Salmasda erməni terroru "Ermənilər öldürdükləri Salmas sakinlərinin bədən üzvlərini kəsir, tonqal qalayaraq od içində yandırırdılar"



Yüklə 32,61 Kb.

tarix23.08.2018
ölçüsü32,61 Kb.
növüYazı


Xalq cəbhəsi” -. 2009 – 30 oktyabr. - №198. - S. 5.

Salmasda erməni terroru

"Ermənilər öldürdükləri Salmas sakinlərinin bədən üzvlərini kəsir, tonqal qalayaraq od içində

yandırırdılar"

"Osmanlı əsgərlərinin yardıma gəlməsini eşidən şəhər sakinləri öz xilaskarlarının gəlişinə sevincdən

ağlayırdılar"

IV yazı


Ötən  yazımızda  XX  əsrin  əvvəllərində  ermənilərin  Güney  Azərbaycanın  Urmiya  şəhərində  törətdiyi  terror

barədə  bəhs  etdik.  Bu  dəfə  isə  ermənilərin  Salmas  şəhərində  həyata  keçirdiyi  soyqırım  hadisəsini  diqqətinizə

çatdırırıq. 

Belə  ki,  Urmiya  qırğınlarından  sonra  ermənlərin  hədəfi  Salmasa  yönəldi.  Güney  Azərbaycanda  ermənilərin

törətdiyi soyqırımla bağlı geniş təqdiqat aparan görkəmli tarixçi-alim Səməd Sərdarinianın araşdırmalarına əsasən,

Salmasa  silahlı  basqın  edən  dəstələrə  ermənilərlə  yanaşı,  assurilər  də  qoşulmuşdu.  Həmin  erməni-assurilərdən

ibarət xristian ordusuna Petros adlı bir quldur başçılıq edirdi.

"Salması tərk etməyə məcbur qalan minlərlə soydaşımız şaxtadan qırıldı"

Güneyli  tədqiqatçı  Məhəmməd  Əmin  Riyahi  "Xoy  tarixi"  adlı  kitabında  yazır:  "Silahlı  xristian  ordusunun

(erməni və assurilər - R.C.) dini-siyasi rəhbəri Benyamin Marşimon idi. Xristian komandanı isə macəraçı və şübhəli

bir şəxs kimi tanınan Petros idi. O, olmayanda isə həyat yoldaşı Zərifə xanım (Marşımonun bacısı) onun vəzifəsini

yerinə  yetirirdi".  Marşimonun  ölümündən  sonra  bütün  hərbi  məsələlərə  Petros  rəhbərlik  edirdi.  Hətta  Salmasa

hücumlar da onun başçılığı ilə həyata keçirilirdi. Təcavüzkar quldur dəstələrinin ilk basqınları yerli əhali tərəfindən

ciddi müqavimətlə qarşılandı. Salmas sakinləri müdafiə məqsədilə silahlara sarılaraq təcavüzkarlara qarşı döyüşür,

var gücüylə hücumları dəf etməyə çalışırdı. Lakin bir müddət sonra qonşu şəhərlərdən yardım ala bilməyən əhalinin

müdafiə gücü zəifləməyə başladı.  Nəticədə qarşı tərəfdən ciddi müqavimət  görməyən ermənilər 1918-ci il  aprelin

13-də Salmasa daxil ola bildilər. Şəhərə soxulan ermənilər Urmiyada olduğu kimi, burada da yerli əhalini soymağa

başladı.  Onlar  dinc  sakinlərə  hədə-qorxu  gələrək,  qiymətli  zinət  əşyalarını,  hətta  əyinlərindəki  paltarları da  qəsb

edirdilər. 

Fars  əsilli  tarixçi  alim  və  tədqiqatçı  Əhməd  Kəsrəvi  bu  barədə  yazır:  "Şəhər  ermənilərin  əlinə  keçdikdən

sonra əhali birinci günü evlərə qapandı. Lakin məişətlə bağlı zəruri tələbatı təmin etmək üçün ikinci gündən evdən

bayıra çıxmaq məcburiyyətində qaldılar. Ermənilər küçəyə çıxan hər kəsin qabağını kəsir, pulunu, saatını və digər

dəyərli  əşyalarını əllərindən  alırdılar.  Soyğunçuluqla  üzləşən  dinc  əhali  həm  də  ağır  təhqirlərə  məruz  qalırdılar.

Hətta  yaranmış  dözülməz  vəziyyətdən  xilas  olmaq  üçün  bəzi  sakinlər  şəhərdən  baş  götürüb  qaçmağa  çalışırdı.

Salması tərk etməyə məcbur qalanların bir çoxu ailəli  idi. Bu səbəbdən də bir az yol qət  etdikdən  sonra  qadın və

uşaqlar  taqətdən  düşür  və  yeriməyə  gücləri  qalmırdı.  Nəticədə  qaçqınlar  qar  içində  hərəkətsız  qalaraq  şaxtadan

qırılırdı. Sağ olanları isə çarəsiz qalaraq yenidən şəhərə qayıdır, bir qismi isə hər cür təhlükə və əziyyəti göz önünə

alıb,  Xoya  üz  tuturdular.  Xoy  əhalisi  qaçqınları  mehribanlıqla  qarşılayıb,  onları  şəhərdə  yerləşdirir,  paltar  və

çörəklə təmin edirdilər. 

Səməd Sərdariniya "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitabında yazır ki, həmin dövrdə Güney

Azərbaycan şəhərlərinin çoxunda, o cümlədən Salmasda da aclıq hökm sürürdü: "Belə bir acınacaqlı vəziyyətdə bir

tərəfdən  də  xəstəlik  geniş  yayılaraq,  Təbriz,  Urmiya  və  Salmas  şəhərlərində  çox  sayda  insanın  ölümünə  səbəb

olurdu.  Erməni  təcavüzü,  aclıq  və  xəstəlik  ümumi  əzginliyə  və  əhalinin  ruh  düşgünlüyünə  səbəb  olurdu.  Lakin

bütün bunlara baxmayaraq, azadlıq uğrunda mübarizə aparan Azərbaycan türkləri ümidlərini itirməyərək fəaliyyətə

başladılar.  Salmasda  erməni  təcavüzünə  son  qoymaq  üçün  digər  şəhərlərdə  yaşayan  soydaşlarımız  hərəkətə

keçdilər.  Həriri,  Növbəri  və  Sərtipzadə  özləri  döyüş  meydanına  getdilər.  Əmir  Ərşəd  (Samxan)  adlı  igid  400

Qaradağ atlısı ilə Almasaraya gəlib, buranı özlərinə səngər etdilər. Digər tərəfdən də Xoy ordusundakı döyüşçülərin

sayı artmışdı. 

"Salmas qısa müddətə yenidən tarixi sakinlərinin əlinə keçir"

Salmasın ələ keçirilməsindən sonra Osmanlı qüvvələrinin bu bölgədə yerbəyer olması xəbərləri dolaşırdı. Bu

səbəbdən  də  Petros  silahlı  dəstələrin  bir  hissəsini  Salmasda  qoyub,  qalan  hissəsini  isə  özü  ilə  şəhərin  ətraf

kəndlərindən  olan  Pekaçik  və  Qalasərə  apararaq  sonrakı  müharibələr  üçün  hazır  vəziyyətdə  saxladı.  Salmasın

ermənilərdən azad edilməsi üçün fürsət yaranmışdı. Buna görə də Azərbaycan türklərindən ibarət dəstələr (Salması

"Petros"  ordusundan  azad  etmək  üçün  digər  şəhərlərdə  yaşayan  Azərbaycan  türkləri  bir  araya  gələrək  dəstələr




yaratmışdılar  -  R.C.)  bu  imkandan  yararlanaraq,  1918-ci  il  aprelin  19-da  gecə  hücuma  keçib,  heç  bir  ciddi

müqavimət olmadan Salmasa daxil ola bildilər. Beləliklə, şəhər yenidən öz tarixi sakinlərinin əlinə keçdi. 

Güneyli tarixçi Tohid Məlikzadə Dilməqani "Azərbaycan Birinci Dünya müharibəsində" adlı kitabında yazır:

"Salmasın ələ keçirilməsi üçün əvvəl 500 atlı və piyadadan ibarət bir qüvvə gecə vaxtı qəflətən şəhərə girib, erməni

və assurilərlə vuruşaraq şəhəri onlardan təmizlədi. Sonra da yerli əhali ilə birləşib şəhər bürclərində təhlükəsizliyi

qorumaq üçün keşik çəkməyə başladılar".

On gün ərzində Xoy  və  Təbrizdən  də  iki  minə  yaxın döyüşçü  kömək məqsədilə  Salmas  sakinlərinin  dadına

yetişdi.  Ermənilərin  fasiləsiz  hücumlarını dəf  etmək  üçün  soydaşlarımız  dəstələrini  şəhərin  müxtəlif  ərazilərində

yerləşdirirdilər. Əsəd Hümayun adlı igid öz  silahlı dəstələri  ilə  Ləkistanda,  Salar  Hümayun  ilə  Hacı Musaxan  isə

şəhərdə, Xoy qoşunu isə Muğancuqda idi. Erməni-assur yaraqlıları öz qüvvələrini toplayıb, hər gün şəhərə hücum

çəkirdilər.  Şəhərdə  top  və  tüfəng  səsindən  qulaq  batırdı.  Tərəflər  arasında  baş  vermiş  qanlı toqquşmalar  iki  gün

davam  etdi.  Nəhayət,  Əsəd  Hümayunun  ordusu  məğlub  oldu  və  böyük  toplarından  biri  düşmənin  əlinə  keçdi.

Quldurlar qənimət kimi əldə etdikləri böyük topla şəhərə atəş açır, binaları yıxırdılar. Salmasın Sədiyyə mədrəsəsi

də  həmin  hücumlar  nəticəsində  dağıdıldı.  Bununla  belə,  şəhər  əhalisi  basqınçılara  qarşı  döyüşür,  Salması  var

güclərilə  müdafiə  edirdilər.  Axşama  doğru  qarşıdurmalar  daha  da  kəskinləşirdi.  Şəhərə  bir-birinin  ardınca  top

mərmiləri  yağdırılırdı.  Minlərlə  günahsız  qadın  və  uşaq  ağlar  halda  münqişənin  bitməsini  gözləyirdi.  Hər  tərəfə

hakim olan qeyri-adi qorxu və həyəcan içində hər kəs qaçıb öz canını qurtarmaq üçün yol axtarırdı. 

"Ermənilərin Salmasda həyata keçirdiyi soyqırım gecə-gündüz davam etdi"

Ermənilər  hücumlarının  birində  yerli  müdafiəni  qıraraq  Əhrəncan  darvazasından  şəhərə  daxil  ola  bildilər.

Azğınlaşmış  ermənilər  evləri  yandırır  və  heç  kimə  rəhm  etmədən  əhalini  kütləvi  şəkildə  qırırdılar.  Beləliklə,

Azərbaycan  türklərinin  soyqırımı  təkrarlanıdı.  Şəhərin  dörd  bir  tərəfi  cəsədlərlə  dolmuşdu.  Xəndəklərdə  də

saysız-hesabsız  meyitlər  düşüb  qalmışdı.  Qadınların  bir  çoxu  öz  südəmər  körpələrini  arxa  ataraq,  qətliam

səhnəsindən qaçırdılar. Soyqırım gecəsi Salmasın hər yerində ucalan uşaq  və  qadınların  nalə  dolu  fəryad  səsi  hər

tərəfi  bürümüşdü.  Sağ  qalmaq  üçün  imkanı  olan  hər  kəs  şəhərdən  qaçırdı.  Çünki  ermənilər  evlərə  soxulur,

qarşılarına keçən hər kəsi amansızlıqla öldürürdülər. Salmas sakinləri qaçqına çevrilir, ev-eşikləri  isə  yandırılırdı.

Şəhərdə  əsasən  əli  hər  yerdən  üzülmüş  qocalar  və  xəstələr  qalmışdı.  Onlar  isə  bütün  qapıları  bağlayaraq  evdə

oturub bir addımlıqdakı amansız ölümü gözləyirdilər. Ermənilər bağlı qapıları sındırıb, bir-birinə ürək-dirək vermək

üçün  bir  yerə  toplaşmış  bir  neçə  ailəni  elə  bir  yerdə  qırırdılar.  Onlar  övladı  anasının,  qardaşı  bacısının  gözləri

qarşısında  öldürür,  bəzən  də  qətlə  yetirdikdən  sonra  onların  bədən  üzvlərini  kəsir,  tonqal  qalayaraq  od  içində

yandırırdılar.  Ermənilərin  Salmasda  həyata  keçirdikləri  Azərbaycan  türklərinin  soyqırımı  gecə-gündüz  sürdü.

Əhalinin bir qismi özlərini qorumaq üçün məscidə sığınmışdılar. Onlar ermənilərin məscidin hörmətini saxlayaraq

ona  toxunmayacaqlarını güman  edirdilər.  Lakin  quldur  dəstələri  Dilməqanı (Salması)  işğal  etdikdən  sonra  həmin

məscidə pənah aparmış günahsız dinc əhalinin hamısını güllələdilər.



"Salmas yolları meyitlərlə dolmuşdu"

Soyqırımın  üçüncü  günündə,  yəni  1918-ci  il  aprelin  25-də  erməni-assuri  quldur  dəstələri  40  min  müsəlman

əsiri  bir  yerə  toplayaraq,  Həftvan  və  Qalasər  kəndlərinə  apardılar.  Onlar  həmin  əsirləri  lüt-üryan  saxlayaraq  ağır

şəkildə  təhqir  edirdilər.  Əsirlərin  əksəriyyəti  yollarda  aclıqdan  qırılırdı.  Təbriz  və  Xoydan  Salmasa  gedən  yollara

hər  addımbaşı  ermənilərin  kütləvi  şəkildə  öldürdüyü  Salmas  sakinlərinin  cəsədləri  səpələnmişdi.  Bütün  bunlarla

yanaşı,  quldurlar  Xoya  gedən  yolda  pusqu  quraraq,  yoldan  keçən  Azərbaycan  türklərini  tutub  qarət  edir  və

öldürürdülər. 

"Salmasın imdadına yenə də qardaş türklər çatır"

Güneyli tarixçi Tohid Məlikzadə Dilməqani "Azərbaycan Birinci Dünya müharibəsində" adlı kitabında yazır:

"Çox  çəkmədən  Osmanlı  ordu  hissələri  Xoya  daxil  olub  yerli  əhalinin  yardımıyla  ilk  növbədə  Salmasdan  gələn

qaçqınların  acınacaqlı  durumunun  yaxşılaşdırılması  işilə  məşğul  oldular.  Xoya  pənah  gətirmiş  40  min  Salmas

qaçqınından  yalnız  on  min  nəfəri  sağ  qalmışdı.  Osmanlı  qüvvələrinin  gəlməsindən  xəbər  tutan  ermənilər  təşviş

içində əl-ayağa düşdülər. Onlar etdikləri iyrənc cinayətlərin aqibətindən qorxaraq qaçmağa hazırlaşırdılar. Lakin bu

qədər cinayət törətməklə Salması tərk etmək o qədər də asan iş deyildi. Bundan başqa, ermənilər və assurilər burada

(işğal etdikləri Salmasda və Urmiyada - R.C.) ev-eşik və bağ evlərinə sahib olmuşdular. Bunlardan da vaz keçmək

onlar  üçün  çox  çətin  idi.  Osmanlı  əsgərlərinin  yardıma  gəlməsi  xəbərini  eşidən  Salmas  sakinləri  öz  xilaskar

havadarlarının  gəlişi  üçün  sevinclərindən  ağlayırdılar.  Onlar  bir  tərəfdən  yuxuda  belə  görmədikləri  bir  arzunun

gerçəkləşməsindən,  yəni  ermənilərin  təşviş  içində  qaçmağa  can  atmasından  sevinir,  digər  tərəfdən  isə  qaçmaqda

olan  ermənilərin  son  qırğına  əl  atmasından  qorxurdular.  Beləliklə,  altıncı  diviziyadan  olan  Osmanlı  əsgərləri

Türkiyədəki istiqlal müharibəsinə və daxili problemlərə baxmayaraq, Salmas və Urmiyanı düşməndən azad etmək

üçün qardaşlarının imdanına yetişdilər. İyun ayının ortalarında osmanlılar Salmasa yaxınlaşıb, ikigünlük döyüşdən




sonra şəhərə daxil oldular. Salmas sakinləri Osmanlı əsgərlərini qarşılamağa gəlir, onların qabağında mal və qoyun

kəsirdilər.  Yerli  sakinlər  öz  başlarına  gələn  bir  neçə  aylıq  müsibətlərdən  danışır,  onlara  öz  təşəkkürlərini



bildirirdilər". 

Hazırladı: Real CƏFƏRLİ    

: docs -> qazet
qazet -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
qazet -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
qazet -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
qazet -> •œAzÉŽrbaycanâ•š
qazet -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
qazet -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
qazet -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
qazet -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
qazet -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə