Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə97/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   93   94   95   96   97   98   99   100   ...   314

  

197 


tün  bunları  camaatın  ürəklərini  ələ  alıb  səltənətini  hifz  etmək  üçün  edirdi, 

am

ma həqiqətdə peşman olmamışdı. Çünki bəzi kitabların nəql etdikləri rəva-



yətlərə görə Yezid İmam Hüseyni (ə) şəhid edəndən sonra dəfələrlə onun mü-

qəddəs başının süfrəyə gətirilməsini tələb edirdi. 

 

Yezidin Əhli-beyti Mədinəyə yola salması 

Məlun  Yezidin  etdiyi  cinayətlərdən  xəbərdar  olan  Şam  əhlinin  üzündə 

hüzn nişanəsi zahir oldu. Yezid bunu hiss etdiyi üçün daim çalışırdı ki, özünü 

İmamın (ə) qətlindən kənara çıxarıb, bütün baş verənləri Mərcanənin oğlu İbn 

Zi

yadın  boynuna  atsın.  Buna  görə  də  İmam  Səccadı  (ə)  yanına  çağırıb  dedi: 



“Nə istəyin var, de yerinə yetirim.” İmam Səccad (ə) buyurdu: “Birinci istəyim 

budur ki, 

atamın  başını  mənə  ver  qoy  onunla  axırıncı  dəfə  vidalaşım.  İkinci 

istəyim budur ki, əmr et, hər nə bizdən qarət ediblər, bizə qaytarsınlar. Üçüncü 

istəyim  budur  ki,  əgər  məni  öldürmək  məqsədin  varsa,  onda  əmin  bir  adamı 

Peyğəmbərin (s) əhli-beytinə ver, qoy onları babalarının hərəminə çatdırsın.” 

Məlun Yezid dedi: “Sənin birinci istəyinə gəldikdə, sən atanın başını heç 

vaxt görməyəcəksən. Amma səni öldürməyə gəldikdə, mən səni əfv etdim və 

qa

dınları səndən başqa heç kim Mədinəyə aparmayacaq. Sizdən qarət olunmuş 



şeylərə gəldikdə isə mən öz malımdan artıqlaması ilə onların qiymətini verəcə-

yəm.” İmam (ə) buyurdu: “Biz sənin malından heç nə istəmirik. Sənin malın 

özü

nə qalsın. Biz öz malımızı istəyirik.” 



Sonra Yezid əmr etdi ki, İmam Səccada (ə) paltar versinlər və Əhli-beyti 

ge

yindirsinlər. Əhli-beyti Nöman ibn Bəşirlə yola salan Yezid onlara tapşırdı 



ki, onları gecələr hərəkət etdirsinlər. Hər yerdə Əhli-beyt qoşundan irəlidə get-

sin. Qoşun onlardan o qədər arxada getsin ki, onları gözdən salmasın. Oturaq 

et

dikləri yerlərdə qoşun onların ətrafında pərakəndə olub gözətçi kimi dolan-



sınlar. Yol boyu əgər onlardan birinin dəstəmaz almağa və yaxud digər işlərə 

eh

tiyacı olsa, piyada olandan sonra qoşun dayansın, təki adam öz istəyini yeri-



nə yetirsin. Süvar olandan sonra hərəkət etsinlər. Xidmətçilər və mühafizəçilər 

Mədinəyə yetişənə qədər bu cür hərəkət etsinlər. 

Yezidin göstərişinə əsasən Nöman ibn Bəşir Əhli-beyti xoş rəftarla Mədi-

nəyə çatdırdı. 

Şeyx İmaduddin Əbul-Qasim Təbəri Amulu “Buşarətul-Mustafa” kitabında 

Ətiyyə ibn Səd Cənadə Ovri Kufiyə isnad edərək nəql edib: Ətiyyə demişdir: 

“Biz Cabir ibn Abdullah Ənsari ilə Hz.Hüseynin (ə) qəbrini ziyarət etmək üçün 

yola  düşdük.  Kərbəlaya  daxil  olanda  Cabir  Fərat  çayına  gedib  qüsl  etdikdən 

sonra köy

nəyini özünə fitə etdi və ikinci bir köynəyi çiyninə saldı. Ondan sonra 

qəbrə  tərəf  hərəkət  etdi  və  hər  qədəmində  Allahı  zikr  edirdi.  Üç  dəfə  “Ya 

Hüseyn” deyəndən sonra dedi: “Mən şəhadət verirəm ki, sən peyğəmbərlərin 

ən yaxşısının və möminlərin Ağasının oğlusan. Şəhadət verirəm ki, sən təqva-

nın  həmpeymanının,  hidayət  sülaləsinin  oğlusan  və  Ali  Əbanın  beşincisisən. 

Həqiqətən  möminlərin  ürəkləri  səndən  ayrılığa  görə  rahat  deyildir.  Sənə 

  



 

198 


Allahın salamı olsun. Mən şəhadət verirəm ki, sən qardaşın Yəhyanın (ə) getdi-

yi yolu getdin.” 

Cabir Ənsarinin İmam Hüseyni (ə) Ali Əbanın beşincisi adlandırmağından 

məlum olur ki, bu ləqəb İmamın (ə) məşhur ləqəblərindən biri olub. Beş pak 

cudun  Əba  altında  cəm  olmasına  dəlalət  edən  hədisi  şiə  və  sünni  alimləri 



nəql ediblər. Hədislərdə onların bir yerə cəm olmasından sonra “Təthir” ayəsi-

nin nazil olması bəyan olunub. 

Cabirin öz kəlamında: “Sən Yəhya ibn Zəkəriyyənin keçdiyi yolu keçdin.” 

–  dediyi sözü Hz.

Hüseynlə (ə) Hz.Yəhyanın (ə) arasındakı oxşarlığa işarədir. 

İmam Sadiqdən (ə) yetişən rəvayətdə İmam Sadiq (ə) buna açıq şəkildə işarə 

edib və buyurub: “Hz.Hüseyni (ə) ziyarət edin. Ona cəfa etməyin, çünki o, cən-

nət cavanlarının ağasıdır və Yəhya ibn Zəkəriyyəyə oxşardır.” 

Həqiqətən bu iki məzlumun həyatına nəzər saldıqda onların həyatının bir 

ne

çə cəhətdən bir-birinə oxşar olduğunun şahidi oluruq: 



1) 

Bunlardan öncə onlarla bir adda olan adam olmayıb. Bir çox rəvayətlər-

dən məlum olur ki, Yəhya və Hüseyn adlarını onlardan öncə heç kimə qoyma-

yıblar. 


2) 

Onların hər ikisi hamiləlik dövründə ana bətnində altı ay qalıblar. 

3) 

Hər  ikisi  dünyaya  gəlmədən  öncə,  onların  sərgüzəştləri  haqqında  asi-



man

dan vəhy yetişdi. 

4) 

Hər ikisinin şəhadətində asiman qan ağlayıb. 



5) 

Hər ikisinin qatili zinadan əmələ gəlmiş idi. 

6) 

Hər ikisinin başını qızıl teştə qoyub zinakarlar və zinazadələr üçün hə-



diyy

ə apardılar. Amma onlar arasında fərq bu idi ki, Hz.Yəhyanın başını teştə 

kəsdilər ki, onun qanı yerə tökülməsin və Allahın qəzəbinə səbəb olmasın. La-

kin Kufə kafirləri və Bəni Ümeyyənin tərəfdarları bunu İmam Hüseyn (ə) haq-

qında riayət etmədilər. 

7) Hz.


Yəhyanın başının daşınması. 

 

Əhli-beytin Mədinəyə daxil olması 

Bəşir  ibn  Cəzləm  deyir:  Biz  Mədinəyə  çatanda  Hz.Səccad  (ə)  uyğun  bir 

yer


də xeymələri qurduqdan sonra mənə buyurdu: “Ey Bəşir, Allah sənin atana 

rəhmət eləsin. Get Mədinəyə daxil ol və Hz.Hüseyn (ə) haqqında bir mərsiyə 

de ki, qoy camaat onun şəhadətindən və bizim gəlişimizdən xəbərdar olsun.” 

İmamın (ə) göstərişi ilə Mədinəyə gələn Bəşir Peyğəmbər məscidinin qarşısın-

da belə buyurdu: “Ey Mədinə əhli! Daha Mədinədə qalmağa sizə yer yoxdur. 

Hüseyn ibn Əli öldürüldü. Onun bədəni qana qəltan olub, başı isə nizələr üs-

tün

də şəhərlərdə dolandırılır. İndi Hz.Əli ibn Hüseyn (ə) bibiləri və bacıları ilə 



si

zin yanınıza gəlib. Onlar şəhərin kənarında xeymə qurublar. Mən onun qasi-

di

yəm, sizi o Həzrətə tərəf aparmağa gəlmişəm.” 



Bəşirin fəryadını eşidən Mədinə əhli Əhli-beytə tərəf qaçaraq İmam Səcca-

dın (ə)  ətrafında cəm oldular.  İmam Səccad  (ə)  üzünü Mədinə əhlinə tutaraq 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə