Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə95/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   91   92   93   94   95   96   97   98   ...   314

  

193 


hərinə  çatmışıq.  Əgər  bizi  şəhərə  daxil  etmək  istəyirsənsə,  elə  yerdən  daxil 

edin ki, orada bizə tamaşa edən az olsun. Əmr et ki, nizələrə vurulmuş başları 

kəcavələrin arasından çıxarıb irəli aparsınlar ki, camaat onlara tamaşa etməyə 

məşğul olsunlar və bizə az baxsınlar. Çünki biz camaatın bizə bu qədər baxma-

ğından rüsvay olduq.” 

Bütün  deyilənlərin  əksinə  olaraq  Şimr  əmr  etdi  ki,  nizələrdə  olan  başları 

kəcavələrin arasında saxlasınlar və onları Şamın izdihamlı Saat darvazasından 

şəhərə daxil etsinlər. Bununla da qoy onlara çoxlu adamlar tamaşa etsinlər. 

Əsirləri Şama daxil etdikdən sonra cümə məscidində həbs etdilər. Bu vaxt 

qo

ca bir kişi gəlib dedi: Şükr olsun Allaha ki, sizi öldürdü və bizim şəhərimizə 



sizin kimilərdən nicat verdi. Yezidi sizə hakim etdi.” Qoca sözünü tamamladıq-

dan sonra İmam Səccad (ə) buyurdu: “Sən heç Quran oxumusan?” Qoca “bəli” 

de

yə cavab verdi. İmam Səccad (ə) buyurdu: “Bu ayəni oxumusan: “(Ya Pey-



ğəmbər) de ki: mən risalətimin müqabilində sizdən heç bir muzd istəmi-

rəm.  Yalnız  sizdən  istəyirəm  ki,  mənim  əhli-beytimə  məhəbbət  göstə-

rəsiniz.”

257

 

Qoca “bəli oxumuşam” deyə cavab verdi. İmam Səccad (ə) buyur-



du: “Əhli-beyt bizik ki, Allah bizim məhəbbətimizi risalətin muzdu qərar ve-

rib.” Sonra buyurdu: “Bu ayəni oxumusan: 



“(Ya Peyğəmbər) əqrəbanın haq-

qını ödə.”

258

 

Qoca “bəli oxumuşam” deyə cavab verdi. İmam Səccad (ə) bu-



yurdu: “Allahın Peyğəmbərə əmr etdiyi əqrəba bizik və bizim haqqımızı əta et-

mək  Peyğəmbərə  əmr  olunub.”  Sonra  İmam  Səccad  (ə)  buyurdu:  “Bu  ayəni 

oxumusan: 

Ey möminlər qazandığınız hər bir şeyin beşdə bir hissəsi Alla-

hın, Peyğəmbərin və onun qohumlarınındır.”

259

 

Qoca yenə də eyni cavabı 



ver

dikdə İmam Səccad (ə) buyurdu: “Ayədə ki, qohumlar bizik və Hz.Peyğəm-

bərin ən yaxın adamları bizik.” Daha sonra İmam (ə) buyurdu ki, bu ayəni oxu-

musan: 


“Ey Əhli-beyt, həqiqətən Allah istəyir ki, sizdən hər bir eyb və nöq-

sanı uzaqlaşdırıb sizi pak etsin.”

260

 Q

oca “bəli” deyə cavab verdikdən sonra 



İmam (ə) buyurdu: “Peyğəmbərin Əhli-beyti bizik və Allah bizim paklığımıza 

şəhadət verib.” 

Bu sözləri eşidən qoca etdiyi əməllərdən peşman olaraq tövbə etdi. Bundan 

xəbər tutan məlun Yezid dərhal qocanı edam etdirdi. 

 

Əhli-beytin Yezidin məclisinə daxil olması 

Əhli-beytin Şama daxil olmasından xəbər tutan Yezid özünün zinət içində 

olan taxtında oturdu. Şam kafirləri məclisə daxil olduğu halda, Peyğəmbərin (s) 

Əhli-beyti  şəhidlərin  başları  ilə  qapıda  dayanıb  içəri  daxil  olmaq  üçün  icazə 

göz

ləyirdilər. Birinci Hz.Hüseynin (ə) başını gətirməyə məmur olan Xuliyə da-



257

“Şura” surəsi, ayə-23. 

258

“İsra” surəsi, ayə-26. 



259

“Ənfal” surəsi, ayə-41. 

260

“Əhzab” surəsi, ayə-33. 



  

                                                           




 

194 


xil olmaq üçün icazə verildi. Yezid ondan soruşdu: “Vay olsun sənə nə xəbər 

var?” Xuli dedi: “Ey möminlərin əmiri, sənə müjdə olsun. Allah sənə fəth və 

köm

ək əta edib, Hüseyn ibn Əli on səkkiz nəfər Əhli-beyti və altmış nəfər şiə-



ləri ilə bizə tərəf gəldilər. Biz ona sülh təklif etdik. Biz ona İbn Ziyadın əmrinə 

tabe olmağın məsləhətə uyğun olduğunu bildirdik və dedik ki, əgər qəbul et-

məsə onunla müharibə edəcəyik. Onlar İbn Ziyada itaət etməyi qəbul etmədilər 

və müharibə etməyi seçdilər. Nəticədə biz onlara hücum edərək başlarını bə-

dənlərindən ayırdıq. Kərbəla düzündə onların bədənləri çılpaq və qana bulaşan 

halda yerə düşüb qalıb. Qartallar və çölün yırtıcı quşları onların bədənlərini di-

dirdilər.” Bu sözləri eşidən məlun Yezid bir anlıq başını aşağı salaraq susdu. 

Son


ra başını qaldırıb dedi: “Əgər Hüseyni öldürməsəydiniz, onda mən sizdən 

da

ha çox razı olardım. Əgər mən orada olsaydım, Hüseyni bağışlayardım. Onu 



həlak etməzdim.” 

Tarixi mənbələrə əsasən Əhli-beytin Şama daxil olması Yezidə yetişəndə o 

məlun Cirun sarayının bağında gəzirdi. Uzaqdan nizələrə taxılmış başları gö-

rəndə fərəh içində dedi: “Bu kəcavələr zahir olanda Cirun bağındakı qəsrləri 

işıqlandırdılar. Qarğalar qarıldamağa başladılar. Dedim ki, fəryad etsən də, et-

məsən də, həqiqətən mən borclu olduğum kəsə borcumu qaytardım.” Yezidin 

bu sözləri deməkdən məqsədi küfrünü izhar etməkdir və Hz.Peyğəmbərdən (s) 

inti


qam aldığını bəyan etməkdir. Yəni Hz.Peyğəmbər (s) mənim babalarımı və 

qo

humlarımı Bədr müharibəsində öldürdü. Mən də onların qisasını onun övlad-



la

rından aldım. 

Şeyx Əli ibn İbrahim Qumi İmam Sadiqdən (ə) belə nəql edir: “İmam Hü-

seynin 



(ə) başını İmam Səccadla (ə) və əsirlərlə Yezidin sarayına daxil edəndə 

İmam  Səccadın  (ə)  əllərini  qandallayıb  boynundan  asmışdılar.  Yezid  İmam 

Səccada (ə) dedi: “Ey Əli ibn Hüseyn, şükr olsun Allaha ki, sənin atanı öldür-

dü.” İmam (ə) buyurdu: “Allahın lənəti olsun o kəsə ki, atamı öldürdü.” 

Bu sözlərdən qəzəblənən Yezid İmamın (ə) qətlinə fərman verdi. Həzrət bu-

yurdu: “Əgər məni öldürsən, onda Peyğəmbərin (s) qızlarını onların vətənlərinə 

kim qaytaracaq? Çünki məndən başqa onlara bir məhrəm yoxdur.” İmamın (ə) 

bu sözlərindən sonra  Yezid bu ayəni oxudu: 



“Düçar olduğunuz hər bir mü-

sibəti öz əllərinizlə qazanmısınız. Allah sizin çoxlu günahlarınızı əfv edir.” 

Məlun Yezidin cavabı olaraq İmam Səccad (ə) buyurdu: “Sənin güman et-

di

yin kimi deyildir. Bu ayə bizim haqqımızda nazil olmayıb. Bizim haqqımızda 



nazil olan bu ayədir: 

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir 



sibət  yoxdur ki, Biz  onu  yaratmamışdan  əvvəl  Lövhi-məhfuzda  yazıl-

ma

mış olsun. Bu, Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana təəs-

süf

lənməməyiniz və sizə verilənə də sevinməməyiniz üçündür. Allah özünü 

bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!”

261

 

261



“Hədid” surəsi, ayə-22-23. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə