Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə98/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   94   95   96   97   98   99   100   101   ...   314

  

199 


bu

yurdu:  “Şükr  və  səna  aləmlərin  Rəbbi,  rəhman,  rəhim,  qiyamət  gününün 

hökm

darı və bütün məxluqların xaliqi olan Allaha məxsusdur. O Allah ki, ağıl-



lar onu dərk etməkdən acizdir. Gizli sirrlər onun yanında aşkardır. Biz əzəmətli 

xüt


bələrlə, böyük müsibətlərlə, qəm gətirən çətinliklərlə Allaha şükr edirik. Ey 

camaat, şükr olsun o Allaha ki, bizi böyük müsibətlərə düçar etməklə və İslam 

di

ninə vurulan böyük zərbələrlə imtahan etdi. Yəni dinə vurulan zərbələri ara-



dan aparmaq İmamların üzərinə düşür. 

Ey camaat, Hz.Hüseyni 



(ə) və onun itrətini öldürdülər. Onun qadınlarını və 

uşaqlarını əsir etdilər. Onun başını nizələrə keçirib şəhərlərdə dolandırdılar. Bu 

elə bir müsibətdir ki, onun tayı-bərabəri yoxdur. 

Biz hamımız Allaha məxsusuq və hamımız ona tərəf qayıdacağıq. Bizim 

bu müsibətimiz nə qədər böyük və yandırıcı idi. Biz bu müsibətimizin müqabi-

lin


də istəyirik ki, Allah bizə rəhmət və əcr əta etsin. Bizim düşmənlərimizdən 

in

tiqamımızı  və  biz  məzlumların  haqqını  zülmkarlardan  alsın.”  Bu  sözlərdən 



son

ra İmam (ə) Əhli-beyti ilə Mədinəyə tərəf hərəkət etdi. 

İmam Sadiqdən (ə) nəql olunub ki, İmam Səccad (ə) qırx il atasına ağladı. 

Bu müddət ərzində gündüzlər oruc tutardı və axşamlar ibadətlə məşğul olardı. 



 

İmam Hüseynin (ə) ləqəbləri: 

1) seyid


üş-şühəda – şəhidlər ağası; 

2) 


Əş-şəhidu bi-Kərbəla – Kərbəla şəhidi; 

3) Xamisi Ali-

Əba – Ali Əbanın beşincisi 

4) Nurul-

xəliqeyn – dünyanın iki tərəfinə nur saçan

 

İmam Hüseynin (ə) zövcələri: 

1) 

Şəhrəbanu və ya Şahzənan binti III Yəzdəgird – İmam Səccadın (ə) ana-



s

ıdır. 


2) 

Rübabə binti Umrəul-Qeys – Səkinə və Abdullahın anasıdır. 

3) 

Leyla (və ya Rübab) binti Əbu Mürrə ibn Urvə ibn Məsud Səqəfi. Onun 



ana

sı Meymunə ibn Əbu Süfyandır. Leyla Hz.Əli Əkbərin anasıdır. Əli Əkbər 

ata tərəfdən Haşimi, ana tərəfdən isə Səqəf və Umeyyə tayfaları ilə qohum idi. 

Elə buna görə də Müaviyə demişdi ki, Əli Əkbər xilafətə layiqdir. 

4) 

Ümmi İshaq binti Təlhə ibn Ubeydullah – Fatimənin anasıdır. 



 

 

İmam Hüseynin (ə) övladları: 

1) Hz.


Əli ibn Hüseyn (Əli Əkbər); 2) Hz.Əli ibn Hüseyn (İmam Səccad (ə) və 

ya Əli Övsət); 3) Əli ibn Hüseyn (Əli Əsğər) – anasının adı məlum deyil; 4) Cəfər 

ibn Hüseyn  – 

anası Bəni Qüzaə qəbiləsindən olan bir qadındır; 5) Abdullah ibn 

Hüseyn – 

anası Rübabə binti Umrəl Qeysdir. 6) Məhəmməd ibn Hüseyn – anası-

nın adı məlum deyil; 7) Səkinə – anası Rübabə binti Ümrəl Qeys; 8) Fatimə – 

ana


sı Ümmi İshaq; 9) Rüqəyya; 10) Zeynəb – anasının adı məlum deyil. 

  



 

200 


Hz.Hüseynin 

(ə) üzüyündə bu yazı yazılmışdır: Ya huva ya mən la huva il-

lə huva. 



 

İmam Hüseynin (ə) inqilabının səbəbləri 

1) 


İmam Hüseyndən (ə) Yezid üçün beyət almaq və bu məqsədlə İmama (ə) 

təzyiqlər göstərmək. 

2) 

Kufə camaatının İmamı (ə) Kufəyə dəvət etməsi. 



3) 

Əmr be-məruf və nəhy əz-münkər amili. 

Zaman nöqteyi nəzərindən Hz.Hüseynin (ə) inqilabının ilk səbəbi Yezidin 

tərəfindən  İmamdan  beyət  istəmək  və  İmamın  bununla  müxalif  olmasıdır. 

Müa

viyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Utbə ibn Əbu Süf-



ya

na məktub yazdı ki, İmamdan (ə) onun üçün beyət alsın və bu işi əsla yubat-

ma

sın.


264

 

Yezid İmamdan (ə) zor gücünə beyət almaq istəsə də İmam (ə) buna 



ra

zı olmayıb Mədinədən Məkkəyə getdi. 

Birinci amil baxımından İmam (ə) müdafiə rolunu oynayırdı. Çünki ondan 

zor


la beyət istəyirdilər, o da bundan imtina edirdi. 

İkinci amil baxımından İmam (ə) köməkçi rolunu ifa edirdi. Çünki onu Ku-

fə camaatı həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət cavab vermişdi. 

Üçüncü  amil  baxımından  isə  İmam  (ə)  etiraz  edərək  hücuma  keçmişdi. 

Çün

ki İmamdan (ə) heç beyət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib 



onu qeyri-

İslami hökumət adlandıracaqdı. 

Kufə  camaatının  dəvətini  qəbul  etmək  amilinin  özünəməxsus  əhəmiyyəti 

var. Çünki İmam (ə) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər 

ol

mağa dəvət edən camaata öz razılığını bildirdi. Lakin İmamın (ə) Yezidə be-



yət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki 

İmam (ə) dəfələrlə elan etmişdi ki, necə olursa olsun Yezidə beyət etməyəcək. 

Bunlardan daha çox əhəmiyyətlisi əmr be məruf və nəhy əz-münkərdir. Çünki 

burada  İmamın  hərəkəti  nə  hökumətə  qarşı  bir  reaksiya,  nə  müdafiə,  nə  də 

köməklik və dəvətə qarşı idi. 

İmam Hüseyn (ə) öz vəsiyyətnaməsində dörd şeyi öz inqilabının əsas səbə-

bi kimi qeyd etmişdir: 1) Ümməti islah etmək; 2) Əmr be məruf; 3) Nəhy əz-

mün


kər; 4) Babası Hz.Peyğəmbərin, atası Hz.Əlinin sünnəsinə itaət etmək və 

on

ların sünnəsini dirçəltmək. 



Aşura  inqilabının  nəticələri:  1)  Hakim  dairələrin  rüsvayçılığı;  2)  Şəhadət 

sün


nəsinin  dirçəlməsi;  3)  İslam  ümmətində  qiyamların  başlanması;  4)  Bəni 

Ümey


yənin süqutu. 

 

Hədisi-Şəriflərdə İmam Hüseynə (ə) ağlamağın savabı 

Bütün  islami  qaynaqlarda  İmam  Hüseynə  (ə)  ağlamağın  savabı  haqqında 

hədislər  vardır.  Buna  görə  də  alimlərimiz  İmam  Hüseynə  (ə)  ağlayıb  matəm 

264

“Əl-İrşad”, səh-200. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə