Sairler indd


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
35
QABİL ƏDALƏT
(Qabil Ədalət oğlu Şirinov) – 
Ağcəbədinin Boyat kəndində doğulub. 
Binəqədidəki 205 saylı orta məktəbi bitirib. 
2011-ci ildə “Vətənə gedən yolda”, 2012-ci 
ildə “Həqiqəti gözlərində görürəm” adlı ki-
tabları  işıq üzü görüb. 2012-ci ildə “Bayat” 
Ədə bi  Birliyini  yaradıb. “Bayat” və “Bitməz 
kön lümüzün  Vətən sevgisi” toplularının tər-
tibatçısıdır.  Ukraynadakı Kirovaqrad Milli Tex-
niki Universitetinin tələbəsi olan Qabil, DGTYB-
nin və“Gənc  Ədiblər Məktəbi”nin üzvüdür. 
* * *
Gecənin sənsizliyinə bürünüb...
Mahnı bəstələyirəm
Sükutun addım səslərini
Notlara duzub.
Həsrətimə toy tutacam 
Bu gecə....
Divar kağızlarından qoparıb
Gül dəstələyirəm.
Xatirəndən qopub düşmüş 
ümidlərlə
Qol qaldırıb oynayacam,
Həsrətimə toy tutacam 
Bu gecə...
Arsızlığıma salıb
Kədərimi üstələyirəm... 
Ətrin qalmış geyimlərini yuyub 
suyunu
Yüz yüz vuracam
Həsrətimə toy tutacam bu gecə...
Buz dağı
 
Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər 
                 deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…
(qoy nöqtələr danışsın.)


SƏS... SÖZ... RƏNG...
36
QOŞQAR QARAÇAYLI 
(Qoşqar Şıxməmməd oğlu Səmədov) – 
1986-cı ildə  Qəbələnin Dızaxlı  kəndində  
doğulub. 2004-cü ildə Arzulla Rəhimov adına 
Dızaxlı  kənd orta məktəbini bitirib. Məktəb 
illərindən şeir yazır. 2013-cü ildə “Sevgi nağılı” 
adlı ilk şeir kitabı  işıq üzü görüb. DGTYB və 
Gənc  Ədiblər Məktəbinin üzvüdür. 
Yağış
 
Tənhalaşıb dərdə, qəmə batmayın,
Özünüzü oda, közə atmayın;
Bu yağan yağışa çətir tutmayın,
Bu yağan yağışda sevgi ətri var...
Dərbəndə, Təbrizə, Laçına yağsın,
Göyçəyə, Murova, Xaçına yağsın;
Açın, ovcunuzun içinə yağsın,
Bu yağan yağışda sevgi ətri var.
Qızıl gözəllikdi, dürr gözəllikdi,
Varsa gözəllikdə sirr, gözəllikdi...
Hər düşən damcısı bir gözəllikdi,
Bu yağan yağışda sevgi ətri var.
Nə hava dəyişsin, nə Günəş çıxsın,
Nə zaman tələssin, nə ömür axsın;
Yağsın səhərədək, kaş
,
 elə yağsın...
Bu yağan yağışda sevgi ətri var.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
37
* * *
Niyə yaşayıram, niyə ölmürəm...
Getmisən, mən çıxıb evə gəlmirəm,
Bilirsən, bilmirsən, hələ bilmirəm,
Ürəyim sən gedən qatarda qalıb...
Tükənib taqətim, sınıb qollarım,
Donub əl-ayağım, donub qollarım;
Dəmir yollarına dönüb qollarım,
Ürəyim sən gedən qatarda qalıb...
Axırdı göz yaşım, qurutdum  axır,
Özümü bir azca ovutdum axır,
Niyə ürəyimi unutdum axı..?
Ürəyim sən gedən qatarda qalıb...
Bu sevgi çıxacaq mənim axrıma,
Sevincim, ağrıma, qəmim, ağrıma...
Neyləyim gəlmədi dəli ağlıma,
Ürəyim sən gedən qatarda qalıb...
Düşmüşəm, qoy yanım, oddan çıxarma,
Olmuşam canında bir can çıxarma..!
Barı qayıdanda yaddan çıxarma,
Ürəyim sən gedən qatarda qalıb.
* * *
Xatirə dəftəri düşüb əlimə,
Bir vaxtlar xətrinə dəydiyim qızın,
Özündən xəbərsiz düşüb eşqinə,
Ürəkdən bəyənib, sevdiyim qızın.
Xatirə dəftəri düşüb əlimə,
Üşüyür əlimdə... donur əllərim...
Hanı o qız, hanı? – qaytar, İlahi,
Qaytar xatirələr damır əllərim...
Açıb oxumağa ürəyim gəlmir,
Qorxuram içindən o qız boylanar...
Danışmaz bircə söz, deməz bircə söz,
Baxar gözlərimə yalqız boylanar...
Əsər əl-ayağım, dolar gözlərim,
Düşərəm tilsimə, çıxa bilmərəm...
Saralmış məktublar düşər içindən,
Oturub baxaram yığa bilmərəm...
Baxaram eləcə dili lal kimi,
Baxaram gözləri kor kimi elə…
Neçə il keçmişə qaytarar məni,
Ruhumla, canımla, nəfəsim ilə...
Düşər xatirimə əzizləyərəm,
Axı sevgisini sevən unutmaz…
Yığıb nömrəsini zəng eləyərəm,
Heyf nömrəsinə daha zəng çatmaz...
Düşünə-düşünə elə qalaram,
Gözlərim yollarda, qulağım səsdə,
O qıza bir dəstə çiçək yığaram,
Aparıb düzərəm yolları üstə…
Sonra da dönərəm tənha evimə,
Tənha otağıma qayıdaram mən.
Oturub təzə bir şeir yazaram,
Sevgidən, sevgidən, yenə sevgidən...


SƏS... SÖZ... RƏNG...
38
PƏRVANƏ NİZAMƏDDİN
(Pərvanə Nizaməddin qızı Orucova) –
17 iyun 1985-ci ildə Qazaxın Kəmərli kəndində 
doğulub. IX sinifdə oxuyarkən “Çaylara nəğmələr 
anamdan keçib” adlı  şeir kitabı  işıq üzü görüb 
(2001); həmin kitaba görə Aslan Kəmərli adına 
ödülə layiq görülüb. 2003-cü ildə Azərbaycan 
Kooperasiya Universitetinə  qəbul olub. 
İkinci kitabı 2009-cu ildə “Gecələr xəyallar 
görüş yerimiz”  adı ilə  işıq üzü görüb. 2009 və 
2014-cü ildə  Kəmərli Bələdiyyəsinin üzvu seçilib. 
DGTYB-nin üzvüdür. 
Ağ atlı
Yellərə qarış, 
Sellərə qarış, 
Güllərə qarış,
Ağ atlı..!
Yazda çiçəklər, 
Güldə ləçəklər,
Dağda göyçəklər, 
Ağ atlı..!
Günəş boylansın,
Yollar nurlansın, 
Həyat yazlansın, 
Ağ atlı..!
Çənlər çəkilsin,
Nəmlər çəkilsin, 
Qəmlər çəkilsin,
Ağ atlı..!
***
Ürəyini verib, hara qaçmısan,
Sinəsi üşüyən, sözü üşüyən?.. 
Ürəyini verib, hara qaçmısan, 
Gözünün yaşında gözü üşüyən? 
Ürəyini verib, hara qaçmısan?..
Həyatda sevməyin özü çətindi
Dilə gətirməyə sözü çətindi... 
Sönmüş od-alovun közü çətindi,
Ürəyini verib, hara qaçmısan?..
Ərköyün uşaqtək atıb getmisən, 
Bəlkə hər arzuna çatıb getmisən.
Ürəyinə ürək qatıb getmisən –
Ürəyini verib, hara qaçmısan?
Sənsiz gecələrin yuxusu yoxdu,
Çəməndə çiçəyin qoxusu yoxdu;
İndi ürəyin də qorxusu çoxdu –
Ürəyini verib, hara qaçmısan?..
...


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə