Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə93/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   89   90   91   92   93   94   95   96   ...   314

  

189 


körpəni bacısı Zeynəbə verdi və əllərini onun boğazından axan qanın altına tutdu. 

Ovucu  qan  ilə  dolandan  sonra  onu  səmaya  atıb  buyurdu:  “Mənə  üz  verən  hər 

müsibət mənim üçün asan olur, çünki Allah özü bunu istəmir.”  

Bu  sözlərdən  sonra  düşmən  dəstəsinə  hücum  edən  İmam  Hüseyn  (ə)  on-

lardan bir neçəsini cəhənnəmə vasil etdi. Bu vaxt Ömər ibn Səd başa düşdü ki, 

yer üzündə İmamla (ə) mübarizə etməyə qadir adam yoxdur və belə getsə bü-

tün qoşun onun qılıncına yem olacaq. Ona görə də qoşuna dedi: “Vay olsun si-

zə! Heç kiminlə mübarizə etdiyinizi bilirsiniz? Bu qaliblərin qalibi Əli ibn Əbu 

Talibin oğludur. Hamınız bir yerdə dörd tərəfdən ona hücum edin.” Dörd min 

nəfərlik ordu İmamı mühasirəyə alıb onunla xeymələr arasına girdilər. Kafirlə-

rin xeymələrə tərəf getdiyini görən İmam (ə) buyurdu: “Ey Əbu Süfyanın da-

vam


çıları, əgər dindən əl çəkib qiyamət günündən qorxmursunuzsa, heç olmaz-

sa dünyada qeyrətli və azad olun. Öz əsil-nəsəbinizə qayıdın. Çünki siz ərəbsi-

niz. Ərəbin qeyrəti var.” Məlun Şimr dedi: “Ey Fatimənin oğlu, nə demək istə-

yir


sən?” İmam (ə) buyurdu: “Mən sizinlə müharibə edirəm və siz də mənimlə. 

Qa

dınların nə günahı var?” Şimr dedi: “Ay camaat, xeymələrdən uzaqlaşın ki, 



onl

ar kərim adamın Əhli-beytidir.” 

Əhli-beytinin yanına qayıdan İmam Hüseyn (ə) onlarla ikinci dəfə vidala-

şıb meydana qayıtdı. İmam Baqirin (ə) buyurduğuna görə, İmam Hüseyn (ə) bu 

yüşdə yüzdən yuxarı yara almışdı. Bu vaxt İmam (ə) yaraların çoxluğundan, 



su

suzluğun şiddətindən və yorğunluğun təsirindən dayandı ki, bir qədər istira-

hət etsin. Birdən bir zalım İmama daş atdı. Daş İmamın (ə) alnına dəydi və qan 

Həzrətin mübarək üzünə axmağa başladı. İmam Hüseyn (ə) axan qanı silmək 

istədikdə zəhərlənmiş üç başlı ox onun mübarək ürəyinə dəydi. Hz.Hüseyn (ə) 

o halda buyurdu: “Ey mənim Allahım, Sən bilirsən ki, bu camaat elə bir adamı 

öl

dürürlər ki, yer üzündə Peyğəmbərin ondan başqa oğlu yoxdur.” 



İmam Hüseynin (ə) taqətsiz vəziyyətdə dayandığını görən Şimr ibn Zilcöv-

şən qoşunun üstünə qışqırdı ki, niyə Hüseynin (ə) işini bitirmirsiniz?” Məlunun 

bu sözündən sonra Həsin ibn Təmim İmamın mübarək ağzına ox vurdu. Məlun 

Əbu Əyyub Qənəvi Həzrətin hulqumuna ox vurdu. Məlun Zərə ibn Şərik Həz-

rətin sol əlini kəsdi. Məlun Ömər ibn Səd onun sağ tərəfində dayanmış bir nə-

fərə dedi: “Düş atdan, get Hüseyni rahat et.” Məlun Xuli ibn Yezid bunu eşi-

dib, İmamın başını bədənindən ayırmaq istəyəndə onu titrəmə bürüdü və bu işi 

bacarma


dı.  Bunu  görən  Şimr  ibn  Zilcövşən  irəli  gəlib  İmamın  (ə)  müqəddəs 

ba

şını bədənindən ayırdı. (Seyyid ibn Tavusa görə isə İmamın başını Sənan ibn 



Ənəs kəsmişdir). 

İmam  Hüseyn  (ə)  hicrətin  61-ci  ili  məhərrəm  ayının  onunda  şənbə  günü 

zöhr namazından sonra şəhid oldu. Şəhid olarkən 58 yaşı var idi. Hz.Peyğəm-

bər  (s) buyurub:  “Hər  kəs  Hüseyni  (ə)  onun  şəhadətindən  sonra  ziyarət  etsə, 

  



 

190 


ona cənnət vacibdir.” İmam Sadiq (ə) buyurub: “Hüseynin (ə) ziyarəti yüz ədəd 

qəbul olunmuş həcc və umrəyə bərabərdir.”

256

 

 



İmam Hüseynin (ə) şəhadətindən sonra baş verən hadisələr 

Vəfasız  Kufəlilər  Hz.Hüseyni  (ə)  şəhid  edəndən  sonra  onun  paltarlarını 

oğurlamaq üçün Həzrətin cənazəsinə hücum etdilər. İmamın köynəyini məlun 

İshaq ibn Həyyat Həzrəmi götürərək geyindi. Bunun müqabilində onun bədə-

nini qara yaralar tutdu, üzünün və başının tükləri töküldü. Həzrətin əmmamə-

sini götürən məlun Əxnəs ibn Mərsəd (digər bir rəvayətə görə Cabir ibn Yezid 

Əzdi) dəli olub çöllərə düşdü. Həzrətin başmaqlarını Əsvəd ibn Xalid oğurladı. 

Həzrətin  üzüyünü  məlun  Bəhdəl  ibn  Səlim  onun  barmağı  ilə  bir  yerdə  kəsib 

oğurladı.  Muxtar  əs-Səqəfi  İmamın  qisasını  ondan  alanda  onun  əllərini  və 

ayaq


larını kəsib buraxdı. İmamın xəz qətifəsini Qeys ibn Əşəs, zirehini Ömər 

ibn Səd, qılıncını isə Cəmi ibn Xəlq Udi və ya Əsvəd ibn Hənzələ Təmimi gö-

tür

dü. Məlun Hökm ibn Tüfeyl Hz.Abbasın silahını və paltarlarını oğurladı. 



Sonra xeymələrə hücum edən qoşun dəvələrin boyunduruqlarını və qadın-

ların zinət əşyalarını da qarət etdilər. 

 

Şəhidlərin başlarının Kufəyə göndərilməsi 

Ömər  ibn  Səd  İmamı  (ə)  şəhid  edəndən  sonra  birinci  İmamın  (ə)  başını 

Xuli ibn Yezidə və Həmid ibn Müslimə verib Aşura günü Ubeydullah ibn Zi-

ya

dın hüzuruna göndərdi. Həmin gün İbn Ziyadla görüşə bilməyən Xuli sübh 



tez

dən müqəddəs başı götürüb onun yanına apardı. 

Ömər ibn Səd İmamın (ə) başını Xuliyə tapşırdıqdan sonra əmr etdi ki, 72 

nəfərdən  ibarət  olan  qalan  şəhidlərin  başlarını  qaldırıb  təmizləsinlər.  Ömər  o 

başları Şimr ibn Zilcövşənə, Qeys ibn Əşəs və Əmr ibn Həccaca verib İbn Zi-

yada 


göndərdi. Digər bir rəvayətə görə isə məlun Ömər ibn Səd başları Kində, 

Həvazin, Bəni Təmim, Bəni Əsəd, Məzhəc və sair qəbilələr arasında bölüb İbn 

Zi

yada  göndərdi.  Özü  isə  qoşunundan  ölənlər  üçün  namaz  qılıb  onları  dəfn 



etdi. 

İki gün sonra əmr etdi ki, Peyğəmbər balalarını üzü-açıq, çadrasız, yəhərsiz 

dəvələrə  mindirsinlər.  İmam  Səccadın  (ə)  qollarına  qandal  vurub  boynundan 

as

dılar.  Kafirlər  Əhli-beyti  Bizans  əsirləri  kimi  yola  saldılar.  Əsirləri  qətl-



gahdan aparanda qadınlar İmamın (ə) cənazəsini gördükdə nalə edib üzlərinə 

vur


mağa  başladılar.  Hz.Əlinin  (ə)  qızı  Hz.Zeynəb  (ə)  qardaşı  üçün  nalə  edib 

həzin səslə və qəmli ürəklə deyirdi: “Ya Məhəmməd, bu sənin Hüseynindir ki, 

onun başını daldan kəsiblər, əmmaməsini və  əbasını oğurlayıblar.  Atam fəda 

ol

sun o kəsə ki, hərəmini dağıdıb hörmətini sındırdılar. Atam fəda olsun o kəsə 



ki, qəm-qüssə ilə dünyadan getdi və susuz halda şəhid oldu.” 

256


 İbn Qəvləviyyə, Kamiliz-ziyarət; Əllamə Məclisi, Biharul-ənvar; Əllamə Nuri, Müstərəkül-

vəsail 


                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə