anası Hz.Əlinin (ə) qızı Ruqəyyədir. 

Şeyx Müfid və Təbəri rəvayət ediblər ki, Əmr ibn Səbih Abdullaha ox atıb 

onu yaraladıqdan sonra nizəni onun ürəyinə vurub şəhid etdi. Onun şəhadətindən 

son


ra Əbu Talib övladlarının hamısı bir  yerdə düşmənə həmlə  etdilər.  Hz.Hü-

seyn 



(ə) onları belə görəndə buyurdu: “Ölümün müqabilində səbr edin ey mənim 

əmim oğlanları!” Onlar meydandan qayıtmamışdılar ki, Məhəmməd ibn Müslim 

şəhid oldu. Onun qatilləri Əbu Mərhəm Əzdi və Ləqi ibn Əyas Cəhni oldular. 

Abdullah  ibn  Müslimin  şəhadətindən  sonra  meydana  gedən  Məhəmməd 

ibn  Abdullah  ibn  Cəfər  döyüş  meydanına  gedib  on  nəfəri  qətlə  yetirdikdən 

sonra Amir ibn Nəhşəl tərəfindən şəhid edildi. Anası Xovsa binti Həfsdir. 

Qardaşının  şəhadətindən  sonra  meydana  gedən  Ovn  ibn  Abdullah  ibn 

Cəfər on səkkiz nəfəri qətlə yetirdi. Sonda o da Abdullah ibn Qutnə tərəfindən 

şəhid edildi. Anası Hz.Əlinin və Hz.Fatimənin qızı Hz.Zeynəb idi. 

Kərbəla  hadisəsində  Əqilin  övladlarından  Əbdürrəhman  ibn  Əqil  Osman 

ibn Xalid, Cəfər ibn Əqil Buşr ibn Sovt, Abdullah Əkbər ibn Əqil Osman ibn 

Xalid Həmdani, Məhəmməd ibn Əbu Səid ibn Əqil isə Ləqiq ibn Yasir Cuhəni 

tərəfindən şəhid edilmişdir. 

 

Qasim ibn İmam Həsənin (ə) şəhadəti 

Cənab Qasim əmisi Hz.Hüseynin (ə) icazəsindən sonra döyüş meydanına 

ge

dərək 35 nəfəri cəhənnəmə göndərdi. Sonda o, Əmr ibn Səd Füzeyl Əzdi tə-



rəfindən şəhid edildi. 

Cənab  Qasimin  Kərbəlada  İmam  Hüseynin  (ə)  qızı  Fatimə  ilə  evlənməsi 

həqiqətə uyğun deyil. Çünki mötəbər kitablarda bu məsələ qeyd olunmayıb və 

di

gər tərəfdən isə İmam Hüseynin (ə) iki qızı var idi. Onlardan biri Səkinə idi. 



Şeyx Təbərsinin rəvayətinə görə İmam (ə) onu Abdullaha ərə vermişdi. Lakin 

Səkinə ər evinə getməmiş Abdullah şəhid oldu. İmamın (ə) ikinci qızı Fatimə 

idi.  O,  İmam  Həsənin  (ə)  oğlu  Həsəni-Müsənnanın  zövcəsi  idi.  Əgər  qeyri-

mənbələrə əsasən deyilsə ki, İmamın (ə) Fatimə adlı ikinci qızı var idi, bu za-

man deyərik ki, o, Fatimeyi-Suğra idi və Mədinədə qalmışdı. Onu Qasim ibn 

Həsənlə (ə) əlaqələndirmək olmaz. Ən doğrusunu Allah bilir. 

Cənab Qasimin şəhadətindən sonra qardaşı Abdullah ibn Həsən (ə) döyüş 

mey


danına gedib on dörd nəfəri qətlə yetirdi və sonda Hani ibn Sabit tərəfin-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə