Sairler indd


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   ...   21

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
13
Deyin, nədir – biri yüzdü, yüzü bir,
Deyin kimdir – özü birdir, sözü bir?
Deyin, nəyin dizi birdi, izi bir? –
Üzü birdi, gözü birdi, qaşı beş…
Arzuman söyləsin ucadan uca,
Görənlər çalışır əlindən qaça…
Nə uşaqdı, nə cavandı, nə qoca,
Ayı birdi, günü birdi, yaşı beş…
Zəncirli, cığalı müxəmməs
 
Canı edib gözdən uzaq sanki cıxıb yoxa dilbər,
Yanıram hicran oduna, heç insafin yox, a dilbər.
Az da məni qane edər, tamahım yox çoxa, dilbər,
Məhəbbətdən kəm qalma sən, var dövləti çox, a dilbər.
Gözləri qara,
Telini dara,
Rəhm elə yara.
Qurbandı canı,
Eylə fərmanı,
ya ol cananı,
ya atıb eşqin oduna, yandır məni, yax, a dilbər…
Səni görcək aşiq oldum, bil, o hüsnü-camalına,
Gözlərim dikilib qalıb, ağ üzdə qara xalına.
Baxıban tamah eylədim dodağındakı balına,
A bimürvət, nəzər eylə, aşiqinin bu halına.
Çatarsan kama,
Gəlib ilhama…
Qıyma bu cana.
Gəzək bərabər,
Sinəsi mərmər,


SƏS... SÖZ... RƏNG...
14
Sərin meh əsər,
Mehi ilahi göndərib, qoy açılsın yaxa, dilbər…
Bir biçarə qulunam mən, sən ol ədalətli şahım,
çağır gəlsin cəlladını, əgər olarsa günahım.
Təkcə sənə bağlanmışam, eşqim, umudum, pənahım,
Sənsizliyə atma məni, ərşə çıxar aman ahım...
Səndən sevgi dilənmişəm,
Dərdə-qəmə bələnmişəm.
Ürəkdən güllələnmişəm,
Əmrin ilə ölənmişəm…
Salmısan gümana məni,
Döndərdin Məcnuna məni.
Etmisən pərvanə məni,
Eyləmə divanə məni,
Belə zülumkar olma, gəl, ol, ürəyi yuxa, dilbər.
Sənsiz keçir ömür hədər, gedir günüm-ayım boşa,
Keçən keçib, qalan ömrü aşiqinlə birgə yaşa.
Bir oturaq, qoşa gəzək, gəl, bərabər dolaq yaşa,
Görənləri valeh edək, gələk bu dunyada xoşa.
Olasan qismət payım,
Ulduzum, Günüm, Ayım.
Hər fəsildə çiçək aç,
İlkbaharım, isti yayım.
De, sənsiz keçən günü,
Necə ömürdən sayım?
“Hə” denən yara,
sağalsın yara.
Geyin zərxara,
qulluq et nara,
salma azara.
Görəndə Arzuman gəlir, qənşərinə çıx, a dilbər.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
15
AYDAN ABDULLA
24 avqust 1998-ci ildə Bakıda doğulub. 
XI  sinif şagirdidir.  Poeziya aləminə  bəs-
lədiyi böyük həvəsi, sevdanı…  elə poeziyada tə-
calla etdirməyə çalışır.
*** 
Ay ana, bilirsən..? qızın şairdi,
Yağışda bəxtinin islanmağı var...
Onun sən böyüdən ürəyi şeirdi,
Onun dərdlərinə yalvarmağı var...
Ay ana, bilirsən..? qızın şairdi,
Bir “ah” çəkdiyində min yol dolanır.
Deyirlər, ağlamaq şairə xeyirdi,
Hər gecə köksündə ocaq qalanır...
Ay ana, bilirsən..? qızın şairdi,
Deyir dözəmmirəm… - birtəhər dözür.
Könlü də küsəndə, küsdürür şeiri...
İçində ölərək, dərdini “çözür”…
Ay ana, sən bilmə qurbanın olum,
Gözümün yaşında boğulum, bilmə...
Hər azan səsində Allaha gedim,
Canına qarışıb, yox olum, bilmə...
   
 ***
Bu yerdə qəribdi bu qız, İlahi,
Yarpaq-yarpaq üşüdüyü gün olur...
Başqasına “ocaq yeri” ürəyi,
Özünə “bir soyuq daxma” da olmur...
Bu yerdə qəribdi bu qız, İlahi,
Nə ola, bir kimsə könlünü duya...
Allahın adını eşidən kimi,
Ruhu qanad açır bir içim suya...
Bu yerdə qəribdi bu qız, İlahi,
Bu qızın adını Özün qoymusan...
“Ya Allah! Deyibən getdiyim yerdə,
Səndən danışaraq ağaracaq dan...
Gecə Ay doğacaq, bu qərib qıza,
“Allah səninlədi, qorxma!” deyəcək...
Dan ağaran vaxtı azan səsini,
Göylərdən duyacaq, dua edəcək...


SƏS... SÖZ... RƏNG...
16
CEYHUN GÖYÇƏLİ
(Ceyhun İsa oğlu  Dünya ma lıyev) – 
1984-cü il Göyçə mahalının Güney kəndində 
doğulub. 1988-ci ildə soydaşlarımızın öz doğ -
ma yurdlarından qovulması ilə Cey 
hun da 
ailəsi ilə birgə Şəm kirin  Ələsgərli kəndinə pə-
nah gətirib. 2006-2010-cu illərdə Gəncə Döv lət 
Universitetinin Filologiya fakultə sində oxuyub. 
Hazırda Azər 
baycan dili və  ədə biy yatı üzrə 
dərs deyir.  Şeirləri bir sıra ədəbi nəşr lərdə, al-
manax larda  dərc edi lib. 
Bir üzə
(Təcnis)
Ay sevgilim, gəl, hicrana son qoyaq,
Sevirəm de, bircə dəfə bir üzə…
Gedəmməz şeytan da sən gedən yolu,
Göstərər daxilin, verər biruzə…
Tale yazmır hər an gözələ gözəl,
İstər aləmi gəz, göz elə, gözəl…
Xoşlamıram baxa göz elə gözəl,
Xoşlayıram baxa başa, bir üzə…
Axtar qəm bəhrini, sən üzən ara,
Öz eşqi yolunda can üzən ara.
Qoy həsrət aşiqi sən üzə, nara,
De, sonra çıxarsan necə bir üzə?..
Ürəyimdə eşqin sönməz odu var,
Lazım deyil, mənə dövlət, odu, var!
Neçə ki, Ceyhun var, onla odu var,
Gələndə də əcəl candan bir üzə…


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
17
ƏLHƏM DƏŞTİ (HÜSEYNZADƏ) –
1994-cü ildə Bakı  şəhərində doğulub. 
Klassik janrlarda şerlər yazır. Vaxtaşırı Maş-
tağada təşkil olunan «Meraci-süxən»  ədəbi 
məclisində  iştirak edir. Hazırda Odlar Yurdu 
Universitetinin Filologiya fakultəsin
 IV kurs 
tələbəsidir.
                                            ***
Üzün ki yadə düşür, aşiqin 
xəyalə düşür,
Xəyalən olsa da, o, məclisi-vüsalə düşür.
Ləbin verir qədəhə rəngini sən içdikcə,
Ləbindən aldığı rəngə həmin piyalə düşür.
Üzün görəmmədiyim gün günüm qara gətirir,
O qarə zülfün o dəm ki, o məhcəmalə düşür.
Sənin gözəlliyinə tazə gül misal olmaz,

ruyini
 görən an gözdən əsl lalə düşür.
Vüsal həsrəti saldı məni biyabanə,
Nəzərdə saxla ki, gör Dəştini nə halə düşür...
***
Görünür qəlbimiz, ey dilbərim, abad kimi,
Leyk bərbaddən olmuş daha bərbad kimi...
Cümlə aşiqləri məst eylədi ahu baxışın,
Ovlamaq istədi hər kəs səni səyyad kimi.
Gah həyat bəxş eləyirsən mənə busənlə, gülüm,
Gah tökürsən qanımı bir qatı cəllad kimi...


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə