Şair Zəlimxan Yaqub-65



Yüklə 78,72 Kb.
tarix23.01.2018
ölçüsü78,72 Kb.
#21893



AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi


http://bakuinfo.az/file/pic/news/1374904218_zelimxan-yaqub.jpg
Sazın-sözün vəhdətini yaradan

şair

Zəlimxan Yaqub-65


(Metodiki vəsait)

Zaqatala-2015

AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsi


Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodika və biblioqrafiya şöbəsi
Zəlimxan Yaqub-65
(Metodiki vəsait)

Zaqatala-2015

Tərtib edən : 1.Gülnar Abdullayeva-Metodika və biblioqrafiya şöbəsinin müdiri

Redaktor: G.Məmmədova- MKS-nin direktoru

Tərtib edəni: G. Abdullayeva – Zaqatala 2015 - 16 -səh

N. Gəncəvi adına Mərkəzi kitabxana-2015

Sazın sözün vəhdətini yaradan şair”

Ərənlər, ulu kəslər səf çəkərək düzülüb.

Qabaqca peygəmbərlər, sonra şairlər gəlir

Nizami Gəncəvi

I hissə

Həyat və yaradıcılığı.



Yaqubov Zəlimxan Yusif oğlu,1950 ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra S.M. Kirov adına ADU -nin kitabxanaçılıq fakultəsində təhsiı almışdır.Ədəb ifəaliyyətinə 1966-cı ildə“ Qələbə bayragı” rayon qazetində Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan fəal yaradıcılıqla məşgul olmuşdur. Ə. Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.1983 cü ildən Yazıçılar İttifaqının üzvüdur. 1995-ci ildə Məmməd Araz ədəbi mükafatı, “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun” kitablarına görə isə H.Z. Tagıyev adına mükafata layiq görülüb. “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” Ordeni ilə təltif edilmişdir.2008-ci il avqust ayının 29 da Azərbaycan aşıqlarının V-ci qurultayında Azərbaycan aşıqlar birliyinin sədri seçilib.

2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illər Çində,SəudiyyƏrəbistanında,Almaniyada,Amerikada, İsveçdə, İsveçrədə, Qırgızıstanda, Türkiyədə, Fransada və İranda səfərdə olub. Yaradıcılığı bütöv Azərbaycan, bütöv Türk dünyası tərəfindən sevilən, ümumxalq məhəbbəti qazanan xalq şairi Z.Yaqubun Azərbaycan poeziyasının əsrlərin yaddaşlarından süzülüb gələn ahəngini modem şerdə öz əksini tapmasında da rolu çox böyük və hətta əvəzolunmazdır.

-3-

Onun ümummilli liderHeydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Əbədiyyət dastanı” Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraqklassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşamaq hüququ qazanıb.



Xalq şairi Z.Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hidmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ildə 21 yanvar 2010-cu il tarixdə xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə “Şərəf ”ordeninə layiq görülüb.

Şairin özünəməxsusluğu, onun şerlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür.

Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var. Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı təkrarolunmazdır, bənzərsizdir.

Nə alim doğuldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Doğulan günümdən ölən günümə.

Xalq şairi Zəlimxan üçün kitabxana müqəddəs bir yerdir. Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir:

“Qələm mənim üçün Allahın danışan dilidir”

Sənət və şəxsiyyət zirvəsinə ucalan, “ocaq bizim, pir bizim, qıfıl bizim, açar bizim, hikmət bizim, sirr bizim deyən” Azərbaycan tarixindən, mənəviyyatının zənginliyindən xəbər verən şerləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır.

-4-


Bu gözəlliyin, məhəbbətin ünvanı isə müxtəlifdir. Bəlkə dünyanın cənnət məkan diyarı olan Azərbaycanı özü üçün vətən seçən, Şuşasızlıqdan, qürbət həsrətindən bağrı qübar bağlayan, alışan,

yanan, bənzərsiz Xan, Bülbüldür şairə ilham verən...

“Yaşın nə fərqi var ki”... sözləri elə bil poeziya ümmanından güc alan Zəlimxan yaradıcılıgı üçün nəzərdə tutulub. Çünki, əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin,Vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edir.Ən başlıcası isə başqalarından fərqli olaraq etiraf etməyi bacarır.

Tanrının bəxş etdiyi ömür payının altıncı on illiyini arxada qoyan şair yara-dıcılığının intibah dövrünü yaşasa da hələ ürəyi doludur, deyilməmiş nə qədər sözü var.

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar

söyləyən Z. Yaqub el sənətinin qüdrətini çox şerlərində vəsf edib. Sazın, sözün vəhdətindən qaynaqlanan şerləri xalqın dillər əzbəri olmuşdur.

Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya gözəllərin var olsun.

Z.Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir. Həmişə olduğu kimi bu gün də oxucular onun şerlərini sevə-sevə oxuyurlar.

Sənin nə ki, sazın-sözün, özün də,

Şeirsən, məna var hər bir sözündə.

Hacı Saləddin

Z. Yaqub sözü eldən güc, seldən qanad alır:

-5-

Keçilməz dərələr keçilməsəydi,



Aşılmaz zirvələr aşılmasaydı,

Yeldən qanad açıb, seldən güc alıb

Ruhum küləklərə qovuşmasaydı,

Mən hardan bilərdim şairlik nədir?

Z.Yaqub Azərbaycan poeziyasında heyrət duygusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:

Heyrət ilə qeyrəti yoğurdular yapdılar.

Və ölümlü dünyada bir ölməzlik tapdılar.

Bu gün hər bir Azərbaycanlı kimi Z. Yaqub da ruhunu bir məqam üstündə kökləyir:

Azərbaycanın ərazi büyövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız rahat, firavan yaşasın.

Biz bütün kitabxana işçiləri Xalq şairimiz Z. Yaquba can sağlığı arzulayırıq, deyirik ki, ulu ozan, qopuzunuzla, sazlı-sözlü çələnginizlə həmişə, hər bir elin, obanın sevimlisi olaraq qalacaqsınız, ürəklərdə yeriniz var.



II Hissə. Zəlimxan Yaqub yaradıcılıgının kitabxanalarda təbligi və 65 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlər:

Xalq şairi Z. Yaqubun anadan olmasının 65 illik yubileyi ilə bağlı bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçirilməkdədir. Bu tədbirlərə oxucu konfransı, kitab təqdimatı, sual-cavab gecəsi, dəyirmi masa, şer gecəsi, ədəbi-bədii gecəni misal gətirmək olar. Kitabxanada tərtib olunmuş sərgiləri kitabxananın güzgüsü hesab etmək olar. Hər kitabxanada şairin həyat və yaradıcılığından bəhs edən zəngin sərgilər tərtib etmək olar. Sərgidə şairin seçilmiş əsərləri, ayrı-ayrı əsərləri, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qazet-jurnal məqalələrindən istifadə etmək olar. Sərgiyə belə başlıqlar vermək olar:

-6-

1. Zəlimxan yaqub --- 65



2. Xalqın sevimli şairi

3. Allahın istedadla təltif etdiyi şair

4. Sazla, sözlə çaglayan, daşan şair və s.

Tərtib olunmuş sərgidə veriləcək sitatlar:

“Ömrüm boyu pərəstiş etdiyim şəxslər müəllimlərdir,

bir də kitabxanaçılar olub”

Z. Yaqub

“Zəlimxanın şerləri, əsasən xalqımızın həyat, məişət ənənələrindən

onun yaradıcılığından, şer dilindən qidalanır”

Osman Sarıvəlli

“Azərbaycan bir nəğmədir, sözü mənim ürəyimdə,

Eşqi uca zirvələrdə, özü mənim ürəyimdə”

Z. Yaqub

“Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli

nümayəndələrindən biridir. Xəlil Rza Ulutürk.

Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də icmaldır.

-7-

Şairin maraqlı əsərlərindən birini seçib onun haqqında ətraflı məlumat verilir.



Sonra həmin əsər üzrə müzakirə keçirilir. İcmalın məqsədi həmin əsərə, bütövlükdə şairin yaradıcılığına qarşı marağı artırmaqdır.

“Od aldığım ocaqlar” əsərinin qısa icmalını veririk:

Bu əsər oxucunun xəyalını Qarabağın yaşıl düzlərinə, Şahdağının qızıl darağlı,

əbədi qarlı zirvəsinə çəkib aparır. Bu vətən məhəbbəti bizi kövrək bənövşələr,

təzə yarpaqlanmış söyüd ağacları, moruq kolları ilə bəzənmış ucsuz- bucaqsız

yollara aparır, dogmalarımızın izlərində dolaşırıq, illərin arxasından əks-sədasını

eşidirik. Həm də Azərbaycan torpağından bir ovuc aparıb, göz yaşları ilə isladıb,

qürbət eldə qəbir torpagına qatdığımız itginləri, müharibənin qurbanı olmuş igidlərimizi, ana-bacılarımızı düşünürük.

Gülə bilməz nəsillərin üzünə,

Quru yerin astarı nə üzü nə,

Düz istərəm Qarabagın düzünə,

Dag istərəm Şah dagına bənzəyə.

Əziz oxucular bu əsəri oxumagı sizə tövsiyə edirik.

Kitabxanalarda Z. Yaqubun seçilmiş əsərlərindən, orta və böyük yaş qurup “Gözəl dünya, gözəllərin var olsun” adlı poeziya gecəsi keçirmək olar. Poeziya gecəsində şairin sözlərinə yazılmiş mahnılar səsləndirilməlidir. Şair haqqında yazıçılar, ədəbiyyatşünaslar, şairlər öz ürək sözlərini söyləyə bilər. Eyni zamanda yuxarı sinif şagirdləri, kitabxananın fəal oxucuları şairin şerlərindən əzbər söyləyə bilərlər.

-8-

Z. Yaqub vətənə, xalqa torpağa və insanlara bağlı məhəbbət şairidir.O, ürəyi yandıqca qələminə əl atır. Onun “Görüş” şerində oxuyuruq:



“Z. Yaqubun poeziya çələngi”

“Parlaq istedad şahibi”

“Poeziya gülşənində sazla, sözlə gəzən şair”

“Saz həvəsli,yaz nəfəsli sənətkar”və s.

Ədəbi-bədii gecəyə məktəblilər, müəllimlər, şair və yazıçılar, kitabxananın fəal oxucuları və s. oxucu quruplarını dəvət etmək olar.

Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik:

Ötmədi mənasız, hədər bir anım,

Odlu duygularla qaynadı qanım,

Sevgidən kərəmtək alışdı canım,

Sevənlər baş əydi külümün üstə.

Poeziya gecəsində məktəblilər, kitabxananın fəal oxucuları şairin bir neçə şerlərini

əzbər söyləyə bilər.

Kitabxanalarda keçirilən ən maraqlı, çox oxucu cəlb olunan tədbirlərdən biri də ədəbi-bədii gecədir. Bu tədbiri müxtəlif başlıqlar altında keçirmək olar:

“ Poeziya gülşənində sazla, sözlə gəzən şair”

(ədəbi-bədii gecə)

I Aparıcı: Xalq şairi Z. Yaqubun anadan olmasının 65 illik yubileyi

-9-

ilə baglı olaraq keçirilən ədəbi-bədii gecənin qonaqlarını və



bütün tədbir iştirakçılarını salamlayıq:

Z. Yaqub bütün Azərbaycan xalqı, böyük türk dünyası tərəfindən sevilən-seçilən sənətkardır. O, xalqımızın böyük sevgisini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla şeirlərinə gətirməyi yaxşı bacarır.

Yurduna, yuvasına, ana südü, ata sümüyü ilə bağlı şairin əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə səslənməkdədir :

Otum bitib suyum axmaz dünyada

Düçar olsam nifrətinə bu xalqın.

II Aparıcı

Hər bir şair öz zəmanəsində yazdıqları ilə insanların qəlbinə yol taparaq, özünü hər kəsə sevdirərək,onlar tərəfindən qəbul olunmurlar, bu baxımdan Z. Yaqub

çox xoşbəxt sənətkardır. Çünki o, öz sənətkarlıgı ilə təkcə Azərbaycanda yox, bütün türkdilli ölkələrdə insanların sevimlisidir. Şairin mayası sazla, sözlə yog-rulub. Sazın bağrından qopan odu, alovu, tellərindən süzülən zümzüməni onun şerlərindən eşitmək olar.

Zəlimxan sazla baş-başa verib pıçıldaşanda adama elə gəlir ki, iki şer vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hayına, dadına çatır.

Saz yaşayır zillər, bəmlər içində,

Ötən çaglar, gələn dəmlər içində,

Bir aləmdi, bu aləmlər içində,

Bizdən sonra qalana bax, qalana.

-10-


Bu arada bir saz havası dinlənilir.

I Aparıcı:

Çaldığı sazın təranəsi, oxuduğu şeirin hikməti, dayandığı xitabət kürsüsünün ədalətli səsi, elin, obanın qeyrətidir Zəlimxan Yaqub. Onda olan aşiqlik qüdrəti, şairlik gücü,vətənpərvərlik hissi yaşayıb-yaratmaqda daim şairin yardımçısı olur.

Həyatın yolları yayla qış kimi

İstidi, bürküdü, borandı, qardı

Mənim taleyimi, gələcəyimi

Düşünə- düşünə saçın agardı

Bu misralarda atanın övladı yolunda əzab ,əziyyətindən, ən əsası onun gələcəyi haqqında,daşınıb, düşünməsindən atanın balasına məhəbbətindən, qaygısından, ağaran saçlarından söz açılır.

Oğul da atanın çəkdiyi əməyin əvəzində deyir:

Necə saçlarını ağartmışamsa,

Elə də üzünü ağardacağam.

Üz ağardan övladlar doğma vətənin baş tacıdır.

II Aparıcı:

Vaxtı ilə təbiət vurğunu olan ulu sənətkarımız Aşıq Ələsgərin ”Ölsün Ələsgərtək qulların dağlar” misrası dövrümüzün o tay, bu tay adlı dərdində xalq şairi Zəlimxanın könül nəğməsində başqa bir məna kəsb edir:

Sənin ki, dərdin var

bir Təbriz qədər,

Niyə yaşayırsan öl,

ay Zəlimxan

-11-

Bu misralar xalqın kədər yükündən doğan və qəlbindən gələn haraydır. O, nə şəhid qəbirlərinin artmasına dözə bilir, nə şəhid analarının fəryadına, nə də vətən torpağının düşmən tərəfindən tapdalan-masına:



Yagıları yurda qoysa bu millət,

Torpagını darda qoysa bu millət

Qanımızı yerdə qoysa bu millət

Mən bu xalqa yön çevirən deyiləm.

I Apaıcı:

Şairin məhəbbət mövzusunda yazdığı şeirlər içərisində özünəməxsus yer tutan, parlaq lirizmi ilə seçilən, özünün də etiraf etdiyi kimi, ən çox sevdiyi

“Bu yaşıl ağacın altı bizimdir” şeridir.

Kök üstə budağı neçədi bildim,

Budaqda yarpağı neçədi bildim,

Salxımı, saçağı neçədi bildim,

Bu yaşıl ağacın altı bizimdi.

Bu sevgi, bu layla bu beşik bizim

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdir.

II Aparıcı:

Ana təbiətə vurğunluq, doğma ənənəvi olaraq Z. Yaqub poeziyasında öncül yerlərdən birini

-12-


yurda tükənməz sevgi motivləri tutur və onun yaradıcılıgının ana xəttini təşkil edir. Bu yerdə iki məktəbli səhnəyə daxil olur.

I.Məktəbli: Aran da, yaylaq da doğmadır mənə

Qəlbimi dağlara verməsəm ölləm,

Yazda çiyələyi, yayda yarpızı,

Payızda moruğu dərməsəm ölləm.

Hər kimin qar düşsə yayda yadına,

Vüqarlı zirvələr çatar dadına,

Bizim o dağların ölməz adına,

Şeirdən bir çələng hörməsəm ölləm.

Tədbirin bu yerində şairin sözlərinə yazılmış bir mahnı dinlənilir.

II Məktəbli: Ruhumun təbiətlə yaman tutur söhbəti

Hara uçub qonursa can deyib can eşidir,

Səsi eşidilməyən qarışqa səsini də,eşidir,

Ürəkdə tellər duyur, damarda qan eşidir,

Azadlıq ağrısını,qovğalar çəkən başın,

Təbiətdi məlhəmi ağlın, ruhun, yaddaşın

Ruhum hopur canına, dağın, qayanın, daşın,

Bir Zəlimxan can deyir, min Zəlimxan eşidir

-13-

I Aparıcı:



Zəlimxan Yaqub həm də rəssamdır. “danışığı təbiətin dilidir” Özü də rəssamların çəkə bilmədiklərini çəkir. Məs.baharın bir-birindən gözəl əlamətləri var, düşünürsən ki, bütün dövrlərdə, şairlərin, ustad aşıqların diqqət mərkəzində olan bu mövzuda yeni sözmü demək olar? Lakin Zəlimxan deyir, özü də gör necə deyir:

Açılıb dağların çatılan qaşı,

Sevincdən süzülür gözümün yaşı.

Zəlimxan Yaqubun deyimi bənzərsizlər içində bənzərsizdir.

II Aparıc: Bəli, bütün poeziyası elin, obanın, məmləkətin daşından,

insanın ürəyinə bulaq suyu kimi yayılır, qanını coş-

durur. Hansısa bir gözələ üz tutanda deyir:

Belə gülü hər gülüstan bitirməz,

gülündən,agacından da, otundan- suyundan da,havasından- şehindən də, küləyindən- tufanından da, qızından-oğlundan da nə yazır-yazsın, hamısının mayasında işıq var, həyat eşqi var, ona görə də Zəlimzan Yaqubun qoşmaları, gəraylıları, təcnisləri, poemaları, dastanları, bir sözlə yazdıgı nə varsa

Hər torpaq da bu neməti bitirməz.

Zəlimxansız dünya bir şey itirməz,

Allah səni pənahında saxlasın.

Və yaxud Qarabağ nisgilimizi yazanda Koroğlu tək nərə çəkərək, hər kəsi ayaga qalxmağa səsləyir

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayıydı, Xan ağlayırdı,

-14-


Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı.

I Aparıcı:

Əziz qonaqlar gecəmizi bir saz havası ilə bitiririk, sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı, yeni - yeni yaradıcılıq uğurları, bahar ətirli şerlərinin davamını yazmağı arzulayırıq. Arzu edirik ki, şəhərimizin bütün kitabxanalarında belə gecələr keçirilsin,şair və yazıçılarımız həmişə oxucular tərəfindən sevilsin, unudularaq yaddaşlardan silinməsinlər.

son

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi tərəfindən hazırlanmış ədəbiyyat siyahısını sizə təqdim edirik.



Kitabları

1.Zəlimxan yaqub. Seçilmiş əsərləri. II cilddə. I cild-Bakı,

“Şərq-Qərb”, 2006-248 Səh.

2.Zəlimxan Yaqub. Seçilmiş əsərləri II cilddə. I cild-Bakı,“Şərq-Qərb” 2006-288 Səh.

3.Zəlimxan Yaqub Ziyarətin qəbul olsun.

şerlər və poemalar.

4. Bakı, Zəlimxan yaqub. Bir əli torpaqda, bir əli haqda.

B.Azərbaycan Bakı, “Azərbaycan” nəşriyyatı 1997- 488 Səh.

-15-

Gənclik 1991. 232 Səh.



İnternetdə:

www.google. az.

3.Zəlimxan Yaqub. Azərbaycan yazıçıları(Ensklopedik məlumat

4.Zəlimxan Yaqub Yolun eldən başlanıb.

Bakı, Yazıçı 1981. 71 Səh.

5.Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq

Bakı, Yazıçı, 1989-192 Səh.

6.ZəlimxanYaqub Peyğəmbər(poema)

1. Z. Yaqub. Seçilmiş əsərləri I-ci cild.

2. Z. Yaqub. Seçilmiş əsərləri II cild

3. Z. Yaqub. Ziyarətin qəbul olsun.

4. Z. Yaqub. Bir əli torpaqda.

5. Z. Yaqub. Biz bir eşqin butasıyıq.

6. Z. Yaqub. Yolum eldən başlanır



-16-
Yüklə 78,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə