Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə92/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   88   89   90   91   92   93   94   95   ...   314

  

187 


dən şəhid edildi. İmam Həsənin (ə) digər oğlu Əbu Bəkri isə Abdullah ibn Uq-

bə Qənəvi şəhid etmişdir. 

Onların şəhadətindən sonra meydana gedən Hz.Əlinin (ə) dörd oğlu Abdul-

lah ibn Əli və Cəfər ibn Əli Hani ibn Səbt Həzrəmi, Osman ibn Əli Yezid ibn 

Əsbəhi, Əbu Bəkr ibn Əli isə Zəhr ibn Bədr (və ya Uqbə Qənəvi) tərəfindən 

şəhid edildi. İmam Baqirdən (ə) nəql olunan rəvayətə görə Cəfər ibn Əlini Xuli 

şəhid etmişdir. 

 

Hz.



Əbülfəzl Abbas ibn Əlinin (ə) şəhadəti 

Hz.Abbas Hz.

Əlinin (ə) Ümmül-Bənin adlı xanımından doğulan dördüncü 

oğludur. Künyəsi Əbülfəzl, ləqəbi Səqqa və Ələmdardır. Həddən artıq gözəl ol-

du

ğu üçün ona Qəməri-Bəni Haşim (Bəni-Haşimin ayı) deyərdilər. Qardaşları-



nın şəhadətindən sonra İmam Hüseynin (ə) tək qaldığını görən Hz.Abbas İma-

mın (ə) hüzuruna gəlib buyurdu: “Qardaş mənə izn ver canımı sənə fəda edim.” 

Hz.

Abbasın sözlərindən kövrələn İmam Hüseyn (ə) buyurdu: “Qardaş, sən mə-



nim  ələmdarımsan,  əgər  sən  sağ  qalmasan  onda  mənimlə  heç  kim  qalmaya-

caq.” Hz.

Abbas buyurdu: “Qardaş, istəyim budur ki, bu camaatdan qardaşları-

mın intiqamını alım.” İmam Hüseyn (ə) buyurdu: “İndi ki, axirət səfərinə hazır-

laşmısan, onda bu uşaqlar üçün bir az su gətir.” 

Hz.


Abbas düşmənlərin qarşısında dayanıb onları nəsihət etsə də heç bir nə-

ti

cəsi  olmadı.  Qardaşı  Hüseynin  (ə)  yanına  qayıdıb  vəziyyəti  ona  danışdı. 



Uşaqların  ucalan  nalələrinə  dözə  bilməyən  Hz.Abbas  nizə  ilə  tuluğu  götürüb 

Fərata  tərəf  yollandı.  Fərat  çayının  sahilində  yerləşdirilmiş  dörd  min  nəfər 

Hz.Ab

bası mühasirəyə alaraq ox atmağa başladılar. Çətinliklərə əhəmiyyət ver-



məyən Hz.Abbas tuluğu su ilə doldurub tez çaydan çıxdı ki, özünü qardaşına 

ye

tirsin  və  uşaqları  susuzluğun  əzabından  qurtarsın.  Düşmənlər  hər  tərəfdən 



onun yolunu bağlayıb ona hücum etməyə başladılar. Zeyd ibn Rəqqad Hz.Ab-

ba

sın sağ qolunu, Hökm ibn Tüfeyl isə sol qolunu kəsdi. Sonra isə Həzrəti si-



nəsindən  vuraraq  onu  atdan  saldılar.  Sonra  məlunlardan  biri  dəmir  toppuzu 

onun başına vuraraq onu şəhadətə çatdırdı. 

İmam  Səccaddan  (ə)  nəql  olunan  rəvayətdə  deyilir:  “Hz.Abbas  qardaşını 

özün


dən üstün tutub canını onun yolunda fəda etdi və qardaşına kömək etdiyi 

hal


da qollarını bədənindən ayırdılar. Allah o iki əlin əvəzində ona iki ədəd qa-

nad ver


di ki, cənnətdə mələklərlə birlikdə pərvaz edir. Allah yanında Hz.Abba-

sın elə bir məqamı var ki, qiyamət günündə bütün şəhidlər ona qibtə edərlər bü-

tün  şəhidlər  onun  məqamına  çatmağı  arzulayarlar.”  Rəvayətə  görə  Hz.Abbas 

şəhid ediləndə 34 yaşı var idi. 



 

İmam Hüseynin (ə) şəhadəti 

Əhli-beytindən və yavərlərindən 72 nəfərin şəhid olduğunu görən İmam Hü-

seyn 

(ə) meydana gedib o məlunlarla cihad etmək qərarına gəldi. Hz.Hüseyn (ə) 

öz əhli-beyti ilə vidalaşmaq üçün xeymələrin qarşısında dayanıb buyurdu: “Ey 

  



 

188 


Səkinə, ey Fatimə, ey Zeynəb, ey Ümmü Gülsüm, sizə məndən salam olsun!” 

Səkinə dedi: “Atacan, ölüməmi hazırlaşırsan?” İmam (ə) buyurdu: “Yavər və kö-

məyi olmayan şəxs necə də ölümə könül verməsin?” Səkinə dedi: “Ata, elə isə 

bizi cəddimiz Peyğəmbərin (s) hərəminə qaytar.” İmam (ə) onun cavabında bu-

yur

du: “Əgər bu qoşun məndən əl çəksəydi, sizi bir yerə aparardım. Lakin bunlar 



məndən əl çəkməyəcəklər.” 

Kərbəla müsibəti ürəkləri yandırıb gözləri ağladır, lakin Həzrətin vida mü-

si

bəti hamısından təsirlidir. Xüsusən o vaxt ki, İmamın uşaqları və qohumla-



rının uşaqları ki, ona övlad yerində idilər. İmam Baqirdən (ə) rəvayət olunub 

ki, İmam (ə) Aşura günü böyük qızı Fatiməni yanına çağırıb, ona əskiyə bükül-

müş bir kitab və açıq şəkildə bir vəsiyyətnamə verdi. O vaxt Əli ibn Hüseyn (ə) 

(İmam Səccad) xəstə idi. Sonralar Fatimə o kitabı Əli ibn Hüseynə verdi və o 

ki

tab ondan sonra bizə yetişdi. 



“İsbatul-vəsiyyə” kitabında yazılıb: İmam Hüseyn (ə) oğlu Əli ibn Hüsey-

ni 



(ə) yanına çağırdı. O vaxt Hz.Əli ibn Hüseyn (ə) xəstə idi. İmam Hüseyn (ə) 

ona İsmi-Əzəmi və Peyğəmbərdən irs qalmış şeyləri vəsiyyət etdi. İmam oğlu-

nu bütün elmlərə, Allah tərəfindən göndərilmiş bütün kitablara və Ümmü Sələ-

m

ənin yanında əmanət qoyduğu peyğəmbərlərdən ona irs olaraq yetişən silaha 



agah etdi. İmam (ə) Ümmü Sələməyə tapşırmışdı ki, İmam Səccad (ə) qayıdan-

dan sonra o silahı ona versin. 

Ravəndi  “Dəəvat”  kitabında  İmam Səccaddan  (ə) nəql edib  ki,  buyurub: 

“Atam şəhid olan günü məni qucaqlayıb bağrına basdı. Bu vaxt qan onun da-

mar

larından  fəvvarə  kimi  axırdı.  Atam  mənə  buyurdu:  “Oğlum,  anam  Fati-



mənin (ə) mənə təslim etdiyi duanı sən də hifz et. Bu duanı anama Hz.Pey-

ğəmbər (s) öyrədib və ona da Hz.Cəbrail (ə) öyrədib. Bu duanı Hz.Cəbrail (ə) 

mühüm 

işlərdən  ötrü,  qəmləri  və  böyük  bəlaları  aradan  aparmaqdan  ötrü 



Hz.Pey

ğəmbərə (s) öyrədib: “İlahi, Səni and verirəm Yasin və hikmətli Qura-

nın  ehtiramına.  İlahi,  Səni  and  verirəm  “Taha”ya  və  əzəmətli  Quranın  şərə-

finə. Ey hacətlilərin hacətini yerinə yetirməyə qadir olan, ey batindəki niyyət-

lərə  agah  olan,  ey  qəmlilərin  qəmini  dağıdan,  ey  qüssəliləri  qüssədən  azad 

edən, ey qocaya rəhm edib körpəyə ruzi verən və ey şərhə ehtiyacı olmayan, 

Məhəmməd və ali Məhəmmədə salavat göndər. Mənim üçün bu işləri əncam 

ver.” 


İmam (ə) meydana getdikdən sonra atasının tənha və köməksiz olduğunu 

görən  İmam Səccad  (ə)  zəiflikdən qılıncı götürməyə qüdrəti olmadığına bax-

ma

yaraq meydana getdi. Bunu görən Hz.Hüseyn (ə) bacısı Ümmü Gülsümə bu-



yurdu:  “Onu  geri  qaytar.  Qoyma  onun  ölümü  ilə  Ali  Muhəmmədin  nəsli  yer 

üzün


dən kəsilsin.” 

Sonra xeymələrin qarşısına gələn İmam Hüseyn (ə) bacısı Zeynəbə buyurdu: 

“Kör

pə  balamı  mənə  verin,  qoy  onunla  vidalaşım.”  İmam  (ə)  körpəni  qucağına 



alıb üzünü dodaqlarına tərəf aparmaq istəyirdi ki, bu vaxt məlun Hərmələ ibn Ka-

hil Əsədi oxu ataraq o məzlum körpəni boğazından vuraraq şəhid etdi. İmam (ə) 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə