Sairler indd


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   ...   21

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
5
mane olan cəhətlərdir. Unutmaq olmaz ki, sənət  əsəri bütün əlavə “bər-
bəzək” dən təmizlənib təkcə milliliyində, təbiiliyində qalarsa, bu onun 
uzunömürlü olmasına yetər. Sənətçi istedad baxımından kamil olmasa 
belə, sənətinin milli aspekti ilə  əbədiyaşarlıq qazana bilər. V.Q.Belinski 
xəlqilikdən məhrum istedadlı  şairi öncə gur qol-budaq atıb göyərən, 
lakin kökü dərinlərə  işlə mə diyindən tezliklə quruyan ağaca bənzədirdi. 
Buna görə  xəlqilik, millilik dahilikdir. Dahilərin hamısı milliliyi əsər-
lərinin ruhuna, onun ideyasına, məzmununa, bədii içəriyinə hopdura 
bildikləri üçün dahidirlər. V.Hüqonun bütün yazdıqları bizə fransız ru-
hunu, fransız təfəkkürünü tanıdır; L.Tolstoyun əsərləri rus xa rakterini 
canlandırır; F.Dostoyevski rus aydınının qartal baxış ları ilə  həqiqəti 
cilalayır; T.Şevçenkonun yara dı cılığında ukray nalının ürəyini görürük, 
Ç.Aytmatovun yarat dıqları  qırğız hə yatının ensik lopediyasıdır və s... 
Müxtəlif vaxtlarda və fərqli millətlərin Nobel ödülçülərinə bu yüksək 
ödülün hansı səbəblərə görə verildiyini araşdırdıqda bir həqiqət üzə çıxır 
ki, yazıçıların böyük əksəriyyəti milli ruhu, milli xarakteri əsərlərində 
dürüst ifadə etdikləri üçün bu ödülü alıblar. Yaponiyanın ilk Nobel 
ödülçüsü Kavabata Ya 
sunariyə ödül məhz “yapon şüurunu, varlığını 
çatdıran yazıçılıq us talığına görə” verilib (1968-ci ildə)... 
Burada önəmli bir faktı qeyd etmək lazımdır: Yaponiya ye ganə ölkədir 
ki, yüzillərlə öz qapılarını yadellilərə, eləcə də, Av ropaya bağlı saxlayıb. 
XIX yüzildə baş verən Meyci in qilabına qədər yaponların digər millətlərlə 
heç bir ilişkisi ol mayıb. Burada başlıca məqsəd millətin varlığını, onun ta-
rixini, dilini, mədəniyyətini, ədəbiyyatını və s. yadelli təzyiq lərdən, təsir-
lər dən qorumaq idi. Bu gün dünyada yaponlar qədər öz milliliyini qoruyub 
saxlayan, orijinallığı, özünə məx susluğu ilə seçilən ikinci bir millət yoxdur. 
XIX yüzildən başlayaraq başqa mə dəniyyətlərə inteqrasiya, eləcə  də 
Av ropayla  hərtərəfli iliş kilər yaponlardan heç nə qoparıb ala bilmədi, 
yüzillərlə möh kəmlənən yapon milli təfəkküründən heç nə  əskilmədi, 
əksinə bu inteqrasiya onların yaşamına yeni bir rəng qatdı. Diqqət edin, bu 
inteqrasiya yaponları dəyişdirmədi, onların fikrini kökündən təzələmədi, 
məhz düşüncələrinə rəng qatdı. 
Bu gün kü yaradıcı gəncliyi məhz bu səviyyədə milliliyə səsləmək la-
zımdır. Qoy azərbaycanlı bir rəssamın, musiqiçinin, yazıçının  əsəri ilə 
tanış olanda, onun mahiyyətində bütöv Azərbaycan görünsün, bizim çox 
zəngin milli xarakterimiz burada öz əksini tapsın..! Axı bizim Vətənimiz 
yüzillərlə yadelli işğallara məruz qala-qala, başqa millətlərin təsirində 


SƏS... SÖZ... RƏNG...
6
ola-ola öz milli kimliyini yaşada bilib; dilini, ədəbiyyatını, musiqisini 
göz bəbəyi kimi qoruyub. Bu anlamda, ərəblərin, farsların, monqolların, 
rusların və b. millətlərin yüzillərlə  işğalı altında qalan millətimiz milli 
varlığını məhv olmağa qoyma yıbsa, onun milli mədəniyyətini yaşadığımız 
müstəqillik döv ründə qoruyub yaşatmaq heç də mürəkkəb iş deyil. 
DGTYB  ədəbi təşkilatdır, amma onun incəsənətin digər sahələri 
ilə  ədəbiyyatı  vəhdətdə götürən bir layihəyə imza atması sevindirici, 
qürurvericidir. 
Çalışmaları ilə Türk Dün yasında nüfuz qazanan DGTYB mənsublarının 
fədakar əməyi sayəsində ərsəyə gələn belə təd birlərin öz səmərəsini yaxın 
gələcəkdə gərəkən səviyyədə ve rəcəyini təxmin etmək çətin deyil.
dos.dr. Təranə TURAN (RƏHİMLİ), 
DGTYB 
Məsləhət Şurasının üzvü


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
7
Layihə rəhbərindən 
bir neçə söz
Söz, səs və təsvir. Bu üç məfhum həyatımızda  nə qədər bir-birindən 
fərqlənirsə, o qədər də bir-birilə bağlıdır. Bəşəriyyət  yarandığı dövrdən elə 
təbiətin gözəlliklərini, ecaz karlığını məhz bu üç məfhumla təsvir etməyə 
çalışıb. Təbi ətdəki estetik harmoniya insanı o qədər valeh edib ki, zaman-
zaman  kimisi gördüyü mənzərəni sözə çevirərək ədəbi ör nək lər yaradıb, 
kimisi təbiətdə eşitdiyi səslərdə – quşların civil tisində, çayların şırıltısında 
bir melodiya duyaraq, musiqi əsərləri bəstələmiş, kimisi də gördüyü 
mənzərələri fırça ilə  təsvir edərək möhtəşəm rəsm  əsərləri yaratmışdır. 
Bu üç fərqli sənət sahəsi hər zaman insanlığın mənəvi ruhunu zəngin-
ləşdirməklə yanaşı, həm də bütövlükdə  fərqli sənət sahələri arasında 
qarşılıqlı fikir mü badiləsinə və qarşılıqlı təsirə də imkan yaratmışdır. Hər 
zaman yaradıcı insanların fərqli düşüncələri və qarşılıqlı söh bətləri maraqlı 
tapıntılara gətirib çıxarır. Odur ki, fərqli sənət adam larının, özəlliklə də, 
gənc yaradıcı insanların düşün cələrini bir-birilə bölüşməsi önəm lidir.  Lakin 
çağdaş dövrü müzdə Azər baycanda  fərqli sahədən olan yaradıcı gənclərin 
bir araya toplanması  və bir-birinin yaradıcılığından bəhrələnməsi və ya 
ortaq layihələr gerçək ləşdirməsi az rastlanan haldır. 
   Qloballaşan dünyada baş verən proseslər, yüksək  tex no logiyaların 
inkişafının yaradıcı sahələrə təsiri və s. səbəblər üzündən bu gün ədəbiyyat
bəstəkarlıq və  rəssamlıq sahəsində istedadı ilə seçilən, parlaq gələcək 
vəd edən yaradıcı  gənclər arasında işbirliyi arzuolunan səviyyədə deyil. 
Odur ki, DGTYB Azərbaycan Respublikası Prezidenti yanında Gənclər 
Fon dunun  maliyyə  dəstəyi ilə  “Ədəbiyyat, Musiqi, Təsviri sənət və 
Gənclik” adlı layihə ilə çıxış etdi. Layihə çərçivəsində belə bir toplunun 
nəşri məqsədəuyğun sayıldı. Topluda gənc yazarların, rəssamların və 
bəstəkarların yaradıcılıq örnəkləri yer alır. Toplunun unikallığı da elə bu 
üç fərqli sənət sahəsində  uğur vəd edən yaxud uğur qazanmış yaradıcı 
(istedadlı) gənclərin yaradıcılıq örnəklərini daha geniş ictimaiyyətə 
təqdim et məkdir. Ümid edirik ki, bundan sonra bu layihə vasitəsi ilə tanış 
olan yaradıcı gənclər, bir-birinin əsərlərindən təsirlənərək, ortaq layihələr 
gerçək ləş dirəcək, in 
sanların estetik dəyərlərinin forma 
laş masına öz 
töhfələrini ve 
rəcəklər.
Beləliklə, sizləri gəncliyin yaradıcılıq örnəkləri ilə baş-başa qoyuruq…
Əfsanə ƏLƏSGƏRLİ


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə