Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə14/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   10   11   12   13   14   15   16   17   ...   314

  

29 


Məscidun-Nəbinin yaxınlığında kimsəsizlər üçün sığınacaq yeri olan Suffa 

in

şa edilmiş və buranın sakinlərinə Əshabi-Suffa (suffa əhli) deyilmişdir. Suffa 



əhli bütün günü Hz.Peyğəmbərin (s) yanında olur, nazil olan ayələri və Hz.Pey-

ğəmbərin  (s)  söylədiyi  hədisləri  əzbərləyirdilər.  Peyğəmbərə  (s)  gətirilən  ye-

məklərlə qidalanır, bəzi vaxtlar isə odun sataraq pul qazanırdılar. Eyni zaman-

da Suffa islamda ilk məktəb kimi də götürülür. İslamda ilk müəllim Hz.Pey-

ğəmbərin  (s)  özü  hesab  olunur.  Suffa  əhlinə  Hz.Peyğəmbərdən  (s)  başqa 

Hz.


Əli  (ə),  Abdullah  ibn  Abbas,  Abdullah  ibn  Məsud,  Ubeyy  ibn  Kəb,  Əbu 

Mu

sa Əşəri (Abdullah ibn Qeyss), Miqdad ibn Əsvəd də Suffa əhlinə dərs de-



mişdi. Məscidun-Nəbiyə birləşik olaraq Hz.Peyğəmbərin (s) xanımları üçün ti-

kil


miş yerlərə hücrə deyilir. 

Hicrətdən on yeddi il sonra miladi tarixilə 639-cu ildə ikinci xəlifə Ömər 

ibn Xəttabın xilafəti dövründə Hz.Əlinin (ə) təklifi ilə Hz.Peyğəmbərin (s) hic-

rət etdiyi il yəni 622-ci il islam təqviminin başlanğıcı kimi götürülmüşdür. Baş-

lanğıc ay olaraq isə məhərrəm ayı götürülmüşdür. 

Lakin  İslami  mənbələrə  müraciət  etdikdə  məlum  olur  ki,  hicrəti  ilk  tarix 

kimi məhz Hz. Peyğəmbərin (s) özü istifadə etmişdir. Hz. Peyğəmbər (s) qəbilə 

və  dövlət  başçılarına  göndərdiyi  məktublara  hicrətə  əsasən  tarix  qoymuşdur. 

Həmin məktublardan bəzilərini qeyd edirik: 

1)Məşhur islam tarixçisi Bəlazuri Hz. Peyğəmbərin (s) Məqna  yəhudiləri 

ilə müqaviləsini qeyd  edərək bildirir ki, müqavilənin mətnini misirli bir şəxs 

köhnə  qırmızı  parçada  görüb  mənim  üçün  oxumuşdu.  Həmin  müqavilənin 

sonunda deyilir: “Sizin üçün özünüzdən və Rəsulullahın Əhli-beytindən gözəl 

başçı ola bilməz. Əli ibn Əbutalib hicrətin doqquzuncu ilində yazmışdır.”

32

 

2)Peyğəmbərin  (s)  göstərişi  ilə  Əlinin  (ə)  Nəcran  xaçpərəstlərinə  yazdığı 



sülh məktubunda hicrətin beşinci ilində yazıldığı göztərilir. Məktubda deyilir: 

“Peyğəmbər  (s)  Əliyə  sülh  məktubunun  hicrətin  beşinci  ilində  yazılmasını 

göstərməsini əmr edir.”

33

 



3)Hədis alimləri Zühəridən belə nəql edirlər: “Peyğəmbər Mədinəyə gələn 

kimi tarix təyin edilməsinə göstəriş verir. Tarix rəbiul-əvvəl (hicrətin ilk ayı) 

ayından  təyin  edilir.”

34

 



Hicrətin  tarixin  başlağıncı  kimi  götürülməsi  barədə 

daha  ətraflı  məlumat  əldə  etmək  üçün  bu  mənbələrə  müraciət  edə  bilərsiniz: 

Əbu  Nəim,  Əxbari  İsfahan,  I  cild,  səh-52-53;  Bəlazuri,  Futuhul-Buldan,  səh-

72; 


əl-Əmval,  səh-297;  Məcməuz-zəvaid,  IX  cild,  səh-190; Tarixul-Xəmis,  I 

cild,  səh-367-369;  Məğazeyi-Vaqidi,  II  cild,  səh-531, 534; Tarixi-Təbəri,  II 

cild,  səh-388;  Müstədrəki-Hakim,  III  cild,  səh-13-14;  Cəfər  Sübhani,  Həzrət 

Muhəmməd, səh-276-278.   

  

32

 Cəfər Sübhani, Həzrət Muhəmməd, Bakı-2010, səh-276 



33

 Həmin mənbə 

34

 Həmin mənbə, səh-277 



  

                                                           




 

30 


Merac 

Merac hadisəsi besətin onuncu ili şiə alimlərinə görə rəbiül-əvvəl ayının on 

iki

si, sünni alimlərinə görə rəcəb ayının iyirmi yeddisi miladi tarixilə 620-ci ildə 



baş vermişdir. Hz.Peyğəmbərin  (s) Məscidul-Həramdan  Məscidul-Əqsaya apa-

rılmasına isra (yəni gecə gəzintisi) deyilir. Hz.Peyğəmbərin (s) Məscidul-Əqsa-

dan Cəbraillə (ə) Buraq adlı minikdə ərşə qalxmasına merac (yüksəlmə) deyilir. 

Qurani-


Kərimin “İsra” və “Nəcm” surələrində meracdan bəhs olunur. Meracda 

ol

arkən  Hz.Peyğəmbər  (s)  ərşin  birinci  qatında  Hz.Adəmlə  (ə), ikinci qatında 



Hz.Yəhya (ə) və Hz.İsa (ə), üçüncü qatında Hz.İdris (ə) və Hz.Yusif (ə), dördün-

cü qatında Hz.Harun (ə), beşinci qatında Hz.Musa (ə), altıncı qatında Hz.İbra-

himlə  (ə)  görüşdükdən  sonra  öz  məqamı  olan  göyün  yeddinci  qatı  “Sidrətül-

Mün


təhaya”qalxmışdır. 

Meracda olarkən Hz.Peyğəmbər (s) Allahın üzünü görmədən onunla pərdə ar-

xa

sından danışmış və Allah tərəfindən üç şey Peyğəmbərə (s) hədiyyə edilmişdir: 



1) Namaz; 

2) 


Ümmətindən Allaha şərik qoşmayanların cənnətə gedə biləcəyi müjdəsi; 

3) 


Bəqərə surəsinin son ayələri. 

Bəziləri Hz.Peyğəmbərin (s) Meracda ruhən və ya cismən olması barədə ixti-

lafa düşmüşlər. Lakin biz Qurana müraciət etdikdə görürük ki, Hz.Peyğəmbər (s) 

Me

racda cismən olmuşdur. Çünki “İsra” surəsinin birinci ayəsində “biəbdihi” (yə-



ni özünü) deyə müraciət olunur. Əgər Hz.Peyğəmbər (s) Meracda ruhən olsaydı o 

zaman “biruhihi” (yəni onun ruhunu) deyə müraciət olunardı. 

  

Qəzvələr və səriyyələr 

Hz.


Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanlarla 

müşriklər  arasında  bir  çox  müharibələr  baş  vermişdir.  Bu  müharibələrin  bə-

zisinə Hz.Peyğəmbər (s) şəxsən başçılıq etmiş, bəzisində isə işrirak etməmiş-

dir.  Hz.

Peyğəmbərin (s) başçılığı altında gedən döyüşlərə qəzvə, Hz.Peyğəm-

bərin  (s) iştirak  etmədiyi döyüşlərə isə səriyyə deyilir.  İslam tarixində iyirmi 

yed

di qəzvə və qırx beş səriyyə baş vermişdir . 



 

Hicrətin I ili baş verən hadisələr (miladi 623) 

1. 

Məscidun-Nəbi inşa edildi: 

Hz.


Peyğəmbərin  (s)  Məkkədən  çıxıb  Mədinəyə  nə  vaxt  çatması  tarixçılər 

ara


sında ixtilaflıdır. Məşhur görüş budur ki, Həzrət (s), besətin on ikinci ili rəbi-

ül-


əvvəl ayının on ikisində (miladi 622, 4 sentyabr) Mədinə yaxınlığında yerlə-

şən Quba məntəqəsinə çatmışdır.

35

 Qu


ba adlı məntəqədə Hz.Peyğəmbəri (s) bö-

yük coşqu ilə qarşılayan Mədinə qəbilələrindən hər biri onun onlarda qalmasını 

is

təyərək  onu  öz  evinə  dəvət  edirdi.  Hz.Peyğəmbər  (s)  dəvətçilərin  çoxluğunu 



rüb onların qəlblərini qırmamaq üçün dedi: “Dəvəmi sərbəst buraxın. O hara-

35

 Seyyid Cəfər Şəhidi, İslam tarixi və təhlillər, səh-68. 



                                                           


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə