Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə96/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   92   93   94   95   96   97   98   99   ...   314

  

195 


Bu söhbətdən sonra Yezid yenə də əlindəki bambuk ağacı ilə Hz.Hüseynin (ə) 

mübarək dişlərinə vurmağa başladı. Bunu görən Peyğəmbər (s) səhabələrindən 

olan 

Əbu Bərzə dedi: “Vay olsun sənə ey  Yezid!. Hüseynin dişlərinə bambuk 



ağacı ilə vurursan? Mən şəhadət verirəm ki, gördüm, Hz.Peyğəmbər (s) onun və 

qar


daşı Həsənin dişlərini öpüb sorurdu.  Hz.Peyğəmbər  (s) onlara deyirdi: “Siz 

cənnət  cavanlarının  ağalarısınız.  Allah  sizi  öldürənləri  öldürsün  və  sizin qatil-

lərinizə lənət eləsin. Allah cəhənnəmi sizin qatilləriniz üçün hazır etsin.” 

Bu  sözlərdən  qəzəblənən  Yezid  göstəriş  verdi  ki,  onu  məclisdən  çıxart-

sınlar. Bu vaxt ayağa qalxan Hz.Zeynəb belə buyurdu: “Həmd və sitayiş bütün 

aləmlərin Rəbbi olan Allaha məxsusdur. Həqiqətən Allah düz buyurub: “Sonra 



da  Allahın  ayələrini  yalan  hesab  edib  onları  məsxərəyə  qoymaqla  pislik 

edənlərin aqibəti lap pis oldu.”

262

 Hz.


Zeynəb bu ayə ilə bildirdi ki, Yezid və 

onun tərəfdarları Allahın əmrindən boyun qaçırıb onun ayələrini inkar ediblər. 

Onların  yeri  cəhənnəmdir. Sonra Hz.Zeynəb üzünü Yezidə tutub dedi: “Bəli, 

Yezid, elə güman edirsən ki, yeri-göyü bizə dar etmisən? Bizi şəhərdən-şəhərə 

əsirlər  kimi  dolandırmaqla  bizim  məqamımızdan  və  şərafətimizdən  azaldıb 

Allah müqabilində öz kəramətinə əlavə etmisən? Bir anlıq şadlanıb fərəhləndin 

ki, bütün dünya sənin üçün cəm olub və bizim səltənətimiz sənin üçün boşalıb? 

Məgər Allahın buyurduğunu yaddan çıxartmısan? Allah buyurb: 



“Kafirlər on-

lara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Bizim on-

lara  verdiyimiz  möhlət  yalnız  günahlarını  daha  da  artırmaları  üçündür. 

On

lara zəlil edici bir əzab veriləcək.”

263

 

Ey azad olunmuşların oğlu! Bu ədalət üzündəndir ki, kənizlərini və qadın-



la

rını pərdə arxasında saxlayasan, amma peyğəmbərin qızlarını əsirlər kimi, şə-

hərbəşəhər gəzdirirsən? Sən onların hörmətini sındırdın. Onları düşmənlərlə bir 

yerdə  çöllərdə  dolandırdın.  Bir  halda  ki,  onların  kişilərindən  və  xidmətçilə-

rindən onlarla heç kim yox idi. Azadpərvər insanların ciyərlərini çeynəyib yerə 

atan,  şəhidlərin  qanı  ilə  böyüyüb-başa  çatan  bir  adam  onları  necə  qoruyar? 

Əlindəki ağacla cənnət cavanlarının ağasının dişlərinə vurursan. Nə üçün də bu 

bey


ti oxumayasan? “Əgər Bədrdə ölən babalarım sağ olsaydı, sevincdən əl ça-

lıb deyərdilər: “Ay Yezid! Əllərin ağrımasın.” Ey Yezid, sən yalnız öz dərini 

yırtıb ətini doğradın. Tez bir zamanda Hz.Peyğəmbərin (s) hüzuruna gedəcək-

sən.  Onda  onun  övladlarının  qanını  tökdüyün  və  onun  hörmətini  sındırdığın 

üçün əzab çəkəcəksən. Allah onların pərakəndə olmuş cənazələrini bir yerə yı-

ğıb onların haqqını səndən alacaq. Yezid, Allah yolunda şəhid olanları ölü he-

sab etmə, əksinə onlar diridirlər və Rəbbi yanında ruzi alırlar. Allahın hakim 

ol

ması  sənə  kifayətdir.  Səninlə  düşmənçilik  üçün  Hz.Muhəmməd  (s)  və  ona 



mək etməyə Cəbrail bəsdir. Ətrafında olanlar dağılacaq və günlərin keçib so-

na  yetəcəkdir.  Haqqın  carçısının:  “Allahın  lənəti  zülmkarlara  olsun.”  –  deyə 

262


“Rum” surəsi, ayə-10. 

263


“Ali-

imran” surəsi, ayə-178. 

  

                                                           




 

196 


nida edəcəyi gün gəlib çatacaqdır. Odur rəhimli və mehriban Allah. Hər işdə O

bizə kifayətdir və O, yaxşı vəkildir.” 

Bu vaxt Şamlı bir kişi Hz.Hüseynin (ə) qızı Fatiməyə baxıb Yezidə dedi: 

“Ey Əmirəl-möminin! Bu kənizi mənə bağışla! Fatimə bibisi Zeynəbə dedi: Bi-

bi can, atamı öldürdülər, indi isə məni kəniz kimi aparmaq istəyirlər. Hz.Zey-

nəb buyurdu: Yox, bu günahkar belə bir iş görə bilməz. Şamlı kişi soruşdu: Bu 

qız kimdir? Yezid dedi: Bu Hüseynin qızı Fatimə, o isə Əli ibn Əbu Talibin qı-

zı Zeynəbdir. Şamlı kişi dedi: Allah sənə lənət eləsin ey Yezid! Öz Peyğəmbə-

ri

nin itrətini öldürüb övladlarını əsir edirsən? And olsun Allaha, mən onların 



Bi

zans əsirləri olduqlarını güman edirdim.” Şamlı kişinin sözlərindən qəzəblə-

nən Yezid onun boynunu vurdurdu. 

Əllamə Məclisi “Cəlalul-uyun” kitabında şamlı kişinin əhvalatından sonra 

ya

zır:  Yezid  əmr  etdi  Əhli-beyti  zindana  salsınlar.  İmam  Səccadı  (ə)  özü  ilə 



məclisdə saxlayıb bir xətib çağırdı və onu minbərə çıxartdı. Hz.Əliyə və İmam 

Həsənə  nalayiq  sözlər  deyən  xətib  Yezidi  və  Müaviyəni  təriflədi.  Bu  vaxt 

İmam Səccad (ə) xətibə buyurdu: “Vay olsun sənə! Məxluqun razılığını qaza-

nıb,  Allahın  qəzəbinə  səbəb  oldun.  Cəhənnəmdə  sənin  yerin  hazırdır.  Sonra 

İmam Səccad (ə) minbərə çıxmaq üçün Yeziddən icazə istədi. 

İmam Səccadın (ə) istəyi ilə razılaşmaq istəməyən Yezid, sonda camaatın 

is

rarı ilə İmamın (ə) minbərə çıxmasına razılıq verdi. Minbərə çıxan İmam Səc-



cad 

(ə)  buyurdu:  “Ey  camaat,  Allah  bizi  altı  üstünlük,  yeddi  fəzilətlə  digər 

məxluqlardan üstün edib. Allah bizə elm, səbr, mərdlik, fəsahət, şücaət və mö-

min

lərin qəlbində bizə qarşı məhəbbət əta edib. Bizə bununla fəzilət verib ki, 



Hz.Pey

ğəmbər (s) bizdəndir. Dahi Siddiq Hz.Əli (ə) bizdəndir. Cənnətdə mə-

ləklərlə  birlikdə  uçan  Cəfəri-Təyyar  bizdəndir.  Allahın  və  Peyğəmbərin  şiri 

Hz.


Həmzə  bizdəndir.  Cənnət  cavanlarının  ağası  Həsən  və  Hüseyn  bizdəndir. 

Hz.Pey


ğəmbərin (s) son canişini Hz.Mehdi (ə) bizdəndir. Hər kəs məni tanıyır-

sa tanıyır, hər kəs tanımırsa, mən ona özümü tanıtdıraram. Ey camaat! Məkkə 

və Minanın oğlu mənəm. Zəmzəm və Səfanın oğlu mənəm” 

Bu tərifləri eşidən Yezid camaatın ondan üz döndərəcəyindən qorxub müəzzi-

nə işarə etdi ki, azan desin. Müəzzin “Allahu əkbər” deyəndə İmam (ə) buyurdu: 

“Allah böyükdür, böyük”, “Əşhədu ən la ilahə illəllah” deyəndə İmam (ə) buyurdu: 

“Buna mənim dərim, ətim və qanım şəhadət verir”. Müəzzin: “Əşhədu ənnə Mu-

həmmədən Rəsulallah” deyəndə İmam (ə) buyurdu: “Ey Yezid, adını bu cür əzə-

mətlə çəkdiyin Muhəmməd sənin cəddindir, yoxsa mənim? Əgər desən ki, mənim 

cəddimdir, bəs onda nəyə görə onun itrətini öldürdün və övladlarını əsir etdin?” 

İmam Səccada (ə) cavab verə bilməyən məlun Yezid namaz qılmağa başladı. 

Kərbəla hadisəsi ilə bağlı kitabları araşdırdıqda məlum olur ki, Yezid fitnə 

şəcəyindən  qorxduğu  üçün  Əhli-beytin  müsibətinə  şadlıq  edib  onları  incit-



məkdən  əl  çəkdi.  Onlarla  mehribanlıqla  rəftar  etməyə  başladı  və  təyin  etdiyi 

nəzarətçiləri onların üstündən götürdü. Bəzən İmam Səccadı (ə) yanına çağırıb 

Hz.Hüseynin 

(ə) qətlini İbn  Ziyadın boynuna ataraq ona lənət deyirdi. Yezid 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə