Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə4/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   ...   314

  

İslam tarixi üzrə mənbələr ilahi və bəşəri olmaqla iki yerə ayrılır: 



1) 

İlahi mənbələr uca Allahın vəhy etdikləri və peyğəmbərlər vasitəsilə in-

san

lara  bildirdikləridir.  Peyğəmbərlərə  verilən  kitablarda  Tövrat,  Zəbur,  İncil 



və Quranda insanlıq tarixi geniş göstərilmişdir. Bunlardan xüsusilə Qurani-Kə-

rim  Hz.


Muhamməddən  (s)  əvvəlki  peyğəmbərlər  zamanında  meydana  gələn 

ha

disələri geniş şəkildə bildirməkdədir. 



2. 

Bəşəri mənbələr özlüyündə ikiyə ayrılır: 

1) 

Nəbəvi xəbərlər – yəni peygəmbərlərin söylədikləri hədislər və kəlamlar; 



2) 

İnsanların ələ aldığı əsərlər – bu əsərlər rəvayət və dirayət əsasında ol-

muşdur.  Rəvayət  əsərlərində  əsasən  Quran  ayələri  əsas  götürülür.  Müəllif  bu 

əsərlərə öz fikrini əlavə edə bilməz. Dirayət tipli əsərlərdə isə müəllif ayə və 

hədislərə  müraciət  etməklə  bərabər  həmin  ayə  və  hədislər  haqqında öz 

fikirlərini də qeyd edə bilər. 

Ən qədim islam tarixçiləri aşağıda adları sadalananlardır: 

1. 


Urvə ibn Zubeyr (644-713) 

2. 


Kabul Əhbar (v. 652) – əsərləri “Sirətu-İsgəndər”, “Vəfatu-Musa”, “Hədi-

su-Zilkifl”. 

3. 

Vəhb ibn Munəbbih (v.728) – “əl-Mübtəda risaləsi”; 



4. Sihab-

əz-Zühri (670-741) – “Kitabul-Məğazi”; 

5. 

İbn İshaq (704-789) – “Kitabul-Məğazi”; 



6. 

İbn Quteybə (813-889) – “Kitabul-Məğazi”; 

7. 

Əbu Hənifə Dinəvəri (v.895) – “Kitabul-Əhbarut-Tival”; 



8. 

Bəlazuri (v.897) – “Futuhul-Buldan”. 

  

Dinlər haqqında ümumi məlumat 

İnsanları  dünya  və  axirətdə  xoşbəxtliyə  çatdıran  ilahi  bir  qanuna  din 

deyilir. Dinlər başlıca olaraq üç yerə bölünür: 

1. Haqq din – 

Allah tərəfindən göndərilən, peyğəmbərlər vasitəsilə insanla-

ra bil


dirilən  və  heç  bir  dəyişikliyə  məruz  qalmayan  dindir. Bu xüsusiyyətə 

malik İslam dinidir. 

2. 

Təhrif edilmiş dinlər – Allah tərəfindən göndərilən, peyğəmbərlər vasi-



təsilə insanlara bildirilən və sonralar insanlar tərəfindən dəyişdirilən dinlərə de-

yi

lir. Xristianlıq və yəhudilik kimi. 



3. 

Batil dinlər – İnsanlar tərəfindən uydurulan və peyğəmbərlərin təbliğ et-

di

yi dinlərlə heç bir əlaqəsi olmayan dinlərə deyilir. Budduizm, Hinduizm, Şin-



toizm, Sabiilik və s. bu qəbildəndir. 

İlk  insan  olan  Hz.Adəmdən  Hz.İsaya  qədər  gələn  bütün  peyğəmbərlər 

Allahın birliyi inancını təbliğ etmiş və Allaha necə ibadət ediləcəyini öyrətmiş-

lər. Lakin bu peyğəmbərlərin təbliğ etdiyi iman əsasları və dini hökmlər zaman 

keç

dikcə  pozulmuş  və  təhrif  olmuşdur.  Bundan  sonra  Allah  son  peyğəmbər 



  


 

10 


olan Hz.Mu

həmməd (s) vasitəsilə bütün insanlara son və mükəmməl din olan 

İslamı  göndərdi.  Allah  yanında  tək  və  məqbul  olan  din  İslamdır.  Bu  həqiqət 

Allah tərəfindən Qurani-Kərimdə belə bildirilir: 



Allah qatında din, şübhəsiz 

ki, İslamdır”.

3

 

Başqa bir ayədə belə deyilir: 



Kim islamdan başqa bir din 

ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o axirətdə 

zərər çəkənlərdən olar!”.

4

 

İslam dininin hökmləri üçdür: 



1. 

İman – insan imanın əsaslarına inanmaqla mənəvi cəhətdən qidalanmış 

olur. O, bunun

la yalnış inanclardan uzaqlaşır və əsl həqiqəti dərk edir. İman iki 

yerə ayrılır: 

a) 


icmali iman, yəni kəlmeyi-şəhadət, 

b) 


təfsili-iman, yəni Allaha, peyğəmbərlərə, mələklərə, kitablara və axirətə 

ayrı-ayrılıqda inanmaqdan ibarətdir. 

2. 

Əməl – əməl insanların gördüyü işlərdir. Əməl də iki yerə bölünür:  



a) 

Allaha ibadət, b) İnsanların öz aralarındakı əlaqələri nizamlayan hökmlər. 

3. 

Əxlaq – insanlara qarşı davranış və düşüncələrimizi nizamlayan hökmlər. 



İslam dininin özəllikləri: 

1. 


İslam axırıncı dindir. 

2. 


İslam bəşəri bir dindir. 

3. 


İslam dininin hökmləri bütün insanların ehtiyaclarını yerinə yetirəcək şə-

kildə mükəmməldir. 

4. 

İslam dini özündən əvvəl Allah tərəfindən göndərilən peyğəmbərləri və 



ilahi kitabları təsdiq edir. 

5. 


İslam dini əvvəlki peyğəmbərlərin təbliğ etdiyi dinlərin fəaliyyətini da-

yan


dırmışdır. 

İslam dininə bəşərilik qazandıran özəlliklər bunlardır: 

1. 

İslam bütün insanlığa göndərilən bir dindir. 



2. 

İslam ağıl və elm dinidir. 

3. 

İslam həm dünya, həm də axirət dinidir. 



4. 

İslam dininin hökmləri asanlıqla yerinə yetirilir. 

5. 

İslamda həddi aşmaq yoxdur. 



6. 

İslam sülh və sevgi dinidir. 



 

Milli və ilahi dinlər 

İnsanlar tərəfindən uydurulan, bir qəbiləyə və  ya millətə aid olan dinlərə 

mil

li dinlər deyilir. Bu dinlərə misal olaraq Konfiyusçilik, Taoizm, Şintoizm, 



Hin

duizm, Cayniizm, Sihizm, Zərdüştlik, Sabiilik və s. qeyd edə bilərik. 

3

Ali-

İmran surəsi, ayə 19. 

4

Ali-



İmran surəsi, ayə 85. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə