19
Pey
ğəmbərə (s) risalət verildikdən sonra Əbu Ləhəb Hz.Peyğəmbərə (s) əzab
ver
mək üçün onun qızlarını boşatdırmışdır. Bununla da sakitləşməyən Əbu
Ləhəb daim Allah Rəsulunu izləyir, ona insanlar arasında Allahın əmrlərini
açıqlamağa imkan vermirdi. Əbu Ləhəbin arvadı Ümmü Cəmil də Hz.Peyğəm-
bərin (s) getdiyi yollara tikan düzməklə bərabər Allah Rəsulunun başına zibil
tö
kərdi. Əl-Hicr surəsinin 94-95-ci ayələrinin nazil olmasından sonra Allahın
Rəsulu Səfa təpəsinə çıxaraq insanları Allahın dininə dəvət etmək istədikdə
Əbu Ləhəb Hz.Peyğəmbərə (s) qarşı çıxaraq ona daş atmışdır. Bu zaman Allah
q
atından Qurani-Kərimin Məsəd (Təbbət) surəsi nazil olmuş və Əbu Ləhəb ilə
arvadının cəhənnəm əhli olduğu bildirilmişdir.
Hz.Peyğəmbərin (s) həyatı
Hz.
Peyğəmbər (s) Amul-fil ilindən iki ay sonra, miladi tarixi ilə 570-ci il
əhli-sünnəyə görə rəbiül-əvvəl ayının 12-si, əhli-şiəyə görə isə rəbiül-əvvəl ayı-
nın 17-də Məkkədə dünyaya gəlmişdir. Atası Abdullah ibn Əbdülmüttəlib, ana-
sı isə Aminə binti Vəhbdir. Hz.Muhəmmədin (s) atası Abdullah Aminə ilə
evləndikdən bir neçə ay sonra ticarət üçün Suriyaya getmiş və geri dönərkən
yolda xəstələnib vəfat etmişdir.
10
Atası Abdullahın vəfatından üç ay sonra dünyaya gələn Hz.Peyğəmbər (s)
doğma anası Aminədən cəmi üç gün süd əmdi. Bundan sonra isə islami
mənbələrə görə iki xanım Subiyə və Həlimə adlı şəxslər Hz.Məhəmmədə (s)
süd vermişlər.
Hz. Peyğəmbərin (s) əmisi Əbu Ləhəbin kənizi olan Subiyə həzrətə dörd
ay süd vermişdir. İslami mənbələrə görə Subiyə həmçinin Hz. Peyğəmbərin (s)
əmisi Hz. Həmzəyə də süd vermişdir.
11
Subiyənin bu yaxşılığını unutmayan
Hz. Peyğəmbər (s) onu alıb azad etmək istəsə də əmisi Əbu Ləhəb razı
olmamışdır.
Bəni-Əsəd qəbilənsindən olan Həlimə binti Əbu Züeyb Hz. Peyğəmbərə
(s) süd verən ikinci xanımdır. Tarixi mənbələrə görə Hz. Peyğəmbər (s)
təxminən beş il Bəni Səd qəbiləsində qalır. Bu müddət ərzində Həlimə Hz.
Peyğəmbəri (s) iki, ya da üç dəfə anası Aminəni ziyarətə gətirir. İlk dəfə
südəmərlik dövrü başa çatdıqdan sonra onu Məkkəyə gətirən Həlimə, bir neçə
gündən sonra yenidən özü ilə Bəni Səd qəbiləsinə qaytarır. Hz. Peyğəmbərin
(s) ikinci dəfə Məkkəyə gətirilməsinə səbəb Həbəşistan ruhanilərinin Bəni-Səd
qəbiləsinə gəlmələri olmuşdur. Onlar Hz. İsadan (ə) sonra gələcək sonuncu
peyğəmbərin nişanələrini Hz. Peyğəmbərdə (s) gördükdə onu özləri ilə
Həbəşistana aparmaq istəmişlər.
12
Beş ildən sonra Həlimə xanım Hz.
10
Möhsin əl-Əmin, Əyanuş-şiə, I cild, səh-218; İbn Səd, Təbəqat, I cild, səh-99-100
11
Cəfər Sübhani, Həzrət Muhəmməd, səh-97
12
Həmin mənbə, səh-102
20
Peyğəmbəri (s) Məkkəyə gətirərək anası Aminəyə qaytarır. Anasına qovuşan
Hz. Peyğəmbər (s) anası ilə birlikdə babası Əbdülmüttəlibin himayəsinsində
yaşamağa başlayır.
13
Bir müddət sonra vəfat etmiş əri Abdullahın qəbrini və qohumlarını ziyarət
etmək məqsədilə Əbdülmüttəlibdən icazə alan Aminə Hz. Peyğəmbəri (s) və
köməkçisi Ümmü Əyməni də götürərək Yəsribə (Mədinəyə) səfər edir. Lakin
bu səfər Hz. Peyğəmbərin (s) yaddaşında acı xatirələrlə qalır. Çünki bu səfərdə
Hz.
Peyğəmbər (s) atası Abdullahın qəbrini və dayılarını ziyarət edib geri
qayıdarkən Əbva adlı məntəqədə anası Aminəni də itirir. Beləliklə, Hz.
Peyğəmbər (s) altı yaşında olarkən hər iki valideynini itirmiş olur. Ümmü
Əymənin köməkliyi ilə Məkkəyə gəlib çatan Hz. Peyğəmbər (s) altı yaşından
səkkiz yaşınadək babası Əbdülmüttəlibin himayəsində yaşamağa başlayır.
Miladi tarixi ilə 578-ci ildə babası Əbdülmüttəlibi də itirən Hz. Peyğəmbər
(s) səkkiz yaşından əlli yaşınadək əmisi Əbu Talibin himayəsində yaşamışdır.
Bu illər Hz. Peyğəmbərin (s) həyatında əlamətdar hadisələrlə doludur.
Tarixi mənbələrə görə Hz. Peyğəmbər (s) on beş və ya iyirmi yaşında
olarkən Qureyş və Həvazin qəbilələri arasında baş verən Ficar döyüşündə
iştirak etmişdir. Lakin bu döyüşdə Hz. Peyğəmbər (s) tərəfindən kimsə
öldürülməmişdir. Ümumiyyətlə islamiyyətdən əvvəl ərəblərin tarixində dörd
Ficar döyüşü baş vermişdir və bu döyüşlərin yalnız sonuncusunda Hz.
Peyğəmbər (s) iştirak etmişdir. Bu döyüşlər haram aylarda baş verdiyindən
belə adlanmışdır.
14
Gənclik yaşlarında olarkən Hz. Peyğəmbərin (s) həyatında baş verən
önəmli hadisələrdən biri də “Hilful-Füzul” adlı ittifaqın bağlanmasıdır. İbn
Əsirə görə ittifaqı bağlayanların hər üçünün adı Fəzl olduğu üçün bu ittifaq
belə adlanmışdır.
Qureyşlilərin də bir-biri ilə bağladığı ittifaqın məzmunu eyni olduğundan,
o da Hilful-
Fizul adlandırılmışdır. Məzlumların hüquqlarının qorunmasına
xidmət edən bu mərasimdə Hz. Peyğəmbər (s) da iştirak etmişdir. Sonralar
Həzrət (s) bu ittifaq barəsində belə buyurmuşdur: “Abdullah ibn Cədanın
evində bağlanmış ittifaqa məni indi də dəvət etsələr, yenə qəbul edərəm.”
Əmisi Əbu Talibin himayəsi altında boya-başa çatan Hz. Peyğəmbər (s)
uşaqlıq illərində çobanlıq etmiş, yeniyetmə yaşlarına dolduqda isə əmisi Əbu
Taliblə birlikdə ticarətlə məşğul olmuşdur. Yalanla arası olmayan, əmanətə
xəyanət etməyən Hz. Peyğəmbər (s) hələ iyirmi yaşına yetməmiş Məkkədə
“Əmin” ləqəbi ilə məşhurlaşmışdı. İyirmi beş yaşına çatan zaman əmisi Əbu
Talibin məsləhətilə Əsəd qəbiləsindən olan Xədicə bint Xuveylid adlı zəngin
bir qadının ticarət karvanına qoşulan Hz. Peyğəmbər (s) Şama yola düşdü. Bu
13
Sireyi ibn Hişam, I cild, səh-167
14
Cəfər Sübhani, Həzrət Məhəmməd, səh-112-113; Tarixi ibn Əsir, I cild, səh-358-359; Sireyi
ibn Hişam, I cild, səh-184-187.