Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə3/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   ...   21

SƏS... SÖZ... RƏNG...
8
ŞEİR MEYDANI…
AFƏT VİLƏŞSOY 
(Afət Yusubəli qızı Abuşova) 
1985-ci ildə Masallıda doğulub.  Afət BDU-nun 
Filologiya fakultəsində oxuyub. Daha sonra təh-
silini BSU-nun Azərbaycan  ədəbiyyatı kafedrasının 
magistri olaraq davam etdirib. 2011-ci ildə isə 
yenidən doğma BDU-ya  qayıdaraq, dissertant 
kimi elmi fəaliyyətini davam etdirib; habelə BDU-
nun nəzdində  fəaliyyət göstərən “Gənc istedadlar” 
liseyinin müəllimi olaraq çalışmağa başlayıb.
“Könül pıçıltısı” (2004), “Çiçək nəğməsi” 
(2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” 
(2012) adlı kitabları  işıq üzü görüb. 2011-ci ildə Azərbaycan Prezidentinin 
Təqaüd Fondunun təqaüdçüsü olub. DGTYB-nin üzvüdür. 
Sənə…
Adım dilinə gəlsə,
sözlərin aydın olsun.
Dərdim səndən doğulub,
izlərin aydın olsun.
Sevgimiz qadağandı,
bəladı, qada-qandı...
Baxışım sadağandı,
nazlarım aydın olsun!
İlim-ilim itirəm,
nağıl oldum, bitirəm...
Sən getmə, mən gedirəm,
gözlərin aydın olsun..!
 
 
 
 
 
 
        17.08.2015


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
9
Mən səninçün darıxanda...
Ruhun duymaz, ölüb qallam yolunda,
Yazıq canım duruxanda nə edim?
Sən Tanrının mənə olan sevgisi,
Mən sevgiyə başağrısı, dərd idim…
Ürəyimin üzü də var, üzülmür,
Sənsiz olan yuxularım çözülmür;
Adam oğlu, döz deyirsən, dözülmür,
     Həsrət  içdim,       kədər  uddum,       
 
 
          qəm yedim...
Səndən gələn kəramətdi mənimçün,
Lap behiştə işarətdi mənimçün;
Səhər-axşam ibadətdi mənimçün,
Mən səninçün sevgimə də din dedim...
Qəfil sənə qoxum gəlsə, nə dersən?
Külək olub, işıq olub gələrsən?
Can yiyəsi, yenə özün bilərsən,
Mən səninçün darıxanda nə edim.?!
     
                          02.10.2015 
Daha nələrdi…
Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi.
    
Vüsal 
Oğuz
Öldürdü bu sevgi, öldürdü bizi –
Bıçaqdı, tətikdi, daha nələrdi..?
Narahat ruhlardı yerə enənlər,
Həftənin günləri bəhanələrdi.
Yağıya, düşmənə gərəyimiz yox,
Qocalıb ölməyə diləyimiz yox;
Sevgidən keçirik, ələyimiz yox,
Ələnib keçənlər əfsanələrdi…
Güləndə üzünə düşən cizgidi,
Gedəndə yolunda qalan kədərdi..
“Sevəndə yazılır sevgi şeiri,
Sonradan yazılan xatirələrdi”...
   
 
 
 
 
                                            29.06.2015 


SƏS... SÖZ... RƏNG...
10
AMİL AĞALI
(Amil Vaqif oğlu Ağayev) 
06.04.1983-cü ildə Sumqayıtda do 
ğu lub. 
1990-2000-ci illərdə Sum 
qayıt  şə hər Mikayıl 
Müşfiq adına 34 saylı orta məktəbdə oxuyub. 
2014-cü ildən DGTYB-nin üzvü dür. 
Şəkillər
Üstümə, başıma baxıb getdilər,
Bir nəfər də məni görə bilmədi.
Bilmədi şəklimə dikilən gözlər,
Şəkillər gün-gündü, ilmə-ilmədi. 
Şəkillər fikirdi, duyulmaq üçün,
Bir guşəsin tutub durar həyatın;
Bir gün ilmə-ilmə sökülər bütün –
Daha mənasını duydun-duymadın…
Şəkillər sökülür, məna toxuyur,
Bəlkə də, ölmədə budur dirilmə...
Varlıq yox olduqca yoxluğu duyur,
Mənaya sadiqdir qopan hər ilmə…
…Məni də sevməkçün tanımaq gərək,
Görünüş, oluşu qapsayan pərdə…
İnsan dedikləri… Ürəkdi, Ürək!
İlişib dayanma görüntülərdə..!
Gərək ağıl sala hər şeyə nəzər,
Gərək həqiqəti seyr edə insan...
Yalnız şəkilləri görürsə əgər,
Nə fərqi, quşlardan, qarışqalardan?!


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
11
Şəkillər idrakla fikrin körpüsü,
Şəkillər məcazdır… fikir yürüdür…
Şəkillər bir böyük Sirrin örtüsü,
və də zərrə-zərrə təzahürüdür… 
Düşünmək 
Düşünmək nədir deyə,
Qapıldım düşüncəyə…
Göyləri “qarış-qarış 
gəzdi” xəyal köhlənim.
Hər yanlışım bir səbəb
olunca düşünməmə,
Düşünməyim, özümlə
mühakiməmmiş, demə…
Yaşamaq yanmaq ikən
Yanmaq-düşünmək imiş.
Közərirkən, bir “ah!”dan,
Məşələ dönmək imiş…
Düşünmək… vara-yoxa
Ondan əlac istəmək.
Düşünmək – O varlığa
Ruhən əl açmaq demək…
…Düşünmək – zaman, məkan
üstündəki bir yaşam… –
Mənim qəlb gözləriylə
həqiqətə tamaşam…


SƏS... SÖZ... RƏNG...
12
ARZUMAN  SAVADSIZ
 (Arzuman İman oğlu Orucov) –
1984-cü ildə Kəlbəcərin Ağdaban kəndində 
doğulub. Həmin kənd orta məktəbində 3-cü 
sinfə  qədər təhsil alıb.  Kəlbəcərin Ermənistan 
tərəfindən işğalı sonucunda doğma elindən 
məcburi köçkün düşmüş Arzuman, orta təhsilini 
belə davam etdirə bilməyib… Hazırda Goranboy 
rayonunun Qaraçinar kəndində  məskunlaşıb.
 
Təcnis
Qara qaşlar, qara gözlər, gül yanaq,
Bu naz da, qəmzə də bu gözəlindi.
Ləbini ver, gözlərində gül, yanaq,
Olub ağ göyərçin, gəl, gözəl, indi…
Gözəl olar tellərini dara, yan,
Gözəl deyir gözəl telim dara, yan.
Gözəl, mən olsaydım telin darayan,
El-oba deyərdi, bax, gözəl indi…
Büllur buxaq sinəsinin gül üstə,
Altı ləldi, cəvahirdi gül, üstə...
Ay Arzuman, bülbül oldun gül üstə,
Gələn gözəl, bil, sənin gözəlindi…
Bağlama
Bir əmmaya tuş olmuşam, həzarat,
Deyin, nədir:  ayağı bir, başı beş?
Gündən günə hər gün artır çoxalır,
Hey dolsa da, dolusu bir, boşu beş…


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə