Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə5/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   ...   314

  

11 


Allah  tərəfindən,  peyğəmbərlər  vasitəsilə  insanlıq  aləminə  göndərilən, 

vəhy  məhsulu  olan  dinlərə  ilahi  dinlər  deyilir.  İlahi  dinlər  üçdür:  yəhudilik, 

xristian

lıq və islam. 

Yəhudilik Musa (ə) peyğəmbərin təbliğ etdiyi dinə verilən addır. Yəhudili-

yin müqəddəs kitabı sayılan Tövrat iki yerə ayrılır: 1. Tanah-yazılı dini ədəbiy-

yat. 2. Talmud-

sözlü dini ədəbiyyat. 

Tanah özlüyündə Tora, Neviim və Ketuvim olmaqla üç yerə ayrılır. 

Tora yazılı və sözlü olaraq ikiyə ayrılır. Yazılı Tora yəhudilərə görə Yəhu-

vanın Sina dağında Musaya (ə) verdiyi kitabdır. Sözlü Tora isə yazılı Toranın 

açıqlaması olaraq nəsildən-nəslə keçir. Torada yer alan beş kitab bunlardır:  

1) 

Təkvin-yaradılış, 2)  Çıxış  –  İsrail  oğullarının  Firiondan  çəkdikləri, 



Musanın  ortaya  çıxışı  və  Misirdən  Sinaya  gedişləri  yer  alır.  3)  Levililər  –

burada kahinlər ilə yardımçılarının çadır məbədlərindəki işləri yer alır. 4) Sa-

yılar – İsrail oğullarının çöldəki həyatından bəhs edir. 5) Təsniyə – burada Mu-

sa

nın ölmədən qabaq din barəsində verdiyi öyüdlər qeyd olunur. 



2. 

Neviim (peyğəmbərlər) – bu bölmədə peyğəmbərlərdən bəhs olunur. 

3. Ketuvim – 

kitablar anlamına gələn ketuvim yəhudi müqəddəs kitabının 

üç 

bölümünü təşkil edir.  



 

Talmud (sözlü ədəbiyyat) öyrənmək anlamına gəlir və Tövratın təfsiridir. 

Tal

mud iki yerə bölünür: Mişna və Gimara. 



Mişna (təkrar edərək öyrənmək) yəhudiliyin dini, əxlaqi qanunlarını öyrə-

nir. Gimara (son olaraq gözdən keçirmə) isə Mişnanın açıqlamasıdır. Yəhudilər 

iba

dətlərini sinaqoqlarda keçirir. Yəhudilərdə dini bayramlar olduqca çoxdur: 



1) 

Roşhəşnəd – il başlanğıcı; 2) Kippur – yəhudilər kəffarə və ya tövbə hesab 

olu

nan bu gündə öz günahlarını iqrar edib oruc tutur və Allahdan bağışlanma 



di

ləyirlər. 3) Sukkot – səkkiz gün davam edən bu bayramda yəhudilərin Musa-

nın zamanında səhrada yaşadıqları dövrü xatırlanır. 4) Fisəh – bu bayram Mi-

sir


dən köçməni xatırladır, mart və apreldə qeyd olunan qurbanlıq mərasimidir. 

5) 


Şavut – Allaha un hədiyyə etməklə keçirilən bu bayram ilahi nemətlərə şükr 

etmək və əkinçilik mərasiminin xatırlanmasıdır. 6) Hənukəh – bu bayram Me-

ka

birun  məbədində  yunanlarla  müharibə  zamanında  qalan  yeganə  çırağın  bir 



gün

lük yağa malik olduğu halda səkkiz gün yanmasını canlandırır. 7) Purim –

bu ibrani peyğəmbərlərindən olan Əstərin əli ilə miladdan beş əsr əvvəl baş ve-

rən möcüzəni xatırladır. 8) Simha Tora – Tövratın xətim bayramıdır. 

Müqəddəs kitabı İncil olan xristianlıq Hz.İsanın (ə) təbliğ etdiyi dinə veri-

lən addır. Hal-hazırda dörd İncil mövcuddur: Matta, Markos, Luka, Yuhanna. 

Xris

tianlarda  ibadət  kilsələrdə  camaatla  papanın  nəzarəti  altında  keçirilir  və 



sim

volu xaçdır. İbadətlər günlük, həftəlik və illikdir. 1) Noel – İsanın doğuşu, 

2) Epifani – 

İsanın üzə çıxması, 3) Pasxa – İsanın dirilməsi, 4) Məryəm günü –

Məryəmin günahsızlığını başa salır. 

 

 

  



 

12 


Müqəddəs kitablara iman 

İmanın beş şərtindən üçüncüsünü Allahın kitablarına inanmaq təşkil edir. 

Allah  qullarına  peyğəmbərlər  vasitəsilə  kitablar  göndərmişdir.  Bu  kitablarda 

Allahın əmr və qadağaları, dünya və axirətdə xoşbəxt olmağın yolları göstəril-

mişdir. Müsəlmanlar Allah tərəfindən peyğəmbərlərə göndərilən kitabların ha-

mısına inanır. Lakin Qurani-Kərimdən başqa digər ilahi kitabların sonradan in-

san

lar  tərəfindən  dəyişildiyi  bilindiyi  üçün  müsəlmanlar  bu  kitabların  indiki 



şəklinə  yox,  vaxtilə  peyğəmbərlərə  göndərilən  dəyişilməmiş  şəklinə  inanır. 

Allah tərəfindən aşağıdakı peyğəmbərlərə dörd böyük kitab göndərilmişdir: 

1. Hz.Musaya 

(ə) Tövrat 

2. Hz.Davuda 



(ə) Zəbur 

3. Hz.


İsaya (ə) İncil 

4. Hz.


Muhəmmədə (s) Qurani-Kərim. 

Bu kitablardan başqa Allah tərəfindən bəzi peyğəmbərlərə səhifələr (suhuf) 

gön

dərilmişdir.  Bu  səhifələrdə  də  Allahın  birliyindən,  cənnət  və  cəhənnəmin 



haqq olduğundan danışılır. Suhuf verilən peyğəmbərlər bunlardır: 

1. Hz.


Adəmə (ə) 10 səhifə 

2. Hz.


Şisə (ə) 50 səhifə 

3. Hz.


İdrisə (ə) 30 səhifə 

4. Hz.


İbrahimə (ə) 10 səhifə. 

Bəzi  mənbələrin  qeyd  etdiyinə  görə  Hz.Nuha  (ə)  da 20  səhifə  göndəril-

mişdir. 

 

Peyğəmbərlərə iman 

İmanın  beş  şərtindən  dördüncüsünü  peyğəmbərlərə  inanmaq  təşkil  edir. 

Pey


ğəmbərlik Allahla insanlar arasında bir elçilik vəzifəsidir. Allah bu vəzifə-

yə layiq olan ən yaxşı qullarını seçir. Peyğəmbərlər insanlara yol göstərici kimi 

gön

dərilmişdir. Çünki, insanlar öz ağılları ilə Allahin varlığını başa düşsələr də 



Onun yüksək sifətlərini qavraya bilməzlər. Peygəmbərlər düzgün bir şəkildə in-

san


lara  Allahı  tanıtmış,  onlara  inanc  əsaslarını,  ibadət  şəkillərini  öyrətmişlər. 

On

lar dini hökmləri və gözəl əxlaqi prinsipləri açıqlamış, özləri də söylədiklə-



ri

ni yerinə yetirərək insanlara nümunə olmuşlar. Peyğəmbərlərə məxsus sifətlər 

bun

lardır: 


1. Sidq – 

düzgünlük deməkdir. Peyğəmbərlər əsla yalan söyləməzlər, oldu 

de

dikləri olmuş, olacaq dedikləri də zamanı gəldikdə mütləq olacaq. 



2. 

Əmanət – etibarlı olmaq deməkdir 

3. 

Fətanət – ağıllı və ayıq olmaq 



4. 

İsmət – günahsızlıq 

5. 

Təbliğ – çatdırmaq, açıqlamaq 



Allah  tərəfindən  yer  üzünə  124  min  peyğəmbər  göndərilmişdir.  Əbuzər 

Ğəffari deyir: “Dedim: Ey Allahın Rəsulu! Peyğəmbərlər nə qədərdir? Həzrət 

buyurdu:  “Yüz  iyirmi  dörd  min”.  Dedim:  Onlardan  neçə  nəfər  mürsəldir? 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə