Sairler indd


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
39
PƏRVİZ HALİ HÖVSANLI
(Pərviz Lətif oğlu  Mehdiyev) –
12 iyul 1991-ci ildə Bakıda doğulub. 1997-
2008-ci illərdə orta təhsil alıb. BSU-nun Ya-
radıcılıq fakultəsinin tələbəsidir.  Müxtəlif ədəbi 
məslislərdə (“Vahid”, “Məclisi-Üns”, “Məclisi-
şüəra” və b.) iştirak edir.
 Əruz, sərbəst və heca vəznində şeirlər yazır. 
Qəzəl
Səbəb əfğanıma, ey gül, qəmi-hicran oldu, 
Gəl, cigər parəsi, sənsiz cigərim qan oldu.
Ey könul Yusifim, hər məclisə qoydunsa qədəm, 
Gördü xublar səni bu hüsn ilə heyran oldu.
Mənə ol gunki, Ay üzlüm, dedin: ayrılmalıyıq..! –
Bu xəbər sanki mənim qətlimə fərman oldu...
Könlüm hər qeyddən azad idi, gördükdə səni 
Bənd olub zülfi-pərişanə pərişan oldu...
Bəxtimə ah əzəl katibi hicran yazdı, 
Qəminə ruzi-əzəl qəlb evim ünvan oldu.
Sənədir Halinin ümmidi kərəm qıl mələkim,
Gəl, yetiş ki, bədənim ruhuma zindan oldu..!


SƏS... SÖZ... RƏNG...
40
* * *
Eşq əhlinin aləmdə könül həmdəmi qəmdir, 
Kim qəm nədi dərk eyləsə, sanmaz qəmi qəmdir.
Ta eşqə düşəndən bəri keçməz günü qəmsiz
Bu könlümün həm bayramı, həm matəmi qəmdir.
Qəm lütfi-Xudadır, bil onun qədrini, şükr et, 
Kamilliyə vasil eləyən adəmi qəmdir...
Bica yerə bir özgə dəva gəzmə, təbibim, 
Qəlbimdə olan dərdlərimin mərhəmi qəmdir.
Hali kimi, ey dil, özünü salma bəlayə, 
Gör Halini, başdan-başa eşq aləmi qəmdir.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
41
RUSLAN DOST ƏLİ
(Ruslan Famil oğlu Əliyev) –
1993-cü ildə  Bərdənin Xanərəb kəndində 
doğulub. 2010-cu ildə Xanərəb kənd orta mək-
təbini bitirib. 2014-cü ildən DGTYB-nin üzvüdür. 
Hazırda Türküstandakı Ə.Yasəvi ad. Qazax-Türk 
Uluslararası Universitetində oxu 
yur.
*** 
nəsə buralarda həyat başqadı,
hər gün darıxmağım nə gizli, nə sirr...
axı buralarda küləkdən qabaq
ürəklər adamın içində əsir...
yağışlar adamın içinə yağır,
küləklər evlərin çölünü tutmur...
onsuz da uşaqkən dəcəl olmuşam,
bu gecə aləmi qarışdırım, bax...
söküb şəhərdəki plakatları,
yerinə şəklini yapışdırım, bax..!
cinayətdirsə də, narahat olma,
onsuz da polislər dəlini tutmur...
götürüb ən gözəl şeirinnən vurur,
üstündə başqa bir ətir gəzdimir.
tutqun havalarda, qış aylarında,
nolsun özüylə çətir gəzdirmir,
açır ürəyini şeir sevən qız,
bu yağan yağışlar Əlini tutmur...
***
Topa-topa bulud gedir rəhmətə,
səs-küy salır, süküt gedir rəhmətə.
hər gün biraz ümid gedir rəhmətə,
hər gün biraz Günəş batır, can çıxır...
varam ki, mən? – bilmirsən ki, 
    
yoxam 
ta,
çətin bir də ortalığa çıxam ta...
haçan yatsam səni görrəm yuxumda,
yuxularım yuxularda çin çıxır...
ha sökülmüş günlərimi yamadım,
yazammadım yenə ömrün tam adın...
bu tərəfdə yenə ümid şamadı,
o tərəfdə görən yenə gün çıxır?..
kirpiklərim səhər çağı gül şehi,
tərsinədi, üstündədi Gül şehin...
mən sevəndə unuduram hər şeyi
adım nədi? – lap yadımnan 
   din 
çıxır..!
sözdən öncə ucalığım yoxuydu,
ac deyildim, heç aclığım yoxuydu;
mənim dərzi bacarığım yoxuydu,
sözlərimnən ayrılığa don çıxır...
xəyal yığıb, bir ev-eşik edirəm,
tüfəng tutub, deşik-deşik edirəm...
ürəyimi kəsik-kəsik edirəm,
nə vaxt şeir yazıramsa, qan çıxır...


SƏS... SÖZ... RƏNG...
42
RUSLAN NADİROĞLU
(Ruslan Nadir oğlu Ağazadə) – 
1986 cı il mayın 11-də  Cəlilabad rayonunda 
dünyaya gəlib. 1993-2004-cü illərdə Sabir 
Rəzzaqov adına orta məktəbdə  təhsil alıb.
Ailəlidir  2 övladı var.
Gəl, ayrılaq
Gəl, ayrılaq bu gecə,
bitirək bu oyunu…
Səndə yaxşı bilirsən,
yoxdu bu eşqin sonu.
Heç sevgi də deyil bu,
ötəri bir həvəsdi…
Yetərincə günaha,
batmışıq, daha bəsdi.
Zülmət gecələr kimi,
gözümüzdə qaralıb. 
Günah hörümçək kimi,
bizi toruna salıb…
Bu ki, məhəbbət deyil,
bu şeytana “pənah”dı…
Cəhənnəm alovuyla,
göyə yuksələn ahdı..!
Sən özgənin yarısan,
məndə özgə bir adam.
Bağışla, getməliyəm,
getməsəm də… bir yadam.
                             18.05.2015
Elə sev ki qadını…
Elə sev ki qadını,
Sevgiyə kəm baxmasın.
Sənlə sevsin dünyanı,
Dünyadan usanmasın.
Elə sev ki qadını,
Çöhrəsində gül açsın.
Eşq adı eşidəndə,
Bulud kimi dolmasın.
Elə sev ki qadını,
Səndə özünü tapsın.
Səni sənə göstərsin ,
Səndəki sənə çatsın.
Elə sev ki qadını,
Sevgiyə yad olmasın.
Qoy səndə doğmalaşsın
Səni özgə sanmasın.
Elə sev ki qadını,
Səni sənə qaytarsın.
                           17.05.2015 


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
43
Gecə
Səssiz gecə… musiqi,
Üz-üz dayanmışıq.
Gecənin zülmətini,
Şamla aydınlatmışıq.
Pərvanələr dolanır,
Bu şamın ətrafında.
Bəzən atəş görünür,
Pərvanə qanadında.
Duyğular dilə gəlir,
Göz-gözə kilitlənir.
Çat vermiş dodaqlarım,
Dodağında nəmlənir.
Saçların sinəm üstə,
Dağılıb, səpələnib.
Dodağının boyası,
Öpüşündə gizlənib.
Sən sevgi şərabısan,
Mənsə sərxoş şairəm;
Bir əlimdə piyalə,
Digər əlimdə qələm...
Gecənin qaranlığı,
mürəkkəb qələmimdə.
Yazdım ki, bu gecəni
yaşasın şeirimdə...
                                                                               05.02.2014


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə