Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   10   ...   21

SƏS... SÖZ... RƏNG...
30
MƏHƏMMƏD HACIYEV –
2000-ci ildə  Şəmkirdə doğulub.  Əhməd 
Cavad adına tam orta məktəbin X sinfində 
oxuyur. Poeziyaya uşaq vaxtdan həvəsi olub. İlk 
şeirini 3-cü sinifdə oxuyanda yazıb. Şeirlərində 
mə həbbət,  Turan dünyası  əsas yer tutur. 
Onun  ədəbi mühitlə ta nışlığında  AYB-nin 
Gəncə böl məsi önəmli yer tutub.
* * *
Fələk belə yazdı bəxtimi mənim,
Duymadım ilk eşqin sədaqətini.
 Nə sən sevə bildin,  nə mən sevildim,
Unutmaq olacaq ən çox çətini...
Özümdən gen düşdüm səni sevəndən,
Həsrət çoxaldıqca böyüdü eşq də...
Sevgi diləyirdim, umurdum səndən,
Neyləyək... o eşqi verə bilmədin...
Mən səni tanıyıb səni sevəndən,
Sinəmin üstündə tikan bitirdim.
Sən məndə əbədi xoşbəxtliyini,
Mən səndə sevdiyim qızı itirdim.
Təsəlli
Kim deyir ki, uzağıq,
Bizdən yaxın varmı kı?..
Sevgi dolu qucağıq
Ehh, nə Şəmkir, nə Bakı..?
Sevgimi Ay zənn elə,
Sevgin də ulduz olsun.
Gecələr də bax belə,
Ürəyimiz qovuşsun…
Şəmkirdə güllər açıb
Yetişir indi nar da…
Bu bəndi gizli yazdım
Sevgilim, ixtisarla…
Varlığın mənim üçün
Yerdə hava, göydə gün…
Həsrət hər gün boy atır
Vüsala çatmaq üçün…


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
31
      MƏRHƏMƏT ƏLİYEV –
1980-ci ildə  Şuşanın  Şırlan kən-
dində doğulub. Azərbaycan Maliyyə 
İqtisad Kolleci və Azərbaycan Müəl-
limlər  İnstitutunda təhsil alıb. 
* * *
Şütüyür sürətlə ömür qatarı,
sürətlə şütüyür ölümə sarı.
Azacıq sürətin azalda, barı,
mənzilə çatınca, arzuma çatım...
Mənzilə çatınca arzuma çatım,
sonra rahat-rahat məzarda yatım; 
Bütün dərdlərimi ölümə satım,
sevincim yadigar qala dünyada...
Sevincim yadigar qala dünyada,
məni sevə-sevə salalar yada.
Məzarım üstünə yazılan ada,
sevən könüllərdə heykəl qoyula.
Sevən könüllərdə heykəl qoyula,
heç kəs unutmaya əhdi, ilqarı;
Onsuz da dünyanın yox etibarı,
Şütüyür sürətlə ömür qatarı...


SƏS... SÖZ... RƏNG...
32
MÜCİRƏDDİN  MÜBARİZOĞLU
(Mücirəddin Mübariz oğlu Quluzadə) –
2 dekabr 1990-cı ildə Beyləqanın 
Eyvazalı lar  kəndində doğulub. 1997-
2008-ci illərdə  Beyləqandakı Fəxrəddin 
Quliyev ad. Eyvazalılar kənd tam orta 
məktəbində  təhsil alıb. 
Unutmağa qoymayır
Xatirədir səndən mənə göz yaşı, 
Sellər səni unutmağa qoymayır. 
Könlü dərdli dolanıram çəməndə, 
Çöllər səni unutmağa qoymayır.
Xoş günlərim yaddaşımdan silinir, 
Ürəyimdə dərd yuvası salınır; 
Sarı simdə qəm havası çalınır, 
Tellər səni unutmağa qoymayır. 
Yanağımdan bir keçilməz çay keçir, 
Neçə-neçə qış ötüşür, yay keçir; 
Günlər ötür, həftə keçir, ay keçir, 
İllər səni unutmağa qoymayır... 
Mücirəddin , ömür-gündü talanan
Tək sən oldun eşq oduna qalanan...
Oxşayarkən, saçlarına dolanan, 
Əllər səni unutmağa qoymayır... 


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
33
Silim göz yaşımı, 
anam görməsin
 
Gecə də, gündüz də hey ağlayıram, 
silim, göz yaşımı anam görməsin. 
Bir nakam sevgiyə yas saxlayıram, 
silim göz yaşımı, anam görməsin.
Dən düşüb saçına, acı dərdi var, 
bir qardaş həsrəti, bacı dərdi var; 
Onsuz da anamın neçə dərdi var, 
silim göz yaşımı, anam görməsin.
Atama söyləyər, biçindən qalar, 
ləngiyər karvanı köçündən qalar; 
Ayrılar işindən-gücündən qalar, 
silim göz yaşımı, anam görməsin.
Fikri məndə qalar, südü çalınmaz, 
təndiri soyuyar, lavaş salınmaz;
Sərgərdan dolanar, fikri bilinməz, 
silim göz yaşımı, anam görməsin. 
Geciksə, göz dikim yoluna yenə, 
baxım pay gətirən əlinə yenə...
O alan köynəyin qoluna yenə, 
silim göz yaşımı, anam görməsin.


SƏS... SÖZ... RƏNG...
34
NOFƏL ÜMİD
(Nofəl Yurist oğlu  Qədimov) –
26 yanvar 1985-ci ildə Ağdərənin 
Umudlu kəndində doğulub. 
BSU Yaradıcılıq fakultəsinin 
tələbəsi, DGTYB-nin üzvüdür.
                                                 
        
Vətən
Həsrətindən yandı bağrım,
çatmır sənə əlim, Vətən.
“Məni bağışla” deməyə,
susub, gəlmir dilim, Vətən.
Hey bölünüb, parçalanıb,
sinəsində od qalanıb;
Həm satılıb, həm talanıb,
hanı bütöv elim, Vətən..?
Gün gələ, keçim qarşına,
çıxım dağların qaşına;
Üzümü sürtüm daşına,
qucağında ölüm, Vətən.
İstəmirəm
Ver qəlbini mənə, gülüm,
başqa fərman istəmirəm.
Ölsəm, qollarında ölüm,
molla, “Quran” istəmirəm.
Həsrətəm xoş sözlərinə,
sevinc gətir gözlərimə...
Qoy, baş qoyum dizlərinə,
başqa məkan istəmirəm.
Sönmüş eşqin tərmi, söylə,
solubsa bitərmi, söylə?
Bu sevgi itərmi, söylə? –
yanlış güman istəmirəm.
...Zədələnib könül simim,
əlacsızam, yox heç kimim.
Gəl, ol ömürlük həkimim,
özgə dərman istəmirəm...
   
Rahat  olasan                                            
Hər zaman Tanrı qapısın
döyəsən rahat olasan.
Tanrının evində boyun
əyəsən rahat olasan.
Tapasan haqqın izini,
tutasan şərin üzünü;
Hər yerdə sözün düzünü
deyəsən, rahat olasan.
Bürüdükcə nahaq tini,
gözlər arayar mərdini;
Özün elə öz dərdini
yeyəsən rahat olasan...
Nə etsəm qəlbim ovunu?.. 
gözləməm ömrün sonunu...
Kəfən adlı ağ donunu,
geyəsən rahat olasan...                          


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə